03 may 22:28liqa

“Kəpəz” rəhbərliyi İcraiyyə Komitəsinin qərarını gözləyir

“Kəpəz” rəhbərliyi İcraiyyə Komitəsinin qərarını gözləyir
Klublar Komitəsinin son iclasında AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Qurumun toplantısından sonra jurnalistlərə açıqlama verən baş katib maraqlı detallara toxunub. Məmmədov növbəti mövsüm üçün elitada komanda sayı ilə bağlı suala konkret cavab verməyib. Ancaq Elxan bəy iştirakçı sayının artırılmasının, eləcə də eyni sayla davam etdirilməsinin mümkünlüyünü istisna etməyib. Belə çıxır, qarşıdakı “futbol ili”ndə premyer-liqada 8 komandanın iştirakına qərar verilsə, “Kəpəz” elitadan düşəcək, aşağıdan biri onun yerini tutacaq. Əslində bunun baş verməsi Əsasnamənin pozulmaması, idman prinsiplərinin tapdanmaması deməkdi. Hadisələrin hazırkı axarı isə məhz bu sonluğa doğru gedir. Çox güman, lisezniya tələblərinə cavab verəcək yalnız bir klub tapılacaq ki, belədə “Kəpəz” aşağı dəstəyə yuvarlanacaq. Artıq elitada təmsil olunacaq yeni klubun “Xəzər” olacağı şübhə doğurmur. Bununla belə, son anda İcraiyyə Komitəsinin sürpriz qərar verməsi də mümkündü.
Fakt budu ki, hazırda “Kəpəz” turnir cədvəlinin sonuncusudu və qalan oyunlarda qələbə qazansa belə, 8-ci yerdən qurtula bilməyəcək. “Sarı-göylər”in elita ilə vidalaşması isə futbolumuzun “Məkkə”si sayılan Gəncənin yenidən böyük futboldan uzaq qalması anlamına gəlir. Maraqlıdı, bu baş verərsə, klubda nə kimi dəyişikliklər olacaq? Ümumiyyətlə, “Kəpəz” tərəfi AFFA-dan hansı cavabı gözləyir? Elitada qalacaqlarına ümid edirlərmi? Yoxsa Gəncə təmsilçisi artıq taleyi ilə barışıb?
Bu suallara “Kəpəz” rəhbərliyindən cavab almaq qərarına gəldik. Onların nə düşündüyünü “Kəpəz”in mətbuat katibi Azad Mustafayev öyrənib, bizə çatdırdı: “Gəlin, tələsməyək. Çempionatın bitməsinə hələ 2 tur qalıb. Mövsüm bitənə qədər AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Qərar orda veriləcək. Gəncə futbolunun çəkisini, nəticələrini hamı bilir. Burda azarkeşlərin futbola necə yanaşdığı göz önündədi. Həmçinin stadionun təmiri ilə bağlı əsaslı işlər aparılır. Bunları nəzərə alaraq, ümid edirik ki, “Kəpəz”ə premyer-liqada oynamaq şansı veriləcək. Bütün məsələlər İK-nın qərarına bağlıdı. Hələ ki gözləyirik. Qərar açıqlananadan sonra müvafiq addımlar atılacaq. Klubumuza güzəşt olunacağına ümid edirik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar