12 fev 16:17liqa, reportaj

“Kəpəz” yenə “ağ bayraq qaldırdı”, Diniyev kövrəldi

 “Kəpəz” yenə “ağ bayraq qaldırdı”, Diniyev kövrəldi
“Gedişimi kimlərin istədiyini bilirəm, bir yerdən idarə olunurlar”

67 Sumqayıt - Kəpəz (Gəncə) 3:1 (2:0)
1. Fərhad Vəliyev – 5,5
19. Azər Salahlı – 5,5
13. Bəhlul Mustafazadə - 5,5
14. Bəxtiyar Həsənalızadə (k) – 5,5
42. Kamran Abdullazadə - 5,5
20. Fərhad Qıstarov – 4,5
(97. Xəyal Nəcəfov, 53) – 4,5
8. Nicat Muxtarov – 5,0
(5. Seymur Əsədov, 68) – 5,0
7. Sergey Çernışev – 6,0
10. Məhəmməd Qurbanov – 5,5
(22. Mirabdulla Abbasov, 78) – qiymətsiz
74. Yusif Nəbiyev – 5,5
9. Amil Yunanov – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
18. Süleyman Əhmədov
21. Nasır Abilayev
77. Ehtiram Şahverdiyev
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Sergey Çernışev

88. Tadas Simaitis – 3,5
21. Novruz Məmmədov – 4,0
15. Azad Kərimov – 4,0
23. Tural Nərimanov – 4,0
13. Şəhriyar Rəhimov (k) – 4,0
5. Kərim Diniyev – 4,5
7. Vüqar Bəybalayev – 4,5
(17. Nicat Qurbanov, 69) - 4,5
68. Əli Nuri – 3,0
(90. Jülyen Ebah, 24) – 4,0
77. Serjinyo – 4,5
(9. Tural Qürbətov, 87) – qiymətsiz
10. Dario Federiko – 5,0
19. Orxan Əliyev – 4,5
Ehtiyat oyunçular
30. Davud Kərimi
6. Ceyhun Cavadov
14. Fərid Məmmədov
80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Dario Federiko
Qollar: S.Çernışev, 7 (1:0). A.Salahlı, 29 (2:0). M.Qurbanov, 61 (3:0). K.Diniyev, 71 (3:1).
Vərəqələr: N.Muxtarov, 45 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 59 (qeyri-idman hərəkəti). N.Məmmədov, 67 (qeyri-idman hərəkəti). K.Diniyev, 72 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 79 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Rauf Əmirov (Qax).
9 fevral. Sumqayıt. Kapital Bank Arena. 1200 tamaşaçı (1320 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə artırılıb.
Oyunun qiyməti: 6,0.
Bir gün öncə "Zirə"nin uduzması "Sumqayıt"ın qələbə istəyini ikiqat artırmışdı. Mümkün 3 xal "kimyaçılar" üçün ötən tur əldən çıxan 4-cü pillənin geri qaytarılması anlamına gəlirdi. Odu ki, Abasovun komandası premyer-liqanın 3-cü dövrəsinə iki məğlubiyyətlə start verən "Kəpəz" üzərində qələbə qazanmaq üçün əlindən gələni edəcəkdi. Qərb təmsilçisi isə hadisələrin uğursuz axarına son qoymaq üçün özündən bir pillə öndə olan qonşusunu məğlub etməyi hədəfləmişdi. Hər iki komandanın müdafiə xəttində ciddi itkilər var idi. "Sumqayıt"da ötən oyun sarı vərəqə limitini dolduran Vurğun Hüseynovla Rail Məlikovun yoxluğu qeyd edilməlidi. "Kəpəz"də isə Renan "Zirə" ilə görüşdə "qırmızı" aldığından, qarşılaşmanı buraxırdı. Qərb təmsilçisinin arxa xətlə bağlı daha bir problemi Şəhriyar Əliyevin zədəli olması idi.
Oyunda ilk təhlükəli vəziyyəti 5-ci dəqiqədə gəncəlilər yaratdı. Vüqarın uzaqdan zərbəsindən sonra top cüzi fərqlə dirəyin yanından keçdi. Meydan sahibləri bunun cavabını qolla verdi. Daha doğrusu, Çernışevin zərbəsindən sonra Kərimə dəyən top istiqamətini dəyişib qapıçını da yanıldaraq tora daxil oldu. Əslində gəncəlilər 16-cı dəqiqədə “status-kvo”nu bərpa edə bilərdi. Ancaq Darionun ötürməsindən sonra “çərçivə”ni nişan alan Serjinyonun vuruşunda dəqiqlik çatmadı. Cəmi 4 dəqiqə sonra Nəbiyev cərimə zərbəsi ilə təhlükə yaratsa da, topu ələ keçirmək Simaitis üçün çətin olmadı. Diniyev isə erkən dəyişikliyə əl ataraq, gənc və meydanda faktiki heç nə ilə yadda qalmayan Əli Nurini Ebahla əvəzlədi. Ancaq bu dəyişiklik ciddi fərq yaratmadı. Əksinə, 29-cu dəqiqədə “Kəpəz” yenidən meydanın mərkəzinə dəvət olundu. Kornerdən ötürülən topu Amil başla qapıya yönəltsə də, tir onun sevinməsinə imkan vermədi. Simaitis dönən topu ələ keçirmək əvəzinə onu Salahlının önünə atdı və müdafiəçi premyer-liqada qol hesabını açdı. Bundan sonra da mübarizə səngimədi. Əksinə, bu dəqiqələrdə qarşılıqlı hücumlar bir-birini əvəz edirdi. 33-cü dəqiqədə Çernışevin vuruşu zamanı top cüzi fərqlə qapının üstündən keçdi. Çox keçmədən Azadın cərimə zərbəsindən sonra Fərhad topu səliqəli olmasa belə, qaytardı. İlk yarının sonuna 5 dəqiqə qalmış Xəlilovun elə də təhlükəli sayılmayan vuruşunu da qeyd edək.
İkinci hissəyə qonaqlar fəal başladı. Diniyev yetirmələrinə nə tapşırıq vermişdisə, “sarı-göylər” uzaqdan zərbələrlə Fərhadın sayıqlığını yoxlayırdı. 52-ci dəqiqədə Ebah başla topu tora sancsa da, haqlı ofsayd qərarı onun sevinməsinə mane oldu. Bir saatın tamamında isə gəncəlilər rəqibin cərimə meydançası daxilində sərbəst zərbə vurmaq hüququ qazandı. Azadın qüvvətli vuruşunu müdafiəçilər zərərsizləşdirdisə, Xəlilovun təkrar zərbəsindən sonra da top Salahlıdan geri döndü. Həmin epizodda Azər əllə oynadığına görə qonaqlar penalti tələb etsə də, hakim davam işarəsi verdi. Mübahisəli vəziyyət idi. Elə həmin epizodda sürətli əks-hücum təşkil edən “Sumqayıt” 3-cü dəfə qonaqların qapısına yol tapdı. Çernışev uzun və sürətli reydin ardından qapı önünə ötürmə etdi, Tadas topu tutmaq əvəzinə yenə də əlindən buraxdı, lazımi anda lazımi yerdə olan Məhəmməd isə boş qapını dəqiq nişan aldı. Nəhayət, 71-ci dəqiqədə Kərim buraxılan qollardan birinin əvəzini çıxdı. Qoldan ruhlanan gəncəlilər 5 dəqiqə sonra yenidən fərqlənməyə yaxın oldu. Lakin Darionun zərbəsindən sonra top dirəkdən döndü. Oyunu izləyən hər kəs bu fikirdə idi: “Kəpəz” bu dəqiqələrdə qol vursa, məğlubiyyətdən də qaçacaq. Qonaqların rəqibi qapısına doğru sıxışdırdığı bu dəqiqələrdə Federiko yenidən diqqət mərkəzinə düşdü. Ancaq braziliyalının uzaqdan vuruşunu Fərhad zərərsizləşdirdi. Qalan vaxtda nə Diniyevin yetirmələrinin fəallığı bəhrə verdi, nə də “Sumqayıt”ın əks-hücumlarından hansısa qolla nəticələndi. Beləliklə, “Kəpəz” ardıcıl 3-cü məğlubiyyətini aldısa, “kimyaçılar” yenidən turnir cədvəlində 4-cü pilləyə yüksəldi.
Reaksiyalar
Şahin Diniyev: “Uşaq səhvlərindən qollar buraxdıq. Fərdi səhvlər hesabın böyük olmasına səbəb oldu. Fasilədən sonra nəticəni dəyişmək istəsək də, alınmadı. Düzdü, daha yaxşı oynadıq. Ancaq məğlubiyyətdən qaça bilmədik. Deyiləsi bir şey yoxdu. “Qara zolağ”a düşmüşük. Standart cümlələr olsa belə, deməliyəm. Növbəti matçlara hazırlaşmalıyıq. Komanda psixoloji cəhətdən sınıb, təzyiq altından çıxa bilmir. Bu oyunda rəqib daha istəkli idi. İstefa? Komandanı belə vəziyyətdə qoyub getmək istəmirəm. Bu zəiflik əlamətidi. Sona qədər vuruşmaq lazımdı. Əli Nuri? Müdafiəçilərimizin olmaması təsirini göstərir. Gənc oyunçudu, bir az həyəcanlı idi. Oyun planında axsamaları olduğuna görə əvəzlədik, amma ona gələcəkdə şans verəcəm. Gedişimi kimlər istəyir? Bilirəm kimlərdi, bir yerdən idarə olunurlar. Mənim istefa mədəniyyətim var, sadəcə, sona 11 tur qalmış gedişim nəyisə dəyişəcəksə, bunu edərəm. Çalışacam dönüş edək. O ki qaldı Kərimə oğlum olduğuna görə üstünlük verməyim haqda deyilənlərə, bu, uşaq söz-söhbətidi, şəxsi qərəzdi. Kərim bu gün ən yaxşılardan idi. Hamı yaradıcı futbolçu istəyir, amma yaratmaq üçün dağıdıcı da olmalıdı. Bayaq dediyim kimi, bir-iki insan bu cür fikirləri yayır. Onları da Allaha tapşırıram. “Qarabağ”la oyun? Meydançamız bəlkə 30-40 ildi dəyişdirilmir. “Zirə” ilə matçda meydana çıxsaydıq, ot örtüyü məhv olardı. Vəziyyət hələ ki naməlumdu, hava şəraitinə uyğun qiymət veriləcək”.
Samir Abasov: “Allah futbolçularımızın əziyyətini yerdə qoymasın. İki ağır oyundan sonra bu gün çox güc sərf etdik. Uşaqlara “çox sağ ol” deyirəm. Bu gün Bəhlul premyer-liqada ilk matçına çıxdı. Başqa sistem qura, başqa futbolçulara da güvənə bilərdik. Ancaq keçən dəfə də dedim ki, hansısa uşaqda potensial görsək, deməli, o oynayacaq. Açığı, bu gün “Xəzər Sumqayıt” haqda düşünmürdüm. İstək var ki, əvvəlki ənənəni qaytaraq, “Xəzər Sumqayıt” kimi rəqiblərin canına qorxu salaq. Komandanı kökləməyi bacardıq, nəticə də gəldi. Tribunadakı narazılıqlar orda qalsın. Yeni futbolçularla bağlı onu deyə bilərəm ki, çox böyük seçimimiz yox idi, iki futbolçu var idi, onları da götürdük. Yəni biz komandaya futbolçu cəlb edərkən 5-10 nəfər arasında seçim etməmişik ki, ən güclünü götürək”.
Gözdən qaçmadı
* Start fitindən öncə “Sumqayıt”ın Müşahidə Şurasının üzvləri Telman Salahov və Abdulla Məmmədov, eləcə də cəzalı olduğuna görə komandasına kömək edə bilməyən “kimyaçılar”ın kapitanı Vurğun Hüseynov meydanın mərkəzində göründü. Salahov ötən tur 100-cü oyununa çıxan Vurğuna üzərində futbolçunun ad-soyadı yazılmış 100 nömrəli formanı hədiyyə etdi.
* İkinci hissənin əvvəllərində qonaq azarkeşlərin tribunasında qarışıqlıq düşdü və polislə fanatlar üz-üzə gəldi. Düzdü, qarşıdurma çox da böyümədi. Əldə etdiyimiz bilgiyə görə, azarkeşlərdən bəziləri futbolçulara qarşı kobud ifadələr işlətdiyindən, fanatlar arasında mübahisə düşüb. Nəticədə asayiş keçikçiləri müdaxilə etməli olub.
* İlk yarıda qolsuz formada oyunu idarə edən Rəhim Həsənov soyuq olduğu üçün ikinci hissədə həm qollu köynək geymişdi, həm də əlcək taxmışdı.
* Oyundan sonra Şahin Diniyev və “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu narazı gəncəli azarkeşlərin əhatəsinə düşdü. Nərimanoğlu fanatların suallarına cavab verməklə yanaşı, “bu komanda Avroliqada tarix yazıb, çalışıb vəziyyətdən birlikdə çıxmalıyıq” deməklə hər kəsi birliyə çağırırdı. Onsuz da yetərincə qəmgin görünən Diniyev isə azarkeşlərin onu alqışlamasından sonra daha da kövrəldi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar