12 fev 16:12liqa, reportaj

“İnter” ikinci “qapaz”ı da “Neftçi”dən yedi

 “İnter” ikinci “qapaz”ı da “Neftçi”dən yedi
68 İnter (Bakı) – Neftçi (Bakı) 1:3 (1:2)
1. Səlahət Ağayev – 4,5
4. Slavik Alxasov – 4,0
33. Tərlan Quliyev – 4,0
(19. Mirhüseyn Seyidov, 62) – 4,0
14. Zurab Xizanişvili – 3,5
(88. Məmməd Quliyev, 81) – qiymətsiz
3. Denis Silva – 4,0
22. İlkin Qırtımov – 4,0
(17. Abbas Hüseynov, 64) – 3,5
27. Adrian Skarlatake – 5,0
24. Fuad Bayramov – 4,0
9. Pərdis Fərcad-Azad – 4,0
8. Nizami Hacıyev (k) – 5,0
11. Rauf Əliyev – 5,5
Ehtiyat oyunçular
13. Orxan Sadıqlı
2. Sertan Taşkın
6. Samir Zərgərov
7. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Rauf Əliyev

53. Maksim Vaylo – 4,5
29. Georgi Navalovski (k) – 5,5
25. Kirill Petrov – 5,0
6. Pavel Dreksa – 5,5
27. Məqsəd İsayev – 5,5
(26. Kamal Qurbanov, 85) – qiymətsiz
17. Rəhman Hacıyev – 5,5
8. Zdenek Folprext – 5,5
23. Tərzin Cahangirov – 5,0
11. İqnasio Errera – 6,5
(80. Edson Kastilya, 79) – qiymətsiz
7. Namiq Ələsgərov – 5,5
12. Daniel Seqoviya – 6,0
(9. Hüqo Barqas, 76) – qiymətsiz
Ehtiyat oyunçular
66. Kamran İbrahimov
3. Filyo
13. Murad Ağayev
60. Bahadur Həziyev
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: İqnasio Errera
Qollar: D.Seqoviya, 13 (0:1). N.Ələsgərov, 17 (0:2). R.Əliyev, 35 (1:2, N.Hacıyev). İ.Errera, 58 (1:3, M.İsayev).
Vərəqələr: F.Bayramov, 41 (qeyri-idman hərəkəti). K.Qurbanov, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov, Ömər Paşayev, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
9 fevral. Bakı. İnter Arena. 1200 tamaşaçı (5700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Cari mövsüm zəif çıxışı səbəbindən özünə yaraşmayan pillədə qərarlaşan “Neftçi”də qışda xeyli dəyişiklik olsa da, komanda fasilədən sonrakı iki matçda qələbə qazana bilməmişdi. Bu üzdən nominal qonaqların turun mərkəzi görüşündə meydana 3 xal üçün çıxacağı şübhə doğurmurdu. Mövsümün yeganə məğlubiyyətini ikinci dövrədə məhz “ağ-qaralar”dan alan “İnter” isə həm həmin yenilginin əvəzini çıxmağı, həm də liderlərlə xal fərqinin böyüməməsi üçün qələbə qazanmağı düşünürdü. Tərəflərin meydana itkilərlə çıxmasına baxmayaraq, sona qədər vuruşacaqlarını təxmin etmək çətin deyildi. Zaur Svanadze əsas dayaq yarımmüdafiəçisi, cəzalı Elnur Abdullayevin xidmətindən yararlana bilmirdisə, “Neftçi”yə eyni səbəbdən qışda “İnter”dən “qopardığı” Ruslan Abışov kömək etmirdi.
Hər iki komandanın azarkeşləri matçdan öncə “İnter Arena”da əsl futbol aurası yaratmışdı desək, yanılmarıq. Futbol tamaşası qonaqların diqtəsi ilə başladı. Daha çox topa yiyələnən, qısa ötürmələr hesabına rəqibi sıxan “Neftçi” ilk təhlükəli vəziyyəti 7-ci dəqiqədə yaratdı. Lakin Novalovskinin cərimə meydançasına asmasına müdafiəçilərin diqqətindən yayınan Seqoviya yetişə bilmədi. Ardınca ispan hücumçunun standart vəziyyətdən ötürülən topu başla qapıya yönəltmək istəyi də baş tutmadı. Onun zərbəsində azacıq dəqiqlik çatmadı. Orta sahədə hegemonluq edən “ağ-qaralar” çox keçmədən hesabı açdı. Daha doğrusu, Danielin üçüncü cəhdi uğurlu alındı. O, 13-cü dəqiqədə Erreranın müdafiənin arxasına möhtəşəm ötürməsini sinəsi ilə saxlayaraq qapıya zərbə endirdi. Səhalət ilk cəhddə komandasını qoldan xilas etsə də, hücumçunun akrobatik zərbəsinə mane ola bilmədi. Qoldan sonra da “Neftçi” hücumlarını davam etdirdi. Bunun nəticəsi kimi 17-ci dəqiqədə ikinci qol vuruldu. Erreranın cinah asmasını Xizanişvili istədiyi kimi uzaqlaşdıra bilmədi və top Alxasovun diqqətindən yayınan Namiqə qismət oldu. Gənc futbolçunun zərbəsindən sonra “mərmi” Denisin ayağına dəyərək qapının uzaq küncünə getdi. “Neftçi” ikinci qoldan sonra nisbətən sakitləşdi. Bu da meydan sahiblərinin rahat nəfəs alması ilə nəticələndi. 20-ci dəqiqədə Raufun ötürməsinin qarşısını müdafiəçi kəsdisə, ardınca yerinə yetirilən künc zərbəsindən sonra Skarlatakenin zərbəsi qeyri-dəqiq alındı. Üç dəqiqə sonra rumıniyalının başla zərbəsi də cüzi fərqlə dirəyin yanından keçdi. Ardınca Əliyevin daha bir zərbəsi müdafiəçiyə tuş gəldi. Hissənin ortalarına yaxın temp aşağı düşdü. “Ağ-qaralar” orta sahəyə nəzarət etdiyindən “bankirlər” hücum qurmaqda çətinlik çəkirdi. Elnur Abdullayevin yoxluğu sözünü deyirdi. Buna baxmayaraq, meydan sahibləri fasiləyə kimi heç olmasa, qollardan birinin əvəzini çıxmağa çalışırdı. Çox keçmədi ki, “İnter” bu istəyini reallaşdırdı. 35-ci dəqiqədə Nizaminin ötürməsindən sonra Rauf Vaylo ilə üzbəüz qaldı və topa zəif zərbə endirdi. Qapıçı kobud səhv etdi və hesab arasındakı fərq azaldı. Hissənin qalan dəqiqələrində qapılar qarşısında təhlükəli vəziyyət yaşanmadı və komandalar fasiləyə “Neftçi”nin 2:1 hesablı üstünlüyü ilə yollandı.
“Neftçi” ikinci yarıya da yüksək templə başladı. Meydanda yaxşı hərəkət edən, boş zonalara açılan “ağ-qaralar” 51-ci dəqiqdə fərqi artıra bilərdi. Amma Rəhmanın cərimə meydançasının kənarından vurduğu qüvvətli zərbədə azacıq dəqiqlik çatmadı. “İnter”in bu həmləyə cavabı da təhlükəli alındı. Rauf əla keçidlə, demək olar ki, qapıçı ilə üzbəüz qalsa da, yaxın küncə zərbəsindən sonra top dirəyin bir neçə santimetrliyindən keçdi. “Neftçi”nin yalnız orta sahəsi haqda xoş sözlər demək doğru olmazdı. Komandanın cinahları da əla oyunla yadda qaldı. Soldan Erreranın, sağdan isə Namiqin sürətli keçidləri “bankirlər”in müdafiəsini daim təzyiq altında saxlayırdı. “İnter”in hücum xətti ilə yarımmüdafiəsi arasında lazımi əlaqə yox idi. Bu üzdən komanda tez-tez top itirirdi, rəqibin hücumlarının qarşısını alarkən isə taktiki follar etməyə məcbur olurdu. 56-cı dəqiqədə “Neftçi” daha bir təhlükəli vəziyyətlə yadda qaldı. Namiqin təxminən 25 metrdən yerinə yetirdiyi cərimə zərbəsindən sonra Səlahət topu çətinliklə də olsa, qaytara bildi. Buna baxmayaraq, 59-cu dəqiqədə qonaqlar üçüncü qol istəyinə çatdı. Slavikin qoruduğu sol cinahda Namiq ara ötürməsi ilə Məqsədə boş zona açdı. Onun cərimə meydançasına asmasından sonra isə nəzarətsiz qalan Errera effektiv zərbə ilə topu qapıdan keçirdi. Bu qoldan sonra “İnter” tam ruhdan düşdü. Komanda ardıcıl 5-6 ötürmə belə verə bilmirdi. Qoldan doymayan “Neftçi” 65-ci dəqiqədə daha bir təhlükə ilə yadda qaldı. İsayevin cinah asmasından sonra müdafiəçilər topu uzaqlaşdırsa da, Novalovski uzaqdan qüvvətli zərbə endirdi. Onun hədəfə düşməsinə Denisin ayağı mane oldu. Bundan sonra oyun, demək olar ki, sönük məcrada davam etdi. “İnter”də heç nə alınmırdısa, flaqman rəqibin səhvini gözləyirdi. Bu üzdən oyun daha çox meydanın mərkəzinə yaxn sahədə davam edirdi. Hakimin əlavə etdiyi sonuncu – 4-cü dəqiqədə isə “bankirlər” son şansı da boşa verdi. Skarlatakenin başla zərbəsində cüzi dəqiqlik çatmadı. Beləliklə, əla oyun sərgiləyən “Neftçi” yeni ildə ilk qələbəsini qazandı, “İnter” isə mövsümdə ikinci məğlubiyyətini də “ağ-qaralar”dan aldı.
ŞƏFİ ŞƏFİYEV
Gözdən qaçmadı
• Matçdan öncə qonaqların avtobusu diqqətimizi çəkdi. Avtobusun üzərinə yazılmış "Neftçi" sözündə karyerasını başa vurmuş sabiq futbolçuların ad və soyadları qeyd olunub. Onların sayı təxminən 400-ə yaxındı.
• “Neftçi”nin Müşahidə Şurasının (MŞ) sədri Çingiz Abdullayev oyunu izləyənlər arasında idi.
• Qonaqlar dünən 8 yaşı tamam olan “Forza Neftçi”ni də yaddan çıxarmamışdı. “Ağ-qaralar” meydana “Forza Neftçi 8” yazılmış ağ köynəklərlə çıxmışdı.
• “Neftçi”nin bir qrup azarkeşi “Köhnə 13” yazılı banner açmışdı.
• Hesab açılsa da, “İnter Arena”nın tablosunda 16-cı dəqiqəyə qədər 0:0 hesabı göründü.
• Maksim Vaylo topu oyuna daxil edərkən vaxtı uzadırdı. Bunu görən Nizami Hacıyev üzünü Əliyar Ağayevə tutaraq, “buna bir xəbərdarlıq edin da”, - deyə bir neçə dəfə qışqırdı.
• “Neftçi”nin üçüncü qolunu oyunçular “Forza Neftçi”nin üzvləri ilə qeyd etdi.
• Qışda “İnter”i “Neftçi”yə dəyişən Ruslan Abışov matçdan sonra sabiq komanda yoldaşları ilə görüşsə də, baş məşqçi Zaur Svanadzenin əlini sıxmadı. Onlar üz-üzə gəlsələr də, hərəsi bir tərəfə getdi.
Reaksiyalar
Elxan Abdullayev: “Komandamı təbrik edirəm. Üç xala böyük ehtiyacımız var idi. Qış fasiləsindən sonra qələbə qazana bilməmişdik. Bu səbəbdən də qələbə bizi sevindirir. İlk yarıda ardıcıl 2 qol vurduqdan sonra bir qədər rahatlaşdıq. Ancaq ikinci hissədə oyuna diqtə edən tərəf biz olduq. Bəzi çatışmazlıqlar da var idi. Sevindiricidi ki, yeni hücumçularımız fərqləndi. Mövsümün ilk yarısında qızıla bərabər xallar itirdik. İndi çempionatı neçənci yerdə bitirəcəyimizi deyə bilmərəm. Çünki rəqiblərimizin nəticələrindən də çox şey asılıdı. Əsas öz xallarımızı qazanmaqdı. Növbəti rəqib “Sumqayıt”dı. Mövsümün ilk yarısında bu komandaya uduzmuşuq. Çalışacağıq bu dəfə fərqli nəticə göstərək. Maksim Vaylonu limitə görə meydana buraxsaq da, onu bir səhvə görə tənqid etmək doğru deyil. Çünki oyun praktikası azdı. Hazırda 5 yerli oyunçumuz zədədən əziyyət çəkir. Ancaq Maksimi bir səhvə görə silmək doğru olmaz. Ona dəstək olmalıyıq. Yenə şans verəcəm”.
Zaur Svanadze: "Neftçi"yə qarşı hansısa kompleksimiz yaranıb. Mövsümdə 2 oyun uduzmuşuq, ikisini də bu komandaya. Müdafiədə çox pis oynadıq. Bu cür zəif oynamağımızı xatırlamıram. Hesab 1:2 olarkən əla şansımız yarandı. Rauf Əliyev ötürmə etsəydi, fərqli nəticə ola bilərdi. Futboldu, uda da bilərsən, uduza da. Növbəti oyunadək bu məğlubiyyəti unutmalıyıq. Elnur qayıdacaq, yaxşı formadadı. Ruslan Abışovun gedişindən sonra Elnur əsas dayaq yarımmüdafiəçimizdi. O bu gün oynamadığından bütün yük Skarlatakenin üzərinə düşdü. Adrian yaxşı təsir bağışladı. Beynəlxalq Bankın sponsorluqdan imtinasından sonra komandada ruh düşkünlüyü görmürəm. Hər şey qaydasındadı. Sadəcə, "Neftçi"yə qarşı bir kompleks var. Peşəkar meydana çıxdıqdan sonra başqa amilləri unudur. Bukmeker kontorlarında “İnter”in əmsalları düşmüşdü? Bu haqda nəsə deyə bilmərəm. Mənim komandamın oyunçularının bilərəkdən uduzması kimi fikirlər doğru deyil. Belə hal mümkünsüzdü!”
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar