02 may 12:59liqa

Turdan məqamlar

Turdan məqamlar
Cavad Şərifli
Turun...
...narazılığı...

“Neftçi”nin daşı ağırdı. Bunu vaxtilə bu klubda çalışanlar da bilir, hadisələri kənardan müşahidə edənlər də. Ölkənin ən köklü klubu daim diqqət mərkəzində olduğundan, gözləntilər böyükdü. “Neftçi” hər il titul qazanmalıdı, avrokuboklarda oynamalıdı, baxımlı futbol sərgiləməlidi, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməlidi və s. Qısası, son bir neçə ildə “Qarabağ”ın etdiklərini “Neftçi” də bacarmalıdı.
Vay o günə ki, komanda məğlub olsun, kubok mübarizəsini dayandırsın. Gəl indi azarkeşlərin qabağında dayan, görüm, necə dayanırsan. Tribunaların altını-üstünə çevirəcək, yeri gələndə məşqçi və futbolçu heyətindən haqq-hesab tələb edəcəklər. Necə ki hesabat turunda “Keşlə”yə məğlubiyyətdən sonra bu hal yaşandı. Düzdü, bu dəfə “söhbətə çəkilən” komanda üzvləri yox, klubun prezidenti Kamran Quliyev oldu. Məğlubiyyətdən narazı qalan fanatların Quliyevə iradı əsasən adı “Neftçi”ylə hallanan futbolçulara görə idi. Ağ-qara rənglərə könül verənlər “Qarabağ”da heyətə düşə bilməyən Ağabala Ramazanov, Rahid Əmirquliyev, hətta deyilənə görə, Ramil Şeydayevi növbəti mövsümdə “Neftçi”də görmək istəmir.
Quliyevə etiraz edənlər arasında “Forza Neftçi”nin üzvünü gördüyümüzdən, düşünmək olardı ki, prezidentlə dialoqa girənlər əsasən bu fanklubun üzvləri olub. Amma “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə söhbətdə belə olmadığı üzə çıxdı: “Oyun başa çatandan sonra mən və fanklubun fəal üzvləri stadionu tərk etdik. Yəni narazılıq bildirənlər arasında mən olmamışam. Ola bilsin, bizdən 1-2 nəfər orda olub, nəsə deyib. Bunu ümumi fanklub adına çıxmayaq. Çünki biz sözümüzü tribunada deməyi bacarırıq. Fanatın yeri tribunadı. Hətta tribunadakı səsimizə qarşılıq almayanda, bunu daha sivil yolla edirik. Rəhbərliklə, yaxud komanda üzvləri ilə görüşüb sözümüzü çatdırırıq. O ki qaldı “Qarabağ”da ehtiyatda qalan futbolçuların “Neftçi”yə keçməsinə, konkret Ağabala Ramazanov burda sevilməyəcək. Daim ona təzyiq göstərəcəyik. Bunun da səbəbini özü yaxşı bilir. Şeydayev yaxşı oyunçudu, faydası dəyər. Amma Rahid yaşlıdı, bilinmir, “Neftçi” karyerası necə olacaq. Bir də ki, “Keşlə”yə məğlubiyyət qəbulolunmazdı. “Neftçi” bu gün 3-cü yerə iddia edirsə, bu rəqibi udmalıdı. “Keşlə”nin onsuz da çempionatda hədəfi yoxdu. Digər tərəfdən, bildiyimə görə, futbolçuları maaş almır. Belə vəziyyətdə olan komandaya boyun əymək qəbulolunmazdı”.
...olayı...
Bir azarkeş üçün ən böyük dərd tərəfdarı olduğu komandanın futbolkasının, maykasının, yaxud bayrağının rəqib həmkarları tərəfindən cırılması, yandırılması, ayaqlar altına atılmasıdı. Bizdə futbol fanatizmi o dərəcədə inkişaf etməyib deyə, daxili çempionatda belə hallarla rastlaşmırıq. 5 ildə bir dəfə olar, ya yox.
Odu ki, şənbə günü keçirilən “Qəbələ” – “Kəpəz” qarşılaşmasında yaşanan olay təəccüblə qarşılandı. Vaxtilə çılğınlığılyla ad çıxarmış gəncəli tərəfdarlar qəbələlilərin gözü qarşısında, yəni rəqibin stadionunda “Qəbələ”nin futbolkasını cırdı. Qəzəbin hardan qaynaqlandığını, formanın hardan ələ keçirildiyini bilmədiyimizdən geniş şərh vermək mümkün deyil. Amma fakt faktlığında qalır ki, gəncəli fanatların bu hərəkəti etməsi qəbələli azarkeşlərin zəifliyinin göstəricisidi. Yəni buna imkan verilməməliydi. Ya da hansısa yolla qarşısı alınmalıydı.
“Qəbələ”nin tanınmış fanklubu sayılan “Red Black Army”nin rəhbəri Cavad Şərifli ilə söhbətdə ətraflı məlumat aldıq və məlum oldu ki, buna görə onlardan üzr istənilib: “Hadisə belə olub. Deməli, futbolçular oyundan 15-20 dəqiqə əvvəl isinmə hərəkətlərini yerinə yetirəndə, gəncəli azarkeşlərdən biri Ruslan Qurbanovdan forma istəyib. O da əynindəki oyun yox, məşq futbolkasını həmin azarkeşə verib. Ruslanı da qınamırıq, azarkeşdi, azərbaycanlıdı, futbolka istəyib, o da verib. Oyunun gedişində “Kəpəz”in tərəfdarlarına yaxın yerdə oturan azyaşlı qəbələlilər əl-qol hərəkəti ilə qonaqları qıcıqlandırıb. Onlar da guya cavab verirmiş kimi Ruslanın verdiyi məşq futbolkasını cırıblar. Görən kimi dərhal həmin tribunaya qaçdım və futbolkanı əllərindən aldım. O vaxta kimi artıq cırmışdılar. Həmin vaxt heç nə etmək istəmədik, həm oyun gedirdi, həm də qarşılaşma canlı yayınlanırdı. Söhbəti oyundan sonra davam etdirmək istəyirdik. “Kəpəz”in azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyev qarşımıza çıxdı. Həm klubun, həm də azarkeşlərin adından üzr istədi. O boyda kişi üzr istəyəndən sonra nə deyəsən? Özləri ilə danışdıq, söhbət bağlandı. Üzr istədilərsə, boş yerə dava-dalaş salmağın mənası yoxdu. Etmişdilərsə, arxasında durardılar və düz hərəkət etdiklərini deyərdilər. Bu olardı başqa məsələ, söhbəti davam etdirərdik. Azarkeş aləmində bu hərəkət düzgün sayılmır. Sən gedib hardansa, kimdənsə forma alıb cırırsansa, bu fanatlıq demək deyil. Əsl fanat formanı, bayrağı rəqib azarkeşin əlindən alır, tribunasından götürür. Məndə “Neftçi”nin, “Qarabağ”ın futbolkası var. Sabah sözümüz çəp gələndə götürüb onları cırım? Belə şey olmur”.
...qüsuru...
Çempionatın yayın hüququna malik olan “CBC Sport”, demək olar, bütün oyunları efirə daşıyır. Artıq 10-15 il əvvəlki vəziyyət deyil. Əziyyət çəkib uzaq stadionlara gərək qalmayıb. Evdə oturub, isti çay içə-içə meydanda yaşananları izləyə bilirsən. İstər yayının keyfiyyəti olsun, istər şərhçilik - ürəyəyatandı.
Lakin mövsüm sona yaxınlaşdıqca, deyəsən, yorğunluq idman kanalında çalışanlarda da özünü göstərir. Son turun “Zirə” – “Qarabağ”, “Sumqayıt” – “Səbail” oyunlarında müəyyən qüsurlar ortaya çıxdı. Yayın bir neçə dəfə kəsildi ki, bu da izləyicilərin haqlı narazılığına səbəb oldu. Deyilənə görə, “CBC Sport” yeni yarananda canlı yayınlar peyk üzərindən qurulurmuş. Lakin sonradan ortaya çıxan maliyyə sıxıntısı telekanalı internet şəbəsinə bel bağlamağa məcbur edib. Odu ki, internet problemi yarananda, yayında donma əmələ gəlir, görüntü kəsilir. Yəni bu bizim bildiyimizdi. Əsl səbəbi üzə çıxarmaq üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovu aradıq. Lakin ilk sual Abbasovun “Zirə” – “Qarabağ” matçını kabinadan yox, bayırda dayanıb şərh etməsi ilə bağlı idi: “Əvvəla onu qeyd edim ki, Zirədəki stadionda şərhçi kabinəsinin qurulması bizim xahişimizdən sonra oldu. Sağ olsunlar, çətinliyi aradan qaldırdılar. Həmin kabinə əsasən qış ayları üçün nəzərdə tutulub. Yağışdan, qardan, şaxtadan qorunmaq üçün. Hava xoş olanda isə buna ehtiyac olmur. Məsələn, həmin gün hava isti idi. Mən də açıq havada şərhçilik etməyə üstünlük verirəm.
O ki qaldı yayında yaranan fasilələrə, bunun fərqindəyik. Necə ki komandalarda yorğunluq müşahidə olunur, görünür, bizim texnikalarımızda da yorğunluq özünü göstərir. Yayının kəsilməsinin maddi sıxıntı ilə əlaqəsi yoxdu. İnternet üçün optik kabellərdən istifadə olunur ki, bu da yayının verilməsi üçün əlverişlidi. Oyunların birində problem hardasa internetlə bağlı idi demək olar. Amma digərində öz maşınımızdakı qüsurdan qaynaqlanırdı”.
...gecikməsi
“Sumqayıt” – “Səbail” matçının start fiti 19.00-da çalınmalıydı. Lakin həmin vaxt oyunun başlaması nədi, heç hakimlərlə futbolçular meydana çıxmamışdı. Hətta media sektoruna yaxın əyləşən bir qrup azarkeş yaranmış vəziyyətlə bağlı zarafatdan da qalmırdı. Biri hansısa futbolçunun ayaqyolundan çıxa bilmədiyini deyirdi, başqası yanındakını “Səbail”in meydan sahiblərindən qorxub meydana çıxmaq istəməməsinə inandırmaq istəyirdi.
Çox keçmədən, lap dəqiq desək, 19.03-də hakimlər və hər iki komandanın üzvləri meydana ayaq basdı. Qapı torlarının yoxlanması, püşk atılması, qapıçıların yerini tutması 3 dəqiqə vaxt alınca, Rəvan Həmzəzadə start fitini 19.06-da səsləndirdi. Gecikmənin səbəbini dördüncü hakim Ramil Diniyevdən soruşduq: “Bunun bizimlə əlaqəsi yox idi. Hakimlər də, futbolçular da oyuna çıxmağa hazır idi. Sadəcə, matçdan yarımsaat əvvəl “CBC Sport”un əməkdaşı bizə yaxınlaşıb görüşün 3-5 dəqiqə gec başlamasını xahiş etdi. Yəni sırf yayın maraqlarına görə olan gecikmə idi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar