02 may 12:50liqa

Yunis Hüseynov bəhanələrlə “Kəpəz”in axırına çıxdı

Yunis Hüseynov bəhanələrlə “Kəpəz”in axırına çıxdı
“Mən söz vermişəm ki, son pillədən çıxacağıq”
Premyer-liqanın 25-ci turu gəncəli azarkeşlər üçün heç də xoş olmadı. Belə ki, “Kəpəz”in elitanı tərk edəcəyi rəsmiləşdi. “Sarı-göylər” səfərdə “Qəbələ”yə uduzdu, “Keşlə” ilə “Səbail”in qələbəsi isə bütün suallara aydınlıq gətirdi. Artıq qalan oyunlar Gəncə təmsilçisi üçün heç nəyi dəyişdmir və komanda mövsümü sonuncu yerdə başa vuracaq. Əsasnaməyə görə premier-liqanı son pillədə başa vuran komanda elita ilə vidalaşmalıdı. Düzdü, futbol rəhbərliyinin növbəti “futbol ili” ilə bağlı hansı qərarı verəcəyini indidən qətiyyətlə söyləmək olmaz. Bəlkə də komanda sayı artırıldı, tələblərə cavab verən iştirakçı tapılmadı və “Kəpəz”i yenidən güclülər dəstəsində saxladılar. Çoxları hadisələrin məhz bu axarda gedəcəyini proqnozlaşdırır. Ancaq 8 komandalı sistemin davam etdiriləcəyinə qərar verilsə, çox güman, “sarı-göylər” növbəti mövsüm birinci divizionda mübarizə aparacaq. Bu məsələnin necə sonuclanacağını zaman göstərəcək və biz hazırkı duruma görə vəziyyətə qiymət verməliyik. İndiki halda “Kəpəz”in sonuncu olacağı artıq rəsmiləşib və Əsasnaməyə dəyişiklik edilməzsə, komanda elitanı tərk edir. Odu ki, Gəncə təmsilçisinin keçirdiyi uğursuz mövsümə, acınacaqlı duruma bir daha nəzər salaq, problemlərin səbəblərini saf-çürük edək.
Şahin Diniyev getdi...
Əslində “Kəpəz” elitaya döndükdən sonrakı ilk iki “futbol ili”ndə heç də pis təsir bağışlamadı. Şahin Diniyevin rəhbərliyi altında komanda 2015/16 mövsümündə hətta Avroliqaya vəsiqə qazandı. Burda isə tarixində ilk dəfə mərhələ adladı. Düzdü, sonrakı il uğurun davamını gətirə bilmədi. Ancaq komanda yenə də rəqibləri üçün “asan yem” deyildi. Lakin cari “futbol ili”ndə “sarı-göylər”in işləri heç də qaydasında getmədi. Nəticələr bir yana, klubda yaşanan olaylar da acınacaqlı idi. Nəhayət, 12-ci turda Gəncədə “Səbail”ə məğlubiyyət (2:3) Diniyev üçün son oyun oldu. Həmin matçdan sonrakı mətbuat konfransında mütəxəssis istefa verdiyini açıqladı: “Öz istəyimlə istefa verdim. Qərarımı oyunsonrası mətbuat konfransında açıqladım. Qərarım rəhbərlik tərəfindən qəbul olundumu? Mən sözü bir dəfə deyirəm, geriyə dönüş yoxdu. İstefa verdimsə, deməli, bu postu tərk edirəm”.
Qeyd edək ki, Şahin bəyin rəhbərliyi altında komanda 7 xal toplamışdı. Keçirdiyi 12 oyundan 2-də qalib gəlib, 1 heç-heçə edən, 9 görüşdə uduzan Diniyevin komandası 9 qol vurub, 20-ni buraxmışdı.
...Yunis Hüseynov gəldi, nəticələr daha da pisləşdi
“Kəpəz”in baş məşqçisi postu Diniyevdən sonra gəncəli mütəxəssisə tapşırıldı. Yunis Hüseynovun gəlişindən sonra azarkeşlər də ümidlənmişdi. Ancaq yeni baş məşqçi daha çox qışdan sonranı nişan verirdi. Belə deyək, “bu mənim komandam deyil, fasilədən sonra görüşərik” vədləri verildi gəncəli futbolsevərlərə. Özü də qış fasiləsində Hüseynov əməlli-başlı heyətə əl gəzdirdi. 11 futbolçu ilə yollar ayrıldı, 12 yeni oyunçu cəlb olundu. Yunis bəy Kərim Diniyev, Viktor Laki, Novruz Məmmədov kimi əsas heyət üzvləri ilə vidalaşmağı lazım bildi. Həmin vaxt əksəriyyət “heyətə baş məşqçi cavabdehdi, öz komandasını qurur, buna görə onu suçlamaq olmaz, nəticə verməsə, məşhər ayağına çəkmək olar” fikrini irəli sürürdü. Bəs nəticə hanı? Komandanın hesabında cəmi 13 xal var və sonuncu yerdədi, relqamentdə dəyişiklik olmasa, elitanı tərk edir. Deməli, Hüseynovun rəhbərliyi altında komanda 13 oyunda cəmi 6 xal qazanıb, 6 qol vurub, 22 top buraxıb. İndi də AFFA rəhbərliyinin verəcəyi qərara ümid edir ki, bəlkə elitada saxladılar. O boyda şəhərin komandasının belə acınacaqlı duruma düşməsi faciədi. Yunis bəyin verdiyi vədlər isə boşa çıxdı. Kor-kor, gör-gör. Diniyevin nəticələri Hüseynovdan daha yaxşı idi. “Qəbələ” ilə matçdan sonra çalışdırıcı oyunçularına təzyiqdən, zənglərdən danışır. Bu isə bəhanələrin arxasına gizlənməkdən baş bir şey deyil. “Həmişə demişəm ki, 8 komandalı çempionat futbolumuza ziyandı” sözləri heç də kənardan xoş görünmür. Maraq üçün Yunis bəyin “Kəpəz”in “sükanı arxasına” keçdikdən sonra verdiyi vədlər, səsləndirdiyi fikirlər ilə tanış olaq.
“Qəbələ” ilə oyundan (1:6) sonra
Hələ bilmirəm, nədən başlayım. Komandamız çox pis məğlub oldu. “Kəpəz”in bütün oyunlarına baxırdım. Amma bugünkü kimi zəif çıxış görməmişdim. Elə bunun nəticəsidi ki, belə hesabla uduzduq. Demirəm ki, 3 futbolçu olsaydı, qalib gələcəkdik. Amma iki əsas müdafiəçimiz yox idi. Uşaqlara iradlarımı bildirdim. İlk oyunum idi, istəməzdim belə məğlub olaq. Azarkeşlərə də söz vermişəm ki, bu komandanı düzəldəcəm. Qış fasiləsində 2-3 oyunçu gətirəcəyik. Komandanın vəziyyətini dərk edib gəlmişəm. Buna görə də oturmaq yox, işləmək lazımdı. Transfer məsələsi mənə həvalə olunub. Amma bahalı oyunçu ala bilmərik. İndidən axtarışdayam. Ayağımızı yorğanımıza görə uzadacağıq. 3-4 əcnəbi də gətirmək lazımdı. Gəlmişəmsə, əziyyət çəkməliyəm.
Azarkeşlərlə görüşdə
Futbolçunun yaxşı oynaması azarkeşdən asılıdı. Həmişə belə düşünmüşəm. Sizə təşəkkür edirəm, bura gələndən azarkeş dəstəyini görürəm. Belə də davam edin, “Kəpəz”ə güc verin. Gəncə azarkeşi pis və yaxşı günündə komandanın yanında olub. Dəstəyinizi əsirgəməyin. “Kəpəz”ə ürəklə gəlmişəm, bura mənim evimdi. Komandaya can-başla xidmət etməyə hazıram. Doğma klubumuzu bu vəziyyətdən birlikdə çıxarmalıyıq. Əziyyət çəkməliyik, bunsuz iş olmur. Sizə söz verirəm ki, yaxşı komanda qurmaqla uğurlu şəkildə çıxış etməyə çalışacağıq. Çempionatda itirdiyimiz xallar çoxdu, odu ki, kubokda bacardıqca irəli getmək istəyirik. Qış fasiləsi üçün fikrimizdən keçən oyunçular var, onlarla danışıqlar aparmaq niyyətindəyik. Komandamıza xeyir verə biləcək futbolçuları heyətimizə qatmalıyıq.
“Keşlə”yə məğlubiyyətdən (2:3) sonra
Kubokda mübarizəni dayandırdıq. Qış fasiləsindən sonra bütün diqqətimizi premyer-liqaya yönəldəcəyik. İnşallah, yaxşı toplanış keçib, qarşıdakı oyunlara baxacağıq. Yaya kimi əsas məqsədimiz güclü komanda formalaşdırmaq və bacardıqca yuxarı pillələrə qalxmaq olacaq.
Qış hazırlığı zamanı
Fasilə müddətində, yəqin ki, məndən başqa hamı yaxşı istirahət etdi. Çünki bütün gün oyunçu axtarışı ilə məşğul oldum, dincəlmək bilmədim. Əsas işim-gücüm bu istiqamətdə idi. Bu vaxtlarda oyunçu tapmaq, seçmək çox çətindi. Amma yaxşı komanda formalaşdırmağa çalışacağıq. “Kəpəz”dən gedən futbolçular oldu, onlara uğurlar arzulayırıq. Heyətdə qalan uşaqlar elə fikirləşməsinlər ki, artıq yerlərini möhkəmləndiriblər. Əsla belə deyil. Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq. Verdiyimiz şansdan lazımınca yararlanmalı, özlərini yaxşı tərəfdən göstərməli, təsdiq etməlidilər. Dəyişikliklər bundan sonra da mümkündü.
Yoxlama oyununda “Tecon Sitizen”ə qalib gəldikdən (1:0) sonra
Oyunçular yaxşı təsir bağışladılar. Meydanda döyüşkən komanda gördüm. Mübarizə keyfiyyətləri xoşuma gəldi. Mehriban kollektiv formalaşıb. Futbolçular meydandan kənarda da bir yerdədilər. Sözləri bir-birinə xoş gəlir (gülümsəyir). Əsas budu. Kollektiv yaxşı olanda bu, nəticədə də əks olunur. Amma çatışmayan cəhətlər var və bunun üzərində işləyirik. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimiz elə bilməsinlər ki, dayanmışıq, əsla, gecə-gündüz axtarışdayıq. Menecerlər tərəfindən çoxlu futbolçu təklif olunur, onları təhlil edirik. Oyunçular hazırlıq prosesində öz üzərlərində səylə çalışırlar, yaxşı əhval-ruhiyyə ilə məşq edirlər, onlardan razıyam.
“Yagelloniya” önündə darmadağından (1:8) sonra
Bu cür oyunlarda mən heç vaxt nəticəyə baxmıram. Onların çemponatında oynasam, nəzərə alardım, amma mən Azərbaycanda, onlar Polşada oynayır. Uduzmağı kim istəyər ki?! Hələ bu hesabla uduzmağı heç kim sevməz. Amma yorğunluq çox idi. Bunu mütləq nəzərə almalıyıq. Sizi inandırım ki, mən bu komanda ilə bir də oynamaq istəyərdim. Menecerimizə deyəcəm, ayın 31-də bu komanda ilə imkan varsa, bir matç yenə salsın. Revanş deməyək, sadəcə, inanıram ki, komandam bunlarla bacara bilər. Göstərmək istəyirəm ki, bu nəticə təsadüfi olub.
Serbiya “Spartak”ını məğlub etdikdən (2:0) sonra
Qələbə mənim üçün maraqlı deyil, amma qalib gəlmək də həmişə gözəldi. Psixoloji cəhətdən istərdim ki, həmişə oyunçularım qalib gəlsinlər və buna öyrəşsinlər. 1:8 hesablı məğlubiyyət? Mən həmin oyunda səhv elədim. Elə bilirdim, bugünkü komanda ilə oynayırıq. Oyunçulara da yükləmə vermişdim. Sonra meydanda bildim ki, polşalılardı rəqibimiz. Onu bəhanə eləmirəm, amma uşaq səhvlərindən qollar buraxdıq. Həmin nəticəyə görə uşaqlarla iclas da keçirdik, dedim ki, belə məğlubiyyət yolverilməzdi.
“Neftçi” ilə heç-heçədən (1:1) sonra
Bu gün yeni “Kəpəz” gördük. Fikrimcə, daha bir-iki turdan sonra komanda tam komplektləşəcək. Komanda hələ yenidi. Buna görə tam istədiyim oyunu sərgiləyə bilmir. Belə deyim, komanda 70 faiz hazırdı. Fikrimcə, vaxt keçdikcə daha yaxşı olacaq.
“Qarabağ”a səfərdəki məğlubiyyətdən (0:1) sonra
Rəqib 86-cı dəqiqədə fərqləndi. Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq. Belə uduzmaq ağırdı. Yaxşı oyun sərgiləməsək də, uşaqlar bu gün döyüşdülər. Qol epizoduna təkrar baxmalıyam. “Keşlə” ilə oyunda qapımıza qolu ofsayddan vurdular. Məncə, bugünkü oyunda da buraxdığımız qolda ofsayd var idi. Komanda qurmaq bir neçə ayın işi deyil. Mən söz vermişəm ki, son pillədən çıxacağıq. Komanda qurmaq üçün vaxt lazımdı. Hazırda pis deyilik. Ancaq vaxt lazımdı.
“Qarabağ”a evdəki məğlubiyyətdən (0:1) sonra
İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də Vidadi Rzayev və başqaları. İndinin futbolu ilə o vaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər. Çalışsalar, onlar da bu cür futbolçu ola bilərlər.
Nəticə
Göründüyü kimi, Hüseynov qışdan sonra daim yaxşı olacağı vədini verib. Hətta komandanı son pillədən çıxaracağına söz verdiyini də etiraf edib. Ancaq vədlər işə yaramadı və nəticə göz qabağındadı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar