01 may 00:46liqa

Azərbaycansayağı triller: Avroliqaya iddialıların üçü də uduzdu!

Azərbaycansayağı triller: Avroliqaya iddialıların üçü də  uduzdu!
Topaz premyer-liqasının 25-ci turu maraqlı nəticələrlə yadda qaldı. Həmçinin daha bir komandanın gümüş medallardan əli çıxdı. Söhbət qış fasiləsindən sonra heç cür özünə gələ bilməyən “Zirə”dən gedir. Düzdü, Ayxan Abbasovun komandası mövsümün ikinci yarısında ən yaxşı oyunlarından birini keçirdi, “Qarabağ”a uzatma dəqiqələrində buraxdığı qolla məğlub oldu. Beləliklə, “Zirə”nin gümüş medal şansı qalmadı, ikinci pillə praktiki olaraq, əlçatmaz oldu. İkinci yerlə fərqin artmasına “Zirə”nin məğlubiyyəti ilə yanaşı, “Qəbələ”nin turu itkisiz başa vurması da rəvac vedi. Belə ki, “qırmızı-qaralar” doğma meydanda “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazanmaqla 5-ci sıradakı “Zirə” ilə aradakı xal fərqini 10-a çatdırdı. Bu həmçinin cari mövsümdə 9-cu darmadağındı. “Kəpəz”lə Azərbaycan çempionatları tarixində baş tutan 20-ci dueldə “Qəbələ”nin bu komanda üzərində 9-cu qələbəsi reallaşdı. Roman Qriqorçukun komandası eyni zamanda, 2016-cı ilin dekabrından bəri ilk dəfə “Kəpəz”i öz meydanında üstələyə bildi. Düzdü, bu müddət ərzində tərəflər Qəbələdə cəmi 2 dəfə üz-üzə gəlib. Ancaq son iki səfər qələbəsini də nəzərə alsaq, “Qəbələ” ardıcıl 3-cü qarşılaşmada da “Kəpəz”i xala həsrət qoydu.
Şənbə günü baş tutan daha bir görüşdə isə “Keşlə” “Neftçi”yə şok yaşatdı. Artıq premyer-liqada heç bir iddiası qalmayan Yuri Maksimovun komandası “Zirə”nin ardından “ağ-qaraları”ı da eyni hesabla yenməklə 6-cı pillədə möhkəmləndi. “Neftçi” isə 8 oyunluq məğlubiyyətsiz seriyanın qırılmasına imkan yaratmaqla yanaşı, “Zirə” ilə xal fərqini artırmaq, eyni zamanda 3-cü yeri ələ keçirmək şansından yararlana bilmədi. Beləliklə, Tərlan Əhmədovun yetirmələri hazırkı mövqeyini də riskə atdı. Məsələ burasındadı ki, “Neftçi” 26-cı turda “Qarabağ”la, “Zirə” isə “Səbail”lə üz-üzə gələcək. “Ağ-qaralar” büdrəyəcəyi halda 4-cü pillədə yerdəyişmə baş verəcək.
Turun son oyununa gəlincə, dünən “Səbail”i qonaq edən “Sumqayıt” sürpriz məğlubiyyətlə üzləşdi. Maraqlıdı ki, 3-4-cü yerlər uğrunda mübarizəni davam etdirən “Zirə” və “Neftçi” kimi, “Sumqayıt” da 1:2 hesabıyla uduzdu. Samir Abasovun komandasının planlarını pozan “Səbail” premyer-liqada yerini təmin etdi. Beləliklə, reqlamentə görə “Kəpəz”in elitadan düşməsi rəsmiləşdi. Amma gəncəlilərin 1-ci divizionda mübarizə aparacağı inandırıcı görünmür. Sirr deyil ki, AFFA dəhlizlərində növbəti mövsümdən komanda sayını 10-a çatdırmaqla bağlı ciddi müzakirələr gedir.
Topaz premyer-liqası
4-cü dövrə, 25-ci tur
27 aprel
Zirə – Qarabağ 1:2
28 aprel
Qəbələ - Kəpəz 3:0
Keşlə - Neftçi 2:1
29 aprel
Sumqayıt – Səbail 1:2
1. Qarabağ 25 19 5 1 36-9 62
2. Qəbələ 25 13 6 6 40-24 45
3. Sumqayıt 25 11 6 8 32-28 39
4. Neftçi 25 11 4 10 33-26 37
5. Zirə 25 9 8 8 31-28 35
6. Keşlə 25 6 6 13 24-38 24
7. Səbail 25 6 5 14 18-34 23
8. Kəpəz 25 3 4 18 15-42 13
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 12, Amil Yunanov (Sumqayıt) - 9, İqnasio Errera (Neftçi), Mahir Mədətov (Qarabağ) - 8.
Növbəti turun oyunları: 4 may – Kəpəz – Sumqayıt; 5 may – Qəbələ - Keşlə, Səbail – Zirə; 6 may – Qarabağ – Neftçi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar