01 may 00:41liqa, reportaj

“Neftçi”nin seriyası qırıldı, azarkeşlər prezidentdən hesabat tələb etdi

“Neftçi”nin seriyası qırıldı, azarkeşlər prezidentdən hesabat tələb etdi
Kamran Ağayev əvəzləndiyinə görə stadiondan ayrıldı
99. Keşlə - Neftçi (Bakı) 2:1 (1:1)

1. Kamran Ağayev (k) - 4,0
(15. Orxan Sadıqlı, 46) - 5,5
4. Slavik Alxasov - 5,5
3. Denis Silva - 5,5
27. Adrian Skarlatake - 6,0
33. Tərlan Quliyev - 5,0
2. Sərtan Taşkın - 5,5
40. Nemanya Stoyanoviç - 4,5
(88. Məmməd Quliyev, 82) - qiymətsiz
90. Ebrima Sohna - 5,0
7. Vaqif Cavadov - 5,5
10. Sezar Meza Kolli - 6,5
(21. Herve Tçami, 87) - qiymətsiz
14. Andre Klennon - 4,5
Ehtiyat oyunçular
19. Pablo Podio
22. Məqsəd İsayev
39. Əlibəy Məmmədli
58. Sinan Akkoyun
80. Rafael Məhərrəmli
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli

1. Səlahət Ağayev - 4,5
5. Anton Krivotsyuk - 4,0
15. Ruslan Abışov (k) - 4,5
6. Rəşad Sadiqov - 4,5
21. Məhəmməd Mirzəbəyov - 4,0
8. Emin Mahmudov - 4,0
(9. Lukas Qomes, 79) - qiymətsiz
10. Derlis Meza Kolli - 4,0
7. Namiq Ələsgərov - 5,5
17. Rəhman Hacıyev - 5,0
(19. Fransisko Qarsiya, 73) - 4,0
11. İqnasio Errera - 4,5
22. Mirabdulla Abbasov - 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
2. İlkin Qırtımov
3. Fərid Abbaslı
12. Mayk Kampaz
26. Ömər Buludov
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qollar: V.Cavadov, 22 (1:0, S.Meza Kolli). N.Ələsgərov, 42 (1:1, R.Hacıyev). A.Skarlatake, 68 (2:1, S.Meza Kolli).
Vərəqələr: S.Meza Kolli, 28 (qeyri-idman hərəkəti). R.Abışov, 40 (qeyri-idman hərəkəti). N.Stoyanoviç, 76 (qeyri-idman hərəkəti). T.Quliyev, 90+1 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
28 aprel. Bakı. İnter Arena. 1000 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Premyer-liqada ardıcıl 8 oyun uduzmayan “Neftçi” qələbə seriyasını davam etdirmək niyyətindəydi. Ancaq son vaxtlar yüksəlişdə olan “Keşlə”nin də asan təslim olmayacağı şübhə doğurmurdu.
Oyuna meydan sahibləri daha fəal başladı. Artıq 6-cı dəqiqədə Maksimovun yetirmələri hesabı açmağa yaxın oldu. Son oyunlarda yaxşı təsir bağışlayan Vaqifin vuruşunda cüzi dəqiqlik çatmadı. Cəmi 1 dəqiqə sonra Cavadov yenidən diqqət mərkəzinə düşdü. O Sezarın ötürməsi zamanı topu saxlamadan "çərçivə"yə ünvanladı, zərbəsi yetərincə təhlükəli alındı, ancaq Səlahət qola imkan vermədi. "Neftçi" isə rəqibin qapısı qarşsında yaddaqalan vəziyyət yarada bilmirdi. 16-cı dəqiqədə Sezar az qala "atəşkəsi pozacaqdı". Onun vuruşundan sonra "mərmi" cüzi fərqlə dirəyin yanından keçdi. Bundan 4 dəqiqə sonra Emin toru silkələsə də, ofsaydda olduğundan qol qeydə alınmadı. "Keşlə"nin növbəti hücümü isə hesabın açılması ilə nəticələndi. Sezar asma etdi, Məhəmmədi qabaqlayan Vaqif başla topu tora sancdı. 24-cü dəqiqədə isə Sezar özü də fərqlənməyə yaxın oldu. Onun təxminən 30 metrdən endirdiyi zərbədən sonra top qapı çatına tuş gəldi. Bir müddət qayda pozuntuları fonunda qarşılaşmanın sürəti aşağı düşdü. Lakin fasiləyə kimi hesabda tarazlıq yarandı. 42-ci dəqiqədə Vaqiflə Sohna arasında anlaşılmazlıq "Keşlə"yə baha başa gəldi. Belə ki, "Neftçi" rəqibi dərhal əks-hücumda yaxaladı. Rəhman qapı önünə ötürmə etdi ki, Namiq tək toxunuşla "status-kvo"nu bərpa etdi.
Fasilədən sonra ilk təhlükəli vəziyyəti Maksimovun yetirmələri yaratdı. 47-ci dəqiqədə Sezar qapı önünə ötürmə etdi, medafiəçilər təhlükəni sovuşdura bilmədi, Vaqifin vuruşundan sonra isə top dirəkdən geri qayıtdı. 53-cü dəqiqədə İqnasio uzaqdan "çərçivə"ni nişan almaq qərarına gəlsə də, düşüncəsini lazımınca gerçəkləşdirməyi bacarmadı. Az sonra Rəhman uzaqdan zərbə ilə Orxanın sayıqlığını yoxladı. İkinci yarının əvvəlində Kamranın əvəzinə meydana çıxan Sadıqlı həmin epizodda səhvsiz oynadı. Rəhman bir saatın tamamında yenidən Orxanı narahat etdi, lakin "çərçivə qoruyucusu" yenə qola mane oldu. Bu dəqiqələrdə oyunun tempi aşağı düşmürdü ki, bunun məntiqi nəticəsi kimi də tez-tez qapılar qarşısında təhlükəli anlar yaşanırdı. 68-ci dəqiqədə "Keşlə" yenidən hesabda önə keçdi. Sezarın cərimə zərbəsindən havalandırdığı topu Skarlatake dəqiq baş zərbəsi ilə tora sancdı. Qonaqlar tezliklə bunun cavabını verə bilərdi. Ancaq Sadıqlı Mirabdullanın başla təhlükəli vuruşu zamanı topu ələ keçirdi. 75-ci dəqiqə isə Sezarın zərbəsindən sonra Abışov topun qarşısını kəsdi. Meydan sahiblərinin əllə oyun iddiası yersiz idi. Son dəqiqələrdə isə “Neftçi” təzyiqi artırdı. 84-cü dəqiqədə Sadıqlı Lukasın təhlükəli vuruşunu zərərsizləşdirməklə keşləli azarkeşlərin alqışını qazandı. Az sonra Namiqin zərbəsində cüzi dəqiqlik çatmadı. Beləliklə, “Neftçi”nin həm uğurlu seriyası qırıldı, həm də ən azı birgünlük 3-cü pilləyə yüksəlmək istəyi baş tutmadı.

Gözdən qaçmadı
* "Neftçi"nin ötən tur “Bakcell Arena”da “Qəbələ”yə qarşı keçirdiyi oyuna gəlməyən "Forza Neftçi" bu dəfə tribunada idi. Öz də belə bir plakatla: "Qələbə qazandığın oyunları unutmadıq. Kuboku itirsək də, kapitanı itirmərik. "Forza" səninlədi. R.A.-15".
* 40-cı dəqiqədə topsuz vəziyyətdə Ruslan Abışov Vaqif Cavadova təpik atdı. Futbolçular arasında gərginlik yaşandı, Rəhim Həsənov 4-cü hakimlə məsləhətləşdikdən sonra "Neftçi"nin kapitanına "sarı" göstərdi. Maksimov isə israrla "qırmızı" tələb edirdi. Bu arada qonaq komandanın ehtiyat oyunçular skamyasından kimsə Vaqifə söz atdı, o da cavab verdi. Tərlan Əhmədov isə sərt şəkildə Cavadovdan oyunu davam etdirməsini tələb etdi. Yeri gəlmişkən, komandalar fasiləyə yollanarkən Maksimov həm 4-cü, həm də baş hakimə yaxınlaşıb Abışovun qırmızı vərəqəlik hərəkət etdiyini onlara çatdırmağa çalışdı.
* İlk hissənin sonunda Kamran Slavikə oyun epizoduna görə kəskin narazılıq etdi. Qapıçı daha sonra "Keşlə"nin ehtiyat oyunçular skamyasında oturanlardan biri ilə mübahisəyə girişdi. Maraqlıdı ki, fasilədən sonra "çərçivə"də Ağayev yox, Orxan Sadıqlı idi. Kamran nəinki ehtiyat oyunçular skamyasında, ümumiyyətlə, stadionda gözə dəymədi.
* Final fitindən sonra təkcə Ruslan Abışov “Forza Neftçi”nin yer aldığı tribunanın önünə gedərək, azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür etdi.
* Adətən, oyunsonrası mətbuat konfransına əvvəlcə qonaqların, daha sonra meydan sahiblərinin baş məşqçisi gəlir. Bu dəfə isə əksinə oldu.
* Qarşılaşma başa çatandan sonra “Neftçi”nin azarkeşləri klubun prezidenti Kamran Quliyevlə dialoqa girdilər, etirazlarını ona çatdırdılar.

Reaksiyalar
Yuri Maksimov: “Uşaqlara təşəkkür edirəm. Çıxdılar, qalib gəldilər. Komanda qələbəni Vaqif Cavadova həsr etdi. Onun oğlu dünyaya gəlib. Nə deyə bilərəm? Özünə hörmət olmalıdı. Uşaqlara deyirdim ki, meydana çıxıb döyüşün. Çünki formanızın arxasında adınız var. Siz öz adınız, ailəniz üçün oynayırsız. Onlar meydanda sona kimi mübarizə apardılar. Düzdü, turnir cədvəli baxımından bu qələbə bizə heç nə vermədi. Üç xal “Neftçi”yə daha çox lazım idi. Buna baxmayaraq, uşaqlar əlindən gələni edib, qələbə qazandılar. Kamranın əvəzlənməsi? Onun ayağı burxulmuşdu. Buna görə də əvəzlənməyini xahiş etdi. Onu zədəsinə görə dəyişdim. Kamranın ikinci hissədə harda olmasına gəlincə, bəlkə də həkimin otağına getmişdi. O ki qaldı futbolçular arasında mübahisəyə, bu, komanda daxilində olan bir şeydi... Növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq. Həmin oyunda sürpriz edə bilməyəcəyik. Çünki itkilərimiz var. Fuad Bayramov, Pərdis Fərcad-Azad zədəlidi. Gənclərə də özlərini göstərmək üçün şans yaradırıq. Onsuz da çempionat matçı bizə heç nə vermir. Bu üzdən futbolçularıma da deyirəm ki, çıxın, öz adınız üçün oynayın”.
Tərlan Əhmədov: “Açığı, komandaya gəldiyimdən bəri ən pis oyunumuz oldu. Rəqibi təbrik edirəm. Çox istəkliydilər. Onların itirəcək heç nəyi yox idi. Bacardıqları qədər çox xal toplamağa çalışırlar. Əsas diqqəti isə kuboka yönəldiblər. Çempionata o qədər də ümid bəsləmədikləri üçün oyuna sərbəst çıxırlar. Bizim isə üçüncülük şansımız olduğundan komandanın üzərində hardasa təzyiq var. Ümumiyyətlə, komandamda istək görmədim. Bizə dəstək verən insanlardan üzr istəyirəm. Məğlubiyyət öz yerində, ancaq istədiyim futbolu göstərə bilmədilər. Vacib 3 xaldan məhrum olduq. Hər halda, bu şans idi. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, həmin matçlardan maksimum nəticə ilə ayrılaq... Standart vəziyyətlər həmişə çətin olur. Tək bizim üçün yox, hamı üçün belədi. Bir də deyirəm, istək hər şeyi həll edir. Rəqib səndən daha istəklidisə, səndən daha yaxşı nəticə qazanacaq. İstək olanda bütün mübarizələrdən qalib ayrılırsan. Son oyunlarda qolların çoxunu yarımmüdafiəçilər və ya müdafiəçilər vurur. Bu baxımdan hücumçulardan razı deyiləm. Ola bilsin, arxayınlıq da bunda rol oynayır. Qolların çoxunu yarımmüdafiəçilər və müdafiəçilər vurursa, hücum xəttindən razı qala bilmərəm... Vaqif futbolçudu. O, mənim əlimin altında oynayıb. Heç kimlə mübahisə etmirdim, sadəcə, onu sakitləşdirirdim. İki azərbaycanlı futbolçu dava edəndə, mənim çox əsəbimə toxunur. Futbol kişi oyunudu. Danışmaq nəyə lazımdı? Qalib gəliblər, təbrik etdik. Mən Vaqifə dedim ki, sakit olsun. Kim nə danışıb, nə deyib, öz işidi. Onunla niyə dava etməliyəm? Vaqifin öz rəhbərliyi var, o bilər, rəhbərliyi bilər. Orda artıq-əskik heç nə deməmişəm. Futbolda çox belə epizod olur. Oldu, keçdi. Orda hər nə olubsa, mənə maraqlı deyil. Azərbaycanlıyıqsa, bir-birimizə hörmətlə yanaşmalıyıq. Ruslan təpik atıb, hakim “sarı”sını verib. Soruşdum, dedilər ki, bəli, var. Hakimə başqa etiraz etmədik ki? Əsas budu. Bir də deyirəm, mən ona artıq-əskik heç nə deməmişəm. Düzdü, ehtiyat oyunçular skamyasına yaxınlaşdı, mən də ona “boş ver, oyununu oyna” dedim. Meydanda hər şey olur. Ölüm də baş verir, onda kimi günahlandıraq? Oyunçularımın aqressivliyinə gəlincə, hər qarşılaşmaya istəklə çıxan futbolçuda bu olmalıdı. Derlis Meza Kolli də uduzmağı sevmir. Çox istəyərdim ki, bu cür səhvləri mənə qalib gəldiyim oyunlarda deyəsiz. Ancaq qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi. Təəssüf ki, uduzan kimi bu cür suallar verilir. İstərdim ki, futbolçuların çoxu Derlis Meza Kolli kimi aqressiv, istəkli olsun. Futbolun da, aqressivliyin də öz yeri var. “Fənərbaxça” – “Beşiktaş” oyununun gözəlliyi elə dava-dalaşda idi. Qarşılaşmanın özündə heç gözəllik yox idi. Demirəm, daş atıb kiməsə zərər vurasan. Sadəcə, aqressivliyin həddi var”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar