12 fev 16:01liqa, manset

Tərlan Əhmədovdan pis nümunə

Tərlan Əhmədovdan pis nümunə
Şahgəldiyev: “Məşqçi media nümayəndələrinə, onlar isə əks tərəfə hörmətlə yanaşmalıdı”

Premyer-liqanın son turlarında hakim səhvlərinin qurbanı olan AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, deyəsən, hirsini mediadan çıxmağa qərar verib. Belə olmasaydı, mütəxəssis “Qəbələ” ilə səfərdə baş tutan qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “özünüz hər şeyi gördüz. Demək istədyim söz yoxdu. Hansı suallar verəcəyinizi bilirəm. Amma suallara cavab vermək istəmirəm. Sağ olun” söyləməklə konfrans salonunu tərk etməzdi. Hakimlərin “təyyarəçilər”ə münasibətdə haqsızlıq etdiyini biz də başa düşürük. Ancaq bu Tərlan bəyə əsas vermir ki, jurnalistlərin suallarına cavab verməsin. Belə çıxır ki, hər dəfə hansısa klub ədalət təmsilçilərinin “qurbanı” olacaqsa, baş məşqçi mətbuat konfransında ona yönələn sualları cavabsız buraxacaq. Onda bunun nəyi mətbuat konfransı oldu? Suallara cavab vermək istəməyən çalışdırıcı qızıldan qiymətli vaxtını itirib konfransa gəlməyə də bilərdi. Ancaq Əhmədov bilir ki, oyundan sonra mikrofon önünə keçməsə, onu müəyyən maliyyə sanksiyaları gözləyir. Məhz yersiz pul itkisi olmasın deyə, AZAL-ın çalışdırıcısı formallıq xatirinə jurnalistlərin qarşısına çıxıb.
Tərlan bəyin əsasını qoyduğu bu yeniliyin qarşısı vaxtında alınmasa, sabah istənilən baş məşqçi onun açdığı cığırla addımlayacaq, qələm əhlinə “suallara cavab vermək istəmirəm” deyib, aradan çıxacaq. Yaxşı olardı ki, PFL rəhbərliyi üzürsüz səbəbə görə mətbuat konfransına qatılmayan mütəxəssisi cəzalandırdığı kimi, “mənə sual verməyin, onsuz da cavablamayacam” söyləyənlərə qarşı da tədbir görsün. Yenə deyirik: yoxsa bu xoşagəlməz təcrübə tez bir zamanda geniş yayılacaq və nəticəsi də ağır olacaq.
Məsələ ilə bağlı “təyyarəçilər”in baş məşqçisinin fikirlərini öyrənmək istədik. Ancaq Əhmədov güz ərzində zənglərimizi cavabsız qoydu. Klubun meneceri Eldəniz Yusifov da həmçinin.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə AZAL-ın baş məşqçisinin qeyri-adi hərəkətinə belə reaksiya verdi: “Yaşananlarla bağlı Tərlan Əhmədova hansısa cəza tətbiq oluna bilməz. Çünki Əsasnamədə bununla bağlı heç bir bənd yoxdu. Orda göstərilib ki, baş məşqçi oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak etməlidi. Əhmədov da qaydalara uyğun jurnalsitlər qarşısına çıxıb. Futbolda “respekt” anlayışı var. Bizim dildə buna hörmət deyilir. Düzdü, bəzən bizdə bu sözü səhv başa düşürlər. Yəni həmin an məşqçi media nümayəndələrinə, onlar isə əks tərəfə hörmətlə yanaşmalıdı. Bütün stadionlarda da üzərinə “respekt” yazılan bayrağı asmışıq. Belə xırda məsələlər “respekt” çərçivəsində həll olunur. Ola bilsin, həmin oyundan sonra Tərlan müəllim bir qədər əsəbi olduğundan suallara cavab vermək istəməyib. Ancaq hamı bilir ki, AZAL-ın baş məşqçisi mətbuata açıq olan, daim jurnalistlərin suallarını cavablayan mütəxəssislərdəndi. Özünüz də mətbuat konfranslarında iştirak etmisiz və bilirsiz ki, o həmişə böyük səbirlə sualları dinləyir və cavab verir. Bəzən elə olub ki, Əhmədovun iştirak etdiyi mətbuat konfransı 40 dəqiqə çəkib. Məncə, bir oyuna görə onu bu qədər qınamaq, mediaya hörmətsizlikdə ittiham etmək düzgün deyil”.
Növbəti turlarda “başqa məşqçilər də bu addımı atsa, necə olacaq” sualına PFL rəsmisi belə cavab verdi: “Olmayan şey haqda fikir bildirmək nə dərəcədə düzdü? İnanmıram ki, hər tur hansısa məşqçi desin ki, suallara cavab vermirəm. Qəbələdəki olay fors-majordu. Yenə deyirəm, belə detallar qarşılıqlı razılıqla yoluna qoyulur. Həmin mətbuat konfransında Əhmədova sual verilib, o cavablamayıb? Bəlkə kiminsə sözünü ağzında qoyub? Bu cür xırda detallar Əsasnamədə yazılmır. Belə çıxır, orda yazaq ki, mətbuat konfransında 15 sual verilmədi, müddəti filan qədər olmalıdı. Belə hal davamlı olarsa, onda biz də ölçü götürərik. Ancaq inanmıram ki, bir daha təkrarlansın”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar