10 fev 00:30liqa, reportaj

Ardıcıl beşinci 2:0

Ardıcıl beşinci 2:0
Qurban Qurbanov: “İnanmıram ki, Azərbaycanda “Qarabağ”ı gözdən salmağa çalışan adam olsun”

66 Qarabağ (Ağdam) – Zirə 2:0 (1:0)
13. İbrahim Şehiç – 5,0
25. Ansi Aqolli – 5,0
55. Bədavi Hüseynov – 5,0
5. Maksim Medvedev (k) – 5,0
18. İlqar Qurbanov – 5,0
2. Qara Qarayev – 5,0
8. Miçel – 5,0
(15. Rahid Əmirquliyev, 78) – qiymətsiz
91. Coşqun Diniyev – 5,0
44. Ağabala Ramazanov – 5,5
(10. Muarem Muarem, 65) – 4,5
22. Əfran İsmayılov – 6,0
(11. Mahir Mədətov, 79) – qiymətsiz
6. Dino Ndlovu – 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
21. Arif Daşdəmirov
32. Elvin Yunuszadə
77. Elşən Abdullayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Əfran İsmayılov

1. Anar Nəzirov – 4,5
13. Aleksandr Şemonayev – 4,0
5. Adil Nağıyev – 4,5
44. Migel Lorentso - 4,0
39. Sadiq Quliyev – 4,5
16. Akim Latifu – 4,5
8. Milan Duriç – 5,0
6. Vüqar Mustafayev – 4,5
10. Elvin Məmmədov (k) – 4,0
(43. Riçard Qadze, 46) – 4,5
28. Təmkin Xəlilzadə - 4,5
(17. Vüsal İsgəndərli, 76) – qiymətsiz
9. Nurlan Novruzov – 4,0
(7. Amadu Sanqar, 65) – 4,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
11. Viktor İbokoyi
33. Vəzir Musayev
92. Cavid Tağıyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Milan Duriç
Qollar: Ə.İsmayılov, 13 (1:0). D.Ndlovu, 47 (2:0).
Vərəqə: A.Ramazanov, 51 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov (hamısı Bakı).
Hakim-inspektor: Şaiq Həmidov (Bakı).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
8 fevral. Bakı. Azərsun Arena. 700 tamaşaçı (4900 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Günün ikinci qarşılaşması “Azərsun Arena”da baş tutdu. Lider “Qarabağ” ötən tur 4-cü pilləyə yüksələn “Zirə”ni qəbul edirdi. Heç şübhəsiz, bu duelin favoriti meydan sahibləri idi. Ən azı statistika belə fikir yürütməyə imkan verir. Çünki ağdamlılar rəqibini çempionatın son 4 oyununda məğlub etmişdi. Özü də eyni hesabla – 2:0. “Qartallar” isə 5 oyun idi rəqib qapısına qol belə vura bilmirdi. Qurban Qurbanovun komandası qarşılaşmaya bu uğurlu seriyanı davam etdirmək üçün çıxmışdısa, “Zirə”, nəhayət, “köhlən atlar”a “dur” deməliydi. Bu üzdən üçüncü dövrədə keçirdiyi hər iki görüşdə qalib gələn Ayxan Abbasovun yetirmələrinin bu matça xüsusi hazırlaşdığını zənn etmək olardı. Amma sən saydığını say, gör 90 dəqiqənin tamamında tablo nə sayacaq…
Oyun Rauf Cabbarovun start fitindən sonra "Qarabağ"ın hücumları ilə başladı. Meydan sahibləri ilk dəqiqələrdən topa daha çox yiyələnir, rəqib müdafiəsində boşluqlar axtarırdı. Daha dəqiq desək, “Qarabağ” ilk 7-8 dəqiqədə rəqibə, ümumiyyətlə, top vermədi. Ağdamlılar toplu şəkildə meydanın rəqibə aid hissəsində ötürmələri sıralasalar da, hücumlar kəsərli alınmırdı. Daha doğrusu, tam şəkildə müdafiəyə oturan “Zirə” buna imkan vermirdi. Qurbanovun yetirmələri ara-sıra müdafiənin arxasına hesablanan hava ötürmələrindən yararlanmağa çalışırdı ki, rəqib müdafiəçilər bunun öhdəsindən lazımınca gəlirdi. Buna baxmayaraq, "köhlən atlar" erkən qol vura bildi. 13-cü dəqiqədə Əfran İsmayılov əla zərbə ilə uzaq küncü dəqiq nişan aldı. Qol zamanı diqqəti çəkən məqam “Zirə”nin 3 oyunçusunun zərbənin qarşısını kəsə bilməməsi idi. Qoldan sonra da "Qarabağ" topa nəzarət edən tərəf idi. "Zirə"nin pressinqi isə heç nəyə yaramırdı. Bu üzdən növbəti 12-13 dəqiqəlik zaman kəsiyində qapılar qarşısında təhlükəli vəziyyət yaşanmadı. Lakin qonaqlar hissənin ortalarından fəallaşmağa başladı. Düzdü," Qarabağ"ın orta xətti vəziyyətə tam nəzarət edirdi. Bu üzdən “Zirə”nin oyun epizodlarından nəsə yaradacağı inandırıcı görünmürdü. Amma "qartallar" standart vəziyyətdən iki ardıcıl təhlükəli vəziyyət yarada bildi. 30-cu dəqiqədə cərimə zərbəsindən ötürülən topa Adil Nağıyev başla zərbə vurdu. Amma Şehiç əla seyvlə topun qapıdan keçməsinə imkan vermədi. Ardınca qonaqların yerinə yetirdiyi künc zərbəsindən sonra da bosniyalı qolkiper inamlı təsir bağışladı. Hissənin qalan dəqiqələrində “Qarabağ”ın oyunçuları iki qol imkanını qaçırdı. Coşqun Ağabalanın hava ötürməsinə çata bilmədisə, Dino cərimə meydançasının daxilidən topu tribunalara göndərdi.
İkinci yarı da meydan sahiblərinin hücumları ilə start götürdü. “Qarabağ” artıq 47-ci dəqiqədə ikinci qolu vurdu. Lorentsonun biabırçı səhvindən sonra topu ələ keçirən Dino cərimə meydançasına girərək “mərmi”ni zərgər dəqiqliyi ilə uzaq küncə göndərdi - 2:0. Bu isə artıq intriqanın ölməsi demək idi. Çünki “Zirə”nin oyunu, ümumiyyətlə, alınmır, komanda nə qədər çalışsa da, hücumlar təşkil edə bilmirdi. Əvəzində qonaqlar 55-ci dəqiqədə qapısında daha bir top görə bilərdi. Əfranın cərimə meydançasına asmasını Ağabala başla qapasa da, Nəzirov komandasını qoldan xilas etdi. Yetirmələrinin “ölü oyun”una Ayxan Abbasovun dəyişiklikləri də rəng qatmadı. Düzdü, Riçard Qadze və Amadu Sanqar şəxsi keyfiyyətləri hesabına topu saxlamağa çalışırdı. Amma komanda yoldaşları boş zonalara açıla bilmədiyindən və onların xeyli sayda top itkiləri səbəbindən hücumlar “doğulmamış boğulurdu”. Qonaqların ikinci yarıda yaratdığı ən təhlükəli vəziyyəti 70-ci dəqiqəyə təsadüf etdi. Bədavinin ünvansız ötürməsində sonra qurulan hücum zamanı Təmkinin qapı qarşısına ötürməsinə Amadu yetişə bilmədi. Qalan dəqiqələrdə isə heç bir diqqəti çəkən məqam qeydə alınmadı. Sanki komandaların hər ikisi hesabı qorumağa çalışırdı. Elə də oldu. “Qarabağ” ardıcıl 5-ci oyunda da bu rəqibi məhz 2:0 hesabıyla məğlub etdi.
ŞƏFİ ŞƏFİYEV
Reaksiyalar
Ayxan Abbasov: “Qarabağ”a qarşı oynamağın çətin olduğunu bilirdik. Bizim bu komandaya qarşı sindromumuz var idi. Bunu sındırmaq istəyirdik. Bilirdik ki, rəqib ilk dəqiqələrdən qol vurmaq istəyəcək. Fasilədən sonra ilk 3 oyunda maksimum xal qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. İtkilərimiz də var idi. Sezar Meza Kolli və Yovan Krneta bu gün oynamadı. Artıq “Qəbələ” ilə qarşılaşmaya hazırlaşacağıq”.
Qurban Qurbanov: “Çox vacib qələbə qazandıq. İlk oyunlarda bəzi çatışmazlıqlarımız var idi. Amma mən bunu normal qəbul edirdim. Bu gün isə topla səliqəli davrandıq. “Zirə” düzgün müdafiə olunmaqla bizə problem yaradırdı. Şükürlər olsun ki, qollar vurduq və vacib qələbə əldə etdik. Ayxan Abbasova və “Zirə”yə uğurlar arzulayıram. Növbəti oyunumuz “Kəpəz”ə qarşıdı. Qarşılaşmanın yerini dəyişmək üçün müraciət etməyəcəyik. Biz Gəncə şəhər stadionunda oynamalıyıq. “Kəpəz”in hazırda nəticə baxımından durumu o qədər də yaxşı deyil. Buna görə də bizim qarşı tərəfə müraciət etməyimiz yaxşı çıxmaz… Roman Qriqorçukla bir-birimizə hörmətlə yanaşırıq. Hakim səhvləri hər oyunda ola bilər. Odu ki, mənim nəsə fikir bildirməyim düzgün olmaz. İnanmıram ki, Azərbaycanda “Qarabağ”ı gözdən salmağa çalışan adam olsun. Mən bu klubda çalışmağın məsuliyyətini həmişə dərk etmişəm. Sadəcə, fikirlər ola bilər, hərə öz fikrini deyir. Açıqlamalara reaksiya vermirəm, başımızı aşağı salıb, işimizi görürük… Rəşadın 15 illik futbol təcrübəsi var. Özünüz ona lider adını vermisiz. Onda bu keyfiyyətlər olduğu üçün o adı vermisiz. Rəşad 3-5 ay oynamasa belə, hazır olsa, çıxıb normal oynayacaq. Mən Rəşada inanram. 19-cu turda “Qəbələ” ilə qarşılaşacağıq. Həmin görüşün həlledici olacağını düşünmürəm. Çempionatda hər oyunda xal itirmək ehtimalımız var. Çünki bütün komandalar düzgün oyun göstərməyə başlayıblar. AZAL bizimlə görüşdə olduğu kimi, “Qəbələ”yə qarşı da yaxşı oyun göstərib. Odu ki, “Qəbələ ilə qarşılaşmada qeydə alınan nəticə əsas olmayacaq”.
Gözdən qaçmadı
• Yetirmələrinin çıxışından narazı olan Ayxan Abbasov olduqca sərt idi. O, əl-qol hərəkətləri ilə futbolçulara göstərişlər verir, çığır-bağır salırdı. Sanki "Azərsun Arena"da Dieqo Simeoneni gördük.
• Havanın soyuq olmasına baxmayaraq, komandanı dəstəkləməyə "Zirə"nin 30-a yaxın azarkeşi gəlmişdi.
• Top meydanın "Qarabağ"a aid hissəsində olanda laysman Elman Musayev yan xətt üzrə yox, 1,5-2 metr meydanın içində hərəkət edirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar