26 apr 04:06liqa

“Qarabağ”ın çempionluqlarını incələyərkən…

“Qarabağ”ın çempionluqlarını incələyərkən…
Komandanın məhsuldarlığı azalıb
“Qarabağ” ardıcıl 5-ci dəfə ölkə çempionu oldu. “Köhlən atlar” premyer-liqanın 24-cü turunda qızıl medalları özü üçün rəsmiləşdirdi. Ümumilikdə 6 dəfə ən güclü olan ağdamlılar yayda ölkəmizi yenidən Çempionlar Liqasında təmsil edəcək. Artıq Qurban Qurbanovun qalan turlarda heyətlə bağlı hansı rotasiyalara əl atacağını zaman göstərəcək. Fakt budu ki, bu mütəxəssisin rəhbərliyi altında “Qarabağ” 5 mövsümdü rəqib tanımır. Komandanın hazırda 59 xalı var və 2-ci yerdən 17 xal öndədi. Lakin finişə qədər həmin məsafə qısala və ya arta bilər. Hazırda Qurbanovun komandasının hesabında 34 qol var. Məhsuldarlıq baxımından bu göstərici bir qədər məyusedici görünə bilər. Turnir cədvəlində 2-ci olan “Qəbələ” ağdamlılardan 3 qol artıq vurubsa, “Neftçi” liderdən 2 top geri qalır. Ancaq buraxılan topların sayını da unutmamalıyıq. “Köhlən atlar” geridə qalan 24 oyunda qapısında cəmi 8 qol görüb. Başqa sözlə, ağdamlılar orta hesabla 3 oyuna bir qol buraxıb. Təbii, çempionluğun qazanılmasında etibarlı müdafiə də önəmli məqamdı. Odu ki, bu baxımdan da müqayisə aparaq. Cari mövsüm qapısında ən az qol görən komandaların sıralamasında “Qarabağ”dan sonra “Qəbələ” ilə “Neftçi” gəlir. Bu iki komandanın passivində 24 top var. Deməli, Qurbanovun komandası ən yaxın izləyicilərindən 3 dəfə az məyus olub. Maraq üçün “Qarabağ”ın öncəki 4 çempionluğunun statistik məqamlarını xatırlamağı lazım bildik. Əvvəlki uğurlarda komandanın neçə xalla çempion olduğunu, nə qədər qol vurduğunu, məyus olduğu, sona neçə tur qalmış “qızıl”ı rəsmiləşdiyini yada salmaq pis olmaz.
2013/14
Qurbanovun rəhbərliyi altında “Qarabağ” ilk çempionluğunu 2013/14 mövsümündə qazandı. Belə deyək, “köhlən atlar” “Neftçi”nin hegemonluğuna son qoymağı bacardı. Avrokuboklarda üzümüzü güldürsə də, ölkədaxili yarışlarda əzəli rəqibindən bir addım geridə qalan ağdamlılar 1993-cü ildən bəri sürən həsrəti bitirdi. “Qarabağ” həmin mövsüm premyer-liqada meydana çıxdığı 36 görüşdə (21 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət) 72 xal topladı, 66 qol vurub, öz qapısında 21 top gördü. “Köhlən atlar”dan nə çox qol vuran, nə də az top buraxan komanda oldu. Ancaq sözügedən “futbol ili”ndə çempionatda 10 komanda iştirak edirdi. Yəni ağdamlılar hər oyuna orta hesabla 1,8 qol vurmuşdu. Qurbanovun yetirmələri sona 2 tur qalmış çempionluğu rəsmiləşdirdi. Yekunda isə mövsümü ən yaxın izləyicisi “İnter”dən 5 xal öndə qapadı. Özü də “köhlən atlar” 34-cü turda məhz “bankirlər”i 4:1 hesabı ilə yenərək, “qızıl”ı təmin etdi. Həmin görüş Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşdi, oyunu 4000 tamaşaçı izlədi. Qalan iki turda isə “Qarabağ” həm “Sumqayıt”a (0:1), həm də “Xəzər Lənkəran”a (1:2) məğlub oldu.
2014/15
İkinci çempionluq zamanı da “Qarabağ” son iki oyunu formallığa çevirdi. Budəfəki uğur “Bakcell Arena”da, yenə də 4000 azarkeşin izlədiyi matçda rəsmiləşdi. “Köhlən atlar” “Sumqayıt”ı minimal hesabla (1:0) məğlub edərək, sona 2 tur qalmış qızıl medalları təmin etdi. Yekunda isə ağdamlılar turnir cədvəlini yenə də “İnter”dən öndə və yenə də 5 xallıq fərqlə qapadı. Düzdü, bu dəfə də çempionatda 10 komanda mübarizə apardı. Ancaq “Araz Naxçıvan”ın imtinası üzündən bir qədər fərqli durum yarandı. Qurbanovun yetirmələri keçirdiyi 32 oyunda (20 qələbə, 8 heç-heçə, 4 məğlubiyyət) 68 xal topladı, 51 qol vurub, 28-ni öz qapısında gördü. Bu isə ağdamlıların hər oyuna orta hesabla 1,5 qol vurması anlamına gəlir. Maraqlıdı ki, ikinci yerdə olan “İnter” top fərqində “Qarabağ”dan daha yaxşı göstəriciyə malik idi (55-20). Yeri gəlmişkən, qalan 2 turda “köhlən atlar” “İnter”ə uduzdusa (1:2), “Araz Naxçıvan”la oyun yuxarıda qeyd etdiyimiz səbəb üzündən keçirilmədi.
2015/16
İki il öncə əldə olunan çempionluq isə cari mövsümə bənzəyir. Belə ki, 2015/16 “futbol ili”ndə də “Qarabağ” sona 4 tur qalmış “qızıl”ı təmin etdi. Sonuncu 10 komandalı çempionatda “köhlən atlar” marafonu 84 xalla başa vurdu. Qurbanovun yetirmələri yekunda ən yaxın izləyicisi “Zirə”ni 22 xal qabaqladı. Keçirdiyi 36 oyunda (26 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət) 66 qol vuran (orta hesabla 1,8) ağdamlılar 21 dəfə qapısında top gördü. Ancaq həm hücum xəttinin məhsuldarlığı, həm də müdafiənin etibarlılığı baxımından heç kim çempiondan daha yaxşı göstəriciyə malik deyildi. Çempionluğun rəsmiləşdiyi matç isə Zirədə baş tutdu və “köhlən atlar” yerli komandanı 2 cavabsız qolla məğlub etdi. Həmin oyunu 2 min azarkeş izləmişdi. Qalan 4 turda isə “Sumqayıt”ı (1:0), “Qəbələ”ni (2:0) və AZAL-ı (3:0) “quru” hesablarla məğlub edən “Qarabağ” yalnız “Rəvan”a uduzdu (1:2).
2016/17
Ötən mövsüm “Qarabağ” son iki oyununu formallığa çevirdi. Qurbanovun komandası ilk dəfə 8 komanda arasında 62 xalla ən güclü oldu. “Köhlən atlar” çempionatın yekununda turnir cədvəlində ən yaxın izləyicisi “Qəbələ”dən 10 xal öndə idi. Ağdamlılar keçirdyi 28 matçda (19 qələbə, 5 heç-heçə, 4 məğlubiyyət) 46 qol vurub (orta hesabla 2,1) 14-nü buraxmışdı. Müdafiə baxımından ən yaxşı göstərici “Qarabağ”da olsa da, “Qəbələ” ötən mövsüm daha məhsuldar çıxış etmişdi (48 qol). “Qarabağ” “İnter”i səfərdə 3 cavabsız qolla məğlub edib, çempionluğunu rəsmiləşdirdi. “İnter Arena”da baş tutan görüşü 1234 tamaşaçı izləmişdi. Son 2 turda isə “Qarabağ” həm “Sumqayıt”ı, həm də “Neftçi”ni eyni hesabla (2:1) məğlub etmişdi.
Son söz əvəzi
Göründüyü kimi, ardıcıl 5 çempionluqdan üçündə sona 2 tur qalmış, ikisində isə 4 tur öncədən “qızıl”ın taleyi həll olunub. Komanda cari mövsümdə 18 qələbə qazanıb, 5 heç-heçə edib və yalnız 1 dəfə məğlub olub. Özü də bundan öncəki 3 çempionluqda eyni sayda – 4 məğlubiyyət olub. Yalnız Qurbanovun rəhbərliyi altında əldə olunan ilk uğur zamanı komanda mövsümü 6 yenilgiylə bitirib. Ən parlaq çempionluğun isə 2015/16 mövsümündə qeydə alındığını deyə bilərik. Hazırda məhsuldarlıq 1,4-ə bərabərdi ki, bu da 5 uğur zamanı ən aşağı göstəricidi. Ancaq hələ ki birincilik yekunlaşmayıb və qalan oyunlarda rəqəmlərlə bağlı dəyişikliklərin olması mümkündü.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar