26 apr 00:13liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Diniyev spreysiz çıxdı, Paşayev məşqçini özündən çıxardı
Topaz premyer-liqasının son turu kobud hakim səhvləriylə yadda qaldı. Mübahisəli məqamlar yetərincədi. Deyəsən, mövsümün sonudu deyə, yorğunluq ədalət təmsilçilərində də özünü göstərir...
ORXAN MƏMMƏDOV, Keşlə - Zirə
Açılış oyununa təyinat alan Orxan Məmmədov iki gün əvvəl Tovuzda divizionun son turunda fit çalmışdı. Görünür, tam bərpa ola bilməmişdi. Hər halda, sabiq FİFA referisi səhvləri ilə diqqəti çəkdi. Köməkçiləri də ona yardım edə bilmədi. İlk yarının ortalarında Milan Duriç Orxan Əliyevlə paslaşanda ikinci ofsaydda idi. Ancaq yan xətt hakimi Cavanşir Yusifov bayrağını qaldırmadı. Maraqlıdı ki, top sonda Skarlatakedən meydanı tərk etsə də, hakim künc zərbəsi təyin etmədi və əlini göyə qaldırdı. Görünür, Orxan Məmmədov son anda oyundankənar vəziyyət olduğunu qətiləşdirib məsuliyyəti üzərinə götürdü. 36-cı dəqiqədə baş verən penalti epizodunu müzakirə etməyə dəyər. Ona görə yox ki, qayda pozulmamışdı. Qayda pozuntusu var idi və “11 metrə” tam haqlı idi. Sadəcə, hakimin Sadıqlıya sarı vərəqə göstərməməsi anlaşılmazdı. Hissənin sonunda Məmmədov səhvini səhvlə “sığortaladı”. Belə ki, Uilyams qapıçı ilə təkbətək çıxarkən Sadıqlı cərimə meydançasını tərk edib təhlükəni önlədi. Hakim bu epizodda qapıçıya sarı vərəqə verdi. Halbuki adaşı rəqibə toxunmamışdı. Eyni zamanda, penalti epizodunda qapıçıya vərəqə göstərilsəydi, ikincini alıb meydandan qovulmalı idi. Ədalət təmsilçisi Tçaminin epizodunu da düzgün qiymətləndirmədi. 40-cı dəqiqədə cərimə meydançasında özünü yerə atan “Keşlə”nin legionerinə qarşı kobudluq yox idi. Sadəcə, Məmmədov simulyasiyaya görə ona vərəqə göstərməliydi.
ÖMƏR PAŞAYEV, Sumqayıt – Qarabağ
Paşayev nəticəyə təsir edən səhvə yol verməsə də, müəyyən məqamlarda absurd qərarlarla narazılığa səbəb oldu. Məsələn, “Qarabağ”ın oyunçusu rəqibin cərimə meydançasında kobud oynadığı üçün hakim qayda pozuntusu qeydə aldı. Qapıçı topu oyuna daxil edərkən ötürmə qısa düşdü, hakim onun yenidən yerinə yetirilməsini tələb etdi. Halbuki top “qapıdan zərbə” ilə oyuna daxil edilmədiyi üçün onun cərimə meydançasını tərk etməsi şərt deyil. Bundan başqa, matçın sonlarında Ömərin Bəhlul Mustafazadəyə göstərdiyi sarı vərəqənin motivi anlaşılmaz qaldı. Hakimin bu səhvlərini nəzərə alsaq, Samir Abasovun final fitindən sonra meydana daxil olub onun üzərinə hücum çəkməsi anlaşılandı.
RAMİL DİNİYEV, Səbail – Kəpəz
Diniyevin idarəçiliyi də başqalarından seçilmədi. Təcrübəli referi səhvləriylə diqqəti çəkdi. 30-cu dəqiqədə Apakidze Darionu vursa da, hakim qayda pozuntusu təyin qeydə almadı. 77-ci dəqiqədə gürcü müdafiəçi Tural Rzayevə qarşı kobud oynadı ki, yenə Diniyevin fiti susdu. Ümumiyyətlə, hakim oyuna yaxşı hazırlaşmamışdı. Onun özüylə sprey götürməməsi də diqqətimizi çəkdi. Dördüncü hakim Vüqar Həsənli isə nədənsə tablonu üzbəüz tribunadakı azarkeşlərə göstərir, əsas tribunadakılar, həmçinin şərhçi və media nümayəndələri əvəzetmə və əlavə olunan dəqiqələri görə bilmirdi.
İNQİLAB MƏMMƏDOV, Neftçi – Qəbələ
Turun mərkəzi qarşılaşmasının gərgin keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq olardı. Həftəiçi kubokun yarımfinalında üz-üzə gələn tərəflərin budəfəki dueli də aqressiv mübarizə vəd edirdi. Belə də oldu. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov prinsipial qarşılaşmanı İnqilab Məmmədova həvalə etmişdi. Yeri gəlmişkən, komitə sədri özü də oyunun hakim-inspektoru idi. Onun yetirməsinə bu oyundakı idarəçilyinə görə hansı qiyməti verdiyi maraq doğurur. Bir sıra mübahisəli epizodların yaşandığı matçdan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk hakimlikdən hədsiz narazılğını dilə gətirdi. Başlayaq elə ukraynalının əsas etiraz etdiyi və matçın nəticəsini müəyyənləşdirən qolun vurulduğu epizoddan. Məhəmməd Mirzəbəyov cərimə meydançasına daxil olarkən topa başla toxunmaq istəyərkən, Ürfan Abbasov ayağı ilə "kürə"nin qarşısını kəsdi ki, belədə "Neftçi"li sifətini tutub yerə yıxıldı. Düzdü, Abbasovun ayağı rəqibin üzünə dəyməmişdi. Ancaq hakim təhlükəli oyuna görə cərimə zərbəsi təyin etdi. Oyundakı əsas qərarlardan biri 63-cü dəqiqədə yaşandı. Baqali Dabo rəqibin cərimə meydançasına yaxınlaşarkən əvvəlcə Emin Mahmudov ayağı ilə ona toxundusa, ardınca Kiril Petrov hücumçunu qaydalar çərçivəsindən kənar hərəkətlə saxladı. Bu zaman "Neftçi"nin hər iki oyunçusunun passivində sarı vərəqə vardı. Maraqlıdı ki, Məmmədov məhz Eminə ikinci rəsmi xəbərdarlıq etdi ki, bu da futbolçunun sərt təpkisinə səbəb oldu. Razılaşaq ki, "sarı" həmin epizodda yetərincə ağır qərar idi. Hər halda, "Neftçi" bu qərardan apellyasiya şikayəti verib və klubun şikayəti təmin olunsa, hakimin yanlış qərarı təsdiqlənmiş olacaq. Ümumiyyətlə, tez-tez fitini səsləndirməsi, vərəqəyə meyilli olması ədalət təmsilçisinin işinə kölgə salırdı. Bir sözlə, Məmmədovun ideal oyun idarə etdyini söyləyə bilmərik.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar