25 apr 12:37liqa, reportaj

Ruslan Abışov bu dəfə qəhrəman oldu

Ruslan Abışov bu dəfə qəhrəman oldu
“Forza Neftçi” oyuna gəlmədi
96. Neftçi (Bakı) - Qəbələ 1:0 (1:0)
1. Səlahət Ağayev - 6,0
5. Anton Krivotsyuk - 5,5
15. Ruslan Abışov (k) - 6,5
25. Kiril Petrov - 5,5
21. Məhəmməd Mirzəbəyov - 5,5
8. Emin Mahmudov - 4,5
10. Derlis Meza Kolli - 6,0
17. Rəhman Hacıyev - 5,5
(6. Rəşad Sadiqov, 90+2) - qiymətsiz
7. Namiq Ələsgərov - 5,0
(19. Fransisko Qarsiya, 82) - qiymətsiz
22. Mirabdulla Abbasov - 5,0
(9. Lukas Qomes, 72) - 5,0
11. İqnasio Errera - 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
2. İlkin Qırtımov
3. Fərid Abbaslı
12. Mayk Kampaz
26. Ömər Buludov
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Ruslan Abışov

23. Aqil Məmmədov - 5,5
33. Təmkin Xəlilzadə - 4,5
(10. Ruslan Qurbanov, 79) - qiymətsiz
5. Rasim Ramaldanov - 4,5
(16. Omar Malone, 90) - qiymətsiz
34. Ürfan Abbasov - 5,0
18. İlqar Qurbanov - 5,0
8. Qismət Alıyev - 5,0
14. Cavid Hüseynov (k) - 5,5
45. Famussa Kone - 4,5
(6. Elvin Məmmədov, 82) - qiymətsiz
19. Filip Ozobiç - 6,0
28. Stiven Jozef-Monroz - 4,5
9. Baqali Dabo - 5,5
Ehtiyat oyunçular
22. Dmitri Bezotosnı
35. Murad Popov
4. Elvin Camalov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qol: R.Abışov, 4.
Vərəqələr: E.Mahmudov, 19 (qeyri-idman hərəkəti). S.Jozef-Monroz, 21 (hakimin qərarına etiraz). K.Petrov, 32 (qeyri-idman hərəkəti). R.Abışov, 34 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 41 (qeyri-idman hərəkəti). F.Ozobiç, 90 (hakimin qərarına etiraz) - sarı. E.Mahmudov, 63 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
22 aprel. Bakı. Bakcell Arena. 1500 tamaşaçı (10260 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun mərkəzi oyunu "Bekcell Arena"da reallaşdı. Həftəiçi kubokun yarımfinal qarşılaşmasında üz-üzə gələn "Neftçi" ilə "Qəbələ" bu dəfə çempionat matçında münasibətləri aydınlaşdıracaqdı. "Ağ-qaralar" qisas haqda düşünürdüsə, qonaqlar turnir cədvəlinin 2-ci pilləsində möhkəmlənmək istəyirdi.
Matçda ilk qol özünü çox gözlətmədi. Artıq 4-cü dəqiqədə Abışov hesabı açdı. Yeri gəlmişkən, hakimin qayda pozuntusu qərarı bir qədər şübhəli idi. Qola gəlincə, kubok oyununda ciddi səhvlərə yol verən müdafiəçinin cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı top dirəyə dəyib tora daxil oldu. "Qəbələ" tezliklə hesabı bərabərləşdirməyə yaxın idi. Ancaq Dabonun vuruşunda dəqiqlik çatmadı. Bundan sonra bir müddət qapılar qarşısında yaddaqalan təhlükənin şahidi olmadıq. 28-ci dəqiqədə isə Səlahət ardıcıl iki dəfə komandasını qoldan xilas etdi. O əvvəlcə İlqarın təhlükəli vuruşunu dəf etdi. Dabonun təkrar zərbəsi zamanı da Ağayev əla reaksiya nümayiş etdirdi. Yarımsaatın tamamında Kone fərqlənə bilərdi. Təbii, onun "çərçivə"yə ünvanladığı top yolüstü müdafiəçiyə tuş gəlməsəydi. "Neftçi" bunun cavabını dərhal verdi. Erreranın olduqca təhlükəli zərbəsini Məmmədov dəf etdi. İlk yarının qalan dəqiqələrində diqqəti çəkən epizod olmadı.
İkinci hissənin əvvəllərində də hansısa qol vəziyyətinin şahidi olmadıq. Ta ki Emin qırmızı vərəqə ilə meydandan qovulana qədər. 63-cü dəqiqədə Emin Petrovla birgə cərimə meydançasının həndəvərində Daboya qarşı kobud oynadı. Belədə qarşısında 2-ci "sarı"nı gördü, nəticədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Cərimə zərbəsini Ozobiç yerinə yetirdi. Onun yetərincə təhlükəli vuruşu zamanı top tirə tuş gəldi. Meydan sahiblərinin azlıqda qalmasından istifadə edən "Qəbələ" təzyiqi artırmışdı. "Neftçi" isə yalnız əks-hücumlara bel bağlayırdı. Belə epizodların biri 70-ci dəqiqəyə təsadüf etdi. Ancaq Aqil Namiqlə dueldə hesab arasındakı fərqin artmasına imkan vermədi. Son 20 dəqiqədə isə "qırmızı-qaralar" tam olaraq flaqmanın qapısına "yükləndi". Ard-arda Qurbanov, Alıyev və Ozobiçin zərbələri zamanı müdafiəçilər topun qarşısını kəsdi. Abışovun başçılıq etdiyi "Neftçi"nin müdafiə xətti rəqibin həmlələrini dəf edə bilirdi. 88-ci dəqiqədə Qomesin zərbəsi zamanı Aqil qola mane oldu. Qalan vaxtda qonaqlar çox çalışsa da, məğlubiyyətdən xilas ola bilmədi. "Neftçi" isə son yarımsaatda azlıqda qalmasına baxmayaraq, kubokdakı yenilgini qismən unutdurub, 4-cü pilləni ələ keçirdi.
FARİZ

Gözdən qaçmadı
* Ruslan Abışov fərqləndikdən sonra sevincini Mahmudovla birgə tribunadan oyunu izləyən və yenicə övladı dünyaya gələn qardaşı Sərxana xüsusi jest etməklə qeyd etdi.
* "Forza Neftçi" matça gəlməmişdi.
* Emin "qırmızı" alandan sonra aqressiv davranışla hakimin üzərinə yeridi. İqnasio onu birtəhər referidən araladı. Paltardəyişmə otağına gedən yarımmüdafiəçini yolüstü Tərlan Əhmədov qarşılayıb qucaqladı, təsəlli verdi.
* Matçdan sonra azyaşlı azarkeşlərdən biri Ruslan Qurbanovun ad-soyadı və nömrəsi yazılan pankartı futbolçuya göstərmək istəyirdi. Ancaq polislər kobud şəkildə onun qarşısını alınca, azyaşlı əsəbləşib, əlindəki kağızı cırıb yerə atdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar