25 apr 12:33liqa, reportaj

“Zirə”ni Maksimovun əvəzetmələri yıxdı

“Zirə”ni Maksimovun əvəzetmələri yıxdı
93. Keşlə - Zirə 2:1 (0:1)
15. Orxan Sadıqlı (k) – 5,0
4. Slavik Alxasov – 5,0
(9. Pərdis Fərcad-Azad, 66) – 5,0
33. Tərlan Quliyev – 5,5
27. Adrian Skarlatake – 5,5
3. Denis Silva – 5,5
2. Sərtan Taşkın – 6,0
40. Nemanya Stoyanoviç – 4,5
90. Ebrima Sohna – 5,5
88. Məmməd Quliyev – 5,0
(7. Vaqif Cavadov , 46) – 5,5
21. Herve Tçami –5,0
(10. Sezar Meza Kolli, 46) – 6,5
14. Andre Klennon – 5,5
Ehtiyat oyunçular
1. Kamran Ağayev
66. Murad Qayalı
39. Əlibəy Məmmədli
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli
1. Anar Nəzirov (k) – 4,5
16. İbrahim Aslanlı – 4,5
11. Viktor İbokoyi – 4,5
39. Sadiq Quliyev – 4,5
5. Adil Nağıyev – 4,0
4. Vüqar Mustafayev – 4,0
(38. İlkin Muradov, 79) – qiymətsiz
8. Milan Duriç – 4,5
17. Vüsal İsgəndərli – 4,5
29. Comal Uilyams – 4,5
10. Orxan Əliyev – 5,0
(88. Elşən Abdullayev, 63) – 4,0
77. Mirsahib Abbasov – 4,5
(14. Tellur Mütəllimov, 54) – 4,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
21. Sahil Cəfərov
22. Milad Bayramov
57. Kənan Zülfüqarov
87. Müşfiq İlyasov
97. Tapdıq Əhmədov
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Orxan Əliyev
Qollar: M.Duriç, 36-p. (0:1). A.Klennon, 50 (1:1, S.Meza Kolli). V.Cavadov, 69 (2:1, S.Meza Kolli).
Vərəqələr: M.Duriç, 16 (qeyri-idman hərəkəti). O.Sadıqlı, 45 (qeyri-idman hərəkəti). A.Nağıyev, 81 (qeyri-idman hərəkəti). A.Klennon, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, İsgəndər Əliyev, Cavanşir Yusifov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Arif Fərəcov (Bakı).
21 aprel. Bakı. İnter Arena. 1000 tamaşaçı (5300 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Avroliqaya vəsiqə ovcunun içində olan “Keşlə”nin premyer-liqadakı missiyasının başa çatdığını düşünmək olardı. Hər halda, paytaxt təmsilçisi kubokun finalına səfərbər olub, çempionatda isə 6-cı yerdən yuxarı qalxa bilməyəcək. Odu ki, Yuri Maksimovun oyuna üç əsas oyunçu – Sezar Meza Kolli, Pərdis Fərcad-Azad və Vaqif Cavadov olmadan başlaması anlaşılandı. Qış fasiləsindən sonra “çərxi dönən”, qələbəyə həsrət qalan “Zirə” isə itkilərin ağuşunda idi. Riçard Qadze, Yovan Krneta, Jozef Bum, Aleksandr Dedov, Aleksandr Şemonayev zədədən əziyyət çəkirsə, Sadio Tounkara və Yani Urdinov cəza səbəbindən “Keşlə”yə qarşı oynamaya bilməzdi. Belədə qəsəbə təmsilçisinin məşqçilər korpusu heyətdə az-az görünlərə ilk dəqiqələrdən şans verməli olmuşdu.
Bəribaşdan qeyd edək ki, ilk yarı elə də maraqlı alınmadı. Daha doğrusu, hesab açılana qədər temp aşağı idi və tərəflər riskdən çəkinirdi. 36-cı dəqiqəyə qədər hər iki komanda iki təhlükəli vəziyyət yarada bildi. 6-cı dəqiqədə “Keşlə” hücuma çıxarkən əks-hücumda yaxalandı. Sadiqin müdafiədən ötürdüyü topa cinahda yiyələnən Orxan Əliyev cərimə meydançasına qədər irəlilədi və mərkəzdən ona dəstək verən Vüsalla Mirsahibi gördü. Onun ötürməsinə Abbasov yetişdi, di gəl ki, gənc hücumçunun zərbəsi son anda özünü yetirən Skarlatakeyə, daha sonra özünə dəyib meydanı tərk etdi. 13-cü dəqiqədə isə Sərtan Taşkın fərqlənməyə yaxın oldu. Məmmədin ideal ötürməsini penalti nöqtəsinin üzərindən birbaşa qapıya göndərmək istəyən müdafiəçinin ayağı boşa çıxdı, epizodun davamında isə Nemanyanın zərbəsi tirin üstündən keçdi. 25-ci dəqiqədə Duriç az qala hesabı açacaqdı. Meydanın mərkəzində topu ələ keçirən yarımmüdafiəçi sürətli reyd etdikdən sonra Vüsalla paslaşıb qapıçı meydançasında komanda yoldaşının qaytardığı “borc”u təyinatı üzrə “xərcləyə” bilmədi. Bir qədər sonra Tərlan müdafiədən, təxminən 35 metr məsafədən ideal ötürmə ilə Sərtanı qapıçıyla təkbətək çıxardı. Ancaq o, əlinə düşən ikinci imkandan da yararlana bilmədi. Sadıqlı bu epizodda inamlı oynasa da, 36-cı dəqiqədə penaltiyə səbəb oldu. Məmmədin mövqe səhvindən sonra Vüqar cərimə meydançasına daxil oldu ki, mövqeyini tərk edən “Keşlə”nin qapıçısı topa yox, rəqibin ayağına toxundu və beləcə adaşı Orxan Məmmədov “nöqtə”ni göstərdi. Duriç standart vəziyyəti qola çevirərək, “Zirə”ni hesabda önə keçirdi. 43-cü dəqiqədə Anar Nəzirov komandasını qoldan xilas etdi. Ardıcıl künc zərbələrindən birində Denisin qapıya göndərdiyi topu rəqib qapıçı əla reaksiya ilə tirin üstündən aşıra bildi. “Zirə” 45-ci dəqiqədə üstünlüyünü 2 topa çatdıra bilərdi. Rəqibi əks-hücumda yaxalayan qonaqları Uilyams sevindirməyə borclu idi. Nemanya araya girib topu qapıçısına ötürmək istəyərkən onu trinidad və tabaqoluya hədiyyə etmişdi. Ancaq o, topu cərimə meydançasını tərk edən Sadıqlının başının üzərindən tora atmaq əvəzinə özünü yerə atdı ki, penalti qazanıb rəqib qapıçını meydandan qovdursun. Halbuki özü simulyasiyaya görə cəzalanmalı idi. Baş hakim Sadıqlıya “sarı” göstərsə də, qayda pozuntusunun kənarda baş verdiyini qeydə aldı.
Maksimovun fasilədən sonra etdiyi dəyişikliklər özünü dərhal göstərdi və 50-ci dəqiqədə hesaba tarazlıq gəldi. Ukraynalı Vaqiflə Sezarı döyüşə atdı ki, əzmkar qələbədə bu iki futbolçu birbaşa pay sahibi oldu. Meza Kolli əvvəlcə bərabərlik qolunun ötürməsini verdi. Daha doğrusu, onun künc zərbəsindən qapı qarşısına göndərdiyi topu Klennon başla tora sancdı. Bu, yamaykalı hücumçunun Azərbaycanda vurduğu ilk qol oldu. Görünür, qələbəyə həvəslənən Maksimov hissənin ortalarında daha bir hücumçunu – Pərdisi döyüşə atdı və 3 dəqiqə sonra, 69-cu dəqiqədə “Keşlə” hesabda önə keçdi. Sezar növbəti qolun da assistenti oldu. Yenə konerdən asmanı bu dəfə Vaqif başla qapıdan keçirdi. Topun yerə dəyməsi Nəzirovun işini çətinləşdirdi. Az qala Meza Kolli bir qədər sonra künc zərbəsindən özü də fərqlənəcəkdi. Onun birbaşa qapıya istiqamətləndirdiyi hiyləgər zərbəni Anar yumruğuyla dəf etməyi bacardı. “Zirə” məğlubiyyətdən xilas olmaq üçün son dəqiqələrdə təzyiqi artırsa da, bunu bacarmadı. Hərçənd bunun üçün fürsət də ələ düşmüşdü. Tellurun zərbəsindən sonra Nəzirovun mane ola bilmədiyi və qapıya gedən topu Denis xəttin üstündən çıxardı. Beləliklə, Maksimovun əvəzetmələriylə əzmkar qələbə qazanan “Keşlə” azı bir günlük 6-cı yerə yüksəldi. “Zirə”nin qələbəsiz oyunlarının sayı isə 10-a çatdı.

Reaksiyalar
Elnur Çodarov: “İlk hissədə futbolçular tam olmasa da, tapşırıqlarımızı yerinə yetirdilər. İkinci yarıda diqqətsizlikdən, heç nədən qollar buraxdıq. Taktiki dəyişikliklər etdik, ancaq bunun bəhrəsi olmadı. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Deməzdim ki, qol vəziyyətimiz olmadı. Əksinə, iki-üç yaxşı şans var idi. Ancaq bunları dəyərləndirə bilmədik. Rəhbərliklə görüşümüz olub. Deyiblər ki, arxayın olun, arxanızdayıq. Bizə güvəndiklərini bildiriblər. Bu, bizi arxayınlaşdırmır. Əksinə, onların inamı bizə ikiqat stimul verir. Rəhbərliyə minnətdarıq. Problem sırf komanda işindədi, yoxsa psixoloji durumda - bunu birmənalı demək çətindi. Ancaq qış fasiləsindəki transferlərimiz gedənlərinin yerini doldura bilmədi. Qələbəsiz oyunlar da istər-istəməz komandaya psixoloji təsir göstərir. Komandaya cəlb etdiyimiz istedadlı futbolçulardan biri də Elşən Abdullayevdi. Çalışır, tənbəl deyil. Ancaq görünür, uyğunlaşmayla bağlı problemi var”.
Yuri Maksimov: “Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, boşalma var idi. Ona görə də bəzi futbolçulara istirahət verdim. Son 10 gündə 4 oyun keçirmişik. Sıx qrafikdə oynayırıq. Çalışırıq gənc futbolçulara da, təcrübəli oyunçularla yanaşı şans verək. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm. Kubokun finalına çıxmışıq deyə premyer-liqadakı missiyamızın başa çatdığını demək olmaz. Çempionata da qalib gəlmək üçün çıxırıq. Futbolçuların əksəriyyətinin komanda ilə müqaviləsinin müddəti bitir. Lakin mən onlara deyirəm ki, çıxın, özünüzü göstərin. Yaxşı oyun göstərmək yeni klubların diqqətini çəkmək üçün də əsasdı. Mən müqavilənin sonuna kimi burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq. Komandaya kubokun finalına çıxdığına görə vəd olunan mükafat verilib? Hələ yox”.

Gözdən qaçmadı
* Böyük ehtimalla hakimin start fiti ərəfəsində klubun Müşahidə Şurasının sədri Zaur Axundovu görən “Keşlə” azarkeşləri “ən böyük başqan, bizim başqan” şüarı səsləndirdilər.
* Cəzalı olduğu üçün texniki zonada yer ala bilməyən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov komandasından çox da aralı düşməmişdi. Ehtiyat oyunçular skamyasının arxasında dayanan çalışdırıcı həm əvəzetmələr zamanı köməkçisinə məsləhət verir, həm də birbaşa meydandakı futbolçulara tapşırıqlarını çatdırırdı. Onun oyunun əvvəlində mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəni yanına çağırıb nəsə deməsi və həmkarımızın tələsik meydanın kənarına gedib tez də qayıtması diqqətimizdən yayınmadı.
* Vaqif Cavadovun qolundan sonra Yuri Maksimov üzünü qapıçılarla işləyən məşqçi Cəmaləddin Əliyevə tutaraq, “gördün?” dedi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar