20 apr 01:38liqa

“Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı”

“Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı”
Ayxan Abbasov azarkeşlərlə insidentə görə peşman deyil
Qış fasiləsindən sonra 3 xala həsrət qalan “Zirə”nin enişi davam edir. “Qartallar”ın qələbəsiz seriyası 9 oyuna çatıb ki, bu da qəsəbə təmsilçisinin Avropa Liqasına vəsiqə qazanacağını kölgə altına salıb. Bu azmış kimi, qarşıdakı 4 oyunda “Zirə” meydana baş məşqçisiz çıxmaq məcburiyyətindədi. “Neftçi”ylə matçda azarkeşlərlə yaşanan insidentə görə Ayxan Abbasov 4 oyunluq cəzalandırılıb. Bəlkə də düşünə bilərsiz ki, İntizam Komitəsi Ayxan bəylə bağlı çox sərt qərar qəbul edib. Ancaq baş məşqçinin üzərində “şərti iş” olduğundan komitə üzvləri belə qərar verməyi lazım biliblər. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “qartallar”ın çalışdırıcısı ilə söhbətləşməyi lazım bildik.
- Artıq 9 oyundu baş məşqçisi olduğunuz komanda qələbəyə həsrətdi. Nə baş verir?
- Premyer-liqanın digər klubları kimi, biz də qışda normal hazırlıq keçdik. Düşərgəmizi tərk edənlərin əvəzinə yeni oiyunçular cəlb etdik. Bu itkilərin fonunda bilirdik ki, işimiz çətin olacaq. Ancaq bu qədər də gözləmirdik. Fasilədən sonra “Sumqayıt”la keçirdiyimiz oyunda normal təsir bağışladıq. “Qəbələ” ilə matçda isə xoşagəlməz olaylar yaşandı. Məhz həmin oyundan sonra işlərimiz düz getmədi. Gözləmədiyimiz hallar komandaya psixoloji cəhətdən təsirsiz ötüşmədi. Çoxsaylı cəzalar, zədələr sözünü dedi. 9 oyun qələbə qazana bilməməyimizə baxmayaraq, bu gün də istər mükafatçılar sırasına düşmək, istərsə də Avropa Liqasına yollanmaq şansımız var. Birinci və ikinci dövrədə qazandığımız xallar buna imkan verir.
- Zədə və cəza amilini vurğuladız. Ancaq etiraf edək ki, 9 oyun 3 xal qazana bilməmək… Bu matçlarda “Zirə”dən aşkar zəif rəqiblərlə də görüşmüsüz.
- Heç şübhəsiz, qeyd etdiyim məqamlar uğursuzluğa bəraət qazandırmır. Ancaq elə matçlar oldu ki, “təmiz” qolumuz sayılmadı, futbolçumuz layiq olmadığı cəzaya məruz qaldı. “Sumqayıt”la ilk görüşdə vurduğumuz qol hesaba alınsaydı, həmin 3 xal bu gün hər şeyə fərqli yanaşmağımıza kömək edə bilərdi. Bütün qarşılaşmaları təhlil edirəm və çatışmazlıqları üzə çıxarmağa çalışıram. Fasilədə yeni transferlərin komandaya qoşulması da bir qədər gec oldu. Premyer-liqa bu gün elə də asan çempionat deyil ki, nəyisə ört-basdır etmək mümkün olsun. Hər xırda detal sənə uğur qazanmağa mane ola bilər. Komandaya yeni qoşulanlar bir qədər gec uyğunlaşdılar. Əsas çətinliyimiz isə müdafiə xətti ilə bağlı oldu. Krneta və Bumun bir ara zədəli olması, cinahlarda yenilərin çıxış etməsi komandaya təsir etdi. Qışa qədər “Zirə” premyer-liqa təmsilçiləri arasında qapısında ən az qol görən ikinci komanda idi. Fasilədən sonra isə vəziyyət pisə doğru dəyişib. Bu da arxa xətdə yeni futbolçuların oynaması ilə bağlıdı.
- Bəzi matçlarda “Zirə” hakim səhvlərinə görə də vacib xallar itirib. “Sumqayıt”la matçda, dedyiniz kimi, “təmiz” qolunuz sayılmadı, “Qəbələ” ilə oyunda yaşananlar da unudulmayıb. Sizə elə gəlmir ki, hakimlər bilərəkdən “Zirə”yə qarşı ədalətsizlik edirlər?
- Əlimdə sübut olmadığından hakimlərin bizə qarşı qərəzli olduğunu deyə bilmərəm. Ancaq bəzən onlar bir oyunda eyni qayda pozuntusu ilə bağlı fərqli qərar verirlər. Məsələn, bizim futbolçunun əlinə top dəyəndə, qapımıza penalti təyin olunur. Eyni hal rəqibin cərimə meydançasında yaşananda fit susur. Uğursuzluğu sırf hakimlərin ayağına yazmaq fikim yoxdu. Ancaq uğursuzluğun bir qolu da hakimliklə bağlıdı. Bütün hallarda vəziyyətə görə məsuliyyət məşqçilərin və futbolçuların boynundadı.
- Qışa qədər qitəmiqyaslı turnirə yollanacaq ən real namizədlərdən biri sayılsaz da, bu gün Avropa Liqasından kənarda qalmaq ehtimalınız var…
- Qeyd etdiyim kimi, nəzəri cəhətdən şansımız yenə var. Ancaq hazırkı durumda proqnozsevərlərin ən az şansı olan komanda kimi bizi göstərdiyini də bilirəm. Komanda Avropa Liqasına vəsiqə qazanmasa, dünyanın sonu olmayacaq. Məni ən çox narahat edən “Zirə” haqda mətbuatda gedən yazılardı. Yazırlar ki, komanda qitəmiqyaslı turnirə qatılmasa, dağılacaq. Nədənsə, Azərbaycanda hər şeyi avrokuboklarla bağlayırlar. Bu işin öhdəsindən gəlməyən klubun tarixin yaddaşına köçəcəyini deyirlər, baş məşqçinin üstündən çalın-çarpaz xətt çəkirlər. Başa düşmürəm, bunu yazanlar məlumatı hardan əldə edirlər, kimlər bu şayiəni ortaya atır? Bəli, razıyam ki, fasiləyə 10 xallıq fərqlə yollanan komanda bu gün turnir cədvəlində 4-cü pillədə olmamalıydı. Ancaq bunu faciəyə çevirmək də düzgün deyil.
- Klubun fəaliyyətindən söz düşmüşkən, son günlər bu məsələ ilə bağlı da müxtəlif xəbərlər yayılıb. Gah komandanın “Şüvəlan”la birləşəcəyi, gah da fəaliyyətinə son veriləcəyi söylənilir. İlk gündən “Zirə”dəsiz və rəhbərliklə münasibətiniz var. Klubun dağılmaq təhlükəsi varmı?
- Bu gün ən böyük problemimiz yerindən duranın özünü futbol bilicisi kimi göstərməsidi. İdman mediası, xüsusilə futboldan yazan saytlar şayiələri elə formada ictimaiyyətə təqdim edir ki, hamı çaşıb qalır. Daha fikirləşmirlər ki, bütün bunlar kluba ziyan vura bilər. Bu yazıları da azarkeşlər, fanatlar oxuyur. Hər bir jurnalist yaydığı xəbərin məsuliyyətini dərk etməlidi. “Zirə”də hər şey qaydasındadı və klubun fəaliyyətini dayandıracağı ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir. “Zirə”nin nə dağılmaq, nə də hansısa klubla birləşmək ehtimalı var. Uğursuzluq yaşanacaqsa, buna başda mən olmaqla cavab verən şəxslər olacaq.
- Qarşıda “Zirə”ni bir-birindən gərgin oyunlar gözləyir. Lakin belə həssas dönəmdə baş məşqçi texniki zonada olmayacaq. “Neftçi” ilə matçda etdiyiniz hərəkətə görə peşman olmusuz?
- Bilmirəm, hisslərimi düzgün çatdıra biləcəm, ya yox. Kimsə, nə vaxtsa mənim durumumda olubsa, yəqin ki, o məni başa düşəcək. “Neftçi” ilə oyun bizim üçün çox önəmli idi. Komanda azlıqda qalmasına baxmayaraq, qol vəziyyətləri yaradırdı. Hardasa hiss edirdim ki, bərabərlik qolunu vura bilərik. Təəssüf ki, sona 15 dəqiqə qalmış - bilmirəm, bunu bilərəkdən etdilər, ya kimsə onları öyrətmişdi – bir qrup azarkeş bizim yerə yad əşyalar atmağa, ünvanımıza qeyri-etik ifadələr səsləndirməyə başladılar. Düzdü, hamı deyir ki, məşqçi səbrli olmalıdı, uğurlu karyera qurmaq istəyirsə, bəzən başverənlərə göz yummalıdı. Kənardan hamı rahat danışır, məsləhət verir. Ancaq heç kim həmin an baş məşqçinin nə hisslər keçirdiyini, hansı vəziyyətdə olduğunu bilmir və ya bil-bilə başa düşmək istəmir. Bu gün hamı özünü mütəxəssis kimi aparır, efirdən tövsiyələr verir. 85-ci dəqiqə öz azarkeşi tərəfindən təhqir olunan məşqçinin vəziyyətini ancaq o hissləri yaşayanlar başa düşə bilər. “İstefa” qışqırsınlar, mən heç vaxt buna görə onlara irad bildirmərəm. Ancaq söyüş söymək… Həmin adamların cavabını verdim və buna görə də peşman deyiləm. Amma heç şübhəsiz, bütün bunlar məşqçi kimi məni də narahat edir. Heç vaxt belə xoşagəlməz olayla, qalmaqalla gündəmə gəlmək istəmirəm. Düzdü, çətin olacaq, ancaq futbolçularla bu haqda danışmışam. Son matçlarda toparlanıb, lazım olan nəticəni qazanamağa çalışacağıq.
- “Neftçi” ilə oyundan sonra rəhbərliklə görüşmüsüz. Həmin toplantıda nələr müzakirə olundu, rəsmilər uğursuzluğa necə reaksiya verdi? “Zirə” media üçün qapalı klub olduğundan, daim ortaya müxtəlif şayiələr çıxır.
- Məncə, “Zirə” heç vaxt qapalı klub olmayıb. Bu fikir harda formalaşıb, başa düşmürəm. Baş məşqçi olaraq istər udduğumuz, istərsə də məğlub olduğumuz qarşılaşmalardan sonra jurnalistləri maraqlandıran bütün suallara cavab vermişəm. Klub prezidentinin isə hər gün açıqlama və müsahibə verməsi nə dərəcədə düzdü? Bəlkə də bu sözlərimə görə məni qınayacaqlar. Ancaq bəzən bizim jurnalistlər deyirlər ki, biz hər dəfə zəng vuranda prezident cavab verib, hesabat təqdim etməlidi. Klubla bağlı informasiya əldə etmək üçün mətbuat xidməti fəaliyyət göstərir. Buna baxmayaraq, rəhbərlik də, mən də daim mediaya açıq olmuşuq. O ki qaldı rəhbərliklə görüşümüzə, biz demək olar ki, hər oyundan sonra bir araya gəlib fikir mübadiləsi aparır, gələcəklə bağlı planları müzakirə edirik. Bu dəfə də elə oldu. Rəhbərlik yenə komandanın yanında olduğunu, mənə və futbolçulara güvəndiyini bildirdi.
- Bu sualı verməyə məcburam. Təmkin Xəlilzadə “Zirə” üçün bu qədər önəmli fiqur idi ki, məhz onun gedişi ilə komanda “qara zolağa düşüb”?
- Bu gün keçmişdən danışmaq istəmirəm. Demək istəmirəm ki, Təmkin, Manqa, Belfort və əsas heyətdə yer alan başqa futbolçular komandanı tərk etdi və bunun acısını çəkirik. Bəhanə axtarsaydım, mətbuat konfranslarında deyərdim ki, 7 əsas oyunçum bir oyunda zədə səbəbindən iştirak etməyəcək. Bunu heç vaxt fikirləşməmişdim. Fikrimcə, heç bir çalışdırıcı bunu düşünə bilməz. Mən bahənə axtarmaq istəmirəm. Bəli, Təmkin, Matey əsas silahlarımız idi. Onların gedişi ilə bağlı qərar verilibsə - yeri gəlmişkən, bu rəhbərliyin düzgün addımıdı - gələcəyə baxmaq, onlarsız uğur qazanmağın düsturunu tapmaq lazımdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar