20 apr 01:33liqa

“Zirə”nin 5 oyunda haqqı yeyilib

“Zirə”nin 5 oyunda haqqı yeyilib
İtirilən xallarda hakimlərin də “əməyi” var
Qış fasiləsindən sonra “Zirə”nin işləri yolunda getmir. “Qartallar” premyer-liqada ardıcıl 9 oyundu qələbəyə həsrətdi. Elə bu uğursuzluq fonunda qəsəbə təmsilçisinin avrokubok şansı xeyli azalıb. Düzdü, Ayxan Abbasovun komandası ilk “4-lük”də yerini qoruyur. Lakin artıq 5-ci pillədə qərarlaşan “Neftçi” ilə xal fərqi minimuma enib. Halbuki zirəlilər qış fasiləsinə yollananda 3-cü idi və ən yaxın izləyicisi “Sumqayıt”ı 10 xal qabaqlayırdı. Fasilədən sonra keçirdiyi 9 oyundan 5-də heç-heçə edən “Zirə” qalan 4 görüşdə məğlub olub. Ancaq komandanın problemi bununla bitmir. Belə ki, 16-cı turda Qəbələdə yaşanan olaylar da “qartallar”ın çıxışına təsir etdi. Həmin oyunda baş məşqçi özü, futbolçulardan Riçard Qadze və Sadio Tounkara 2 oyunluq cəzalandı. Hətta Abbasova 3 matçlıq şərti cəza verilmişdi və ötən turda yenidən texniki zonadan uzaqlaşdırıldığından həmin qərar qüvvəyə mindi. Nəticədə Ayxan bəy qarşıdakı 4 oyunda texniki zonada olmayacaq. Təbii, həm komandanın uğursuz çıxışı, həm də Abbasovun üzləşdiyi sanksiyalar xoş durum deyil. Ancaq nəticələrdə başqa amillər də rol oynayıb. Söhbət itkilərdən, cəzalardan getmir. Qış fasiləsindən sonra “Zirə”nin 5 oyunda haqqı yeyilib. Hakimlər nəticəyə təsir edən səhvlərlə komandanın uğursuz seriyasında “pay sahibi” olublar. Gəlin, həmin məqamlara nəzər yetirək.
15-ci tur
“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edirdi. 35-ci dəqiqədə Tural Axundov hesabı açmışdısa, 5 dəqiqə sonra Vüsal İsgəndərli “status-kvo”nu bərpa etdi. 83-cü dəqiqədə əks-hücum zamanı Comal Uilyamsın zərbəsini Fərhad Vəliyev dəf edir. Sadio Tounkaranın başla təkrar vuruşundan sonra top qapıya daxil olur. Lakin ofsayd qərarı ilə qol qeydə alınmır. Halbuki həmin epizodda Tounkara oyundankənar vəziyyətdə deyildi. Axundov ofsaydı pozurdu. Bir sözlə, uzatma dəqiqələrini də nəzərə alsaq, sona 10 dəqiqə qalmış “Zirə” hesabda önə keçəcəkdi.
16-cı tur
“Qartallar”a baha başa gələn “Qəbələ” ilə səfər matçında Aleksandr Dedov 39-cu dəqiqədə “atəşkəsi pozdu”. “Qırmızı-qaralar” ikinci hissədə geridönüş edərək qalib gəldi. 56-cı dəqiqədə Stiven Jozef-Monroz tarazlığı bərpa etdisə, 64-cü dəqiqədə Baqali Dabo qələbə qolunu vurdu. Toxunmaq istədiyimiz epizod isə hesab “Zirə”nin xeyrinə olduğu vaxtda, ilk hissənin son dəqiqəsində yaşanır. Tellur Mütəllimovun ötürməsindən sonra qapıçı ilə təkbətək mübarizəyə yollanmaqda olan Aleksandr Dedovu Qismət Alıyev arxadan dartıb yıxır. Rauf Cabbarov isə Alıyevə “sarı” göstərir. Hansı ki “son ümid folu”na görə “Qəbələ”li qırmızı vərəqə ilə meydandan qovulmalıydı. Başqa sözlə, ikinci hissədə hesabda öndə olan “Zirə”yə qarşı rəqib azlıqda mübarizə aparacaqdı.

18-ci tur
Qəsəbə təmsilçisi öz meydanında “Keşlə”yə məğlub oldu. Matçın 14-cü dəqiqəsində Tərlan Quliyev qonaqları hesabda önə keçirdisə, yarım saatın tamamında Elşən Abdullayev “status-kvo”nu bərap etdi. Slavik Alxasov 74-cü dəqiqədə fərqlənərək, komandasına 3 xalı qazandırdı. Hesab 1:1 olarkən, “Keşlə”nin qapısına penalti təyin olunmalıydı. Belə ki, Adrian Skarlatake cərimə meydançasında topun qarşısını əllə kəsir, Əliyar Ağayev isə penalty nöqtəsini göstərmir. Başqa sözlə, “Zirə”nin aşkar penaltisi verilmir və sonda qəsəbə təmsilçisi meydanı məğlub tərk edir.
22-ci tur
“Zirə” ilə “Qəbələ” bu dəfə birincilərin meydanında üz-üzə gəlirdi. Oyunun heç-heçə bitdiyini qeyd edək. 53-cü dəqiqədə Milan Duriç penaltidən fərqləndisə, Stiven Jozef-Monroz 78-ci dəqiqədə zirəlilərin qapısına yol tapmaqla “qırmızı-qaralar”a 1 xal qazandırdı. Ancaq matçın axarı fərqli olar bilərdi. Çünki 14-cü dəqiqədə “Qəbələ”nin qapısına penalti təyin olunmalıydı. Cərimə meydançasında Dmitri Bezotosnı az qala tullanaraq Riçard Qadzenin başına zərbə endirsə də, hakim 11 metrlik cərimə zərbəsi təyin etmədi. Hətta qapıçıya “qırmızı” da göstərilə bilərdi. Lakin Rəvan Həmzəzadə bütün bunlara göz yumaraq, nə “Zirə”nin haqlı penaltisini verdi, nə də Dmitrini meydandan qovdu.
23-cü tur
“Neftçi” “Zirə” sindromunu 3 qolla qırdı. Rəhman Hacıyev 10-cu dəqiqədə penaltidən fərqləndisə, son dəqiqələrdə İqnasio Errera ilə Rəşad Sadiqov darmadağında pay sahibi oldular. Ancaq 7-ci dəqiqədə Kiril Petrovun zərbəsindən sonra top cərimə meydançası daxilində komanda yoldaşı Mirabdulla Abbasovun əlinə dəyir. 18-ci dəqiqədə isə Anton Krivotsyuk Elşən Abdullayevə qarşı kobud oynadı. Lakin Rəhim Həsənov bu epizodların heç birində penalti nöqtəsini göstərmədi.
Son söz əvəzi
Bəziləri “hamıya qarşı səhvlər” olur fikrini ortaya ata bilər. Ancaq bir komandaya münasibətdə müntəzəm belə halların yaşanması artıq başqa məsələdi. Lap deyək ki, bu 5 məqamdan ikisi mübahisəlidi, biri hamıya qarşı olan səhvlər silsiləsindəndi. Axı, sadaladığımız 5 epizoddan heç olmasa ikisində hakimlər “Zirə”nin haqqını tapdalamasaydı, indi komandanın durumu tam fərqli olardı. Deməli, “qartallar”ın zəif çıxışı ilə yanaşı, itirilən xallarda hakimlərin də “əməyi” var. Sırf bir komandaya qarşı bu cür haqsızlıqların olması isə şübhələrə yol açır. Maraqlıdı, başqa klublar eyni halla üzləşsəydi, indi hansı vəziyyət yaranardı? Təsəvvür etmək çətin deyil.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar