08 fev 19:41liqa, manset

Hamısı üz qızartdı

Hamısı üz qızartdı
Premyer-liqanın 16-cı turunun oyunlarına hakim səhvləri damğa vurdu. Özü də nəticəyə təsir edən kobud səhvlər. Ümumilikdə 4 görüşdə 24 sarı, 3 qırmızı vərəqə qeydə alındı. Baş hakimlərin yanlış qərarları bir yana, laysmanlar rüsvayçı səhvlərlə diqqət mərkəzinə düşdü. Bəlkə də mövsümdə ən bərbad idarəçilik məhz bu turda yaşandı.

ORXAN MƏMMƏDOV, AZAL - Qarabağ
Meydan sahibləri rəqibin sürətli oyunu ilə ayaqlaşa bilmirdi və bu üzdən tez-tez qaydanı pozurdu. Bu isə hakimin işini çətinləşdirirdi. Məmmədov epizodlara yaxın ola bilmirdi. İlk yarıda bir neçə mübahisəli vəziyyət yaşandı ki, daha çox AZAL tərəfi qərarlara etiraz edirdi. Ən mübahisəli an isə ilk hissəyə əlavə olunan dəqiqələrdə qeydə alındı. Belə ki, Sadio Tounkara 45+2-ci dəqiqədə pressinq etdi, İbrahim Şehiç yerdə qaldı. Məmmədov öncə Sadioya vərəqə göstərmədi. Amma "Qarabağ"ın oyunçularının yersiz etirazından sonra Tounkaraya ikinci “sarı”nı verərək, nəticədə “qırmızı” ilə meydandan qovdu. Halbuki orda vərəqədən söhbət gedə bilməzdi. Orxanın məhz bir müddət keçəndən sonra, özü də “Qarabağ”ın futbolçularının təzyiqindən sonra əlini cibinə atması hakim adına acınacaqlı mənzərə idi. İkinci hissədə isə topa nəzarət tam “Qarabağ”ın tərəfinə keçdiyindən, hakimin işi elə də çox olmadı.

FARİZ YUSİFOV, Qəbələ - Neftçi
Nəticəyə təsir edən hakim səhvi Qəbələdə yaşandı. Əslində isə Yusifovdan daha çox, kobud səhv laysman Yaşar Abbasovun idi. Belə ki, “Qəbələ”nin qələbə qolu qeydə alınmamalıydı. Çünki Daniel Subotiçə məhsuldar ötürmə edən Ürfan Abbasov aşkar ofsaydda idi. Bundan başqa da mübahisəli epizodlar yetərincə çox qədər idi. 18-ci dəqiqədə Cavid Hüseynov “Neftçi”nin cərimə meydançasında yerdə qalsa da, sabiq FİFA referisi penalti təyin etmədi. O, bu qərarında haqlı idi. 20-ci dəqiqədə isə meydan sahiblərinin cərimə meydançasının xətti üzərində top Tellur Mütəllimovun ayağından çarpıb, əlinə dəydi. Yusifov yenə davam işarəsi verdi. İstər Rəşad Sadiqova, istərsə də Daniel Subotiçə simulyasiyaya görə verilən sarı vərəqələr yerində idi. 82-ci dəqiqədə isə “Qəbələ”nin hücumu zamanı Ruslan Abışov Filip Ozobiçi qolundan tutaraq yerə yıxdı. Buna görə Abışov qarşısında sarı vərəqə görməli idi və bu onun ikinci rəsmi xəbərdarlığı olacaqdı. Epizod Yusifovun gözü qarşısında baş versə də, o bəlkə də Ruslanın passivində artıq “sarı” olduğunu nəzərə alıb, əlini cibinə atmadı.

ELVİN ƏSGƏROV, Zirə - Kəpəz
Zirədə hakimlər briqadası "şou" göstərdi. Oyunda 8 sarı, 2 qırmızı vərəqə göstərildi. Hərarət ən yüksək səviyyədə idi. Əsgərovun mübahisəli idarəçiliyi futbolçuları daha da qızışdırırdı. Bu isə kobudluqların daha da artmasına səbəb olurdu. Oyun boyunca o qədər fit çaldı ki, futbolçularla yanaşı, sıravi azarkeşlər də təngə gəldi. Az qala hər təmas fol kimi dəyərləndirilirdi. Qırmızı vərəqələr yerində idi. Ancaq bəzi epizodlarda təxribatçıları cəzalandırmaq unuduldu. Nurlan Novruzov ilk epizodda toru silkələyəndə oyundankənar vəziyyətdə deyildi. Daha bir neçə epizodda laysmanlar yanlış olaraq bayraqlarını qaldırdılar. "Kəpəz"in son hücumu zamanı Anar Nəzirov topu qapı xəttinin üstündə tutsa da, Elvin kornerə işarə etdi. Həmin künc zərbəsi yerinə yetirildikdən sonra Renanın Təmkin Xəlilzadənin müdaxiləsi ilə yerdə qalıb-qalmadığını da dəqiq bilmək olmur. Ancaq epizod penaltiyə daha çox oxşayırdı.

İNQİLAB MƏMMƏDOV, Sumqayıt – İnter
Oyunun idarəçiliyini nə yaxşı, nə də pis adlandıra bilərik. Matçın 19-cu dəqiqəsində “Sumqayıt”ın lehinə verilən penalti qərarı xüsusən “İnter”lilərin narazılığı ilə qarşılandı. Əslində Tərlan Quliyevin Kamran Abdullazadəyə qarşı cərimə meydançasında kobud oynamasını qapı arxasında yer alan və epizodu yaxşı görən Rəhim Həsənov baş hakimə çatdırdı. Bir sözlə, 11 metrlik cərimə zərbəsi haqlı idi. 30-cu dəqiqədə Abbas Hüseynov yan xətt hakimi Vüqar Bayramovun gözü qarşısında Mirabdulla Abbasova qarşı aşkar kobudluq etdi. Hətta azarkeşlər vərəqə gözləsə də, hakim davam işarəsi verdi. İlk hissəyə əlavə olunan dəqiqədə isə künc zərbəsindən sonra Rauf Əliyevin başla qapıya ünvanladığı top Rail Məlikovun əlinə tuş gəldi. Həmin an hakimin penalti təyin etməməsi mübahisəli qərar idi. Bundan başqa, bir neçə epizodda şübhəli ofsayd qərarları qeydə alındı. Xüsusən ikinci hissədə “İnter”in hücumu zamanı laysmanın bayrağı havaya qalxsa da, Slavik Alxasov oyundankənar vəziyyətdə deyildi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar