17 apr 15:31liqa

“Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər!

“Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər!
Topaz premyer-liqasında 23-cü tur kubokun yarımfinalının cavab görüşləri ərəfəsində baş tutdu. Bu səbəbdən kubokda iştirak etməyən, daha doğrusu, mübarizədən kənarlaşdırılan “Qarabağ”la “Kəpəz” bir gün tez – şənbə günü meydana çıxdı. Ağdamlılar yenə nəticə baxımından “sürüşkən” görünən hesabla, əslində isə çətinlik çəkmədən qələbə qazandı. Qurban Qurbanovun komandasına qələbəni Ramil Şeydayev qazandırdı ki, millinin üzvü, nəhayət, “Qarabağ”da qol hesabını açdı. Son illərin dəyişməz çempionunu növbəti “qızıl”dan bir addım ayırır. Bu, növbəti turda da baş verə bilər. Komanda hətta şənbə günü “Sumqayıt”a uduzsa belə, əsas rəqibi “Qəbələ” üçün əlçatmaz ola bilər. Dünən “Səbail”lə görüşdə büdrəyən Roman Qriqorçukun komandası onsuz da möcüzəyə bağlı olan şansını minimuma endirdi. Bölgə təmsilçisini növbəti turda “Neftçi” ilə çətin oyun gözləyir. “Qırmızı-qaralar” qələbə qazanmağa məhkumdu, əks halda sona 4 tur qalmış “ağ bayraq qaldırmış” olacaq. İstənilən halda, “Qəbələ”nin növbəti xal itkisi “Qarabağ”ı çempionluğa qovuşduracaq.
Son bir həftədə 3 dəfə qarşılaşmaq məcburiyyətində olan “Sumqayıt”la “Keşlə”nin çempionat oyunu yarımfinalın cavab görüşünün məşqi sayılırdı. İlk dueldə 0:1 uduzan “gənclik şəhəri” təmsilçisi göstərməliydi ki, cavab görüşündə istədiyi nəticəni qazana bilər. Düzdü, Samir Abasovun komandası “Keşlə”ni məğlub etməyi bacardı. Ancaq 2:1-lik qələbə iki gün sonra kubokda da təkrarlansa, finala bakılılar çıxacaq.
Tura Zirədə yekun vuruldu ki, “Neftçi” qəsəbə təmsilçisi ilə premyer-liqa kabusunu darmadağınla bitirdi. Bu, 12-ci dueldə mümkün oldu. Öz meydanındakı bütün görüşlərdə qalib gələn və qol buraxmayan “Zirə” bu dəfə 3 cavabsız qolla yenildi. Əla sürət yığan “Neftçi”ni artıq 4-cü yerdən 1 xal ayırır. Kubokda da finala daha yaxın olan Tərlan Əhmədovun yetirmələri premyer-liqada 7, ümumilikdə isə 8-ci oyundu məğlubiyyətin nə olduğunu bilmir. “Neftçi” kimi komandanın üzvü İqnasio Errera da yüksəlişdədi. Çilili yarımmüdafiəçi darmadağında iştirak etməklə qol sayını 8-ə çatdırdı. Artıq onu susqunluğu ilə diqqəti çəkən Dabodan 4 qol ayırır.
Topaz premyer-liqası
4-cü dövrə, 23-cü tur
14 aprel
Kəpəz – Qarabağ 0:1
15 aprel
Qəbələ - Səbail 1:1
Sumqayıt – Keşlə 2:1
Zirə - Neftçi 0:3
1. Qarabağ 23 17 5 1 33-8 56
2. Qəbələ 23 12 6 5 37-23 42
3. Sumqayıt 23 11 6 6 31-25 39
4. Zirə 23 9 8 6 29-24 35
5. Neftçi 23 10 4 9 31-24 34
6. Səbail 23 5 4 14 15-32 19
7. Keşlə 23 4 6 13 20-36 18
8. Kəpəz 23 3 3 17 14-38 12
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 12, İqnasio Errera (Neftçi), Mahir Mədətov (Qarabağ), Amil Yunanov (Sumqayıt) - 8.
Növbəti turun oyunları: 21 aprel - Keşlə - Zirə, Sumqayıt - Qarabağ; 22 aprel - Neftçi - Qəbələ, Səbail - Kəpəz.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar