17 apr 15:30liqa, reportaj

Abasovun əvəzetmələri işə yaradı

Abasovun əvəzetmələri işə yaradı
Kamran Ağayev hakimləri AFFA ilə hədələdi
91. Sumqayıt – Keşlə 2:1 (0:0)
23. Mehdi Cənnətov – 5,5
19. Azər Salahlı - 5,5
14. Bəxtiyar Həsənalızadə (k) – 5,5
13. Bəhlul Mustafazadə - 6,0
18. Tural Axundov – 5,0
5. Vüqar Bəybalayev – 5,0
77. Elnur Abdullayev – 5,0
(6. Kamal Mirzəyev, 62) – 5,5
10. Cavid İmamverdiyev – 5,5
32. Rəşad Eyyubov – 5,5
7. Cavid Tağıyev – 5,0
(11. Ehtiram Şahverdiyev, 46) – 5,5
9. Amil Yunanov – 5,0
(17. Nicat Qurbanov, 46) – 5,5
Ehtiyat oyunçular
1. Fərhad Vəliyev
2. Rail Məlikov
25. Süleyman Əhmədov
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bəhlul Mustafazadə

1. Kamran Ağayev (k) – 5,5
33. Tərlan Quliyev – 5,0
27. Adrian Skarlatake – 5,0
(3. Denis Silva, 46) – 4,5
24. Fuad Bayramov – 5,0
(4. Slavik Alxasov, 46) – 5,0
22. Məqsəd İsayev – 5,0
40. Nemnaya Stoyanoviç – 4,5
19. Pablo Podio – 4,5
(9. Pərdis Fərcad-Azad, 64) – 5,0
88. Məmməd Quliyev – 5,0
39. Əlibəy Məmmədli - 5,0
21. Herve Tçami – 4,5
14. Andre Klennon – 4,0
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
2. Sərtan Taşkın
7. Vaqif Cavadov
58. Sinan Akkoyun
80. Rafael Məhərrəmli
90. Ebrima Sohna
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Kamran Ağayev
Qollar: B.Mustafazadə, 58 (1:0). M.İsayev, 69 (1:1, S.Alxasov). E.Şahverdiyev, 84 (2:1, K.Mirzəyev).
Vərəqələr: P.Podio, 61 (qeyri-idman hərəkəti). T.Axundov, 70 (qeyri-idman hərəkəti). M.Quliyev, 73 (qeyri-idman hərəkəti). P.Fərcad-Azad, 76 (oyunun bərpasını ləngirmək). M.İsayev, 80 (qeyri-idman hərəkəti) - sarı. M.İsayev, 81 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
15 aprel. Sumqayıt. Kapital Bank Arena. 2500 tamaşaçı (1326 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Həftəiçi ölkə kubokunun yarımfınalının ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələn komandalar bu dəfə Sumqayıtda premyer-liqa qarşılaşmasında münasibətləri aydınlaşdırmalı idi. Qonaqların meydana əsas heyətlə çıxmayacağı əvvəlcədən məlum idi. Belə ki, aprelin 12-də keçirilən oyundan sonra “Keşlə”nin baş məşqçisi mətbuat konfransında bu haqda açıq-aydın danışmışdı. Maksimov vədinə əməl etdi və idman prinsiplərinə tüpürərək, çempionat oyununa qarışıq heyət çıxardı. Ukraynalı mütəxəssisin bu addımını hardasa başa düşmək olar. Çempionatda heç bir şansı qalmayan paytaxt təmsilçisi avrokuboklara vəsiqə qazanmaq üçün bütün ümidini kuboka bağlayıb. Ancaq “kimyaçılar”ın çalışdırcısının komandaya uğur gətirməyən 4-lü müdafiə sisteminə üstünlük verməsi hamıya qaranlıq qaldı. Düzdü, hadisələri qabaqlayaraq bildirək ki, oyunsonrası mətbuat konfransında Samir Abasov bunu iki mərkəz müdafiəçisinin – Vurğun Hüseynov və Rail Məlikovun zədəli olması ilə əlaqələndirdi. Lakin komandaya yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, Railin heç bir zədəsi yoxdu. Sadəcə, Abasov kubokun yarımfinalının cavab görüşünü nəzərə alaraq, təcrübəli müdafiəçini ehtiyatda saxlayıb. Abasovun bu addımı isə az qala “Sumqayıt” üçün acınacaqlı sonluqla yekunlaşacaqdı. İlk yarıda bərbad oyunla yadda qalan “kimyaçılar” yalnız bəxt sayəsində qapısında qol görmədi. Bütün komponentlərdə rəqibi üstələyən qonaqlar bir qədər inamlı oynasaydı, fasiləyə ən azı 2 top üstünlüyü ilə yollana bilərdi. Ancaq Maksimovun yetirmələri Cənnətovun qapısı önündə yaratdıqları qol vəziyyətlərini boşa verməklə yadda qaldılar. Meydanın mərkəzini ələ keçirən “qırmızılar” daha çox uzaqdan zərbələrə üstünlük verirdilər ki, bu da başadüşülən idi. Külək meydan sahiblərinin qapısı istiqamətində əsdiyindən qonaqlar bu üstünlükdən yararlanmaq niyyətində idi. Bir epizodda Klennonun zərbəsi qapıdan cüzi fərqlə aralı keçdisə, Tçaminin cərimə meydançasının xətti üzərindən vuruşundan sonra müdafiəçilər “mərmi”ni, demək olar ki, boş qapıdan çıxardı. “Kimyaçılar” ilk yarıda Kamranı o qədər də narahat etmədilər. Zədədən yeni dönən Ağayev yalnız 16-cı dəqiqədə diqqət mərkəzinə düşdü. Turalın cərimə zərbəsindən qapı önünə asmasına dünən bəlkə də mövsümdə ən bərbad oyununu keçirən Amil vaxtında toxuna bilmədi.
Fasilədən sonra isə azarkeşlər fərqli “Sumqayıt” gördü. Bunun da səbəbi baş məşqçinin etdiyi əvəzetmələr oldu. Amili “Qəbələ” ilə görüşün qəhrəmanı Nicatla, birinci 45 dəqiqədə sönük oyunla yadda qalan Tağıyevi isə Ehtiramla əvəzləyən Abasov oyunda dönüş yaratdı desək, yanılmarıq. Məhz bu cütlüyün sayəsində “ağ-göylər” kəsərli hücumlar qurur, Kamranı oyuna qoşulmağa məcbur edirdi. Ancaq onu da vurğulayaq ki, ikinci hissənin əvvəlində qonaqların hesabı açmasına tir mane oldu. Məmmədlinin zərbəsi qapıçı üçün əlçatmaz olsa da, tirə tuş gələn “mərmi” meydanı tərk etdi. Meydan sahiblərinin fəallığı 58-ci dəqiqədə bəhrə verdi. Kornerdən sonra qapı önündə yaşanan qarışıqlıqdan istifadə edən Bəhlul topu müdafiəçinin ayağından “oğurlayıb” yaxın məsafədən “çərçivə”ni dəqiq nişan aldı. Buna qədər isə Ağayev İmamverdiyevin və Nicatın adını tabloya yazdırmasına imkan verməmişdi. Millinin də şərəfini qoruyan qolkiper hər iki halda yüzfaizlik qolun qarşısını aldı. Meydan sahibləri qolun sevincini doyunca qeyd etməyə macal tapmamış sonradan matçın antiqəhrəmanına çevrilən Məqsədin qoluna üzüldü. Müdafiəçi Alxasovun hava ötürməsini sinəsi ilə saxlayıb topu ayağına saldıqdan sonra uzaq küncü dəqiq nişan aldı. Ancaq İsayev az sonra, daha dəqiq desək, 80-81-ci dəqiqələrdə iki “sarı” ilə “mükafatlandırıldığına” görə meydandan qovuldu ki, bu da “kimyaçılar”ın işinə yaradı. Əsas vaxtın sonuna 6 dəqiqə qalmış “ağ-göylər” onlara qələbə gətirən qolu vurmağı bacardılar. Pressinq sayəsində topu ələ keçirən Kamal müdafiəçilərin boş buraxdığı Şahverdiyevi vaxtında “gördü”. İkinci isə komanda yoldaşının “hədiyyə”sindən maksimum yararlanaraq, topu Kamranın yanından tora göndərdi.
RƏŞAD

Gözdən qaçmadı
* Oyunu izləmək üçün Sumqayıta təşrif buyuran “Keşlə”nin prezidenti Zaur Axundov və ətrafı VİP-lojaya daxil olmaq üçün bir qədər gözləməli oldular. Təxminən 10 dəqiqədən sonra meydan sahiblərinin rəsmiləri qonaq komandanın rəhbərliyi üçün nəzərdə tutulan otağın qapısını açdılar.
* Bugünlərdə AFFA-nın stüardlar üçün təşkil etdiyi seminara qatılanlar, onlara mühazirə oxuyan əcnəbi mütəxəssislər matçı izləyənlər arasında idi.
* Aprelin 15-i olmasına baxmayaraq, meydana çıxan futbolçulardan yalnız “Keşlə”nin 4 futbolçusu - Məqsəd İsayev, Denis Silva, Andre Klennon və Herve Tçami əlinə əlcək taxmağı lazım bilmişdi.
* Matç başa çatandan sonra Kamran Ağayev üzünü hakimlər briqadasına tutaraq, “biz futbola dünən gəlməmişik ki, bizə qaydaları öyrədəsiz. 72-ci dəqiqədə o nə idi? Gələcəm AFFA-ya və sözümü deyəcəm” söyləyərək, ədalət təmsilçilərinə narazılığını bildirdi.

Reaksiyalar
Yuri Maksimov: “Üç gün öncə ölkə kubokunda üz-üzə gələn komandalar qarşılaşırdı. Deməzdim ki, oyuna ciddi hazırlaşmamışdıq. Ancaq açıq etiraf edirəm ki, indi bütün diqqətimizi kubokun cavab qarşılaşmasına yönəltmişik. Bu üzdən bəzi yerli oyunçulara meydana çıxmaq şansı yaratmışdım. Əsas gücümüzü aprelin 18-də keçiriləcək oyuna saxlamışıq. Hakimliklə bağlı etirazım yoxdu. Necə lazımdısa, elə də idarə etdi. İkinci qolun oyundankənar vəziyyətdən vurulduğunu söyləyirlər. Təkrara baxmaq lazımdı. Kubokun cavab qarşılaşmasında heyət və taktiki planda dəyişikliklərin olması mümkündü”.
Samir Abasov: “Həmişəki kimi “Keşlə” ilə oyun ağır keçdi. Sevindirici haldı ki, udduq. Amma hər iki hissədən narazı qaldım. Yorğunuq, özümüzə gələ bilmirik. Xarakterin hesabına qalib gəldik. Amma bu bizi sakitləşdirmir. Son matçları həddən artıq pis keçiririk. 4-lü müdafiəyə gəlincə, Railin zədəsi vardı. Qəbələdə Vurğun Hüseynovu riskə atdıq, hələ də başımıza döyürük. Vurğunun ayağında ağrılar var. Uşaq hələ özünə gələ bilmir. Bu gün “Sumqayıt”dan bir neçə oyunçu milliyə çağırılır. Yığma da 4 müdafiəçi ilə oynayır. Belə sistemlə oynaya bilməyən futbolçu yığma barədə düşünə bilməz. Bu gün sistemdə problemimiz yox idi. İlk hissədə küləyə qarşı oynayırıdıq ki, bu üzdən komanda faciəvi təsir bağışladı. “Keşlə” ilə keçirəcəyimiz kubokun cavab matçına görə bir az həyəcanlanıram, həm də qorxuram. Futbolçuların yorğun olduqlarını nəzərə alıb rotasiya etməyi lazım bildik. Oynamayan uşaqlar da oynamalıdı. Bizdə beyin yorğunluğu var. Uşaqlara istirahət lazımdı. Bəlkə yayda burda olmadım. Yeni gələn məşqçi baxacaq ki, bunlar 4 müdafiəçi lə oynaya bilmirlər. Futbolçular istənilən sistemdə oynamağı bacarmalıdılar. Yuri Maksimov gələn həftə baş tutacaq matçda sürpriz edə bilər. İlk oyunda onlar qələbə qazanıblar. Mənim də həmin oyunla bağlı müəyyən planlarım var. Amma mən Maksimov kimi ürəkli danışa bilmərəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar