17 apr 15:27liqa, reportaj

“Qəbələ”, 1:1-lərlə hara belə?

“Qəbələ”, 1:1-lərlə hara belə?
Qriqorçuk: “Finala çıxmaq üçün hər şey edəcəm”
92. Qəbələ - Səbail 1:1 (0:0)
23. Aqil Məmmədov – 5,0
34. Ürfan Abbasov (k) – 4,5
5. Rasim Ramaldanov – 4,5
3. Voislav Stankoviç – 5,0
18. İlqar Qurbanov – 5,5
4. Elvin Camalov – 5,0
(6. Elvin Məmmədov, 77) – qiymətsiz
16. Dion Malone – 4,5
(45. Famussa Kone, 46) – 5,0
74. Yusif Nəbiyev - 4,5
(8. Qismət Alıyev, 46) – 5,0
19. Filip Ozobiç – 4,5
10. Ruslan Qurbanov – 4,5
28. Stiven Jozef-Monroz – 4,5
Ehtiyat oyunçular
35. Murad Popov
14. Cavid Hüseynov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
33. Təmkin Xəlilzadə
66. Sərxan Osmanov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: İlqar Qurbanov

25. Elxan Əhmədov – 6,0
23. Ayron Stati – 5,0
4. Rahil Məmmədov – 5,5
5. Kərim Diniyev – 5,0
15. Nikoloz Apakidze – 5,5
24. Ruslan Əmircanov – 5,0
3. Tamazi Tsetsxladze – 5,5
29. Yevgeni Koçuk - 5,0
(11. Elman Taqayev, 88) - qiymətsiz
13. Faruk Miya – 5,5
(6. Murad Ağayev, 90+2) – qiymətsiz
7. Fəhmin Muradbəyli – 5,5
(18. Aqşin Qurbanlı, 72) – 5,0
17. Vüqar Nadirov (k) – 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
10. Nurlan Novruzov
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Elxan Əhmədov
Qollar: F. Muradbəyli, 55 (0:1). F.Kone, 82 (1:1, İ.Qurbanov).
Vərəqlər: T.Tsetsxladze, 20 (qeyri-idman hərəkəti). R.Ramaldanov, 27 (qeyri-idman hərəkəti). E.Camalov, 61 (qeyri-idman hərəkəti). F.Kone, 84 (hakimi aldatmağa cəhd). Q.Alıyev, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
15 aprel. Qəbələ. Şəhər stadionu. 250 tamaşaçı (4500 tamaşaçı).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Turun bəlkə də yekun nəticəsi ən az önəm kəsb edən qarşılaşması hesab edə bilərdik. Çempionluqdan əlini üzən meydan sahibləri əsas diqqəti kuboku qazanmağa yönəltdiyindən, aprelin 18-də keçiriləcək “Neftçi”ylə səfər qarşılaşması daha vacib sayılırdı. Hər halda, bunu Roman Qriqorçukun meydana buraxdığı “11-lik”dən də görmək mümkün idi. Vitali Vernidub, Dmitri Bezotosnı və Baqali Dabo zədəsini sağaltmaqla məşğuldusa, Təmkin Xəlilzadə, Cavid Hüseynov, Qismət Alıyev, Famussa Kone kimilərin matçı ehtiyat oyunçular skamyasından izləməsi baş məşqçinin onlara dincəlmək imkanı yaratmasına görəydi.
Böyük ölçüdə elitada qalmaq hədəfinin öhdəsindən gələn “Səbail”in itiriləsi heç nəyi yox idi. Əksinə, “Qəbələ”dən xal(lar)la dönmək həm həvəsləndirici para, həm də rəhbərliyin inamını qazanmaq baxımından xeyirli olacaqdı. Matça prinsipiallıq qatan əsas məqam bölgə təmsilçisinin 3-cü dövrədə bu rəqibə Bakıda məğlub olmasıydı.
Sonuncu dəfə martın 9-da səfərdə “Kəpəz”i məğlub edən və həmin qarşılaşmadan bu yana meydana çıxdığı 3 çempionat, 1 kubok oyununda qələbəyə həsrət qalan qəbələlilər üçün bakılılarla oyun yaxşı fürsət idi. Debütant “Səbail”lə görüşdə qalib gəlmək ilk növbədə komandadaxili ab-havanın yaxşılaşması ilə nəticələnəcəkdi. Digər tərəfdən, əsas izləyicisi “Sumqayıt”la azı 5 xallıq fərq qorunub saxlanılacaqdı. Lakin oyunun ilk hissəsi “Qəbələ”nin yalnız kağız üzərində meydan sahibi olduğunu göstərdi. Qonaqlar qarşılaşmanın əvvəlindən topa nəzarət edir, qol vurmağın yollarını axtarırdılar. 1-ci dəqiqənin tamamında Aqil azacıq dəqiqlik göstərməsəydi, Miya adını tabloya yazdıracaqdı. Meydan sahiblərinin kifayət qədər ruhsuz görünməsi rəqibin əl-qolunu açır, meydanda rahat davranmasına şərait yaradırdı. Bu məqamda Samir Əliyevin tapşırığını da unutmamalıyıq. Vaxtilə rəhbərliyi altında “Neftçi”də oynamış Aqil Məmmədovun zəif cəhətini – uzaq zərbələr zamanı çətinlik çəkməsini – yetirmələrinə deməsinin nəticəsiydi ki, “Səbail”lilərin “atəş səsləri” susmaq bilmirdi. 4-cü dəqiqədə Koçukun bu cür vuruşu qapının yanından keçdisə, 24-cü dəqiqədə Tamazinin zərbəsi Məmmədovda qaldı. 28-ci dəqiqədə qonaqların ən fəal oyunçusu Miyanın növbəti belə cəhdindən sonra top cüzi fərqlə qapının yanından keçdi. Qəbələləlilər ilk hissə ərzində cəmi bir dəfə - 28-ci dəqiqədə Elxan Əhmədovun qoruduğu “çərçivə” istiqamətində zərbə endirdi. Onda da Ozobiçin cərimə zərbəsindən vuruşu qapının üstündən aşıb, arxadakı reklam lövhəsinə tuş gəldi. İlk yarı birmənalı “Səbail”in hesabına yazılmalıdı.
Birinci hissədə komandasının rəqibdən geri qaldığını görən Roman Qriqorçukun ikinci yarıda fərqli “11-liy”ə güvənməsi təəccüblü qarşılanmadı. Belə ki, 45 dəqiqə boyunca nəzərə çarpmayan Yusiflə Dionu uyğun olaraq Kone ilə Qismət əvəzlədi. Məlum dəyişikliklərdən sonra meydan sahibləri fasilədən sonra oyunun “ip”ini əlinə almağı bacardı. Artıq hücumlar bir-birini əvəz edir, qonaqlar böyük qüvvə ilə müdafiəyə çəkilməyə məcbur olurdu. Qolu “Qəbələ”dən gözlədiyimiz halda, istəyinə çatan Samir Əliyevin yetirmələri oldu. Miyanın hiyləgər ötürməsindən sonra Vüqar topu rahatlayıb Fəhminə verdi. U-21-in üzvünə topa toxunmaq qaldı. Şimallılar özünə gəlməmiş, yəni qoldan cəmi 40 saniyə sonra Miya hesab arasındakı fərqi artırmağa yaxın olsa da, əlverişli gürsəti boşa verdi. Bundan sonra meydanda ağalıq edən tərəf birmənalı meydan sahibləri idi. Bu mənada Elxanın qəhrəmanlığı qeyd olunmalıdı. Əhmədov 57-ci dəqiqədə Ruslanın, 6 dəqiqə sonra Konenin zərbəsinə əla reaksiya göstərib komanda yoldaşlarını ruhlandırdı. Bu iki vəziyyət aralığında isə Jozef-Monrozla Qismət qol müəllifi ola bilərdi. Birinciyə tələskənlik, ikinciyə qeyri-dəqiqlik mane olmasaydı. “Qırmızı-qaralar”ın başı hesabı bərabərləşdirməyə qarışdığı vaxtda qapısında növbəti qolu görə bilərdi. Di gəl ki, Vüqar 74-cü dəqiqədə əlverişli imkanı topa zəif zərbə endirməklə boşa verdi. Gözlənilən qol, nəhayət, vuruldu. “Neftçi”ylə kubok görüşündə sonradan meydana çıxaraq assistent rolunu oynayan İlqar bu dəfə də eyni funksiyanı yerini yetirdi. Təcrübəli müdafiəçinin cərimə meydançasına asmasını Kone qola çevirdi. Hesabı bərabərləşdirəndən sonra bir az da həvəslənən və qalib gəlmək üçün irəli atılan meydan sahiblərinin bundan artığına gücü çatmadı.
“Qəbələ” heç-heçə etməklə 3-cü pillədəki “Sumqayıt”la xal fərqinin 3-ə enməsinə şərait yaratdı. Bu öz yerində. Maraqlı məqam bölgə təmsilçisinin premyer-liqada ardıcıl 4 oyunda eyni nəticəyə - 1:1-ə imza atmasıdı. “Səbail” isə təkcə xal ehtiyatını artırmadı. 1 xal həm də bir gün əvvəl 39 yaşını tamamlayan Samir Əliyevə doğum günü hədiyyəsi oldu.
HƏBİB

Gözdən qaçmadı
* Debütant olmasına baxmayaraq, “Səbail” rəhbərliyi fanklub üzvlərinin Qəbələyə səfərini təşkil etmişdi. Belə ki, 30-a yaxın fanat qonaqlar üçün ayrılan tribunada sevimlilərini dəstəkləyirdi. Meydan sahiblərinə əsas dəstək həmişə olduğu kimi “Red Black Army”nin üzvlərindən gəlirdi ki, sayları əvvəlki qarşılaşmalara nisbətən az idi.
* “Səbail” rəhbərliyi də bölgəyə tam tərkibdə yollanmışdı ki, komandanın 1 xal qazanması klubun söz sahiblərinin ürəyincə oldu.
* Oyunsonrası mətbuat konfransında sport.24 saytının redaktoru, sabiq “Futbol+”çi Mehman Süleymanov “Səbail”in baş məşqçisinə tort bağışladı. Səbəbini anlamaq çətin deyildi. Əliyevin matçdan bir gün əvvəl ad günüydü.

Reaksiyalar
Samir Əliyev: “İki fərqli hissənin şahidi olduq. Fikrimcə, ilk 45 dəqiqədə daha etibarlı və məzmunlu oynadıq. Fasilədən sonra rəqibin sistem dəyişikliyinə əl atması başadüşülən idi. Evdə oynayırdılar deyə qələbəyə ehtiyacları vardı. Hədəfimiz uduzmamaq idi. Hesabda önə çıxandan sonra qol imkanlarını boşa verdik. Qarşılaşmanın son 25-30 dəqiqəsində “Qəbələ”nin təzyiqi artdı. Qol da vurdular, bir neçə belə imkanları da oldu. Buna baxmayaraq, 1 xal da yaxşıdı. Açığı, xal(lar) qazanmağın ad günümə hədiyyə olması ilə bağlı söhbət etməmişdik. Rəhbərliklə görüşdük və gələcək planlar haqda söhbətimiz oldu. Çempionatın başa çatmasına 5 tur qalsa da, artıq indidən planlar qururuq. Hədəflərimiz, iddiamız daha da artacaq. Növbəti 5 oyundan 4-də rəqibləri doğma meydanda, süni meydanda qəbul edəcəyik. İnanıram ki, bir neçə qələbə qazanmaq mümkün olacaq. Elxan bu gün öz oyunu ilə əsas heyətdə oynamağa layiq olduğunu, yəni Emil Balayevdən geri qalmadığını sübut etdi. Növbəti görüşlərdə hər iki qapıçının xidmətindən yararlanacağıq”.
Roman Qriqorçuk: “Əlbəttə, xal itirməyimiz çox pis oldu. Ancaq belə vəziyyətdə də yaxşı şeylər axtarmaq lazımdı. Yaxşı odu ki, ikinci 45 dəqiqədə öz oyunumuzu oynadıq. Bunu görərək tam əminəm ki, belə oynasaq, kubokda finala çıxa bilərik. İlk hissədəki zəif oyuna gəlincə, təhlil edib, nöqsanları futbolçulara deyəcəyik. “Oyana” bildik, aqressiv, sürətli oynadıq. İndi vacib olan təhlil yox, ikinci hissədə meydanda olanlardı. Bu, mənim üçün vacibdi və ümidləndirir. Sizinlə tam razıyam ki, futbolçularda qələbə ruhu ölüb. Biz bunu görürük və buna qarşı mübarizə aparırıq. Buna nail olmağın çətin olduğunu başa düşürük. Futbolçuları dəstəkləyirik. Əsas odu, futbolçular toparlana bildilər və oyunlarıyla finala çıxmaq ümidi verdilər. Haqqımda dediyiniz xoş sözlərə görə minnətdaram. Tüklərim biz-biz oldu. Məni xoş xatirələrə apardız. Mənim üçün finala çıxmaq vacibdi. Bunun üçün hər şey edəcəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar