17 apr 15:06liqa, reportaj

“Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı

“Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı
Şeydayevin ayağı açıldı, Geryenin başı yarıldı
89. Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 0:1 (0:1)

22. Sergey Litovçenko - 4,5
13. Şəhriyar Rəhimov (k) - 5,5
15. İqor Korotetski - 5,0
4. Şəhriyar Əliyev - 4,5
18. Tural Cəlilov - 4,0
20. Tərzin Cahangirov - 4,5
16. Qiuli Mancqaladze - 5,0
91. Dario Federiko - 5,0
7. Roman Hüseynov - 5,0
10. Tural Rzayev - 4,5
(48. Dieqo Qusmao, 70 - 2,5/
21. Murad Səttarlı, 88) - qiymətsiz
24. Şadon Vinçester - 4,5
(9. İlkin Sadıqov, 46) - 4,5
Ehtiyat oyunçular
1. Davud Kərimi
2. Yusif Cəfərov
5. Tural Nərimanov
6. Ceyhun Cavadov
11. Kamran Abdullazadə
12. İlyas Səfərzadə
55. Tərlan Qasımzadə
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Şəhriyar Rəhimov

13. İbrahim Şehiç - 5,5
77. Vild-Donald Gerye - 5,5
14. Rəşad Sadıqov (k) - 5,5
32. Elvin Yunuszadə - 5,0
5. Maksim Medvedev - 5,0
2. Qara Qarayev - 5,5
8. Miçel - 5,5
10. Pedro Enrike - 5,5
(22. Əfran İsmayılov, 88) - qiymətsiz
20. Riçard Almeyda - 5,5
(7. Rahid Əmirquliyev, 90+1) - qiymətsiz
99. Dani Kintana - 5,5
(44. Ağabala Ramazanov, 77) - qiymətsiz
90. Ramil Şeydayev - 6,0
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
17. Elçin Rəhimli
19. Famil Camalov
21. Arif Daşdəmirov
25. Ansi Aqolli
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Ramil Şeydayev
Qol: R.Şeydayev, 23 (R.Almeyda).
Vərəqələr: Q.Mancqaladze, 31 (qeyri-idman hərəkəti). T.Cəlilov, 55 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 76 (qeyri-idman hərəkəti). İ.Sadıqov, 80 (qeyri-idman hərəkəti). R.Almeyda, 80 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Knyaz Əmiraslanov, Rahil Ramazanov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Nüvər Xasıyev (Bakı).
14 aprel. Gəncə. Şəhər stadionu. 8000 tamaşaçı (24000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5
Turun açılış oyununda ölkənin köklü, ancaq hazırda fərqli məqsədlər uğrunda mübarizə aparan, turnir cədvəlinin birinci və sonuncu pillələrində qərarlaşan klubları üz-üzə gəldi. “Qarabağ”ın bu dəfə də Gəncə səfərindən 3 xalla dönəcəyi gözlənilən idi. Rəqibi ilə duellərdə 23 matçdı qələbəyə, son 6 görüşdə xala, cari mövsümün 3 oyununda isə qola həsrət qalan “Kəpəz” çempion üçün “asan yem” sayılırdı. 14 turdu məğlubiyyətin nə olduğunu bilməyən Qurban Qurbanovun komandası Gəncədə bu süriyanı 15-ə çatdırdı. Özü də son vaxtlar olduğu kimi çox güc sərf etmədən. Amma oyun bəzi məqamlarla diqqəti çəkdi.
İlk növbədə Mahir Mədətovun Gəncəyə aparılmamasını vurğulamaq lazım gəlir. Son vaxtlar Qurban Qurbanovun gözündən düşən Mahiri bu dəfə Şeydayev start heyətində əvəz etdi ki, Gəncə gənc hücumçuya düşərli oldu.
Oyun sakit məcrada başladı. Hiss olunurdu ki, "Qarabağ" tələm-tələsik hücum qurmaq istəmir. Matçda ilk real qol vəziyyəti 16-cı dəqiqədə reallaşdı. Almeyda qapı önünə asma etdi, Miçelin başla zərbəsindən sonra top əvvəlcə Litovçenkonun əlinə, ardından tirə tuş gəldi. "Kəpəz"in "çərçivə qoruyucusu" müdaxilə etməsəydi, hesab açılacaqdı. Meydan sahibləri bunun cavabını qolla verə bilərdi. 20-ci dəqiqədə əks-hücum zamanı Tərzindən ötürmə alan Dario bir qədər irəliləyib Elvini aldatdı, ancaq vuruşu o qədər də effektli alınmadı. Nəhayət, 23-cü dəqiqədə "atəşkəs pozuldu". Riçarddan topu qəbul edən Şeydayevə Cəlilov da mane ola bilmədi və hücumçu "Qarabağ"ın heyətində ilk qolunu vurdu. Bütün turnirləri nəzərə alsaq, Ramilin Ağdam təmsilçisinin formasında 14-cü oyununda "ayağı açıldı". Bundan sonra "Qarabağ" təzyiqi artırsa da, Hüseynovun yetirmələri də boş dayanmamışdı. Az qala 28-ci dəqiqədə "status-kvo" bərpa olunacaqdı. Romanın asmasından sonra Şəhriyarın başla zərbəsi olduqca təhlükəli alındı. Həmin epizodda Sadıqov Şəhriyara mane olmağı unutmuşdu. Cəmi 1 dəqiqə keçmişdi ki, Vinçester əlverişli fürsəti dəyərləndirə bilmədi. Ümumiyyətlə, oyunun tempi yüskək idi. "Qarabağ" əsasən həmlələri sol cinahdan qururdu. "Kəpəz" isə əks-hücumlar haqda düşünürdü. 41-ci dəqiqədə Dario əla ötürmə ilə Romana fərqlənmək imkanı yaratdı, sonuncunun zərbəsindən sonra top qapının üstündən keçdi. İlk hissənin son dəqiqəsində isə Vinçester Yunuszadəni aldadıb geridə qoysa da, özünü yetirən Sadıqov təhlükənin böyüməsinin qarşısını aldı.
Meydan sahibləri ikinci hissənin əvvəlində hesabda tarazlıq yaratmağa yaxın oldu. Bu dəfə də Romanın hava ötürməsindən sonra Rəhimovun başla vuruşu dəqiq alınmadı. Bundan sonra bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Növbəti yaddaqalan epizod 57-ci dəqiqədə yaşandı. Şeydayevin başla vuruşu zamanı top dirəyin yanından keçdi. Ardınca Riçardın qapıya zərbəsi qüvvətli alınsa da, dəqiq deyildi. Bir müddət qarşılaşmada qol vəziyyəti yaşanmadı. "Qarabağ" oyuna nəzarət edir, topu rəqibə, demək olar, vermirdi. Yeri gəlmişkən, qonaqların "Kəpəz"in ən təhlükəli oyunçusu olan Federikoya əl-qol açmağa imkan vermədiyini də qeyd etməliyik. 74-cü dəqiqədə Ramilin başladığı hücumu davam etdirən Pedro qapıya qüvvətli zərbə endirdi, ancaq Litovçenko topun tora daxil olmasına imkan vermədi. Hər halda, "Qarabağ" növbəti qol üçün əldən-ayaqdan getmirdi. Başqa sözlə, ağdamlıların "az olsun, bizim olsun" fikri ilə davrandığını da düşünmək olardı. 85-ci dəqiqədə isə İlkin "köhlən atlar"ı cəzalandıra bilərdi. Ancaq onun başla vuruşu o qədər də qüvvətli alınmadı və Şehiç topu ələ keçirdi. Ümumiyyətlə, bu dəqiqələrdə "Kəpəz" təzyiqi artırmışdı. Tərzinin uzaqdan zərbəsi də yetərincə təhlükəli olsa da, "çərçivə"yə düşmədi. Gəncəlilərin son dəqiqələrdəki cəhdləri də faydasız olunca, Orxan Məmmədovun final fiti "Qarabağ"ı çempionluğa bir qədər də yaxınlaşdırdı.
MİRAĞA

Gözdən qaçmadı
* Gəncə stadionunda heç vaxt jurnalistlərin rahat çalışması üçün şərait olmayıb. Media sektoruna azarkeş buraxılmasına adət etmişik. Ancaq bu dəfə “barıtı çox eləmişdilər”. Hansısa “ağıllı” fanatları şeypurlarla silahlandırmışdı. Qulağımızın dibində beyindeşən səs altında 90 dəqiqə necə çalışdığımızı bir biz, bir də Allah bilir. Bu azmış kimi, qarşılaşmanı stadiondan izləyən Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilk yarı bitən kimi azarkeşlərə səsləndi və fanatları fəal olmamaqda suçladı. İcra başçısı azarkeşlərin komandanı daha coşqulu dəstəkləməsini istədi. Belədə ikinci hissədə meqafonlar da işə düşdü ki, əsl cəhənnəm yaşadıq.
* Oyundan sonra daha bir problem yarandı. Tribunadan enib bir qədər aralıda olan inzibati binada təşkil olunan mətbuat konfransına getməyimizi polis əngəllədi. Darvazanı bağlayıb “başçı getsin, sonra” deyən asayiş keşikçisi ilə mübahisənin yersiz olduğunu anlayıb, AFFA nümayəndəsinə şikayət etdik. Ancaq “xanlıq üsul-idarəsiylə iadrə olunan şəhər”də belə variant da o dəqiqə işə yaramır. Nüvər Xasıyevi də qapıda gözləməyə məcbur etdilər. Onun “istəyirsiz, protokola yazım ki, komissarın göstərişinə əməl olunmadı?” deməsi də işə yaramadı. Nəhayət, polkovnikə yaxınlaşan polislərdən biri yeni tapşırıqla gəldi: “AFFA nümayəndəsi keçsin, jurnalistlər hələ gözləsin”. Ancaq qapı açılan kimi özümüzü zorla irəli verib konfrans binasına tərəf getdik. Axı, bu necə olur, ölkə başçısı İlham Əliyev qatıldığı tədbirlərdə hər kəslə selfi çəkdirir, “Gəncə xanı” isə ətrafına ətdən divar hördürür.
* Matçın gedişində xoşagəlməz hal yaşandı. Belə ki, 35-ci dəqiqədə yerli fanatlar yan xəttin yaxınlığında Geryeyə daş atdılar. Başını tutub yerə yıxılan yarımmüdafiəçiyə həkim yardımı lazım oldu. Bununla belə, haitili oyunu davam etdirə bildi. Matçın baş hakimi Orxan Məmmədov həmin daşı qarşılaşmanın 4-cü hakimi Rəşad Əhmədova təqdim etdi. Güman ki, bu olay matçın protokolunda qeyd olunacaq və Gəncə klubu cərimələnəcək.

Reaksiyalar
Qurban Qurbanov: “Vacib qələbə qazandıq. Burda oynamaq həmişə ağır olub. Son oyunlarda “Kəpəz” çox yaxşı çıxış edirdi. Buna hazır idik. Rəqibə uğurlar arzulayıram. Yunis Hüseynov yaxşı komanda yığıb. Mahir Mədətovun heyətdə olmamasının xüsusi səbəbi yoxdu. Belə qərar verdik. Formada deyil, arzulanan səviyyədə çıxış etmir. Onun əvəzində Ramil Şeydayevə start heyətində yer verdik və sevindirici haldı ki, qol vurdu. Bu, onun əsas komandada ilk qoludu. Son vaxtlar əvəzedicilərin heyətində fərqlənirdi. Daha da istəkli olmalıdı. Qol vurması hər şeyin qaydasında olması demək deyil. Bunun üçün daha da alışıb-yanmalıdı. Bir qol kifayət deyil. Bundan sonra daha çox əziyyət çəkməli və özünü yaxşı tərəfdən göstərməlidi. Onu təbrik edirəm, qol vurduğuna görə sevinirəm. Bəzi epizodlarda daha aqressiv, istəkli olmasını istərdim. Zədədən sonra Ağabala Ramazanov da sıraya döndü. O da əvəzedicilərin yarışında fərqlənmişdi. Fikrimcə, bu gün normal oynadı. İmkan olduqca hamıya şans verməyə çalışırıq. Komandanın tam gücü ilə oynamadığı fikri ilə hardasa razıyam. Nə qədər çalışsaq da ki, oyunlara tam köklənsinlər, alınmır. Təkcə iş başında olanda yox, həmişə motivasiyalı olmalıdılar. Bu, xüsusilə də gənc futbolçulara aiddi. Yalnız bir oyunda qələbə qazanmaq, qol vurmaqla iş bitmir. Futbol ilboyu davam edir. Təkcə mənim verdiyim motivasiya onlar üçün çox azdı. Hər oyun maksimum istəklə meydana çıxmalıdılar. Kiminsə yerinin göründüyünü deyə bilmərəm. Komandama güvənirəm. Əslində komanda 1 qolla qalib gəlirsə, bu, futbolçuları 90 dəqiqə təzyiq altında saxlayır, daha diqqətli, məsuliyyətli oynamağa sövq edir. Bu özü də motivasiyadı… Düzdü, Xama Billiatın transferi yenidən gündəmə gəlib, amma bu köhnə söhbətdi. Ona təklifimiz olmuşdu. Ancaq qışdan sonra heç bir danışıq olmayıb. Həmin vaxt alınmadı, sonra da bu məsələni bağladıq. Hazırda bütün mövqelərə futbolçu axtarışımız davam edir”.
Yunis Hüseynov: “Qarabağ”ı təbrik edirəm. Komandamdan razı qaldım, mübarizə apardıq. İmkanlarımız da oldu, ancaq istifadə edə bilmədik. Rəqib güclü, top saxlayan komandadı. Düzdü, bunlar şablon sözlərdi, bununla belə, reallıqdı. Bilirdim ki, Dieqonu sonradan meydana buraxıb tez də əvəzləməyimlə bağlı sual verəcəksiz. Onu meydana buraxdım ki, mərkəzdə top saxlasın. Fikirləşdim ki, təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə tez əvəzlədim. Bəzən biz məşqçilərin hər istədiyi olmur. Ola bilər ki, onu əvəzləməyim futbolçuya psixoloji cəhətdən təsir etsin. Amma futbolçu meydanda etimadı doğrultmadı. Düzdü, həm “Qarabağ”ın, həm də “Kəpəz”in məşqçilər korpusunda Azərbaycanın vaxtilə qaymaqları olmuş mütəxəssislər qərarlaşıb. Qurban, Yunis, Zaur, Yaşar, Müşfiq, Vidadi komandasını arxasınca apara bilən futbolçular idi. Bu gün ölkə futbolunda bu cür oyunçular yoxdu. İndiki futbolçulara hörmətlə yanaşıram. Amma yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də Vidadi Rzayev və başqaları. İndinin futbolu ilə ovaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar