17 apr 14:31liqa, reportaj

"Neftçi" 3 ilin acığını darmadağınla çıxdı

Azarkeşlər “istefa” qışqırdı, Ayxan Abbasov qovuldu
90. Zirə - Neftçi (Bakı) 0:3 (0:1)
1. Anar Nəzirov (k) - 4,0
18. Yani Urdinov - 3,5
39. Sadiq Quliyev - 4,0
(11. Viktor İbokoyi, 85) - 4,0
5. Adil Nağıyev - 4,0
16. İbrahim Aslanlı - 4,0
4. Vüqar Mustafayev - 4,0
8. Milan Duriç - 4,5
(10. Orxan Əliyev, 77) - qiymətsiz
7. Sadio Tounkara - 4,0
88. Elşən Abdullayev - 4,0
(77. Mirsahib Abbasov, 64) - 4,0
29. Comal Uilyams - 5,0
43. Riçard Qadze - 4,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
38. İlkin Muradov
57. Kənan Zülfüqarov
87. Müşfiq İlyasov
97. Tapdıq Əhmədov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Comal Uilyams

1. Səlahət Ağayev - 5,5
5. Anton Krivotsyuk - 5,5
25. Kiril Petrov - 5,5
6. Rəşad Sadiqov (k) - 6,0
21. Məhəmməd Mirzəbəyov - 5,5
19. Fransisko Qarsiya - 4,5
(10. Derlis Meza Kolli, 69) - 5,0
8. Emin Mahmudov - 5,0
(7. Namiq Ələsgərov, 75) - 5,0
17. Rəhman Hacıyev - 6,5
93. Soni Mustivar - 6,0
11. İqnasio Errera - 6,0
22. Mirabdulla Abbasov - 5,0
(9. Lukas Qomes, 83) - qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
2. İlkin Qırtımov
3. Fərid Abbaslı
12. Mayk Kampaz
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
Qollar: R.Hacıyev, 10-p. (0:1). İ.Errera, 90+1 (0:2, S.Mustivar). R.Sadiqov, 90+5 (0:3).
Vərəqələr: Y.Urdinov, 18 (hakimin qərarına etiraz). S.Tounkara, 20 (qeyri-idman hərəkəti). K.Petrov, 35 (qeyri-idman hərəkəti). S.Quliyev, 57 (qeyri-idman hərəkəti). S.Mustivar, 61 (qeyri-idman hərəkəti). E.Mahmudov, 73 (qeyri-idman hərəkəti). S.Ağayev, 81 (oyunun bərpasını ləngitmək). R.Qadze, 90 (qeyri-idman hərəkəti) - sarı. Y.Urdinov, 51 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: RƏHİM HƏSƏNOV, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
15 aprel. Zirə. İdman Kompleksinin stadionu. 850 tamaşaçı (1400 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun mərkəzi oyununda “Zirə” “Neftçi”ni sınağa çəkdi. Avroliqaya vəsiqə uğrunda mübarizə aparan, qonşu pillələrdə qərarlaşan rəqiblərin dueli böyük maraq doğururdu. “Ağ-qaralar” premyer-liqa çərçivəsində indiyədək qalib gələ bilmədiyi “qartallar”məğlub etməklə sindromu qırmaq niyyətində idi. Həmçinin Əhmədovun komandası Zirədə ilk xalını qazanmaq istəyirdi. “Qartallar” isə 2018-ci ildə, nəhayət, uğursuz seriyaya son verib qələbə sevinci yaşamaq üçün döyüşəcəkdi.
Start fitindən dərhal sonra hər iki komanda qələbə istəyini ortaya qoydu. Ancaq "Neftçi" daha çox təzyiq edirdi. Bunun məntiqi nəticəsi kimi "ağ-qaralar" 10-cu dəqiqədə hesabı açdı. Rəhman qapı önünə ötürmə edərkən top Vüqarın əlinə dəydi. Hakimin təyin etdiyi penaltini Hacıyev özü dəqiq yerinə yetirdi. Bundan 7 dəqiqə sonra zirəlilərin 11 metrlik cərimə zərbəsi tələbi cavabsız qaldı. Halbuki Krivotçukun Elşənə qarşı hərəkəti qaydalar çərçivəsində deyildi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda növbəti yaddaqalan epizodu qonaqlar yaratdı. 21-ci dəqiqədə İqnaso zərbə vurmayıb, boşda olan iki komanda yoldaşına ötürmə etsəydi, böyük ehtimalla, hesab arasındakı fərq artacaqdı. Yavaş-yavaş "qartallar" təşəbbüsü ələ keçirdi. "Ağ-qaralar" isə əks-hücumlar haqda düşünürdü. 37-ci dəqiqədə qəsəbə təmsilçisi təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazandı. Lakin Duriç fürsəti dəyərləndirə bilmədi. Az sonra, demək olar, eyni nöqtədə yenə də qonaqlar qaydanı pozdu. Milanın budəfəki vuruşu daha təhlükəli alınsa da, yenə də dəqiq olmadı.
İkinci yarıda da ilk təhlükəli vəziyyəti "Neftçi" yaratdı. 49-cu dəqiqədə Mirabdulla rəqibin iki oyunçusundan sıyrılsa da, Anarı keçə bilmədi. Az sonra yaxşı fürsət yaxalayan Qadzenin başla vuruşu o qədər də effektli alınmadı. 51-ci dəqiqədə isə "Zirə" daha bir zərbə aldı. Urdinov ikinci dəfə qarşısında sarı vərəqə gördü və "qırmızı" ilə meydandan qovuldu. Bir saatın tamamında İqnasionun cərimə zərbəsi təhlükəli alınsa da, top cüzi fərqlə qapının üstündən keçdi. Çox keçmədən Mirabdullanın “qayçı” vuruşu elə də yaxşı alınmadı. Bundan sonra "ağ-qaralar" daha rahat oynamağa başladı. Ancaq bir neçə həmlənin boşa verilməsi az qala qapılarında qol görmələri ilə nəticələnəcəkdi. 80-ci dəqiqədə Tounkara bərbad baş zərbəsi ilə imkanı qaçırdı. Cəmi 3 dəqiqə sonra Mirabdulla təhlükəli, ancaq qeyri-dəqiq vuruşla yadda qaldı. Matçın son dəqiqələrində ardıcıl qollar "Zirə"nin işini bitirdi. Əvvəlcə Errera, ardınca isə Sadiqov fərqləndi. Beləliklə, "Neftçi" sindromu darmadağınla qırdı.

Reaksiyalar
Tərlan Əhmədov: "Bu 3 xal bizim üçün çox vacib idi. Əlimizdən gələni etdik. Futbolçuları təbrik edirəm. Fanatlarımıza dəstəyə görə minnətdaram. “Qəbələ” ilə kubok oyunundan sonra bizi çətin matçını gözlədiyini bilirdik. Təbii ot örtüyündən sonra süni qazona uyğunlaşmaq çətin idi. Qarşıda kubok matçı var. İlk oyundakı qələbəyə baxmayaraq, şansları bərabər qiymətləndirirəm. Kubok oyunları tam fərqlidi... “Zirə” sindromu? Meydana belə fikirlə çıxmamışdıq. Öz oyunumuzu oynadıq. Futbolçular da bu qarşılaşmanın məsuliyyətini dərk edirdilər. Bu üzdən ciddi hazırlaşırdıq. Gəldiyim 6-7 aydı. Mən də bu komandaya çempionatda qalib gələ bilməmişdim. Sevinirəm ki, bu gün 3 xal qazandıq. Rəqib azlıqda qalmamışdan öncə də hesabda irəlidəydik. Bu oyunda məni sevindirən əsas məqam ilk dəfə penalti vurmağımız oldu. Qarsiya? O hələ ki mənim istədiyim futbolu oynamır. Komanda oyununa üstünlük verirəm. Fərdi oyun yalnız rəqibin cərimə meydançasında ola bilər. O, komanda yoldaşlarının əziyyətini yerə vururdu. Buna görə onu əvəzləməyə məcbur oldum. Sadiqovun çıxışına gəlincə, onun oyunu məni razı saldı. Rəşad təcrübəli futbolçudu. O, Petrov və Abışov mərkəzdə məni tam qane edir. Bu üzdən qışda müdafiəçi transfer etmədik. Sadiqov bizə hələ uzun müddət lazım olacaq".
Ayxan Abbasov: "Məğlub olmaq istəməzdik. Gözləmədiyimiz yenilgi oldu. Oyuna yaxşı başlasaq da, penalti, daha sonra isə qırmızı vərəqə bütün planlarımızı pozdu. İrəli atıldıq və bunun acısını çəkdik. Fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Bu klub mənə doğmadı. Birinci diviziondan bu klubda çalışıram. Rəhbərliklə görüşəcəm. Bundan sonra gələcək planlarımızı müəyyənləşdirəcəyik. Azarkeşləri də başa düşürəm. "Qırmızı" aldıq, bundan sonra hücumları davam etdirdik. Hər dəfə gəlirlər, 70-ci dəqiqədən sonra “istefa” qışqırırlar. Sadəcə, onlara dedim ki, uşaqlara dəstək lazımdı. Mən istefadan qorxmuram. Bilsəm ki, gedəcəyim halda hər şey düzələcək, gedərəm. Dediyim kimi, bu klub mənə doğmadı. Klubun gələcəyi üçün nə xeyirlidisə, o da olmalıdı. Bu gün “Zirə”də 7 futbolçunun olmaması böyük itkidi. Lakin mən deyəndə, bu, bəraət kimi görünür. Siz sual verdiz deyə bu haqda danışıram. Bu oyunçulardan heç də hamısının zədəsi örtüklə bağlı deyil. Ancaq meydan amili də müəyyən rol oynayır. Lakin bu, əsas səbəb deyil".

Gözdən qaçmadı
* "Forza Neftçi" hər dəfə olduğundan daha az fanatla Zirəyə gəlmişdi. Yeri gəlmişkən, kubok matçında adı çəkilən azarkeş qrupu ilə birgə komandasına dəstək olan cəzalı Ruslan Abışov bu oyunu VİP-dən izləyirdi.
* Qarşılaşmadan öncə iki orta yaşlı xanım media sektorundan oyunu izləmək istədi. Ancaq "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə onları nəzakətlə həmin tribunadan uzaqlaşdırdı.
* 85-ci dəqiqədən etibarən zirəli azarkeşlər Ayxan Abbasovu istefaya səslədilər. Çalışdırıcı isə tribunaya sərt şəkildə etiraz edincə, qalmaqal böyüdü. Nəticədə hakim Abbasovu texniki zonadan uzaqlaşdırdı.
FARlZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar