15 apr 13:07liqa

Sona 6 tur qalarkən...

Sona 6 tur qalarkən...
“Neftçi” avrokubok şansını artırıb
Mövsümün sonu yaxınlaşdıqca avrokuboklar uğrunda mübarizə daha da gərginləşir. Bu mənada premyer-liqanın qalan 6 turunda, necə deyərlər, ölüm-qalım savaşına şahidlik edəcəyik. Aprelin 12-də baş tutan matçlar, heç şübhəsiz, komandaların gücünü hansı “cəbhə”yə daha çox ayırmasına təsir edəcək. Premyer-liqa klublarının hazırkı durumunu, turnir cədvəlindəki sırlamasını nəzərə alıb, kimin avrokubok şansının neçə faiz olması ilə bağlı proqnoz yürütmək olar. Yalnız “Kəpəz”lə “Səbail”in beynəlxalq arena perspektivini saf-çürük etməyə dəyməz. Çünki Gəncə təmsilçisi artıq avrokubok şansını itiribsə, “Səbail” UEFA-nın məlum 3 il tələbinə cavab vermir. Yeri gəlmişkən, qarşıda 6 tur qaldığından, demək olar, bütün komandalar bir-biri ilə qarşılaşacaq. Odu ki, şansları hazırkı duruma görə dəyərləndirəcəyik.
Qarabağ
“Köhlən atlar” ötən tur avrokuboklara vəsiqəni təmin etdi. Yəni qalan turların hamısında məğlub olsalar belə, ağdamlılar qitə arenasında mübarizə aparacaq. Özü də Qurban Qurbanovun yetirmələrinin ardıcıl 5-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcəyi şübhə doğurmur. Buna görə də “Qarabağ”ın avrokubok yox, ÇL perspektivini faizlə dəyərləndirmək olar. “Köhlən atlar”, çox güman, sona bir neçə tur qalmış çempionluğu rəsmiləşdirəcək. Odu ki, ağdamlıların ÇL şansını hətta 99 faizlə dəyərləndirmək olar. Qalan 1 faiz isə futbol möcüzəsinin payıdı.
Qəbələ
Kubokda doğma meydanda “Neftçi”yə uduzan “Qəbələ”nin titul həsrəti böyük ehtimalla davam edəcək. Ancaq Roman Qriqorçukun komandasının avrokubok perspektivi xeyli yüksəkdi. Hazırda turnir cədvəlinin ikincisi olan “Qəbələ” ən yaxın izləyicisi “Sumqayıt”dan 5 xal qabaqdadı. Qalan 6 turda “qırmızı-qaralar”ın bu məsafənin əriməsinə imkan verəcəyi inandırıcı deyil. Əks halda, bu qəbələlilər üçün əsl faciə olar. Axı, bölgə təmsilçisi sıradan komanda deyil. Hər halda, “Qəbələ”nin avrokubok şansını 85 faizdən az dəyərləndirmək doğru olmaz.
Sumqayıt
“Kimyaçılar” qışdan sonrakı əla çıxışla hazırda “üçlük”dədi. Düzdü, Samir Abasovun komandası “Zirə”ni cəmi 1 xal qabaqlayır. Ancaq “gənclik şəhəri” təmsilçisinin sərgilədiyi oyun, cızdığı uğurlu trayektoriya qəsəbə klubunun şansını azaldır. Yeri gəlmişkən, kubokda “Keşlə”yə uduzan (0:1) Abasovun yetirmələri daha çox diqqəti çempionata yönəldəcək. Bəlkə də cavab oyununda geridönüş etmək mümkün olacaq. Lakin indiki vəziyyətdə “Sumqayıt”ın şansını 60 faiz proqnozlaşdırmaq mümkündü.
Zirə
Ötən il avrokuboklarda debüt edən “Zirə” qışdan sonra bərbad çıxış edir. Komanda çempionatın 2-ci yarısında qələbə qazanmayıb. Elə bu uğursuzluq fonunda üçüncü pillə “Sumqayıt”a təhvil verildi. Doğrudu, Ayxan Abbasovun komandası “kimyaçılar”dan 1 xal geri qalır. Lakin komandanın çıxışı ürəkaçan olmadığından avrokubok perspektivi də yüksək görünmür. Təbii, bu iki komandanın öz aralarındakı oyunu da həlledici ola bilər. Bir sözlə, “qartallar”ın Avropa arenasına çıxış şansının 40 faizdən artıq olduğunu söyləmək çətindi.
Neftçi
Əslində ötən tur “Sumqayıt”ı məğlub etsəydi, “ağ-qaralar”ın şansı daha çox olardı. Lakin paytaxt təmsilçisi hesabda öndə olarkən, sonda heç-heçəyə razılaşdı. Hazırda isə flaqman 4-cü yerdən 4 xal geri qalır. Hə, burda bir məqamı da qeyd edək. Bu mövsüm turnir cədvəlinin dördüncüsü avrokuboklara getməyə bilər. Premyer-liqanın sonuna kimi “Neftçi” və ya “Keşlə” “3-lüy”ə daxil olmadan kubokda qalib olarsa, 4-cü yer əhəmiyyətini itirəcək. Maraqlıdı ki, məhz bu iki komanda finala bir addım yaxındı. “Neftçi”nin qışdan sonra uğurlu çıxış etməsi, kubokda səfərdən yaxşı nəticə ilə dönməsi, eləcə də turnir cədvəlindəki mövqeyinin o qədər də acınacaqlı olmaması bu komandanın avrokubok şansını artırır. Bu üzdən “ağ-qaralar”ın Avropa arenasına çıxışı 55 faizdən çoxdu ki, az deyil.
Keşlə
Yuri Maksimovun komandası son oyunlarda pis təsir bağışlamasa da, avrokubok perspektivi elə də yüksək deyil. Turnir cədvəlinin yeddincisi olan “Keşlə”nin premyer-liqadakı mübarizənin sonunda bunu bacaracağı çox çətin görünür. Sadəcə, kubokdakı nəticəni nəzərə alıb, paytaxt klubunun şansını 25 faiz qiymətləndirmək olar. Təbii, bu faizlər bizim proqnozlardı və futbolun təxminləri dəfələrlə alt-üst etdiyini görmüşük. Ancaq bir məqam dəqiqdi ki, qarşıda bizi olduqca maraqlı mübarizə gözləyir. Azarkeşlərin istədiyi və inkişafa yol açan səbəblərdən biri də məhz budu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar