08 fev 19:36liqa

Premyer-liqanın “vuran ayaq” problemi

Premyer-liqanın “vuran ayaq” problemi
Mircavadov səviyyəli hücumçuların yoxluğunu qabartdı

Həmişə gileylənmişik ki, premyer-liqanın oyunlarına azarkeşlər az gəlir. İki-üç klubu nəzərə almasaq, qalan komandaların tərəfdarları stadionların heç ondabirini də doldurmur. Təbii ki, bunun bir neçə səbəbi var. İlk səbəb gözəl futbolun olmamasıdı desək, yanılmarıq. Düzdü, çempionatda 8 komandanın iştirak etməsi, rəqabətin az olması, sayı-hesabı bilinməyən hakim səhvlərinin də təsiri var. Lakin baxımlı oyunun yoxluğu birinci pillədə qərarlaşır. Qarşılaşmaları gözəlləşdirən isə qoldu. Hansı ki çempionatımızda qolların sayı əvvəlki illərlə müqayisədə aşağı düşüb. Adicə bombardirlərin siyahısına baxmaqla bunu açıq-aydın görmək olur. Artıq premyer-liqada 16 tur geridə qalıb. Bombardirlər cədvəlində yer alanlar isə 7 qol həddini keçə bilməyiblər. Hazırda ən sərrast oyunçular siyahısında 2 futbolçu yer alıb. Hər ikisi “Qəbələ”ni təmsil edir – Baqali Dabo və Filip Ozobiç. Fransalı forvard 9 qarşılaşmada meydana çıxıb. Qolların 3-nü “Neftçi” üzərində 8:0 hesabı ilə qələbə qazandıqları görüşdə vurub. Bu isə o deməkdi ki, Baqalinin məhsuldarlıq əmsalı hər oyuna 0,77 qola bərabərdi. “Ağ-qaralar”la qarşılaşmaları nəzərə almasaq, bu göstərici xeyli aşağı düşüb, 0,5-in üstündə dayanar. Bu da çempionatda top qovan bəlkə də ən səviyyəli hücumçunun məhsuldarlığının aşağı olmasından xəbər verir. Dabo ilə eyni sayda dəqiq zərbəyə sahib Ozobiçi isə yenə anlamaq olar. Hər oyuna 0,43 qol vuran xorvat 16 dəfə meydana çıxsa da, onun əsas işi qol vurmaq yox, oyun qurmaq, ötürmə paylamaqdı. “Qəbələ”nin futbolçularını təqib edən üç oyunçunun hərəsinin hesabında 5 qol var. “Sumqayıt”da hücumun sivri ucunda oynayan Mirabdulla Abbasov, “İnter”in forvardı Rauf Əliyev və qışda “bankirlər”i “Neftçi”yə dəyişən dayaq yarımmüdafiəçisi Ruslan Abışov hərəyə 5 dəfə fərqlənib. Abbasov 16 turun hamısında meydana çıxıb. Mütəxəssislər “kimyaçılar”ın sərgilədiyi oyunu tərifləsədə də, forvardın məhsuldarlıq faizi çox aşağı, cəmi 0,31-ə bərabərdi. 14 dəfə meydana çıxan Əliyevin də göstəricisi ürəkaçan deyil – hər oyuna 0,35 qol. Abışovun isə bu siyahıya düşməsi yaxşı haldı. Lakin dayaq yarımmüdafiəçisinin (bəzi hallarda müdafiədə də oynayır) bombardirlər siyahısında yer alması həm də çempionatda komandaların qol üçün vuruşmadığının və səviyyəli hücumçunun olmamasının göstəricisidi.
Çempionatın lideri, oyunu ilə dillər əzbəri olan “Qarabağ”ın əsas hücumçusu Dino Ndlovunun göstəriciləri isə lap biabırçıdı. 12 dəfə meydana çıxan cənubu afrikalı cəmi 4 qol vurub. Halbuki forvard ötən mövsüm “Anortosis”in heyətində 32 oyuna 17 dəfə fərqlənib. Ağdamlıların qışda “Adanaspor”a satdığı Reynaldo da aşağı məhsuldarlıqla yadda qalıb. Braziliyalı meydana çıxdığı 10 oyunda 4 dəfə fərqlənib.
Premyer-liqanın bombardirlər cədvəlini bir sıra çempionatların cədvəlləri ilə də müqayisə etmək yerinə düşər. Təbii ki, “böyük beşlik” ölkələrinin çempionatlarına göz gəzdirməyə belə dəyməz. Çünki onlarda həm oyun sayı çoxdu, həm də bombardirləri az qala bizim klublarımız qədər qol vurub. Odu ki, 16-18 turu arxada qalmış bəzi Orta və Şərqi Avropa ölkələrinin liqalarının bombardirlərinə diqqət yetirək. Ukrayna premyer-liqasında 18 tur geridə qalıb. Çempionatın bombardiri isə Kiyev “Dinamo”sunun hücumçusu Junior Moraeşdi. Futbolçu 18 matçın 16-da meydana çıxıb və hər oyuna orta hesabla 0,62 qol vurub. 18 turu geridə qalan digər çempionatlar Bosniya və Hersoqovina, Moldova, Slovakiya və Makedoniya liqalarıdı. Sözügedən çempionatların bombardirlərinin hamısı bizim ən sərrast oyunçularımızdan çox qol vurub. Bosniya və Hersoqovinanın birinciliyində çıxış edən “Sloboda”nın hücumçusu Süleyman Krpiç 18 turun hamısında meydanda olub, 11 dəfə rəqib qapıçıları məyus edib. Bu hər oyuna orta hesabla 0,61 qol deməkdi. Slovakiya superliqasının lideri “Jilina”nın hücumçusu isə hər oyuna orta hesabla 0,77 qol vurur. 18 turun hamısında meydana çıxan hücumçunun hesabında 14 dəqiq zərbə var. Bu mövsümün əvvəlində Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Makdeoniya “Şkendiya”sı hazırda çempionatda ikinci yerdədi. 18 turdan sonra komandanın iki futbolçusu hərəyə 10 qolla bombardilər siyahısının ilk pillələrində qərarlaşıb. Fərhan Hasani qolları 18, Besart İbrahimi isə 16 oyuna vurub. 18 turu geridə qalan Moldova çempionatının bombardiri isə “Şerif”in üzvü Yosep Brezoveçdi. O, 9 dəfə rəqib qapıçıları məyus edib. 17 “futbol həftəsi”ndən sonra Ermənistan premyer-liqasında da 3 futbolçu eyni göstəriciyə malikdi. “Şirak”dan Viulen Ayvazyan, “Qandzasar”dan Geqam Harutyunyan və “Alaşkert”dən Miqran Manasyan hərəyə 7 dəfə fərqlənib. İlk ikisi 17, üçüncü 15 oyuna bu uğuru əldə edib. Bu isə Ermənistan çempionatında da bombardirlərin məhsuldarlığının zəif olmasından xəbər verir. 17 turu arxada qalan və uzunmüddətli qış fasiləsinə yollanan Rusiya çempionatında bombardir 10 qol vurub. “Krasnodar”ın hücumçusu Fyodr Smolovun hesabında 10 dəqiq zərbə var. Son illər Rusiya futbolunun yetişdirdiyi ən yaxşı oyunçulardan sayılan Smolov bu qolları 12 oyuna vurub. Bu da onun məhsuldarlıq faizini artırır – hər oyuna 0,83 qol. Bizim çempionatımızla eyni sayda turu geridə qalan Çexiya liqasında da ikihakimiyyətlik hökm sürür. Çempionatın bütün matçlarında meydana çıxan “Sparta”nın futbolçusu David Lafata və “Zbrojovka”nın hücumçusu Milan Şkoda hərəyə 10 dəfə fərqlənib. Yəni hər oyuna orta hesabla 0,62 qol vurublar.
Bütün bunları nəzərə alaraq, bombardirlərin sərrastlığının aşağı olmasının səbəblərini hücum futbolunu dəstəkləyən mütəxəssislərdən biri olan Ağasəlim Mircavadovdan öyrənməyə çalışdıq. O, “niyə çempionatımızda bombardirlər çox qol vurmur” sualını belə cavabladı: “Çox yaxşı sualdı. Haqlısız ki, bombardirlərimiz çox qol vurmur. Bunun da bir sıra səbəbləri var. Gəlin baxaq, görək klublarımızın hücum xəttində kimlər oynayır? “Qarabağ”da indiyə qədər Reynaldo, indi də Dino Ndlovu. Hamımız bilirik ki, Reynaldo əvvəlki kimi oynamırdı, formadan düşmüşdü. Ondan çoxlu qol gözləmək mümkün deyildi. Dino da elə də yüksək səviyyəli hücumçu deyil. “Qəbələ”də əsas hücumçu Baqali Dabodu. O həqiqətən də yüksək səviyyəli futbolçudu. Ondan gözləntilərim böyükdü. Avroliqa oyunlarında da bunu sübut edib. Amma mövsümün ilk yarısında zədələndi. Tam sağlam olsaydı, bəlkə də çox qol vurardı. Üçüncü pillədə qərarlaşan “İnter”də isə Rauf Əliyevdi. Rauf əvvəlki Rauf deyil. O, zədələrdən sonra formasından çox uzaq düşüb. 4-cü yerdə gedən “Zirə”də isə nominal hücumçu yoxdu. “Sumqayıt”da da cavan Mirabdulla Abbasov bu fuknsiyanı yerinə yetirir. Sözümün canı odu ki, çempionatda yüksək səviyyəli hücumçular yoxdu. Bilirsiz, hücumçu üç cür olur. Qol vəziyyəti yaradan, qol vuran və həm qol epizodu yaradan, həm də vuran. Bizim hücumçularımız qol vəziyyəti yaradıb vura bilmirlər. Hücum xəttində yer alan oyunçuların məhsuldarlığının aşağı olmasının bir səbəbi də yarımmüdafiə xəttinin zəifliyidi. Bütün baş məşqçilər komandanın çox qol vurmasını istəyir. İndi mən həmkarlarımı tənqid edə bilmərəm. Çünki hər bir çalışdırıcının öz taktikası var. Yerli hücumçuların çox qol vurmamalarına səbəb onların şəxsi göstəricilərinin pis olması, öz üzərlərində çalışmamasıdı. Legionerlər haqda isə onu deyə bilərəm ki, bacardıqları budu. Son zamanlar ölkəmizə yüksək səviyyəli hücumçular gəlmir. Hansı klub istəməz ki, yüksək səviyyəli hücumçuya sahib olmasın?! İndi hamı ayağını yorğanına görə uzadır”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar