15 apr 12:46liqa

Turun mərkəzi oyununda “qan su yerinə axacaq”

Turun mərkəzi oyununda “qan su yerinə axacaq”
Ayxan Abbasov: “İnanmıram ki, kubok matçına görə “Neftçi”də yorğunluq olsun”
Bu gün premyer-liqanın 23-cü turuna start veriləcək. Finişə doğru irəlilədikcə çempionatda gərginlik daha da artır. Turun mərkəzi qarşılaşması sabah gerçəkləşəcək. “Zirə” doğma meydanda “Neftçi”ni sınağa çəkəcək. Saat 19.00-da start götürəcək oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək. Avrokuboklar uğrunda mübarizə aparan bu iki komandanın dueli böyük maraq doğurur. Hazırda “Zirə” ilə “Neftçi” turnir cədvəlində qonşu pillələlərdə qərarlaşıb. Odu ki, hər iki tərəfin qələbə üçün əlindən gələni edəcəyi şübhə doğurmur. Cari mövsümdə baş tutan 3 dueldən ikisində “Zirə” qələbə qazanıbsa, 1 görüşdə qalib müəyyənləşməyib.
“Neftçi” sindromu qıra biləcək?
“Ağ-qaralar” sabahkı qarşılaşmada “Zirə” sindromunu qırmağa çalışacaq. “Neftçi” premyer-liqa çərçivəsində indiyədək “qartallar”a qalib gəlməyib. Flaqmanın hansısa rəqibə qarşı bu cür problem yaşadığını xatırlamaq çətindi. Düzdü, “Neftçi” kubokda bunun əksini gerçəkləşdirir. Belə ki, tərəflər “ikinci cəbhə”də iki dəfə 1/4 finalda qarşılaşıb və hər iki halda növbəti mərhələyə adlayan tərəf “ağ-qaralar” olub. Ancaq çempionatda “Neftçi”nin bu rəqib üzərində qələbəsi yoxdu. Tərəflər indiyədək premyer-liqada 11 dəfə üz-üzə gəlib. Bu oyunlardan 8-də qəsəbə təmsilçisi qalib gəlibsə, 3 oyunda heç-heçə qeydə alınıb. Top fərqi də “Zirə”nin xeyrinədi (15-4). Özü də “ağ-qaralar” heç vaxt bu rəqibin meydanından xalla dönməyi bacarmayıb. Deməli, Tərlan Əhmədovun komandası qalib gəlsə, ilk qələbəyə, heç-heçə etsə, səfərdəki ilk xalına sevinəcək. Yeri gəlmişkən, flaqman bu oyuna yüksək əhval-ruhiyyədə hazırlaşıb. Cümə axşamı kubokun yarımfinalının ilk oyununda, özü də səfərdə keçirdiyi qarşılaşmada qalib gələn “Neftçi” finala doğru önəmli addım atıb. Bu qələbədən ruhlanan “ağ-qaralar” “Zirə” sindromunu da qırmaq əzmindədi. Eləcə də qışdan sonra Əhmədovun komandasının inamlı təsir bağışladığını da nəzərə almalıyıq.
“Zirə” ilk qələbəsini qazanacaq?
“Neftçi” ilə duellərdə üstünlük “Zirə”nin tərəfində olsa da, “qartallar”ı favorit göstərmək doğru olmaz. Belə ki, Ayxan Abbasovun yetirmələri 2018-ci ildə qələbə qazanmayıb. Elə hadisələrin belə uğursuz axarı qəsəbə təmsilçisinin üçüncü pilləni “Sumqayıt”a təhvil verməsi ilə nəticələndi. Halbuki qış fasiləsinə yollanarkən “Zirə” “kimyaçılar”dan 10 xal öndə idi. Hazırda isə zirəlilər bu rəqibdən 1 xal geridədi. Onu da qeyd edək ki, “qartallar” sabah uduzsa, “Neftçi” aradakı fərqi minimuma edirəcək. Bu isə avrokubok şansının daha da azalması deməkdi. Odu ki, Abbasovun komandası qələbə qazanmaqla yenidən Avroliqa iddiasını artırmaq istəyir. Düzdü, heyətdə itkilər yetərincədi və bu problem müdafiədə daha ciddidi. Lakin “Zirə”nin öz meydanında oynaması, “Neftçi”nin bu arenada sindrom yaşaması qəsəbə təmsilçisinin işinə yaraya bilər. Bu üzdən “qartallar”ın qalib gəlmək üçün bütün gücünü ortaya qoyacağı şübhə doğurmur. Qələbə hətta üçüncü pilləni də geri qaytara bilər. Ancaq bunun üçün “Sumqayıt” da xal itirməlidi. Yuxarıda kubokdakı qələbənin “Neftçi”yə əlavə motivasiya verdiyini qeyd etdik. Lakin bu məsələnin başqa tərəfi var. “Qəbələ” ilə səfər qarşılaşmasında, heç şübhəsiz, “ağ-qaralar” böyük güc sərf etdi. Odu ki, yorğunluq “Zirə”nin işinə yaraya bilər. Bundan başqa, “Neftçi”nin gücünü yarımfinalın cavab qarşılaşması üçün qoruyacağı da istisna deyil.
Ayxan Abbasov gərgin oyun gözləyir
Təbii, hər iki tərəfin oyunöncəsi fikirlərini öyrənmək maraqlı idi. Ancaq “Neftçi”nin mətbuat xidmətindən aldığımız bilgiyə görə, ənənə davam edir, nə baş məşqçi, nə də futbolçular qarşılaşmadan əvvəl açıqlama verir. “Zirə”nin çalışdırıcısı Ayxan Abbasov isə bunları dedi: “Çətin oyun olacağını bilirik. Ümumiyyətlə, “Neftçi” ilə qarşılaşmalarımız hər zaman gərgin keçib. Bu gün də “Neftçi”nin yaxşı formada olduğu göz önündədi. Amma öz meydanımızda oynayırıq. Çalışacağıq ki, bu üstünlükdən yararlanaq. Bizdə də itkilər çoxdu. Bilirsiz ki, bəzi oyunçularımız zədə səbəbindən komandaya kömək edə bilmir. Bir sözlə, ağır oyun olacaq. İnanmıram ki, kubok matçına görə “Neftçi”də yorğunluq olsun. Çünki rəqibin geniş heyəti var. Məncə, həftəiçi keçirilən kubok görüşü onların çıxışına təsir etməyəcək. Hazırlaşırıq, uğurlu nəticə qazanmağa çalışacağıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar