15 apr 12:44liqa

“Neftçi” üçün kabus, “Sumqayıt” kubokun qisasını düşünür

“Neftçi” üçün kabus, “Sumqayıt” kubokun qisasını düşünür
Ölkə kubokunda yarımfinalın ilk görüşlərindən sonra diqqətlər yenə çempionata yönələcək. Belə ki, həftəsonu – bu gün və sabah Topaz premyer-liqasında 23-cü turun oyunları keçiriləcək. Sıx qrafiklə gerçəkləşən həftəyə bir oyunla start veriləcək ki, “Qarabağ”la “Kəpəz”in kubokdan bir gün sonra meydana çıxması başadüşüləndi. Axı, nə çempion, nə də autsayder ikinci “cəbhə”də mübarizəni davam etdirir.
23-cü turun heç də bütün qarşılaşmaları canlı yayınlanmayacaq. Belə ki, “CBC Sport” 4 oyundan üçünü ekranlara daşıyacaq. Telekanal “Sumqayıt” – “Keşlə” matçını göstərməyəcək.
Topaz premyer-liqası
4-cü dövrə, 23-cü tur
14 aprel
89. Kəpəz – Qarabağ
Hakimlər: ORXAN MƏMMƏDOV, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 21:+9=3-9, 34-25.
1992 - 2:1; 1993/94 - 4:1; 1994/95 - 4:1; 1995/96 - 3:1; 1996/97 - 3:1; 1997/98 - 3:2; 1998/99 - 3:0, 3:0; 1999/2000 - 1:1; 2000/01 - 2:1; 2003/04 - 0:1; 2004/05 - 0:1; 2005/06 - 1:2; 2010/11 - 0:1; 2011/12 - 1:2; 2012/13 - 0:0; 2015/16 - 2:3, 1:2; 2016/17 – 1:1, 0:1; 2017/18 – 0:2.
Cəzalılar: Samir Zərgərov (Kəpəz), Coşqun Diniyev (Qarabağ).
“Futbol+”in proqnozu: 15-25-60
Gəncə. Şəhər stadionu. Saat 16.00
Tura ölkənin köklü klublarının dueli ilə start veriləcək ki, favoriti göstərmək üçün turnir cədvəlinə yuxarıdan aşağı baxmaq kifayətdi. Rəqibi ilə duellərdə 23 matçdı qələbəyə, son 6 görüşdü xala, cari mövsümün 3 oyununda isə qola həsrət Gəncə təmsilçisi çempion üçün “asan yem” sayılır. Bu üzdən 4 turdu qalib gələ bilməyən Yunis Hüseynovun yetirmələrinin uğursuz seriyanı qıracağı inandırıcı deyil.
14 turdu məğlubiyyətin nə olduğunu bilməyən Qurban Qurbanovun komandası Gəncədən yükünü tutub qayıtsa, növbəti çempionluq yolunda önəmli addım atmış olacaq. “Qəbələ” sabah uduzsa, qalan 5 tur ərzində ağdamlılara 1 xal, heç-heçə ilə kifayətlənsə, 1 qələbə qazanmaq kifayət edəcək. Nizami yurdunda əldə olunacaq 3 xal həmçinin çempionluq mübarizəsində, “Qəbələ” istisna olmaqla, qalan komandaların çempionluq şanslarını praktiki cəhətdən də heçə endirəcək.
Hər iki komandanın meydana itkilərlə çıxacağını qeyd edək. Yunis Hüseynov “sarı” cəzalısı Samir Zərgərovun, Qurban Qurbanov isə ötən tur qırmızı vərəqə alan Coşqun Diniyevin xidmətindən məhrumdu.
15 aprel
90. Zirə – Neftçi
Hakimlər: RƏHİM HƏSƏNOV, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Abas Hüseynov.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 5:+5=0-0, 8-0.
2015/16 - 2:0, 3:0; 2016/17 – 2:0, +:-*; 2017/18 – 1:0.
Cəzalı: Ruslan Abışov (Neftçi).
“Futbol+”in proqnozu: 30-35-35
Zirə. İdman Kompleksinin stadionu. Saat 19.00
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Qalan üç qarşılaşma turun ikinci gününə təsadüf edəcək. Turun mərkəzi oyunu Zirədə baş tutacaq. Avrokuboklar üçün döyüşən “Neftçi” və “Zirə” sonuncuların meydanında üz-üz gələcək. “Ağ-qaralar” tarixi ərzində heç bir çempionat görüşündə məğlub etmədiyi qəsəbə təmsilçisini yenməyə və beləliklə, “kabus”dan yaxa qurtarmağa cəhd edəcək. Nəhayət, bu antirekord qırıla bilər. Niyə də olmasın?! 6 turdu uduzmayan Tərlan Əhmədovun yetirmələri rəqibin enişdə olmasından yararlanmalıdı. Ayxan Abbasovun komandası isə 2018-ci ilin 8 matçında qələbənin nə olduğunu bilmir.
“Neftçi” “Qəbələ” ilə kubok matçında olduğu kimi, bu dəfə də kapitan Ruslan Abışovun xidmətindən məhrumdu. Təcrübəli müdəfiəçi 22 tur ərzində 4 sarı vərəqə alıb ki, belədə avtomatik cəzalı duruma düşüb.
91. Sumqayıt – Keşlə
Hakimlər: RAUF CABBAROV, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 11:+2=4-5, 10-13.
2011/12 - 0:2; 2012/13 - 0:0; 2013/14 - 0:2, 0:1; 2014/15 - 0:0, 3:1; 2015/16 - 1:1, 0:1; 2016/17 – 1:2, 2:2; 2017/18 - 3:1.
Cəzalı: Sezar Meza Kolli (Keşlə).
“Futbol+”in proqnozu: 30-40-30
Sumqayıt. Kapital Bank Arena. Saat 18.00
“Sumqayıt”la “Keşlə” arasındakı matç da az önəm kəsb etmir. Azərbaycan kubokunun yarımfinalında da rəqib olan komandalar 7 günə sığan “üçpərdəlik” mübarizənin ikincisinə çıxacaq. Kubokun ilk görüşündə uduzan Samir Abasovun komandası çempionatdakı mövqeyini qorumaq üçün 3 xal qazanmalıdı. Yuri Maksimovun komandası isə 7-ci sıranı tərk etmək üçün xal hesabını zənginləşdirməlidi. Qış fasiləsindən sonra 10 xal toplayan paytaxt təmsilçisi növbəti qələbə və ya heç-heçə sayəsində 6-cı yeri ələ keçirə bilər. Ancaq bu heç də asan olmayacaq. Əvvəla, kubokdan fərqli, bu dəfə “Sumqayıt”ın heyətində itki yoxdu. Mərkəz müdafiəçiləri Bəxtiyar Həsənalızadə və Vurğun Hüseynov, həmçinin yüngül zədəsi olan Cavid İmamverdiyev də sabahkı oyunda Samir Abasovun sərəncamında olacaq. “Keşlə”də isə əksinə, komandanın lideri Sezar Meza Kolli cəza səbəbindən meydana çıxmayacaq. Həmin Sezar ki, yarımfinalın ilk görüşündə paytaxt təmsilçisinin şansını artıran yeganə qolun müəllifi olub.
92. Qəbələ – Səbail
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 1:+1=0-0, 3-1.
2017/18 – 3:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30
Qəbələ. Şəhər stadionu. Saat 17.00
“Keşlə”nin irəliləməsi “Səbail”in “Qəbələ”ylə səfər matçından da asılıdı. Maraqlıdı ki, 5 qarşılaşmada qalib gələ bilməyən debütant son qələbəsini məhz Roman Qriqorçukun yetirmələri ilə oyunda əldə edib. “Qırmızı-qaralar” isə 3 turluq heç-heçə seriyasına Samir Əliyevin komandası ilə matçda son qoymaq əzmindədi. Rəqiblərin cari mövsümdəki görüşləri məhsuldarlığı ilə diqqəti çəkdiyindən Qəbələdə də qollu oyun olması istisna deyil. Belə ki, bu mövsüm baş tutan hər 3 görüşdə komandalar meydanı qolsuz tərk etməyiblər. Üstəlik, hər oyunda qapılara ən azı 3 qol vurulub.
Topaz.az
1 Х 2 1Х 12 2Х alt üst kod
Kəpəz – Qarabağ 12.00 4.80 1.10 3.43 - - 1.95 1.45 258
Qəbələ – Səbail 1.40 3.30 5.55 – 1.12 2.07 - - 686
Sumqayıt – Keşlə 1.75 2.95 3.35 1.10 1.15 1.57 - - 807
Zirə – Neftçi 1.50 3.20 4.35 – 1.12 1.84 - - 847
1. Qarabağ 22 16 5 1 32-8 53
2. Qəbələ 22 12 5 5 36-22 41
3. Sumqayıt 22 10 6 6 29-24 36
4. Zirə 22 9 8 5 29-21 35
5. Neftçi 22 9 4 9 28-24 31
6. Səbail 22 5 3 14 14-31 18
7. Keşlə 22 4 6 12 19-34 18
8. Kəpəz 22 3 3 16 14-37 12
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 12, Amil Yunanov (Sumqayıt), Mahir Mədətov (Qarabağ) – 8, İqnasio Errera (Neftçi), Stiven Jozef-Monroz (Qəbələ) – 7.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar