12 apr 14:55liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...yerdəyişməsi...

Azarkeşlər komandanın ayrılmaz hissəsidi. Futbolçu meydana çıxanda hansı azarkeş qrupunun hansı sektorda yer alacağını yaxşı bilir. Məsələn, “Forza Neftçi” “Bakcell Arena”da mərkəzi tribunadan soldakı qapının arxasında əyləşir. “İmarət”çilər “Azərsun Arena”da mərkəzi tribunadan solda yer alır. “Red Black Army” “Qəbələ”nin ehtiyat oyunçular skamyasının yanında qərarlaşır. Yəni hansı azarkeş qrupunun harda oturacağını əzbər bilirik. Lakin eyni sözləri “Xəmsə” haqda demək çətindi. Birvaxtlar “Kəpəz”in bir nömrəli azarkeş qrupunu mərkəzi sektorla üzbəüz tribunada görürdüksə, son oyunlarda sol qapının arxasında yer alırdılar.
“Keşlə”ylə görüşün əvvəlində “Xəmsə”lilər yenə mərkəzdə qərarlaşmışdı. Lakin start fitindən bir qədər sonra yerlərini dəyişib, əvvəlki sektora üz tutdular. Təəccüblü görünməyə bilməzdi. Odu ki, qrupun fəal üzvlərindən sayılan Müşfiq Məmmədovla söhbətdə qaranlıq məqama aydınlıq gətirməyə çalışdıq: “Öncəki ev oyunlarında stadiondaydım. Lakin bu dəfə şəxsi işlərimlə bağlı gedə bilməmişdim. Buna baxmayaraq, yerdəyişmənin səbəbini öyrənməyə çalışdım. “Xəmsə”nin əsas yeri mərkəzi tribunadı, dəqiq desəm, 18-ci sektordu. Lakin son vaxtlar orda oturmağa icazə verilmirdi deyə uşaqlar məcburiyyətdən 13-cü sektoru seçmişdilər. “Zirə”ylə qarşılaşmada klubun azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyevin işə qarışmasından sonra yenidən 18-ci sektorda yer almışdıq. Bu dəfə də uşaqlar sona qədər orda oturmalıydı. Sadəcə, stadiona oyunun başlamasına az vaxt qalmış gəliblər deyə həmin yerdə yaşlı azarkeşlər, ağsaqqallar əyləşib. Onları ordan qaldırmaq da düzgün olmazdı. Uşaqlar görüşün əvvəlində komandaya dəstək verəndə, həmin yaşlı tərəfdarlar çox səs gəldiyini deyərək etiraz ediblər. Belədə qrupun üzvləri məcburiyyətdən 13-cü sektora qayıdıblar. Özünüz başa düşürsüz, ağsaqqallara nəsə demək, həmin tribunanın “Xəmsə”yə aid olduğunu anlatmaq düzgün olmazdı. Ona görə də oyundan 30-40 dəqiqə əvvəl gedib yer tutmaq lazım idi. Belə deyim, uşaqlarımızın günahı olub”.
...debütü...
Mövsümün əvvəlində cəlb olunan futbolçunun çempionatın başa çatmasına sayılı turlar qalmış komandasında debüt etməsi nadir hadisələrdəndi. Arayıb-axtarsan, bəlkə də belə nümunələr yox dərəcəsindədi. Deyək ki, “Bavariya”, lap elə götürək “Partizan” yayda təcrübəli oyunçunu heyətinə qatır. Lakin futbolçu vaxtını ehtiyat oyunçular skamyasında keçirir. Bir də çempionatın sonuna 6 tur qalmış şans qazanır, yəni debüt edir. Təəccüblüdü, deyilmi?
Eyni hala 22-ci turda şahidlik etdik. Vaxtilə “Karvan”, “Neftçi”, “İnter” və “Qəbələ” kimi klublarda çıxış edən, Berti Foqtsun dönəmində yığmaya cəlb olunan Ruslan Əmircanov “Qarabağ”la qarşılaşmada “Səbail”in formasında debüt etdi. Bu onun mövsümdə debüt oyunu idi. Halbuki qış fasiləsində Antalyadakı yoldaşlıq görüşlərində Samir Əliyev Ruslana şans verir, təcrübəsindən yararlanacağını deyirdi. Qısası, fevralın 1-də 33 yaşını tamamlayan təcrübəli müdafiəçi çempionatda debüt etməklə adını bəlkə də ölkə futbolu tarixinə yazdırdı.
Maraqlıdı, Ruslan baş məşqçidən şans gözləyirdi? Ümumiyyətlə, karyerasıboyu belə halla rastlaşmışdı? Çıxışından razı qalıbmı? Öz dilindən eşidək: “Açığı, karyeramda ilk dəfə belə halla rastlaşdım. İndiyə qədər hansa komandada oynamışamsa, daim əsas heyət üzvü sayılmışam. Yalnız zədə səbəbindən “Qəbələ”dəki dönəmi uğursuz adlandıra bilərəm. Hətta ötən mövsüm AZAL-da 26 oyun keçirib 2 qol vurmuşdum. Əlbəttə, xoşagələn hal deyil. Hər bir futbolçunun arzusu daha çox oynamaq, komandasına fayda verməkdi. Baş məşqçi mənə səbr etməyi tövsiyə edir, şans verəcəyini deyirdi. Futbolçuyamsa, işim əmrə tabe olmaq, “oyna” qərarını gözləməkdi. Bilirdim ki, gec-tez şans verəcək. Ona görə də zamanımı gözləyirdim. 17 ildi peşəkar futbol oynayıram, müəyyən təcrübəyə sahibəm. Belədə hansısa rəqibdən çəkinməyim, sadəcə, mümkün deyil. Yəni debütdə “Qarabağ”a qarşı mübarizə aparacağıma görə qətiyyən narahat deyildim. Əksinə, istəkli idim. Sadəcə, oyun təcrübəsinin azlığı bir az narahat edirdi. Sonuncu dəfə rəsmi oyunda meydana ötən il aprelin 12-də çıxmışdım. Düz bir il idi rəsmi oyun keçirmirdim. Bu da istər-istəməz hansısa mənada özünü göstərir. Deyə bilmərəm ki, “Qarabağ”a qarşı fantastik oynadım, hamı məndən danışdı-filan. Sadəcə, bacardığımı artıqlaması ilə ortaya qoymağa çalışdım. Bir il yaşıl meydana həsrət qalan istənilən futbolçu üçün əvvəlki kimi oynamaq çətin olur. Bəlkə də Messiylə Ronaldo da bu qədər fasilədən sonra istədiyi oyunu sərgiləyə bilməz”.
...alqışı...
Cari mövsümdə sərgilədiyi oyun və göstərdiyi nəticələrə görə yaxşı mənada ad çıxaran “Sumqayıt” təəccübləndirməkdə davam edir. Qeyri-adi hadisə yaşanmasa, “kimyaçılar” yayda ölkəmizi Avroliqada təmsil edəcək üç komandadan biri olacaq. Qazanılan uğurlarda Samir Abasov əsas pay sahibidi deyə “Sumqayıt” deyəndə ağla birinci onun adı gəlir. Durmadan çalışan, yeni nələrisə öyrənməyə çalışan gənc mütəxəssisə Qurban Qurbanovun davamçısı gözü ilə baxılır.
Abasovun rəğbət qazanmasında əsas səbəblərdən biri də açıqsözlü olması, ağlındakıları dilinə gətirmək bacarığıdı. Olduqca səmimidi, kimdənsə, nədənsə ehtiyatlanmaz. Qarşısındakının nə vəzifəsinə baxar, nə də statusuna. Söz gəldisə, deyəcək. Bəzən gözlənilməz addımları ilə də diqqətləri üzərinə çəkmək bacarığına sahibdi.
Məsələn, srağagün keçirilən “Neftçi” – “Sumqayıt” matçından sonra Samir bəy öncə sumqayıtlı fanatların olduğu tribunaya tərəf gedib onlara təşəkkür etdi. Daha sonra futbolçularını arxasınca çağırıb heç kimin gözləmədiyi halda “Forza Neftçi”nin üzvlərinə tərəf yön aldı və onlara da eyni cür minnətdarlığını bildirdi. Halbuki belə addımlar ölkə futbolu adına yaddı. Bəlkə də dünya futbolunda var, ya da olub, amma bizdə mümkün olan şey deyil. Buna görədi ki, “forzalılar”ın özləri də Samir Abasovla yetirmələrinin hərəkətini görüb biranlıq yerlərində donub qaldılar. Yalnız bir neçə saniyə keçəndən sonra ayıldılar və “Sumqayıt”lıları alqışladılar.
“Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev qonaqların addımından böyük məmnunluq hissi duyduqlarını dedi. Həmçinin Abasovun hərəkətinə nə vaxtsa cavab verəcəklərini gizlətmədi: “Samir Abasovu komandasında gördüyü işlərə görə çox bəyənirik. Meydanda 90 dəqiqə rəqib olsaq da, kənardan baxanda adama qiymət vermək lazımdı. Azərbaycanlı futbolçulardan qurulan kollektivlə böyük işlər görməkdədi. Həm də baş məşqçi kimi özü də “artırmaqdadı”. Bu da istənilən halda ümumi ölkə futbolu adına faydalıdı. Açığı, jesti bizim üçün gözlənilməz oldu. 20 ildi tribunadayam, hələ belə şey görməmişdim. Oyun heç-heçə başa çatsın və rəqib komandanın çalışdırıcısı qarşımıza gəlib bizə təşəkkür etsin. Futbolçudan gözləmək olardı, amma baş məşqçidən qətiyyən. Abasovun jestini, demək olar, hamı dəstəklədi. Səhv etmirəmsə, “Duysburq”un oyununda belə hal yaşanmışdı. Etdikləri hərəkəti yerdə qoymayacağıq. İnşallah, qarşılığını 5 qat artıqlaması ilə verəcəyik. O addımı niyə atdığını özündən yaxşı bilən olmaz. Amma mətbuat konfransında deyib ki, “Forza Neftçi” azarkeşləri bu oyuna rəng qatdılar, azarkeşi itirmək olmaz, qazanmaq lazımdı. Cavid İmamverdiyevi də xüsusi alqışladıq. Sevimli oyunçumuzdu, könül istər ki, yenidən “Neftçi”də olsun. Gördüyünüz kimi, vurduğu qola da sevinmədi. “Sumqayıt”ın çörəyini yeyirsə, qol da vurmalıdı, ötürmə də verməlidi. Buna görə onu qınaya bilmərik. Qınanmalı adamlar onu “Neftçi”dən buraxanlardı”.
...nöqsanı...
“Zirə” – “Qəbələ” matçında baş hakim funksiyasını yerinə yetirən Rəvan Həmzəzadənin idarəçiliyi biabırçı idi. Hər iki komandanın xeyrinə penalti təyin etməli olan referi fərqli qərarlarla yadda qaldı. Üstəgəl, bir neçə epizodda vərəqələri “yedi”, yaxud kobud oyunu sərt oyun kimi dəyərləndirməklə həm Roman Qriqorçuku, həm də Ayxan Abbasovu özündən çıxardı. Bu öz yerində. Hakimlər Komitəsi Həmzəzadəyə lazım olan cəzanı verəcək.
Daha bir maraqlı məqam dördüncü hakim funksiyasını yerinə yetirən Ömər Paşayevin əvəzetmələr və oyuna əlavə olunan dəqiqələr zamanı elektron tablodan istifadə etməməsiydi. Çox güman, tablonun işləməməsi Paşayevi pis vəziyyətdə qoyub. Belədə ortaya sual çıxır: məgər hakimlər oyundan əvvəl tablonun işləyib-işləmədiyini yoxlamır? Elədisə, hər oyunda tablo işləməz, belədə əvəzetmələr əl-qol işarələri ilə həyata keçirilər.
Ömər Paşayevin mövqeyini dinləyək: “Tablonun işləməməsi enerji ehtiyatının az olmasına görəydi. Düzdü, müəyyən qədər işləyirdi. Lakin günəşli havada tablonu qaldırsaydım da, heç nə görünməyəcəkdi. Ona görə də istifadə etmədim. Əslində burda bizlik heç nə yoxdu. Meydan sahibi komanda oyundan əvvəl tablonu hazır vəziyyətdə dördüncü hakimin skamyasının yanına qoymalıdı”.
...fotosu
Turdan məqamlar
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar