07 fev 12:52liqa, manset

“Xəmsə” Mehman Allahverdiyevin sifarişini yerinə yetirir?

“Xəmsə” Mehman Allahverdiyevin sifarişini yerinə yetirir?
Elmar Əliyev: “Görünür, yenə hansısa kənar qüvvələr qurd kimi “Kəpəz”i içindən dağıtmaq istəyir”

“Kəpəz”in 3-cü dövrənin hər iki oyununda məğlub olması “sarı-göylər”ə könül verənləri özündən çıxarıb. Gəncə təmsilçisinin xüsusilə Bakıda keçirilən oyunlarında tribunalarda görməyə adət etdiyimiz “Xəmsə” fanklubu “Zirə” ilə qarşılaşmadan öncə bəyanat yayaraq, komandanın oyunlarını boykot etdiyini bildirib: “İllərdi "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir. Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti, etirazların hansı istiqamətdə aparılması və ya dayandırılmasına Müşahidə Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək”.
“Xəmsə”nin boykot qərarını gəncəli azarkeşlər arasında dəstəkləyələr də var, müxtəlif cür yozanlar da. İkincilərin fikrincə, Adil Məmmədovun rəhbərlik etdiyi fanklub ötən ilin noyabrında “Kəpəz”dən uzaqlaşdırılan Mehman Allahverdiyevin sifarişlərini yerinə yetirir. Yayılan söz-söhbətlərə görə, Gəncənin futbol ictimaiyyəti arasında müəyyən nüfuza sahib olan Allahverdiyev klubdan kənarlaşdırıldığı üçün bəzi “layihələr” həyata keçirməyə çalışır. “Xəmsə” də bu işdə ona yardım edir. Məsələyə aydınlıq gətirmək üçün fanklubun rəhbəri Adil Məmmədovu aradıq: “Deyəsən, məni kiminləsə səhv salıblar. Bu günə kimi heç vaxt sifarişlə oturub-durmamışıq, bundan sonra da təmiz adımıza ləkə düşməsinə imkan vermərik. İllərdi müstəqil formada fəaliyyət göstərib, klubun uğur qazanması üçün çalışmışıq. Belə çirkin işlər bizlik deyil. Boykot qərarını şərtləndirən məqamları bəyanatda qeyd etmişik. Növbəti addımımızın necə olacağını isə bu həftə açıqlayacağıq. Ola bilsin, növbəti turda yenə tribunalara döndük”.
“Kəpəz”in azarkeşlərlə əlaqəndiricisi vəzifəsini daşıyan Elmar Əliyevin də fikirlərini öyrəndik: “Mən inanıram ki, “Xəmsə” fanklubu növbəti matçlarda boykot qərarından imtina edib, digər 3 fanklubumuz kimi komandanı dəstəkləyənlər arasında olacaq. Ola bilsin, Adil Məmmədov bir qədər əsəbləşib və bu üzdən “Kəpəz”in oyunlarını boykot etmək qərarı verib. “Xəmsə” hava şəraitindən, yolun yaxınlığından, uzaqlığından asılı olmayaraq, daim tribunalarda olub, komandanı irəli səsləyib. İnanmıram ki, Adil bəy kiminsə çaldığı havaya oynayanlardan olsun”.
“Zirə” ilə matçı canlı izləyən Elmar bəy məğlubiyyətə üzüldüyündən oyunun gedişində “o...r bilərəkdən oynamır” söyləyərək, ətrafındakılara narazılığını bildirib. Onunla söhbət zamanı bu məsələyə də toxunduq: “Dediyim sözü heç vaxt danmamışam. “Zirə” ilə matçda bəzi oyunçuların meydanda vaxt öldürdüyünu, bilərəkdən zəif oynadığını görməmək üçün kor olmaq lazımdı. Görünür, yenə hansısa kənar qüvvələr qurd kimi “Kəpəz”i içindən dağıtmaq istəyir. Renan son dəqiqələrdə heç nədən meydandan qovulur. O belə intizamsızlığa yol verməklə komandanı pis vəziyyətə qoyur. “Qəbələ” ilə matçın ardından yenə meydandan qovulursa, deməli, ortada nəsə var. Belə legionerlərdənsə, gəncəli yeniyetmələrə güvənmək daha yaxşı olar. Onu da bildirim ki, gəncəli azarkeşlər Şahin müəllimə inanır və onu dəstəkləyir. Baş məşqçini istefaya göndərmək klub rəhbərliyinin səlahiyyətindədi, fanklubların yox”.
Yeri gəlmişkən, dünən Elmar bəy “feysbuk” sosial şəbəkəsində gəncəli azarkeşləri sevindirəcək elan yerləşdirib: ”Komandamızın son turlardakı məlum nəticələrindən sonra sizi daha səbirli olmağa səsləyirik. Nə olur-olsun, komandamızdan dəstəyinizi əsirgəməyin. Daim dəstək verin ki, komandamız da qələbələrlə bizləri sevindirsin. Növbəti turda keçiriləcək "Sumqayıt" - "Kəpəz" oyununa gəncəli azarkeşlər aparılacaq”. Bu xəbərə isə azarkeşlər tərəfindən “feysbuk”da müxtəlif reaksiyalar gəlib ki, onların bəziləri ilə sizləri tanış edirik:
- Eltac Əsgərov: Hansı komandanın yanında olaq? 3 oyundu qələbə görmürük.
- Vüsal Verdiyev: Belə etməklə məğlubiyyətləri azarkeşlərə unutdurmaq istəyirlər. Əvvəllər niyə aparmırdılar? “Neftçi” və “Qarabağ”la oyuna aparmadılar. Nə deyəsən?!
- Müşfiq QS: Çox gülməli durumdu.
- Mehman Hüseynov: Yaxşı azarkeş daim komandanın yanında olmalıdı. Bizə bir qədər səbr etmək lazımdı, hər şey yaxşı olacaq.
RƏŞAD
A bit surerispd it seems to simple and yet useful.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar