09 apr 23:49liqa, reportaj

Heç-heçəni sevməzdilər...

Heç-heçəni sevməzdilər...
Qriqorçuk: “Məni hakimliklə bağlı məsələlərdə rahat buraxın”
87. Zirə - Qəbələ 1:1 (0:0)

1. Anar Nəzirov (k) – 5,5
18. Yani Urdinov – 5,5
5. Adil Nağıyev – 5,0
39. Sadiq Quliyev – 5,5
16. İbrahim Aslanlı – 5,0
4. Vüqar Mustafayev – 5,0
8. Milan Duriç – 5,5
9. Aleksandr Dedov – 5,0
(11. Viktor İbokoyi, 75) – 5,0
88. Elşən Abdullayev – 5,0
(29. Comal Uilyams, 46) – 5,0
7. Sadio Tounkara – 6,0
(17. Vüsal İsgəndərli, 77) – qiymətsiz
43. Riçard Qadze – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
10. Orxan Əliyev
14. Tellur Mütəllimov
38. İlkin Muradov
57. Kənan Zülfüqarov
87. Müşfiq İlyasov
77. Mirsahib Abbasov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Sadio Tounkara

22. Dmitri Bezotosnı – qiymətsiz
(23. Aqil Məmmədov, 25) – 5,5
8. Qismət Alıyev – 5,0
34. Ürfan Abbasov – 5,5
3. Voislav Stankoviç – 6,0
10. Ruslan Qurbanov – 5,0
(33. Təmkin Xəlilzadə, 65) – 5,5
16. Dion Malone – 4,5
(19. Filip Ozobiç, 65) – 5,0
11. Asif Məmmədov – 5,0
28. Stiven Jozef-Monroz – 5,5
14. Cavid Hüseynov (k) – 4,5
45. Famussa Kone – 5,0
9. Baqali Dabo – 5,5
Ehtiyat oyunçular
35. Murad Popov
5. Rasim Ramaldanov
6. Elvin Məmmədov
18. İlqar Qurbanov
29. Hacıağa Hacıyev
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Voisav Stankoviç
Qollar: M.Duriç, 53-p. (1:0). S.Jozef-Monroz, 78 (1:1, T.Xəlilzadə).
Vərəqələr: C.Uilyams, 56 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Nahid Əliyev, Vaqif Musayev, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
8 aprel. Zirə. Olimpiya Kompleksi. 1000 azarkeş (1512 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Oyunun prinsipiallığı haqda geniş bəhs etməyə ehtiyac yoxdu. Komandalar arasında təkcə cari mövsümdə baş tutan əvvəlki üç qarşılaşmada yaşananları yada salmaq bəs edir. Zirədə meydan sahiblərinin qələbəsi ilə bitən görüşdə Cavid Hüseynovun qırmızı vərəqə alması, zirəlilərin qapısına təyin olunmayan penaltiyə görə yaranmış narazılıq, üstəgəl, Qəbələdəki oyunlarda Ayxan Abbasovun Ömər Paşayevin üzərinə hücum çəkməsi, Sadio Tounkara ilə Riçard Qadzenin “Qəbələ”dən olan həmkarlarına qarşı qeyri-etik davranışılarla yadda qalması ocağın üstünə benzin səpmişdi.
Bu azmış kimi, son vaxtlar “qartallar”ın qələbəyə həsrət qalması və 3-cü pilləni “Sumqayıt”a təhvil verməsi oyunun gərgin keçəcəyinə şübhə yeri qoymurdu. Qonaqların heyətində Filip Ozobiçin yer almaması təəccüblü məqam idisə, meydan sahiblərində əsas itkilər mərkəz müdafiəçiləri Yovan Krneta ilə Jozef Bumun yoxluğu idi. “Qəbələ”yə “Zirə”nin öz aralarındakı oyunların böyük əksəriyyətində tərəflərdən birinin qələbə qazanmasının şahidi olduğumuzdan, bu dəfə heç-heçənin qeydə alınacağı inandırıcı deyildi.
Adətən, belə oyunların əvvəli kəşfiyyat xarakteri daşıyır, komandalar ehtiyatlı oyuna üstünlük verməklə riskə getməməyə çalışır. Lakin bu dəfə fərqli səhnəyə şahidlik etdik. Açıq futbola güvənən həm meydan sahibləri, həm də qonaqların erkən qol vurmaq istəyini görmək çətin deyildi. İlk təhlükəli vəziyyət “Zirə”dən gəldi. Dedovun cərimə meydançası xaricindən qüvvətli zərbəsi qapıdan yan keçməyib, “çərçivə”yə getsəydi, çox güman, Bezotosnı topu tordan çıxaracaqdı. Ayxan Abbasovun yetirmələri meydanın rəqibə aid hissəsində pressinq tətbiq etməklə qonaqların əl-qol açmasına imkan vermirdi. 15-ci dəqiqədə “qartallar” növbəti dəfə qola yaxın oldu. Bezotosnı cərimə meydançasında Qadze ilə ikili mübarizədə hücumçuya qarşı kobud oynasa da, hakim “davam” dedi. Halbuki penati qərarı verməliydi. Həmin epizodda zədələnən ukraynalı qokiper 10 dəqiqə sonra yerini Aqil Məmmədova verdi. Meydan sahiblərindən fərqli, qəbələlilər təhlükəli vəziyyət yarada bilmədiyinə görə özlərini qınamalıdı. Hücumlar zamanı ötürmələr ya vaxtında verilmir, ya da qeyri-dəqiqlik ucbatından rəqibin cərimə meydançasına daxil olmaq mümkün olmurdu. Bunun nəticəsi kimi 36-cı dəqiqədə növbəti qol imkanı da “Qəbələ”nin qapısı qarşısında yaşandı. Qarışıqlıq zamanı nə Urdinov, nə də Qadze topa dəqiq zərbə endirə bilməyincə, müdafiəçilər təhlükəni sovuşdurdu. 2 dəqiqə sonra Qriqorçukun yetirmələri ilk dəfə “Qəbələ” azarkeşlərini ayağa qaldırdı. Di gəl ki, Nəzirov Dabonun gözlənilməz zərbəsinə əla reaksiya göstərdi. Bir qədər sonra Asif Jozef-Monrozun ötürməsinə yetişə bilmədi ki, növbəti imkan əldən çıxdı. Hissənin sonlarına yaxın “Zirə” öncə Elşənin, daha sonra Dedovun ifasında əks-hücuma çıxsa da, hücumları məntiqli sonluğa çatdırmaq mümkün olmadı.
İkinci hissəyə fəal başlayan tərəf yenə meydan sahibləri oldu. Və bunun məntiqi nəticəsi kimi ilk təhlükəli vəziyyəti də onlar yaratdı. Urdinovun uzaqdan zərbəsi cüzi fərqlə qapının yanından keçdi. Qol özünü çox gözlətmədi. “Zirə”nin fəallarından olan Tounkaranı Malone cərimə meydançası daxilində kobudluqla dayandırdı. İlk hissədə “qartallar”ın penaltisini “yeyən” Həmzəzadə bu dəfə özündə cəsarət tapıb “nöqtə”ni göstərdi. Topun başına keçən Duriç Aqilə şans yeri qoymadı. “Qəbələ”lilər qolun şokundan ayılmamış qapısında növbəti qolu görə bilərdi. 58-ci dəqiqədə Duriçin dubl etməsinə “8 nömrə”nin zərbəsinə əla reaksiya göstərən Aqil imkan vermədi. Hərəkətsiz, bir o qədər də istəksiz görünən qəbələlilərin qol vura bilmədiyini görən zirəlilərin ikinci dəfə fərqlənmək arzusu başadüşülən idi. 63-cü dəqiqədə Sadio Qadzeyə elə bir ötürmə verdi ki, onu qola çevirməmək futbol adına günah olardı. Riçard Aqillə mübarizədən məğlub ayrıldı. Bundan dərhal sonra Qriqorçuk “va-bank”a gedib ixtiyarındakı hər iki əvəzetmə hüququndan yararlanaraq Ozobiçlə Təmkini “döyüşə atdı”. Halbuki matçın başa çatmasına yarım saat qalırdı və Aqilin də zədələnmək ehtimalı yox deyildi. Dəyişikliklərdən sonra nisbətən fəallaşan qonaqlar lazım olan qolu vura bildi. Təmkinin cinah asmasını ötən oyunda da fərqlənən Jozef-Monroz başla qapıdan keçirdi. Matçın sonlarında oyunun “ip”ini əldən verən Həmzəzadə növbəti kobud səhvə yol verdi. Adil cərimə meydançasında Koneni aşkar kobudluqla dayandırsa da, hakim “nöqtə”ni göstərmək əvəzinə oyunu davam etdirdi. 89-cu dəqiqədə isə topu Nəzirovdan “oğurlayan” Dabo qo vurmağa yaxın olsa da, referi növbəti kobud səhvlə diqqət mərkəzinə düşdü. “9 nömrə” qaydalar çərçivəsində oynamışdı deyə fit səslənməməliydi.
Hakimin final fiti “Zirə”nin qələbəsiz oyunlarının sayının 8-ə çatması demək idisə, “Qəbələ” növbəti dəfə 3 xala həsrət qaldı.

Gözdən qaçmadı
* Oyundan əvvəlki isinmə hərəkətlərindən sonra paltardəyişmə otağına yollanan futbolçular yolüstü bir-birinin əlini sıxıb görüşməyi unutmadı. Ötən ilin dekabrına qədər “qartallar”ın şərəfini qorumuş Təmkin Xəlilzadəyə daha çox diqqətin olması başadüşülən idi. Bu mənada vaxtilə “Zirə”də oynamış Elvin Məmmədovla Yusif Nəbiyevin də adlarını çəkə bilərik.
* Matçı izləyənlər arasında adı “Zirə” ilə yanaşı çəkilən, lakin qəzetimizə müsahibəsində heç bir halda Ayxan Abbasovun postunda çalışmayacağını dilə gətirən Aqil Nəbiyev də var idi. Yığmanın baş məşqçisi Qurban Qurbanov da oyuna canlı baxmaq üçün Zirəyə təşrif buyurmuşdu.
* Futbolçular meydana çıxmamış meydandakı boşluqdan istifadə edən topdaşıyan uşaqların hərəkəti diqqəti çəkməyə bilməzdi. Ötən həftə “Yuventus”un qapısına aşırma zərbəylə qol vuran Kriştiano Ronaldonun etdiyini təkrarlamağa çalışan gələcəyin potensial futbolçuları heç bir halda istəklərinə çata bilmədilər. Zərbələri nəinki tora qovuşur, heç “çərçivə” istiqamətinə də getmirdi.
* Roman Qriqorçuk kifayət qədər qayğılı görünürdü. Futbolçular Sənan Qurbanovun nəzarəti altında məşq edəndə, ukraynalı mütəxəssis əlləri cibində başını aşağı salıb irəli-geri var-gəl edirdi. Eynilə avrokubok matçlarından öncə olduğu kimi.
* Bezotosnı zədə səbəbindən Aqil Məmmədovla əvəzlənəndə dördüncü hakim Ömər Paşayev nədənsə əvəzetmə ilə bağlı tablonu qaldırmadı.
*İki hissənin gedişində, dəqiq desək, “Qəbələ” hesabda geri düşəndən sonra Qriqorçuk texniki zonada şok vəziyyətində gəzir, əvəzində köməkçisi Sənan Qurbanov baş məşqçi səlahiyyətlərini icra edərək futbolçuları “yuxudan oyadırdı”.
* Mətbuat konfranslarında daim Roman Qriqorçukun yanında görməyə alışdığımız Məhəmməd Əzizov bu dəfə yox idi. Onu klubun başqa işçisi əvəzləmişdi.

Reaksiyalar
Roman Qriqorçuk: “Oyunu təhlil edib, səhvərimizdən nəticə çıxaracağıq. İndiki halda isə qarşıdakı kubok oyununa hazırlaşmalıyıq. Sizə hörmətimi bilirsiz. Deyəcəyim sizə sayğısızlıq kimi görünməsin. Məni hakimliklə bağlı məsələlərdə rahat buraxın. Nə olmasından asılı olmayaraq, heç nə danışmaq istəmirəm... Bezotosnının zədəsi adi zədəyə oxşamır. Həkimlərdən soruşdum, ağrılarının olduğunu dedilər. Sabah, uzağı birisigün zədənin ciddiliyi bilinəcək. Aqil isə oyuna yaxşı qoşuldu. Hətta bir epizodda komandanı qoldan xilas etdi. Əvəzetmələri vaxtından əvvəl etdim və 65-ci dəqiqədən sonraya limit qalmamışdı. Bəli, Allaha güvənib olduqca böyük risk etdim. Halbuki bu addımı düzgün saymıram. Baş məşqçi ehtiyatını gözləməlidi. Aqil zədələnsəydi belə, heç bilmirəm, hansı sahə oyunçusuna “qapıya keç” deyəcəkdim... “Zirə”nin futbolçularında qeyri-adi heç nə görmədim. Hər dəfə “Zirə”ylə “Qəbələ” arasındakı matçlarda gördüyüm mənzərə idi. İki cəbhədə mübarizə aparmağımıza baxmayaraq, futbolçuların təkcə kuboku düşünməsinin qarşısını almağa çalışırıq. Amma görürəm ki, onlar daha çox kuboku fikirləşirlər. Beyinlərində kubok hədəfi, arzusu, istəyi var. Ona görə də bu gün meydanda tam istədiklərimizi ortaya qoya bilmədilər... Cavidin durumundan xəbərdarsız. Xeyli müddət futbolsuz qaldı, daha sonra ardıcıl zədələri oldu. Bu və digər səbəblərə görə sistemli hazırlıq keçə bilməyib. Bu da meydanda özünü göstərir. Meydanda Cavid kimi futbolçuya ehtiyacımız var. Ona inanıram və sona qədər də inanacam... Mənim adım başqa klublarla yanaşı çəkilə bilər. Amma futbolçuların buna önəm verməsi və nəticədə oyunlarında eniş yaranması düzgün deyil. Bəzən özüm də onların gözündə o inamı, ehtirası, prinsipiallığı görmürəm. İki gün əvvəl futbolçuların üz cizgilərini əks etdirən videogörüntüləri göstərdim. Özlərinə də dedim ki, belə olmalısız. Baş məşqçi sabah komandadan ayrılsa, yaxud başqa bir futbolçu bu gün gedəcəyini açıqlasa belə, bu heç bir halda komandanın oyununa təsir etməməlidi. Sən futbolçusan, meydana çıxmısansa, sənə televiziya qarşısında nə qədər adam baxır, vaideynlərinin, həyat yoldaşının, sevgilinin, dostlarının gözü qarşısında oynayırsan. Kiminsə problemi varsa, matçdan əvvəl yaxınlaşıb hazır olmadığını desin. Bunu eşitmək məni daha da rahatladar, nəinki meydanda onun gözlərinin alışıb-yanmadığını görmək”.
Ayxan Abbasov: “Nəticəyə baxmayaraq, futbolçularımdan razı qaldım. Nə tapşırıq vermişdiksə, yerinə yetirməyə çalışdılar. “Qəbələ” artıq neçə oyundu bu cür qollar vurur. Halbuki hazırlaşmışdıq. Yorğunluqdan, diqqətsizlikdən, hər nə idisə, qol buraxdıq. İkinci qolu vursaydıq, hər şey başqa cür ola bilərdi. “Qəbələ”ylə oynayırsansa, bu cür fürsətləri boşa verməməlisən. Qəbələdəki oyundan sonra xoşagəlməz hadisələr yaşanmışdı deyə, bu dəfə futbolçuları sakitliyə çəkib, psixoloji cəhətdən yaxşı vəziyyətdə olmaları üçün çalışmışdım. Məncə, bu gün qələbə bizim olmalıydı. Özünüz də gördüz ki, vurduqları qola qədər ciddi mənada təhlükə yarada bilməmişdilər. Hətta ilk hissədə penaltimizi də vermədilər. Temp çox yüksək idi, hakimləri də qınamaq olmaz... Bu dəqiqə kimdəsə səhv axtarmağa ehtiyac yoxdu. Sona qədər vuruşacağıq. Son vaxtlar komandanın üzərində böyük təzyiq var. Belə məqamda bizə dəstək vacibdi. Baş məşqçi kimi böyük təcrübəm yoxdu, ilk dəfədi belə vəziyyətə düşmüşük. Bu da mənim üçün bir imtahandı. Alınacaqsa, alınacaq. Alınmasa da, qismətdi. O ki qaldı emosianallığıma və üzərimdə olan şərti cəzaya, hər bir məşqçinin oyuna öz yanaşması var. Meydanda yaşananlara sakit baxan həmkarlarıma paxıllıq edirəm. Belə şeylər insanın daxilidi. Kobudluq deməzdim, sadəcə, bir-iki dəfə xətti keçdim, onda da Ömər Paşayev xəbərdarlıq etdi. İnanın, o qədər oyuna köklənirəm ki, başqa heç nə haqda düşünmürəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:31 Turun statistikası 7-11-2018, 22:29 Turun məşqçisi 7-11-2018, 22:27 Turdan məqamlar 7-11-2018, 22:24 Turun oyunçusu 7-11-2018, 22:23 Turun sitatı 7-11-2018, 22:21 Ardıcıl ikinci məhsuldarlıq rekordu 7-11-2018, 22:19 Emin Mahmudov ürəyini “Sport-Ekspress”ə boşaltdı 7-11-2018, 22:14 “Sumqayıt” “Kapital Bank Arena”ya dekabrda çıxacaq 5-11-2018, 21:45 Elman Sultanov qovulacağını gözləmirmiş 5-11-2018, 21:43 Poltavada “Qarabağ”ı 300-ə yaxın soydaşımız dəstəkləyəcək 5-11-2018, 21:42 “Keşlə” Sezara nə qədər borcludu? 5-11-2018, 21:40 Rüfət yenə fərqlənə bilmədi 5-11-2018, 21:19 Nazim Süleymanov: “Bu gün nə oldu, külək hardan əsdi?” 5-11-2018, 21:16 Oktyabrın uğursuzlarının duelini çempion qazandı 5-11-2018, 21:12 “Vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu hamılıqla eyni istiqamətdə üzməkdi” 5-11-2018, 21:10 “Neftçi” 3 xalı 1 qolla qazandı 5-11-2018, 21:08 Radivoyeviç: “bu cür oynamaqda davam etsək, nəticələr yaxşı olacaq” 5-11-2018, 21:06 "Bakcell Arena"dan qol səsi çıxmadı Bütün xəbərlər
Ən çox oxunanlar