09 apr 23:47liqa

“Həmişə görmüşük ki, ev sahibi qonağa yaxınlaşar”

 “Həmişə görmüşük ki, ev sahibi qonağa yaxınlaşar”
“Neftçi” – “Sumqayıt” oyunundan sonra Samir Abasovun iştirakıyla baş tutan mətbuat konfransı yetərincə maraqlı və səmimi keçdi. Hər zaman qeyri-adi açıqlamalarla diqqət mərkəzinə düşən gənc mütəxəssis imicinə sadiq qaldı:
- Məlum məsələlərə görə burada deyildim. Gəldikdən dərhal sonra futbolçularla iclas keçirdim. Onlara dedim ki, burda olmamağım yaxşıdı. Çünki hərəmizi bir kluba göndərirlər. Oyunun önəmini uşaqlara başa salmağa çalışdıq. Dedik ki, taktika və texnikanı kənara qoyuruq. Bizə inananların ümidini kəsməməliyik. Yaxşı motivasiya ilə meydana çıxdıq. Qorxduğumuz şanssız qol buraxmaq idi. İlk qol da belə oldu. “Neftçi”nin yaxşı futbolçuları var. Ancaq məni komandam düşündürür. Çox yaxşı kollektivə malikik. Oyunun müəyyən hissəsində özünəinam itir. Bu da təcrübəsizlikdən irəli gəlir. Çünki indiyədək yüksək yerlər uğrunda oynamamışıq. Ancaq qələbədən-qələbəyə hər şey qaydasına düşəcək.
- Kapitan sarğısını Cavid İmamverdiyevə verməyiniz nə ilə bağlı idi?
- Kapitanlığı özüm verdim. Oyunun yük və mahiyyətini Cavidə yükləmək istədim. Ötən turdan sonra İmamverdiyevdən narazı qalmışdım. Bu tur isə özünü pis hiss etməsin deyə, kapitanlığı ona verdim. Futbolçular da sağ olsunlar ki, bunu xoş qarşıladılar.
- Oyundan sonra "Neftçi" azarkeşlərini alqışlamağınız nə ilə bağlı idi?
- Bütün azarkeşlərə ehtiyacımız var. Onlar da oyuna rəng qatdılar. Uşaqlara tapşırdım ki, azarkeşliyi qazanmaq lazımdı.
- Elə bil harasa tələsirsiz...
- Bu gün heç yerə tələsmirəm. Bir planın varsa, de. Sadəcə, evə tələsirəm, uşaqlar mənim üçün darıxır. Neçə gündü evdə deyiləm.
- Heç-heçə sizi qane edirdi?
- Məğlub durumdan çıxanda heç-heçəyə görə sevinirsən.
- 85-ci dəqiqədə “Neftçi”nin futbolçusu əllə oynasa da, hakim oyunu davam etdirdi...
- İlk hissədə Vüqarda top ola-ola əlinə dəydi və hakim təhlükəli yerdən cərimə zərbəsi təyin etdi. Ancaq qeyd etdiyiniz epizoda referi yaxın olsa da, oyunu davam etdirdi. Mən buna etiraz edirdim. Boşuna narazılığımı bildirməmişəm.
- Vurğun Hüseynovun zədəsi nə yerdədi?
- Hələ tam sağalmayıb. Ötən tur "Qəbələ" Bəhlul Mustafazadəni oynamağa qoymadı. Ona görə də risk edərək, Vurğunu meydana buraxdım. O da zədəsini ağırlaşdırdı.
- Bu gedişlə futbolçuları saxlamağın çətin olacağını düşünmürsüz?
- Bu, təkcə məni yox, “Sumqayıt”ı narahat etməlidi. İnanıram ki, rəhbərlik də addımını atacaq. İndiki dövrdə pul çox şeyi həll edir. "Sumqayıt"ın üstünlüyünə əsasən onları saxlaya bilərik.
- Bu gün Tərlan Əhmədovla görüşməməyiniz nə ilə bağlı idi?
- Sadəcə, yadımdan çıxdı. Premyer-liqada yalnız Ayxan Abbasovdan yaşca böyüyəm. Qalanları məndən böyükdü və ən azı bu üzdən mən əvvəlcə qarşı tərəfə gedirəm. Ancaq qonaq və ev komandası söhbəti var. Həmişə görmüşük ki, ev sahibi qonağa yaxınlaşar. Amma bu, bəhanə deyil. Üzürlü saysınlar.
- Rəşad Eyyubov əvəzedicisini gözləmədən meydandan çıxdı...
- Rəşadın işi var idi. Qısamüddətli idi. Problemi oldu. Gedib qayıdandan sonra artıq əvəzləmə etmişdik. Onsuz da onu Ülvi ilə əvəzləməyi düşünürdük.
- 10 oyunluq məğlubiyyətsizlik seriyası üzərinizdə təzyiqi artırır, ya özünəinamı?
- Özünəinamı. İnşallah, seriyamız davam edər.
Daha sonra Tərlan Əhmədov jurnalistlər qarşısına çıxdı:
- Xüsusən ikinci hissədən razı qaldım. Oyunun gözəlliyi qoldu. Hücum futbolu oynadığımız üçün qollar buraxırıq. Qarşıdakı oyunlarda maksimum nəticələr qazanaraq, şansımızı əldən verməməyə çalışacağıq.
- "Neftçi" kuboka daha çox köklənib?
- 3-cü yer də, kubok da bizim üçün hədəfdi. Oyunu idarə edən futbolçulardı. Düşünmürəm ki, "Neftçi" sırf kuboka köklənib. Hazırda iki cəbhədə də davam edirik. Hara qədər gedəcəyiksə, zaman göstərəcək.
- Cavid İmamverdiyev transfer siyahınızda var?
- Cavidin və Araz Abdullayevin bu komandada olmasını istərdim. Amma onlar mənim vaxtımda getməyiblər.
- Soni Mustivar bu gün heç nə ilə yadda qalmadı...
- Hər kəsin şəxsi fikri var. Mustivarın meydanda gördüyü işə də baxmaq lazımdı. Fiziki və praktiki cəhətdən geri qalır. Amma onun heç nə ilə yadda qalmadığını demək olmaz. İlk yarının sonlarında hiss etdik ki, yorulur. Ona görə də əvəzlədik.
- Qış fasiləsindən sonra Namiq Ələsgərovun uğurlu çıxışının səbəbi nədi?
- Bütün azərbaycanlı futbolçuların yaxşı oynamasını istərdik. Namiq Antalyada olduğumuz vaxt Slovakiya “Jilina”sından təklif aldığını dedi və mən də razılaşdım. Amma bilmirəm niyə alınmadı. Mövsümün birinci hissəsindəki oyunundan narazı idim. Onunla söhbət edərək, "Qarabağ"dakı kimi çıxış etməsini istədim. Artıq o, uğurlu oyun sərgiləməyə başlayır. Düşünürəm ki, artıq onu Azərbaycan futbolu üçün yenidən qazanmışıq.
- Gözaltı etdiyiniz futbolçular var?
- Artıq idman direktoru ilə söhbətimiz olub. Bəzi mövqelərə futbolçu axtarışına başlamışıq. Daha yaxşı çıxış etmək üçün daha yaxşı oyunçular almalıyıq. Ola bilər ki, mən də Ceyhun Sultanovla birgə gedərək, bəzi oyunçuları izləyim. Bu istiqamətdə işimiz davam edir.
- Gələn mövsüm üçün komandada qalmağınız gözlənilir?
- Müqaviləm mayın sonunda bitir. Hələ heç nə bilinmir. İndiyədək heç kimə yeni müqavilə təklif olunmayıb.
- Bəs yerli oyunçu transferi nəzərdə tutulub?
- Hələlik yerlilərlə bağlı qərar verilməyib. Bir neçə daha yaxşı legioner cəlb etmək istəyirik. Aprelin axırı-mayın əvvəllərində yerlilərin siyahısı rəhbərliyə təqdim olunacaq.
- İqnasioya əsəbiləşməyiniz nə ilə bağlı idi?
- Mövqe səhvinə görə əsəbləşmişdim. Əslində bütün oyunçulara əsəbiləşirik. Amma bəzən elə görünür.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar