09 apr 23:44liqa, reportaj

“Sumqayıt” “Neftçi” ilə xal fərqini qorudu

“Sumqayıt” “Neftçi” ilə xal fərqini qorudu
88. Neftçi (Bakı) – Sumqayıt 2:2 (1:1)
94. Rəşad Əzizli – 5,5
5. Anton Krivotsyuk – 6,0
15. Ruslan Abışov (k) – 5,5
25. Kiril Petrov – 5,0
2. İlkin Qırtımov – 5,5
10. Derlis Meza Kolli – 6,0
8. Emin Mahmudov – 5,0
7. Namiq Ələsgərov – 6,5
(19. Fransisko Qarsiya, 87) – qiymətsiz
Soni Mustivar – 4,5
(17. Rəhman Hacıyev, 46) – 5,5
11. İqnasio Errera – 6,0
22. Mirabdulla Abbasov – 6,0
(9. Lukas Qomes, 74) – 3,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
3. Fərid Abbaslı
6. Rəşad Sadiqov
12. Mayk Kampaz
21. Məhəmməd Mirzəbəyov
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov

1. Fərhad Vəliyev – 5,0
19. Azər Salahlı – 5,0
2. Rail Məlikov – 5,5
13. Bəhlul Mustafazadə - 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
18. Tural Axundov – 5,0
5. Vüqar Bəybalayev – 5,5
6. Kamal Mirzəyev – 5,5
(97. Xəyal Nəcəfov, 66) – 5,0
10. Cavid İmamverdiyev (k) – 6,5
32. Rəşad Eyyubov – 6,0
(70. Ülvi İsgəndərov, 76) – qiymətsiz
9. Amil Yunanov – 4,5
(7. Cavid Tağıyev, 66) – 5,5
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
11. Ehtiram Şahverdiyev
17. Nicat Qurbanov
25. Süleyman Əhmədov
77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev
Qollar: R.Eyyubov, 41 (0:1, K.Mirzəyev). M.Abbasov, 45 (1:1, N.Ələsgərov). A.Salahlı, 63-öz qapısına (2:1). C.İmamverdiyev, 78 (2:2, C.Tağıyev).
Vərəqələr: R.Abışov, 22 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 38 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 90 (qeyri-idman hərəkəti). Ü.İsgəndərov, 90 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Məhəmməd Məmmədov (Gəncə).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
8 aprel. Bakı. “Bakcell Arena”. 2500 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Turun son oyunu “Bakcell Arena”da keçirildi. Bu görüşü son turların ən formada olan komandaların dueli kimi xarakterizə etmək olardı. “Zirə”nin növbəti dəfə büdrəməsi həm “Neftçi”nin, həm də “Sumqayıt”ın qələbə istəyini artırmışdı. Tərlan Əhmədov 4-lü, Samir Abasov isə 5-li müdafiə sisteminə üstünlük vermişdi.
Oyuna sumqayıtlılar daha yaxşı başladı. Matçın əvvəlində Eyyubovun cərimə zərbəsi az fərqlə qapıdan yan keçdi. 4-cü dəqiqədə Cavidin vuruşu zamanı Əzizli sayıqlığını itirmədi. Ümumiyyətlə, ilk 20 dəqiqə “kimyaçılar”ın ərazi üstünlüyü şəraitində keçdi. Maraqlıdı ki, bakılılar ilk zərbəsini endirəndə 27-ci dəqiqə gedirdi. Onda da Mustivarın vuruşu Vəliyev üçün təhlükəli olmadı. Ancaq bu epizod sanki komandaların qırışığını açdı. Cavab hücumunda Axundovun vuruşunu Əzizli dəf etdi. Az sonra Abbasovun zərbəsi istədiyi kimi alınmadı. 32-ci dəqiqədə Yunanovun başla zərbə mövqeyinə çıxardığı İmamverdiyevin hesabı açmasına Əzizli əla reaksiya ilə imkan vermədi. 4 dəqiqə sonra Cavid növbəti qol imkanını qaçırdı. Eyyubovun əla ötürməsindən sonra topu önünə atmaq istəyən yarımmüdafiəçini qapıçı qabaqladı. Amma bu epizod da “Neftçi”ni ayıltmadı. Qonaqların növbəti həmləsi məhsuldar alındı. Rəşad qarşısıalınmaz zərbəylə adaşını məyus etdi. Ancaq qonaqların sevinci cəmi 4 dəqiqə çəkdi. Namiqin sağ cinahdan asmasını Mirabdulla aşırma zərbəylə tora qovuşdurdu – 1:1.
“Neftçi” ikinci yarıya əvəzetməylə başladı. Mustivarın yerinə Hacıyev meydana çıxdı. Bununla da orta sahədə təşəbbüs “ağ-qaralar”ın tərəfinə keçdi. Rəhman elə meydana çıxan kimi Fərhadın sayıqlığını yoxladı. 50-ci dəqiqə Derlis zərbəsiylə diqqət mərkəzinə düşdü. Bir saatın tamamında Hacıyevin vuruşu Vəliyevi çaşdırsa da, bəxtindən top “Neftçi”nin futbolçularına düşmədi. Təzyiqi artıran meydan sahibləri istəyinə çatdı. İqnasionun asmasını Salahlı dəf etmək istəsə də, istəyinə çatmadı. Əslində topa son toxunan Namiq idi. Hətta stadionda da qolun müəllifi kimi Ələsgərovun adı elan olundu. Ancaq PFL bu epizodu avtoqol kimi dəyərləndirib. Bu qoldan dərhal sonra Samir Abasov 2 dəyişikliyə əl atdı. Nəcəfovla Tağıyev meydana çıxdıqdan sonra qonaqların oyununda canlanma baş verdi. 72-ci dəqiqədə Bəybalayevin təhlükəli zərbəsini Abışov dəf etdi. “Sumqayıt”ın bərabərlik qolunu Cavidlər təşkil etdi. İmamverdiyev Tağıyevin ötürməsini dəqiq tamamladı. Sonrakı dəqiqələrdə Meza Kolli və Tağıyevin qarşılıqlı təhlükəli zərbələri hesabı dəyişmədi. Nəticədə “Neftçi” “Zirə”yə yaxınlaşmaq şansını əldən verdisə, “Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası 10-a çatdı.
SƏRXAN

Gözdən qaçmadı
* 20-ci dəqiqədə Ruslan Abışov və Kamal Mirzəyev hava mübarizəsində başından zərbə aldılar. Müdafiəçinin başına sarğı qoyulsa da, Mirzəyev üçün buna ehtiyac duyulmadı.
* İkinci hissənin gedişində “Sumqayıt” 10 nəfərlə qaldı. Rəşad Eyyubov hakimdən icazə alıb, paltar dəyişmə otağına qaçdı (sonradan aydın oldu ki, tualetə gedib). Az sonra futbolçu meydana qayıtmamış Ülvi İsgəndərovla əvəzləndi.
* Cavid İmamverdiyevin bərabərlik qolundan sonra Tərlan Əhmədov futbolçularına bərk əsəbləşdi. Maraqlıdı ki, İqnasio Errera da ona adekvat cavab verdi.
* Samir Abasov final fitindən sonra meydana daxil olaraq, həm rəqib, həm də öz futbolçularını təbrik etdikdən sonra komandasını azarkeşlərə doğru apardı. Az sonra baş məşqçi nadir rast gəlinən “feyr-pley” nümunəsi göstərərək, oyunçuları “Forza Neftçi”nin qarşısına gətirib, rəqib fanatları alqışladı. Təəccüblənən fanklub bu jesti cavabsız qoymadı. Onlar qələbəni əllərindən alan İmamverdiyevi çağırıb, onu alqışladılar.
* “Sumqayıt”ın çalışdırıcısı oyundan sonra paltardəyişmə otağına yollanarkən “Neftçi”nin bir azarkeşinin “Samir, “Neftçi”yə gəl də” sözlərini eşitdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar