09 apr 23:39liqa

Maksimov maaşla bağlı danışmadı

Maksimov maaşla bağlı danışmadı
Yunis Hüseynov: “Heç nəyə arxayın ola bilmərəm”
Oyundan sonra hər iki baş məşqçinin mətbuat konfransı keçirildi. Əvvəlcə jurnalistlər önünə “Keşlə”nin çalışdırıcısı Yuri Maksimov çıxdı. Ukraynalı matçla bağlı bunları dedi:
- Günəşli, hər iki komandanın yaxşı oyun göstərməsi üçün uyğun hava idi. Birinci hissənin 30-cu dəqiqəsinə kimi üstünlük bizim tərəfdə idi. Lakin hissənin son dəqiqəsində qapımızda qol gördük. İkinci yarıda isə komandam sanki mənəvi cəhətdən bir qədər yorulmuşdu və bu baxımdan çatışmazlıq vardı. Daha çox müdafiədən oynamağa çalışırdıq. Demək olar, hər iki komanda bu cür uğur qazanmaq istəyirdi. Fikrimcə, qarşılaşma azarkeşlərin xoşuna gəldi. Ümumilikdə oyunu normal qiymətləndirirəm.
- “Qarabağ”la matçdan sonra səsləndirdiyiniz fikirlərlə bir növ klub prezidentini sizi aldatmaqda ittiham etmişdiz. Qarşı tərəfdən buna necə reaksiya gəldi?
- Xahiş edirəm, oyunla bağlı sual verin...
- "Kəpəz"in heyətində Dario daha fəal idi. Oyundan öncə, yaxud da ilk hissədən sonra ona xüsusi diqqət yetirməyi tapşırmışdız?
- Təbii, Federikonun sürətli oyunçu olduğunu, rəqibə problem yaratdığını bilirdik. Səhv oldu, qapımıza qol vuruldu. Belə deyim, hadisələrin zəncirvari yekununda Dario fərqləndi. Əvvəlcə sağ cinahda, daha sonra “dayaq”da ona heç kim mane olmadı.
- Kamran Ağayevin durumuna aydınlıq gəlib? Kubokda “Keşlə”yə kömək edə biləcək?
- Hələ heç nə deyə bilmirəm. Bu, həkim rəyindən sonra bəlli olacaq.
- Son oyunlarda "Keşlə" xallar toplamağa başlayıb. Bu irəliləyiş kubokun yarımfinalı üçün yetərli olacaq?
- Futbolçularıma iradım yoxdu. Maksimum deyilən bir anlayış var. Oyundan-oyuna fərqi hiss edirəm. Futbolçularımdan maksimumu almağa çalışıram.
- Ölkə kubokunda finala yüksəlmək şansınızı necə dəyərləndirirsiz?
- Əlbəttə, qalib gəlmək istəyirik. Əks halda, nə üçün işləyirik? Kubokda nəticə qazanmağa çalışacağıq.
- Futbolçular nə qədər maaş alırlar ki, hər dəfə onların daha artığına güclərinin çatmadığını deyirsiz?
- Bu haqda heç nə deyə bilmərəm.
Ukraynalının ardınca “Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun mətbuat konfransı başladı. O da öncə ümumi fikirlərini dilə gətirdi:
- Maraqlı oyun keçdi. Təəssüf ki, qalib gələ bilmədik. Bəxt amili sözünü dedi. "Keşlə" yaxşı təsir bağışladı. İmkanlarımız çox idi. Bu gün yaxaladığımız fürsətlər bütün oyunlarda yaratdıqlarımızın cəmindən çox idi. İstifadə edə bilmədik. Xal fərqini azaltmaq istəyirdik. Qarşıda çətin oyunlarımız var, hazırlaşacağıq.
- Qalan 6 turda sonuncu pillədən qurtulacağınıza inanırsız?
- Əlbəttə, komandama inanıram. Sonuncu yeri tutmamaq üçün sonadək mübarizə aparacağıq. Bizdən öndə təkcə "Keşlə" deyil. “Səbail” də onlarla eyni xala malikdi. Çempionat elə bir marafondu ki, ardıcıl 2 oyundan qalib ayrılsaq, son pillədən qurtula bilərik.
- Bəlkə reqlamentin dəyişəcəyinə, bu yolla “Kəpəz”in elitada qalacağına ümid edirsiz?
- Heç nəyə arxayın ola bilmərəm. Necə olacağını siz məndən yaxşı bilirsiz. Fikrimiz son pillədən qurtulmaqdı. Bunu zaman göstərəcək. Oyun baxımından sonuncu yerə layiq komanda deyilik.
- Hər iki komandanın heyətində itkilər vardı. Müqayisə aparsaq, hansı tərəfin bu baxımdan problemi daha ciddi idi?
- Hər iki komandanın itkiləri ciddi idi. Onlarda irəli xəttin iki əsas üzvü – Sezarla Pərdis yox idi. “Bico" (Qiuli Mancqaladzeni nəzərdə tutur – F.) yarımmüdafiədə sabit oynayan futbolçudu. Dieqo Qusmao da komandaya kömək edə bilər. Olmayanlardan yalnız Dedimar mövsümün ikinci yarısında az oynayıb. Bir sözlə, itkilərin bərabər olduğunu düşünürəm. Amma qol vəziyyəti baxımından biz üstün idik.
- Vinçesterin çıxışını necə dəyərləndirirsiz?
- Açığı, Vinçester xoşuma gəlmədi. Bu da onun ayağında zədənin olması ilə bağlı idi. Ona bir qol lazımdı ki, özünəinamı artsın. Bugünkü oyuna isə zədəli çıxmışdı. Hücumçu qıtlığı olduğundan, onu dəyişə bilmədik.
- Sizcə, Dario bu gün özünü başqa klublardan birinə göstərmək üçün oynayırdı?
- Futbolçu kiməsə özünü sübut etmək istəyirsə, bunu hər oyunda etməlidi. Heç bir baş məşqçi futbolçunu bir oyunluq götürmür. O, özünü hər oyunda göstərməlidi. Rəqib də bizi təhlil edir. Darioya bir qədər geniş məkan versən, istədiyini edəcək. Bu gün ona geniş məkan verdilər. Nəticədə sürətindən istifadə edərək, rəqib futbolçuları aldatdı. Halbuki yaxın oynayanda qarşısını almaq olur.
- Siz bunu deməklə rəqibləri duyuq salırsız...
- (gülümsəyir) Onsuz da Darionun sürətli və texnikalı olduğunu hər kəs bilir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar