09 apr 23:37liqa, reportaj

“Kəpəz” işini çətinə saldı

“Kəpəz” işini çətinə saldı
Gəncəlilər Vaqif Cavadovun üzrxahlığını qəbul etmədi
85. Kəpəz (Gəncə) – Keşlə 1:1 (1:1)
22. Sergey Litovçenko – 5,0
13. Şəhriyar Rəhimov (k) – 5,0
15. İqor Korotetski – 5,0
4. Şəhriyar Əliyev – 4,5
18. Tural Cəlilov – 4,5
20. Tərzin Cahangirov – 5,0
8. Samir Zərgərov – 4,5
9. İlkin Sadıqov – 4,5
(10. Tural Rzayev, 72) – 4,5
7. Roman Hüseynov – 5,5
91. Dario Federiko – 6,0
24. Şadon Vinçester – 4,5
Ehtiyat oyunçular
1. Davud Kərimi
55. Tərlan Qasımzadə
2. Yusif Cəfərov
5. Tural Nərimanov
6. Ceyhun Cavadov
12. İlyas Səfərzadə
11. Kamran Abdullazadə
21. Murad Səttarlı
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Dario Federiko

15. Orxan Sadıqlı – 5,0
4. Slavik Alxasov – 4,5
3. Denis Silva – 4,5
27. Adrian Skarlatake – 4,5
33. Tərlan Quliyev – 4,5
2. Sərtan Taşkın – 5,0
24. Fuad Bayramov – 5,5
90. Ebrima Sohna – 4,0
(40. Nemanya Stoyanoviç, 88)
7. Vaqif Cavadov (k) – 6,0
21. Herve Tçami – 4,0
(88. Məmməd Quliyev, 46) – 4,5
14. Andre Klennon – 4,5
(39. Əlibəy Məmmədli, 61) – 4,5
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
19. Pablo Podio
22. Məqsəd İsayev
80. Rafael Məhərrəmli
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Vaqif Cavadov
Qollar: V.Cavadov, 26 (0:1). D.Federiko, 45 (1:1).
Vərəqələr: S.Zərgərov, 20 (qeyri-idman hərəkəti). S.Alxasov, 34 (qeyri-idman hərəkəti). A.Klennon, 45 (qeyri-idman hərəkəti). F.Bayramov, 51 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 60 (qeyri-idman hərəkəti). A.Skarlatake, 65 (qeyri-idman hərəkəti). D.Silva, 70 (qeyri-idman hərəkəti). M.Quliyev, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, İsgəndər Əliyev (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
7 aprel. Gəncə. Şəhər stadionu. 5000 tamaşaçı (24000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qələbə “Kəpəz”ə hava-su kimi vacib idi. Hüseynovun yetirmələri bunu bacarsaydı, “Keşlə” ilə xal fərqini 2-yə endirəcəkdi. Bu isə sonuncu pillədən qurtulmaq şansını xeyli artıracaqdı. Özü də rəqibin heyətində ciddi itkilər vardı. Sezar Meza Kolli ilə Pərdis Fərcad-Azad vərəqə cəzalısı olduğu üçün oyunu buraxırdısa, Kamran Ağayev zədəlidi. Düzdü, “Kəpəz”də də itkilər var idi. Qiuli Mancqaladze ötən tur vərəqə limitini doldurmuşdu. Dieqo Qusmao ilə Dedimar Fereyranın yoxluğunu isə “sarı-göylər” üçün faciəyə çevirmək olmazdı. Maksimovun yetirmələri kubokun yarımfinalına yüksək əhval-ruhiyyədə hazırlaşmaq üçün səfərdən əlidolu dönməyi hədəfləmişdi.
Gəncədə futbol üçün əla hava var idi. Meydan da ideal vəziyyətdədi. Oyuna gəlincə, başlanğıcda Dario az qala “Keşlə”nin bütün müdafiə xəttini aldatsa da, son nöqtəni qoya bilmədi. Ümumiyyətlə, gəncəlilər ilk dəqiqələrdə daha fəal görünürdülər. 7-ci dəqiqədə Romanın zərbəsindən sonra top dirəyin yanından keçdi. Az sonra Şadonun fəallığı az qala hesabın açılması ilə nəticələnəcəkdi. Onun cinahdan qapı önünə ilk ötürməsindən sonra Federiko topu tora qovuşdura bilmədi. Növbəti təhlükəli vəziyyəti də meydan sahibləri yaratdı. Romanın bu dəfə uzaqdan vuruşundan sonra Orxan “kürə”ni kornerə çıxardı. Yavaş-yavaş oyunu bərabərləşdirən “Keşlə” hətta təşəbbüsü ələ aldı. Belə ki, 15-ci dəqiqədə Sərtan qapı önünə ötürmə etdi, Klennonun zərbəsi isə qeyri-dəqiq alındı. Nəhayət, 26-cı dəqiqədə hesab açıldı. Andrenin vuruşu zamanı Litovçenko topu qaytarsa da, lazımi anda lazımi yerdə olan Vaqif təkrar zərbəylə “atəşkəsi pozdu”. Bu onun cari mövsümdə ilk qolu idi. Çox keçmədən qonaqlar hesab arasındakı fərqi artıra bilərdi. Vaqifin ideal ara ötürməsindən sonra Slavik topu qapı önünə - boş zonaya göndərdi. Tçami “Kəpəz”in müdafiəsindəki çaşqınlıqdan istifadə edib zərbə endirsə də, “çərçivə”yə düşə bilmədi. Ancaq fasiləyə qədər hesab bərabərləşdi. İlk hissənin son dəqiqələrində Dario az qala mərkəzdən rəqibin cərimə meydançasına qədər irəlilədi, Sohnanın onu saxlamaq cəhdləri fayda vermədi, “Keşlə”nin müdafiəçilərindən heç kim “sambaçı”nın qarşısını kəsmədi və Federiko dəqiq zərbəylə “status-kvo”nu bərpa etdi.
İlk hissəylə müqayisədə ikinci yarıda təhlükəli vəziyyətlərin sayı çox az oldu. Fasilədən dərhal sonra Dario reydini qapı önünə ötürmə ilə tamamlasa da, Vinçester onun zəhmətini boşa verdi. Bundan sonra bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Yalnız Federikonun fərdi bacarığı, driblinqləri matça rəng qatırdı. Demək olar, top hər dəfə braziliyalıya düşəndə rəqibin ən azı iki oyunçusunu keçir, Maksimovun yetirmələri yalnız qayda pozuntusu hesabına onu dayandıra bilirdi. İkinci yarıda ən yaddaqalan qol imkanı 70-ci dəqiqəyə təsadüf etdi. Romanın cərimə zərbəsindən birbaşa “çərçivə”yə ünvanladığı top qapı çatına tuş gəldi. Beləliklə, autsayderlərin duelində tərəflər hərəyə bir xal qazandı.

Gözdən qaçmadı
* Matçın start fitindən öncə “sarı-göylər”in azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elmar Əliyev 29 yaşını qeyd edən Şəhriyar Rəhimovu klub və fanatlar adından təbrik etdi, müdafiəçiyə klubun rənglərinə uyğun bəzədilən gül dəstəsi verdi.
* “Keşlə”ni 4 azarkeş dəstəkləyirdi. Oyunun gedişində əlavə 4 fanat onlara qoşulsa da, çox keçmədən sonradan gələnlər ayrıldılar və qonaq komanda yenidən 4 nəfərin ümidinə qaldı.
* “Xəmsə” media-sektorla üzbəüz tribunada qərarlaşmışdı. Təxminən 15-ci dəqiqədə fanklub üzvləri buranı tərk edib, qapıarxası tribunaya keçdilər.
* Vaqif Cavadov qol vurandan sonra sevincini “Keşlə”nin ehtiyat oyunçular skamyasında olanlarla bölüşdü. Daha sonra sanki gəncəli azarkeşlərdən üzr istəyirmiş kimi üzünü tribunaya tərəf tutub, əlini ürəyinin üstünə qoydu. Fanatlar isə onun bu jestini qəbul etməyib, meydana su şüşəsi atdılar.
* Dario Federikonun ilk hissənin son dəqiqəsinə təsadüf edən qolu tribunaları coşdurdu. Maraqlıdı ki, bu dəfə də azarkeşlərdən biri stadiona su şüşəsi atdı.
* Oyunun son dəqiqələrində Şadon Vinçesterlə Tərlan Quliyev arasında gərginlik yaşandı.
* Qarşılaşmadan sonra bir neçə azyaşlı gəncəli fanat “Kəpəz”in avtobusunun yanında futbolçularla şəkil çəkdirirdi. Xüsusən Dario avtobusa çatana qədər xeyli sayda azarkeşin istəyini gerçəkləşdirməli oldu. Braziliyalı səbrli davranır, heç kimin qəlbini qırmamağa çalışırdı. Bu zaman Federikoya azyaşlılar tərəfindən ana dilimizdə ünvanlanan “halaldı, əla qol vurdun” sözü, “Dario, “votçap”ın var” sualı yetərincə maraqlı səsləndi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar