09 apr 23:24liqa, reportaj

“Azərsun Arena”da 1100-cü qol və avrokuboklara vəsiqə!

“Azərsun Arena”da 1100-cü qol və avrokuboklara vəsiqə!
86. Qarabağ (Ağdam) – Səbail 1:0 (1:0)
13. İbrahim Şehiç – 5,0
25. Ansi Aqolli – 5,0
32. Elvin Yunuszadə - 5,0
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 6,0
2. Qara Qarayev – 5,0
8. Miçel – 5,0
10. Pedro Enrike – 5,5
20. Riçard Almeyda – 5,5
99. Dani Kintana – 5,0
(77. Vild-Donald Gerye, 87) – qiymətsiz
90. Ramil Şeydayev – 4,5
(11. Mahir Mədətov, 64) – 5,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
24. Nihad Tamazov
30. Abbas Hüseynov
44. Ağabala Ramazanov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Maksim Medvedev

1. Emil Balayev (k) – 5,5
99. Maudo Jarjue – 4,5
15. Nikoloz Apakidze – 4,5
4. Rahil Məmmədov – 5,0
24. Ruslan Əmircanov – 5,0
5. Kərim Diniyev – 5,0
26. Kamal Qurbanov – 5,0
11. Elman Taqayev – 5,0
(3. Tamazi Tsetsxladze, 66) – 4,5
13. Faruk Miya – 5,0
7. Fəhmin Muradbəyli – 4,5
(18. Aqşin Qurbanlı, 86) – qiymətsiz
10. Nurlan Novruzov – 4,5
(17. Vüqar Nadirov, 79) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
6. Murad Ağayev
20. Eltun Yaqublu
23. Ayron Stati
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Emil Balayev
Qol: Riçard Almeyda, 31-p.
Vərəqələr: N.Novruzov, 7 (hakimi aldatmağa cəhd). M.Jarjue, 83 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
7 aprel. Suraxanı. Azərsun Arena. 1200 tamaşaçı (4677 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“Səbail” “Qarabağ”la oyunlarda xal qazana bilməsə də, hətta rəqib qapısına qol belə vurmasa da, son illərin çempionuna ciddi müqavimət göstərmişdi. Bu dəfə də hesab minimal oldu və ilk baxışdan elə görünə bilər ki, debutant ağdamlılara başağrı olub, hansısa məqamda bəxti gətirməyib. Bunların heç biri olmadı, ancaq “Qarabağ”ın da ciddi üstünlüyə sahib olduğunu söyləsək, ağzımızda dilimiz yanar. Bir sözlə, qol imkanları baxımından kasad olan, zövqsüz, darıxdırıcı bir qarşılaşmaya şahidlik etdik.
Qurban Qurbanovun start heyətində etdiyi iki dəyişiklik diqqətdən yayınmadı. Mahir ehtiyatda qalmış, Şeydayev hücumda yer almışdı. Bundan başqa, Yunuszadə əsas komandaya və start heyətinə qayıtmışdı. “Səbail”də isə zədəli Koçuk və “Neftçi”ylə oyunda zəif çıxış edən Vahid Orazsahedov görüşün iştirakçısı olmadı.
İlk qol vəziyyətini izləmək üçün 20 dəqiqə gözləmək lazım gəldi. Ona da qol vəziyyəti demək mümkünsə. Yəni söhbət hansısa düşünülmüş kombinasiya nəticəsində yaranan imkandan getmir. Maksimin təxminən 30 metrdən vurduğu zərbədən sonra top dirəyin bir neçə santimetrliyindən keçdi. “Səbail”in dərhal gerçəkləşdirdiyi cavab həmləsi daha kəsərli alındı. Şehiçin kobud səhvindən sonra Fəhminin yaxın məsafədən qapıya ünvanladığı topa Yunuszadə kürəyini sipər etdi və beləcə təhlükənin qarşısı alındı. Hesab 31-ci dəqiqədə açıldı. Maksimin cərimə meydançasına havalandırdığı top Kamalın qoluna dəydi. Ramil Diniyev bir neçə saniyə pauzayla olsa da, fitini səsləndirdi və penalti nöqtəsini göstərdi. “Səbail”lilər topun cərimə meydançasının kənarında ələ dəydiyini idda etsələr də, Diniyevin bu tərəddüdünü yan xətt hakimi Mübariz Haşımov aradan qaldırdı. Beləliklə, “nöqtə”yə yaxınlaşan Riçard Almeyda standart vəziyyəti dəqiq yerinə yetirdi. Təxminən bir saat da keçəndən sonra bəlli oldu ki, 3 xal üçün məhz bu qol kifayət edəcək. Ümumiyyətlə, “Qarabağ” son 9 oyunda yalnız bir dəfə, onda da “Zirə”yə 2 top vura bilib. Bir sözlə, qışda komandadan ayrılan Dino Ndlovunun yoxluğu hiss olunur. Mahir Mədətov isə qışdan sonra cəmi 2 dəfə fərqlənə bilib və bu dəfə fasilədən sonra oyuna qoşulan hücumçu yenə ayyarımlıq susqunluğa son qoya bilmədi. Hələ ki əvəzedicilərdə qol vuran Şeydayevdən heç danışmağa dəyməz.
İkinci hissə daha sönük keçdi. İki dəfə “Səbail”in, bir dəfə isə “Qarabağ”ın qapıçısı həyəcanlandı. Miçellə oyuna sonradan qoşulan Gerye sözün hər iki mənasında başlarını yaxşı işlətmədisə, qonaqlardan Miya Yunuszadənin səhvindən yararlana bilmədi. Beləliklə, “Qarabağ” sönük oyun və penaltidən vurulan qolla avrokuboklara vəsiqəni təmin etdi. Möcüzə baş verməsə, çempionluq da elə apreldə təmin olunacaq. Ancaq Qurban Qurbanovun da etiraf etdiyi kimi, “Qarabağ” əvvəlki sürətlə getmir.

Gözdən qaçmadı
* Oyun yeni başlamışdı ki, “Qarabağ”ın mətbuat xidmətinin əməkdaşı Yusif Hüseyn media sektorundan iki jurnalisti kənarlaşdırdı. Məlum oldu ki, qeyri-idman sahəsindən olan həmkarlarımızın PFL akkreditasiyası yoxdu və onlar qapıdan adi jurnalist vəsiqəsi ilə keçərək media sektoruna qalxıblar.
* Adı matçın protokolunda olmayan “Səbail”li Vahid Orazsahedov iki dostu ilə matçı tribunadan izlədi. Türkmən hücumçunun dostunun əlindəki torbada su, şirə, şirniyyat və digər yeyəcəklər var idi. Onlar əvvəlcə “Qarabağ” azarkeşlərinin əyləşdiyi sektora qalxmaq istədilər, ancaq sonradan fikirlərini dəyişib boş tribunalardan birinə yön aldılar.
* “Qarabağ” ölkə çempionatlarında 1100-cü qolunu vurdu. Yubiley qoluna penaltidən Riçard Almeyda imza atdı. “Milliləşdirilən” braziliyalının tarixi qolu həm də “Qarabağ”ın avrokuboklara vəsiqəni rəsmiləşdirməsi ilə əlamətdar oldu.
* Ruslan Əmircanov “Səbail”in heyətində rəsmi oyunda debüt etdi. Bir sözlə, ötən həftə onun üçün ikiqat əlamətdar oldu. Belə ki, təcrübəli müdafiəçi bir neçə gün öncə subaylığın daşını atmışdı.

Reaksiyalar
Samir Əliyev: “Pis oynamadıq. Uşaqlardan narazılığım yoxdu. Bu gün nələri var idi, meydanda qoydular. Penaltiyə kimi rəqibə şans vermədik. Ancaq təəssüf ki, qol buraxandan sonra təhlükəli vəziyyət yarada bilmədik. Ümid edirəm ki, qarşıdakı turlarda xal ehtiyatımızı artıra biləcəyik. Koçukun zədəsi var idi. Bu gün buna görə çıxış etmədi. Vahidin oynamasına səbəb isə komandanın hücum xəttində olan rəqabətdi. Bu gün digər hücumçulara şans vermək istədim... Növbəti mövsümün planları ilə bağlı rəhbərliklə görüşümüz olub. Tam açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, daha yaxşı “Səbail” görəcəksiz. Demirəm, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Ancaq daha yaxşı yerlər uğrunda mübarizə aparacaq, daha yaxşı kollektiv formalaşdıracağıq. Bu mövsüm isə əsas məqsədimiz komandanı formalaşdırmaqdı. İlk mövsüm həm mənim, həm də komanda üçün təcrübə oldu”.
Qurban Qurbanov: “Vacib 3 xal qazandıq. Dördüncü dövrəyə qələbə ilə başlamaq istəyirdik. “Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə növbəti oyunlarda uğurlar arzulayıram. Əlbəttə, avrokuboklarda sürət daha çoxdu, temp daha yüksəkdi. Həmçinin daha sərt mübarizə gedir. Bu gün ilk hissədə oyunun tempi normal idi. İkinci yarıda sürət bir qədər aşağı düşdü. Bu fikirlə razıyam ki, avrokuboklar üçün temp daha yüksək olmalıdı”.
Faruk Miya: "Qarabağ” qələbə qazansa da, bu, onlar üçün asan olmadı. Rəqibimiz böyük komandadı. "Səbail” isə yeni futbolçulardan ibarətdi. Penalti epizodu barədə dəqiq bir şey deyə bilmərəm. Hakim belə qərar veribsə, haqlıdı. "Qarabağ” çox güclüdü. Amma 90 dəqiqə ərzində bir qol vurdular, o da penaltidən. Yəni hər şey baş verə bilərdi. "Standard”dan "Səbail”ə gəldiyinə görə peşman deyiləm. Qürur duyuram ki, "Səbail”dəyəm. Yeni təcrübə yaşayıram. İlk uqandalı kimi burada çıxış edirəm. Yeni futbolçular və çempionatla tanış oluram. Mən bura gələndən sonra 7 oyun keçirmişik, 6-da oynamışam. Burda qalacağıma və ya başqa komandaya üz tutacağıma mövsümün sonunda baxacağıq. Uqandada Azərbaycan haqda danışanda ilk olaraq "Qarabağ”ı düşünürlər. Çünki bu komanda Çempionlar Liqasında oynayıb. Mən bura gələndə düşünürdüm ki, ərəb ölkələri kimi olacaq. Amma gördüm ki, burda olan şərait daha yaxşıdı. Ona görə də özümü xoşbəxt hiss etdim”.
Pedro Enrike: “Növbəti çətin oyunumuzu keçirdik. Rəqib çox yaxşı müdafiə olundu, bizim işimizi çətinə saldı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq və titul uğrunda mübarizəni davam etdiririk. Məhsuldarlığımızın aşağı olmasını bir az bəxtlə də əlaqələndirərdim. Digər səbəb odu ki, bura gələn komandalar daha çox qapanırlar. Hətta “Qəbələ” belə bizə qarşı burda müdafiəyəmeyilli oyun göstərir. Ancaq 1 və 3 qol vurmaq yox, qələbə qazanmaq önəmlidi. Ümid edirəm ki, növbəti görüşlərdə bu problem də yoluna qoyular. Ümumiyyətlə, həm futbolçular öz aramızda, həm də məşqçi ilə söhbətdə deyilib ki, başqa görüşlərin nəticəsinə önəm verməyək. Sadəcə, öz oyunumuza köklənməyə çalışırıq. Bu gün futbol elədi ki, rahatlaşmağına imkan vermir. Əvvəlki illərdə necə olduğunu deyə bilmərəm. İlk 6-7 ayda keçirdiyim təcrübəyə əsasən deyə bilərəm ki, eyni anda həm Çempionlar Liqasında, həm də çempionatda iştirak etdiyimiz vaxt fərqli heyətlərlə mübarizə aparırdıq. Mövsümün ilk yarısında rəqiblər bizə qarşı daha açıq futbol nümayiş etdirirdilər. Belədə hücum etməyimiz daha asan idi. Çempionlar Liqasında isə “Çelsi” ilə ilk görüşdə alınmasa da, sonradan oyunumuzu tapdıq.
PAOK mənə görə “Qarabağ”dan 5 milyon avro tələb edir? Həm müqavilə ilə məxsus olduğum klubla, həm də menecerimlə qərara gəlmişik ki, gələcək taleyimlə bağlı açıqlama verməyək. Klublar öz aralarında hansı qərarı versələr, o da olacaq. Mən çalışıram oyunlara köklənim. Pulum olsaydı, Pedro Enrike üçün 5 milyon avro verərdim” (gülür).
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar