Yazarlar
Həbib
46 yaşınız mübarək!Amal
Bizə Hüseyn lazımdı?
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...

Budaq Nəsirov yayda klubunu dəyişə bilər
09 apr 23:19liqa
Bu dəfə "Qarabağ" sevindi

Premyer-liqanın 22-ci turu maraqlı oyunlarla yadda qaldı. İstər avrokubokları hədəfləyən, istərsə də aşağı pillələrdən qurtulmaq istəyənlərin dueli gərgin mübarizə şəraitində keçdi. Təbii, mövsümün sonu yaxınlaşdıqca hər kəs var gücünü ortaya qoyur. Maraqlıdı ki, ötən turda olduğu kimi, yenə 4 qarşılaşmadan üçündə heç-heçə qeydə alındı. Əvvəlki turda yeganə qələbə qazanan komanda "Neftçi" olmuşdusa, bu dəfə yalnız "Qarabağ" sevindi.
Turun oyunları 2 günə bölüşdürülmüşdü. Şənbə günü keçirilən açılış matçında autsayderlər üz-üzə gəldi. Vaqif Cavadov mövsümdə ilk qolunu vurdusa, gəncəlilərin sevimlisi Dario Federiko komandasına 1 xal qazandırdı. Ancaq bu bərabərliyin daha çox "Keşlə"yə sərf etdiyini demək olar. Ciddi itkilərlə Gəncəyə yollanan Yuri Maksimovun yetirmələri son pillə ilə aradakı məsafəni qorudu. "Səbail"in xal itirməsi isə sabiq “bankirlər”in ona çatması ilə nəticələndi. Hər nə qədər oyununda irəliləyiş hiss olunsa da, "Kəpəz"in bu gedişlə son pillədən qurtulması çətin görünür.
"Səbail"dən söz düşmüşkən, "dənizçilər" sensasiya edə bilmədi. Samir Əliyevin yetirmələri artıq "Keşlə" ilə eyni xala malikdi və yalnız şəxsi oyunlardakı üstünlük sıralamada "Səbail"in xeyrinədi. Riçard Almeydanın penaltidən vurduğu qolla qələbə qazanan "Qarabağ" avrokuboklarda iştirakı təmin etdi. "Köhlən atlar" artıq çempionluğu da özü üçün böyük ölçüdə təmin edib. "Qəbələ"nin xal itirməsi Qurban Qurbanovun yetirmələrinin işinə yaradı. Çox güman, sona 4 tur qalmış ağdamlılar çempionluğu rəsmiləşdirəcək.
Dünən baş tutan görüşlərə gəlincə, "Zirə" qələbəsizlik seriyasını qıra bilmədi. Halbuki "qartallar" hesabda öndə idi. Ancaq Stiven Jozef-Monroz "Qəbələ"ni məğlubiyyətdən xilas etdi. Bununla "qırmızı-qaralar" çempionluq şansını, demək olar, itirdi.
Turun son oyununda isə "Neftçi" 4-cü pilləyə yaxınlaşmaq şansını əldən verdi. Halbuki "Zirə"nin xal itirməsi "ağ-qaralar" üçün fürsət yaratmışdı. Paytaxt təmsilçisi əzmkar qələbəyə yaxın olsa da, Cavid İmamverdiyev sabiq komandasını cəzalandırdı. Bununla da "Sumqayıt" "Zirə" ilə aradakı 1 xallıq məsafəni qorudu. Hadisələrin belə axarı avrokuboklara vəsiqə uğrunda mübarizənin bir qədər də gərginləşməsindən xəbər verir.
Topaz premyer-liqası
4-cü dövrə, 22-ci tur
7 aprel
Kəpəz - Keşlə 1:1
Qarabağ - Səbail 1:0
8 aprel
Zirə - Qəbələ 1:1
Neftçi - Sumqayıt 2:2
1. Qarabağ 22 16 5 1 32-8 53
2. Qəbələ 22 12 5 5 36-22 41
3. Sumqayıt 22 10 6 6 29-24 36
4. Zirə 22 9 8 5 29-21 35
5. Neftçi 22 9 4 9 28-24 31
6. Səbail 22 5 3 14 14-31 18
7. Keşlə 22 4 6 12 19-34 18
8. Kəpəz 22 3 3 16 14-37 12
Bombardir: Baqali Dabo (Qəbələ) - 12.
Növbəti turun oyunları: 14 aprel - Kəpəz - Qarabağ; 15 aprel - Zirə - Neftçi, Sumqayıt - Keşlə, Qəbələ - Səbail.
Şərh yaz