07 fev 12:44liqa, reportaj

Nurlan Novruzov iki qol vurdu, biri sayıldı

Nurlan Novruzov  iki qol vurdu, biri sayıldı
63 Zirə (Bakı) - Kəpəz (Gəncə) 1:0 (1:0)
1. Anar Nəzirov – 6,5
28. Təmkin Xəlilzadə - 6,0
23. Yovan Krneta – 5,5
44. Migel Lorenso – 5,5
(5. Adil Nağıyev, 72) – 4,0
39. Sadiq Quliyev – 5,5
16. Akim Latifu – 5,0
8. Milan Duriç – 4,5
(6. Vüqar Mustafayev, 46) – 4,5
11. Viktor İbokoyi – 5,0
20. Sezar Meza Kolli – 3,0
10. Elvin Məmmədov (k) – 6,0
19. Nurlan Novruzov – 6,0
(7. Amadu Sanqar, 59) – 4,0
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
13. Aleksandr Şemonayev
17. Vüsal İsgəndərli
43. Riçard Qadze
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Anar Nəzirov

88. Tadas Simaitis – 4,5
13. Şəhriyar Rəhimov (k) – 4,5
36. Renan – 5,5
25. Şəhriyar Əliyev – 4,5
21. Novruz Məmmədov – 4,0
5. Kərim Diniyev – 5,0
7. Vüqar Bəybalayev – 5,0
(9. Tural Qürbətov, 70) – 4,0
10. Dario Federiko – 5,5
19. Orxan Əliyev – 4,0
77. Serjinyo – 6,0
(80. Tural Rzayev, 89)
90. Julyen Ebah – 4,5
Ehtiyat oyunçular
1. Eyyub Əliyev
23. Tural Nərimanov
17. Nicat Qurbanov
68. Əli Nuri
16. Emin Zamanov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Serjinyo
Qol: N.Novruzov, 37 (T.Xəlilzadə).
Vərəqələr: V.Bəybalayev, 18 (qeyri-idman hərəkəti). Renan, 23 (hakimin qərarından narazılıq). A.Latifu, 34 (qeyri-idman hərəkəti). Serjinyo, 39 (qeyri-idman hərəkəti). N.Novruzov, 43 (qeyri-idman hərəkəti). Y.Krneta, 80 (qeyri-idman hərəkəti). T.Qürbətov, 80 (qeyri-idman hərəkəti). A.Nəzirov, 81 (oyunun bərpasını ləngitmək). E.Məmmədov, 86 (qeyri-idman hərəkəti) – sarı. S.Meza Kolli, 28 (aqressiv hərəkət) - qırmızı. Renan, 90+3 (aqressiv hərəkət) – qırmızı (ikinci sarı).
Hakimlər: ELVİN ƏSGƏROV, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli, Əliyar Ağayev (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
4 fevral. Zirə. İdman Kompleksinin stadionu. 900 tamaşaçı (2000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Mövsümün ikinci yarısına fərqli əhval-ruhiyyədə start verən komandalar Zirədə münasibətləri aydınlaşdırdı. Gözlənilənlərin əksinə, “Kəpəz” topa daha çox nəzarət edirdi. Ancaq meydan sahiblərinin əks-hücumları daha yaddaqalan alınırdı. Zirəlilər topu ələ keçirən kimi dərhal onu rəqib qapısı qarşısına çatdırmağa çalışırdı. Bu mənada Elvin və Təmkin daha fəal idi. Hərçənd ilk təhlükəli vəziyyəti görmək üçün 18 dəqiqə səbir etmək lazım gəldi. Yuxarıda adı çəkilən futbolçuların uğurlu anlaşmasından sonra Meza Kolli boş qapını nişan ala bilmədi. 5 dəqiqə sonra Nurlan rəqib torunu silkələdi. Ancaq laysman yanlış olaraq bayrağını qaldırdı. Belədə hakim epizodu oyundankənar vəziyyət kimi dəyərləndirərək, təmiz qolu hesaba almadı. Hər halda, Novruzov 37-ci dəqiqədə fərqlənə bildi. Nə qədər qəribə səslənsə də, 2 mövsüm əvvəl “Bakı”nın heyətində premyer-liqanın bombardiri olmuş hücumçu cari “futbol ili”ndə ilk qoluna 16-cı turda imza atdı. Bu qolda Xəlilzadənin əməyi daha çox idi. Rəqibdən topu “oğurladıqdan” sonra 3 futbolçudan sıyrılan Təmkin məhsuldar ötürmə müəllifi oldu.
Halbuki buna qədər “Zirə” meydanda azlıqda qalmışdı. Sezar heç bir ehtiyac olmadan komandasını çətin vəziyyətdə qoydu. Topsuz vəziyyətdə Renana arxadan zərbə endirən Meza Kollinin meydandan qovulması labüd idi. İlk hissədə qonaqlar yalnız 1 təhlükəli vəziyyət yaratdı. 43-cü dəqiqədə Bəybalayevin uzaqdan başla vuruşunda dəqiqlik çatmadı.
İkinci yarıda “Kəpəz” bütün qüvvəylə irəli atıldı. 46-cı dəqiqənin tamamında ilk hissədə heç nə ilə yadda qalmayan Orxanın zərbəsini Anar zərərsizləşdirdi. İlk yarıda sağ cinahda çıxış edən Serjinyonu fasilədən sonra meydanın hər qarışında görmək mümkün idi. Dario isə ikinci 45 dəqiqənin ən fəal futbolçusu idi. “Zirə” tam qapandığından gəncəlilər rəqib müdafiəsini yarmaqda çətinlik çəkirdi. Mərkəzdən cərimə meydançasına soxulmaq qeyri-mümkün idi. Cinah asmaları da bir nəticə vermirdi. “Zirə”nin ucaboy mərkəz müdafiəçiləri “2-ci mərtəbə”nin ağası idi. Belədə “sarı-göylər” məcburiyyətdən uzaqdan zərbələrlə “status-kvo”nu bərpa etməyə çalışırdı. Bir neçə dəfə Federiko və Renanın “mərmi”si təhlükəli alındı. Ancaq bütün hallarda Nəzirov “sambaçılar”ı qurtarışlarıyla məyus etdi.
80-ci dəqiqədən sonra meydanda mübarizə daha da gərginləşdi. Bunun nəticəsi kimi Qürbətovla Krneta arasında insident yaşandı. Hakimin şübhəli qərarları futbolçuları daha da aqressivləşdirirdi. Son dəqiqələrdə “Zirə”nin yeni transferləri diqqət mərkəzinə düşdü. Əvvəlcə Sanqar qeyri-dəqiq zərbə vurdu. Ardınca isə Latifu topu Simaitisin qucağına atdı. Oyuna artırılmış sonuncu dəqiqədə Kərimin başla zərbəsini Anar mükəmməl qurtarışla dəf edərək dramatik qələbədə böyük pay sahibi oldu.
SƏRXAN

Gözdən qaçmadı
* Oyun 3 dəqiqə ləngimə ilə başladı.
* Görüşü izləyənlər arasında “Kəpəz”in sabiq üzvü Bəxtiyar Soltanov, U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə və Yovan Krnetanın sevgilisi, “Telekom”un və millimizin voleybolçusu Yelizaveta Səmədova da var idi.
* “Kəpəz”i heç bir fanklub dəstəkləmirdi. Gəncə klubunun azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyevin oyunun sonlarında üzünü Şahin Diniyevə tutub, futbolçulardan gileylənməsi diqqətimizi çəkdi. “Kəpəz” fanklubunun sabiq rəhbəri “… oynamırlar” deyərək bir növ oyunçuların bilərəkdən zəif çıxış etməsinə işarə vurdu.
* Oyunun son saniyələrində aləm bir-birinə dəydi. “Zirə”nin futbolçuları kornerdən ötürülən topu uzaqlaşdıra bilməsələr də, Kərimə və Renana zərbə endirməyə imkan vermədi. Braziliyalı futbolçunun bilərəkdən yerə yıxılaraq penalti qazanmaq istədiyini düşünən Sadiq onu itələdi. Bu azmış kimi, Təmkin də Renanın üzərinə yeridi. Braziliyalı müdafiəçi Xəlilzadəni yerə sərdikdən sonra qarşısında “qırmızı” gördü. Bu qarşıdurma zamanı arada qalan Şəhriyar Əliyevin çiyni çıxdı.

Reaksiyalar
Ayxan Abbasov: “Futbolda gözlənilməz, planlaşdırılmayan hadisələr olur. İlk dəqiqələrdən (əslində 28-ci dəqiqədən) meydanda azlıqda qaldı. “Kəpəz” kimi komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq çox çətindi. Futbolçuların əzmkarlığı məni sevindirir. Bu komanda ruhuna müsbət təsir göstərəcək. “Kəpəz”in bu oyuna çox ciddi hazırlaşdığını bilirdik. Çünki hər komanda ağır məğlubiyyətdən sonra toparlanır. Bu, 6 xallıq qarşılaşma idi. “Kəpəz”lə xal fərqini artırmağımız bizi sevindirir. Bu komandayla oyunlarımız həmişə çətin alınır. Bizi sonadək dəstəkləyən azarkeşlərə minnətdarlığımı bildirirəm. Sezar Meza Kollinin hərəkətini klub daxilində müzakirə edəcəyik. Futbolçularla söhbətdə demişəm ki, istək və əzmkarlığı artırmalıyıq. Bu gün bunu komandada gördüm. Mövsümün ikinci yarısının startı ərəfəsində iki oyuna 4 xala razı idik. Çünki bu qarşılaşma Gəncədə keçirilməliydi və orda qələbə qazanmaq asan deyil. İlkin məqsədimiz futbolçulardan məğlub psixologiyasını uzaqlaşdırmaq idi ki, buna da nail olduq. Ola bilər, yenə ardıcıl yenilgilərimiz olsun. Ancaq mövsümün sonuna kimi var gücümüzlə mübarizə aparıb, layiqli yeri tutmağa çalışacağıq… Yeni transferlərlə danışıqlar gedirdi. Onların klublarıyla müqavilələri var idi. Şükürlər olsun ki, sonda istədiyimiz futbolçuları heyətə qata bildik. Hələ tam hazır deyillər. Çalışacağıq ki, onlar qısa müddətə komandaya uyğunlaşsın. Onlar bir həftənin yox, bir aylıq müşahidənin seçimidi. Komandamıza uyğun gələn futbolçulardı. Azad agent kimi daha bir futbolçunu heyətə qatmağı planlaşdırırıq. Bizə dayaq yarımmüdafiəçisi lazımdı. Bu mövqedə 3 oyunçumuz var. Amma zədə və ya cəza problemi ola bilər. Bunu nəzərə alıb, daha bir dayaq yarımmüdafiəçisini heyətə qatmaq istəyirik. Bu həm də rəqabəti artıracaq… Məşqçiliyə başlayandan özümə söz vermişəm ki, hakimlikdən danışmayacam. Bu gün oyunun aqressiv keçəcəyini gözləyirdik. Futbolçularımız həddən çox vərəqə aldı. Sezar haqlı olaraq meydandan qovuldu. Bu gün hakimlərin üzərinə çox düşürük. Amma referi müəyyən epizodlarda səhvə yol verə bilər. İnanıram ki, heç bir hakim qərəzli deyil. Anar Nəzirov ötən oyunda səhvə yol vermişdi. Bu görüşdən əvvəl onunla söhbət etdim. Dedim ki, ən böyük qapıçılar da səhvə yol verir. Onu bir qədər sakitləşdirdim. Düzdü, bu gün aqressiv idi. Bu aqressivlik ona mane ola bilər. Anarla yenə söhbət edəcəm. Qapıçı hamıdan təmkinli olmalıdı. Onun oyunundan bu gün razı qaldıq”.
Şahin Diniyev: “Komanda bu gün 90 dəqiqə hücumda oynadı. Bir qol bizi yıxdı. Bu gün yalnız uzaqdan zərbələrlə qol vurmağa çalışdıq. O da alınmadı. Bir neçə real qol vəziyyətindən yararlana bilmədik. 10 nəfərlə qalan komanda psixoloji cəhətdən daha yaxşı oynayır. Bizdə tələskənlik var idi. Rəqib 9 nəfərlə müdafiə olunurdu. Belə sıx müdafiəni yarmaq üçün usta futbolçular lazımdı. Belə oyunçular isə bizdə azdı. Kimisə günahlandırmaq istəmirəm. Məsuliyyəti mən daşıyıram. Ardıcıl 2-ci dəfə acınacaqlı məğlubiyyətlə üzləşdik. Uduzmağa layiq deyildik. “İnter”lə oyunda sınan komanda hələ özünə gələ bilməyib. Düşdüyümüz quyudan özümüz çıxmalıyıq. Başqası əlini uzadıb, ordan bizi çıxarmayacaq. “Zirə”ni təbrik edirəm, xarakter göstərdi. 65-70 dəqiqə azlıqda oynadı… “Torbamın tikildiyini” düşünmürəm. Mən bu komandaya ürəyimi vermişəm. İnanmıram ki, futbolçular mənə qarşı belə addım atar. Belə şey olsa, özüm öncədən istefa verərəm… Dario Federiko fiziki cəhətdən 90 dəqiqə eyni tempdə oynamağa hazır deyil. Çünki komandanın toplanışına gec qoşulub. Onun maya qədər müqaviləsi var. Hələ heç yerə getmir. Nicat Qurbanov potensialı olan futbolçudu. Ancaq bu potensialını aça bilmir. Mən ondan yararlanmağı çox istəyirəm. Ancaq gərək özü də oynamağı çox istəsin”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar