06 apr 23:45liqa

Vernidub iki həftəliyə sıradan çıxıb

Vernidub iki həftəliyə sıradan çıxıb
İtaliyadan “Qəbələ”yə məktub gəldi
Ötən tur “Qarabağ”la xal fərqini azaltmaq şansını əldən verən “Qəbələ” indi diqqətini “Zirə” ilə oyuna yönəldib. Mövsümün ikinci yarısında qələbəyə həsrət qalan “qartallar”ı səfərdə məğlub etmək olar. Ancaq Roman Qriqorçukun qayğıları artıb. Çünki müdafiənin mərkəzində yenə itki var. “Sumqayıt”la oyunda zədələnərək meydanı tərk edən Vitali Vernidubun durumu ciddidi. Sağ ayağında ağrılar hiss edən stopperin ən azı 2 həftə meydana çıxmayacağı dəqiqdi. Bu isə o deməkdi ki, ukraynalı futbolçu nəinki “Zirə”, hətta “Səbail” ilə matçı da buraxacaq.
Bu arada “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası bu gün Türkiyədə start götürəcək “İzmir cup”da qüvvəsini sınayacaq. Aprelin 8-dək davam edəcək ənənəvi turnirdə 56 komanda mübarizə aparacaq. Bu gün qrup oyunları keçiriləcək. “Qırmızı-qaralar” A qrupunda “Mançester Siti” (İngiltərə), “Alkmaar” (Hollandiya), “Qalatasaray”, “Çaykur Rizəspor”, “Karasu” və “Altay” (hamısı Türkiyə) ilə üz-üzə gələcək. B qrupunda yer alan “Neftçi” isə "Sampdoriya” (İtaliya), “Atletik” (İspaniya), “Fənərbaxça”, “Bucaspor”, “Altınordu Lacivert” (hamısı Türkiyə) və "Brommapoykarna” (İsveç) ilə münasibətləri aydınlaşdıracaq. İştirakçıların növbəti mərhələdəki rəqibləri qrupda tutduqları yerlərə əsasən müəyyənləşəcək.
"Qəbələ"nin İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda 4-cü yeri tutduğunu xəbər vermişdik. Komandamıza turnirboyu bələdçilik edən 18 yaşlı Tomazzo adlı italyan gənc "qırmızı-qaralar"a sevgisini klubun ünvanına göndərdiyi məktubla ifadə edib: "Əziz "Qəbələ". Məktubu sizə böyük təşəkkürlə başlamaq istəyirəm. Çox sağ ol, Azərbaycan, çox sağ ol, "Qəbələ". Həm böyüklərə, həm də uşaqlara təşəkkürümü bildirirəm. Yolun başlanğıcında təsəvvür edə bilməzdim ki, dünyanın hansı hissəsindən gəldiyini bilmədiyim insanlara belə bağlanaram. Amma Venetsiyada sizinlə görüşdüyüm anda xoş insanlar olduğunuzu anladım. Turnirin əhatə etdiyi dörd gündə özümü, sadəcə, sizin bələdçiniz yox, həmçinin heyətinizin, komandanızın bir üzvü, dostunuz, ölkənizin təəssübkeşi kimi hiss etməyimə şərait yaratdız. Biz həqiqi komanda kimi birlikdə qalib gəldik və məğlub olduq, qələbələrə sevindik və ağladıq. Özümü xüsusi hiss etməyimə səbəb olduz, sizinlə dost olduğuma görə fəxr edirəm. Özümü sizdən biri kimi hiss etməyimə şərait yaratdız, çox xoşbəxtəm, bu, mənim üçün çox vacib idi. İlk oyunlardan birində sizdən bir nəfərin ağladığını gördüm və Naildən səbəbini soruşdum. O cavab verdi ki, biz emosional xalqıq, bu hal normaldı, mən təəccübləndim. Amma indi, bu məktubu yazarkən, göz yaşlarımı saxlaya bilmirəm, sizdən öyrəndiyim kimi.
Heyətinizə akademiyada apardığı işə görə böyük təşəkkür edirəm. Uşaqlar, çox sağ olun, mənə komanda olmağın mənasını, hədəflər uğrunda irəliləməyi öyrətdiniz. Siz mənə həm də göz yaşlarını, əsl kişi göz yaşlarını öyrətdiz. Siz hamınız yaxşı uşaqlarsız, gülümsəməyi bacarırsız, hətta işlər yaxşı getməyəndə belə. Hər birinizin istedadı və potensialı var. Daim diqqətli olun, ciddi məşq edin və məşqçilərinizi dinləyin. Sizin üçün çox darıxacam, ümid edirəm ki, yenə də İtaliyada, bəlkə də Azərbaycanda görüşərik. Sizinlə ayrılıq ərəfəsində son olaraq demək istəyirəm: Mən yaxşıyam. Hələlik. Sağ ol! (Azərbaycan dilində yazır).
Sizin Tomazzo".
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar