06 apr 23:22liqa

“Sumqayıt” üçüncü dövrənin çempionudu

“Sumqayıt” üçüncü dövrənin çempionudu
“Qarabağ” 6 qol vurub, “Keşlə” meydanı qolsuz tərk etmir
Bazar ertəsi keçirilən “Neftçi” – “Səbail” oyunu ilə üçüncü dövrəyə yekun vuruldu. Artıq bütün komandaları finiş xəttindən ayyarım, yəni 7 tur ayırır. Çempionun adına böyük ölçüdə aydınlıq gəlib. Əsas rəqibi “Qəbələ”ni 10 xal qabaqlayan “Qarabağ” dünya dağılmasa, ardıcıl 5-ci çempionluğu rəsmiləşdirəcək. Bundan sonra əsas mübarizənin Avroliqaya vəsiqə qazanmaq, başqa cür desək, mükafatçı yerləri tutmaq istəyən komandalar arasında gedəcəyi sirr deyil. Belələri “Qəbələ”, “Sumqayıt”, “Zirə” və “Neftçi”di. Bu komandalardan birinin, “Keşlə” kuboka sahib çıxarsa, ikisinin kənarda qalacağı şübhə doğurmur. Ona görə də qarşıdakı 7 tur bütün suallara aydınlıq gətirəcək.
Fürsətdən istifadə edib qış fasiləsindən sonra keçirilən oyunlara, yəni üçüncü dövrəyə nəzər saldıq. Komandaların hansı nəticələrə imza atdığını incələyərkən, maraqlı mənzərə ilə rastlaşdıq. Öncə dövrənin statistik göstəricilərini diqqətinizə çatdıraq, sonra keçək ayrı-ayrı məqamlara.
1. Sumqayıt 7 4 3 0 10-5 15
2. Neftçi 7 4 2 1 9-6 14
3. Qarabağ 7 3 4 0 6-2 13
4. Qəbələ 7 2 3 2 7-7 9
5. Keşlə 7 2 3 2 8-8 9
6. Səbail 7 1 2 4 5-9 5
7. Kəpəz 7 1 1 5 2-8 4
8. Zirə 7 0 4 3 5-9 4
“Sumqayıt”: ən çox xal, ən çox qol
“Kimyaçılar” cari mövsümdə təəccübləndirməkdə davam edir. Yayda “Sumqayıt”ın 3-cü pillədə qərarlaşıb, 2-ci sıraya iddia edəcəyini kimə desəydin, adamı topa tutardı. Samir Abasovun rəhbərlik etdiyi kollektiv hələ qış fasiləsinə qədər nəyə qadir olduğunu göstərmişdi. 2018-dəki göstəricilər isə inanılmazdı. Ortabab azərbaycanlı futbolçulardan qurulan kollektiv 2018-də məğlubiyyət acısı dadmayan iki komandadan biridi. Cəmi 3 heç-heçə qeydə alınıb ki, “Zirə” və “Qəbələ” səfərlərində, eləcə də son 4 ilin çempionu “Qarabağ”la matçda komandalar meydanı hərəyə 1 xalla tərk edib. Maraqlısı, bilirsiz, nədi? “Sumqayıt”ın üçüncü dövrədə ən çox qol vuran komanda adına sahib çıxması. Qapılarında gördüyü qol sayı baxımından isə yalnız “Qarabağ”a uduzurlar. Bir başqa maraqlı fakt: “kiymaçılar” yeni ildə meydanı qolsuz tərk etməyib.
“Neftçi”: əməlli-başlı “artım” var
Tərlan Əhmədovun gəlişindən sonra bir müddət qələbəyə həsrət qalan, lakin sonradan ardıcıl 4 matçda 3 xala sevinən “ağ-qaralar” qış fasiləsindən dərhal sonra qeyri-sabit görünürdü. “Kəpəz” üzərində çətin qələbədən sonra prinsipal qarşılaşmada “Sumqayıt”a məğlubiyyət və bir çox aparıcı futbolçuların xidmətindən məhrum olan “Zirə”ylə “doğma divarlar” arasında heç-heçə. Düşünmək olardı ki, “Neftçi” Antalya toplanışını boşa verib. Lakin son 4 matçda əldə olunan nəticələr əksini göstərdi. “Qəbələ”, “Keşlə”, “Səbail”lə oyunlardakı zəfərlər və çempion “Qarabağ”la bərabərlik bakılılara 10 xal qazandırdı. Dekabra qədər “zəiflərin qənimi” kimi tanınan “Neftçi” artıq iddialıları özüylə hesablaşmağa məcbur edir. Hər halda, “Qəbələ” üzərində qələbə, “Qarabağ”la heç-heçə belə düşünməyə əsas verir. “Neftçi” üçüncü dövrədə “Sumqayıt”dan sonra ən çox qol vuran komandadı. Qapısında qol görmək sarıdan isə “Sumqayıt” və “Qarabağ”dan geri qalır. Ümumi mənzərəyə baxsaq, “Neftçi”nin xeyli “artırdığını” deyə bilərik.
“Qarabağ”: 7 oyuna 6 qol
Növbəti çempionluğunu bayram etməyə yaxın olan ağdamlılar qış fasiləsindən sonra əvvəlki kimi təhlükəli görünmür. Düzdü, Qurban Qurbanovun yetirmələri məğlubiyyət acısı dadmayıb. Lakin 21 mümkün xaldan 8-nin itirilməsinin, təbii ki, səbəbi var. Heyətində yığma üzvlərinin çoxluq təşkil etdiyi kollektiv turnir cədvəlindəki yaxın izləyicilərindən “Qəbələ” və “Sumqayıt”la heç-heçə edib. Həmçinin “Neftçi” və “Keşlə”ylə görüşlərdə bərabərlik qeydə alınıb. Autsayder “Kəpəz”, eləcə də debütant “Səbail”lə qarşılaşmalarda “köhlən atlar” yeganə qol sayəsində 3 xala sahib olub. “Qarabağ” qış fasiləsinə qədər baş tutan 14 oyunda rəqib qapılarına 25 dəfə yol tapmışdısa, son iki ayda 7 matçda 6 qol vurub. Məhsuldarlıq iki dəfə aşağı düşüb. Amma qol buraxmamaq sarıdan vəziyyət qaydasındadı. İbrahim Şehiç üçüncü dövrədə qapısından ən az top buraxan qapıçıdı – 2 qol.
“Qəbələ”: nə baş verir?
Bu komandanın adı çəkiləndə, ağla gələn ilk sualdı. Qış fasiləsinə kimi işlər pis getmirdi. Lakin yanvarda Roman Qriqorçukun adı “Astana” ilə yanaşı hallanandan sonra vəziyyət 180 dərəcə dəyişdi. Heyətin gücləndirilməməsinin, düşərgədə səssiz mühitin hökm sürməsinin, futbolçuların qələbə acı olmamasının nəticəsi özünü turnir cədvəlində göstərir. “Qarabağ”la birgə ən çox legionerə sahib olan bölgə təmsilçisi qış fasiləsindən sonra yalnız iki qələbə qazanıb ki, birinə autsayder “Kəpəz”lə matçda imza atılıb. Digərində isə üçüncü dövrənin uğursuz komandası sayılan “Zirə”ni yeniblər. “Səbail”lə “Neftçi”yə məğlubiyyətlər komandanın büdcəsi və iddiaları ilə uzlaşmır. “Çərçivə”də Dmitri Bezotosnı, müdafiə xəttində Vitali Vernidub və Voislav Stankoviç kimi legionerlərin yer aldığı kollektivin qapısından vurduğu top qədər (7) qol buraxması da təəccüb doğurur. Daxildə nələrin baş verdiyini klubda çalışanlardan başqa heç kim bilə bilməz. Amma heç şübhəsiz, nələrsə yaşanır.
“Keşlə”: hər oyunda qol var
Yayda heyətdə köklü dəyişikliklərə məruz qalan sabiq “bankirlər”in statistik göstəriciləri bütün komponentlərdə özündən qat-qat üstün olan “Qəbələ” ilə eynidi. Sadəcə, əsas fərq ondadı ki, Yuri Maksimovun gəlişindən sonra “qırmızılar” hər oyunda qol vurur. Yəni “Keşlə” 2018-də meydanı qolsuz tərk etməyib. Paytaxt təmsilçisi qış fasiləsinə qədər 14 oyunda cəmi 10 qola imza atmışdısa, buna yaxın rəqəmə 7 matçda nail olub. Qol buraxmamaq baxımından da vəziyyət xeyli yaxşılaşıb. Rəqiblər ilk iki dövrədə “Keşlə”nin qapısına 25 dəfə yol tapmışdılarsa, 7 oyunda cəmi 8 qol vurublar. Daha bir maraqlı məqam “qırmızılar”ın hər 2 qələbəni səfərdə qazanmasıdı. 16-cı turda Gəncədə “Kəpəz”i, 18-ci turda Zirədə eyniadlı komandanı məğlub ediblər. Daha bir heç-heçə isə “Qarabağ”la səfər qarşılaşmasında əldə olunub. Odu ki, 9 xaldan 7-nə rəqib meydanında nail olan “Keşlə”ni səfər komandası adlandıra bilərik.
“Səbail”: yaxşı başlamışdılar, davamı gəlmədi
Debütant olmasına baxmayaraq, məhdud büdcə ilə kifayət qədər xoş təsir bağışlayan “dənizçilər” üçüncü dövrəyə yaxşı başlamışdı. Səfərdə “Keşlə”ylə heç-heçənin ardından az qala “Qarabağ”la “sülh”ə nail olacaqdılar. Sonda təcrübəsizlik özünü göstərmişdi. 17-ci turda isə iddialı “Qəbələ” üzərində qələbə turun sürpriz nəticəsi kimi qələmə verilmişdi. Bu 3 oyundan sonra Samir Əliyevin yetirmələrinin 4-cü pilləyə can atacağını düşünənlər əksini gördü. “Səbail” son 4 turda yalnız 1 heç-heçə etməklə üçüncü dövrədəki xalların sayını 5-ə çatdırdı.
“Kəpəz”: ancaq Gəncədə
Bu gedişlə premyer-liqadakı yerini qoruyacağı inandırıcı görünməyən qərb təmsilçisi 7 oyunda cəmi 2 qol vurmaqla nəyə qadir olduğunu göstərib. 7 matçdan 4-nü Gəncədə keçirməsinə baxmayaraq, cəmi 4 xal əldə etmək mümkün olub. Və həmin 4 xalın hamısı Nizami yurdunda qazanılıb. Odu ki, üçüncü dövrənin ən zəif göstəriciyə malik iki komandasından biri məhz “Kəpəz”di.
“Zirə”: qələbəsiz yeganə komanda
Premyer-liqaya yüksəldiyi vaxtdan qış fasiləsinə qədər rəqiblərinə “meydan oxuyan”, öncəki iki mövsümün hər birində avrokuboklara vəsiqə qazanan “qartallar”a nə olubsa, komanda qələbənin nə olduğunu bilmir. Dünyanın harasıdı ki, “Kəpəz” belə “Səbail”lə oyunda 3 xala sevinə bilib. Lakin “Zirə” zəfərə həsrətdi. İlk iki dövrədə hesabına 30 xal yazan qəsəbə təmsilçisi son 7 oyunda yalnız 4 matçda heç-heçəylə kifayətlənib ki, bu da 4 xal deməkdi. 3-cü pilləni “Sumqayıt”a təhvil verən Ayxan Abbasovun yetirmələri bu gedişlə 4-cü yeri də əldən verəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar