05 apr 22:26liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...etirazı...

Uzun illərdi Azərbaycanda top qovan, hətta bir neçə oyunda yığmanın formasını geyməyə də imkan tapan Pərdis Fərcad-Azadın oyununa xüsusi diqqət yetirənlər onun hansı keyfiyyətlərə sahib olduğuna bələddi. Cüzi də olsa, qol vurmaq imkanı varsa, komanda yoldaşına ötürmə verməz, adını tabloya yazdırmaq həvəsinə düşər. Rəqib futbolçular və hakimlərlə tez-tez münaqişə yaşamaq vərdişi də var. Dəqiq desək, rəqib oyunçuları təxribata çəkir. İkili mübarizələrdə ona qarşı mübarizə aparan oyunçunu ya arxadan vurur, yə itələyir, ya da hansısa sözlə özündən çıxarır. Odu ki, təcrübəli futbolçular Pərdisin nəyə qadir olduğuna bələddi.
“Qarabağ” – “Keşlə” matçı da bu baxımdan istisna olmadı. İlk yarıda Maksim Medvedevə qarşı ciddi xəsarət ala biləcəyi dərəcədə kobudluq edən forvard oyunun sonlarında da bir neçə dəfə kobudluğa əl atdı. Bu durum isə kapitan Rəşad Sadıqovu razı sala bilməzdi. Odu ki, hakimin final fitindən sonra Pərdis Sadıqova yaxınlaşıb əl sıxmaq istəyəndə, təcrübəli oyunçunun sərt təpkisi ilə üzləşdi. Çox güman, Rəşad oyunda yaşananlara görə əsəbi idi və buna görə də Fərcad-Azadın üzrxahlığını qəbul etmədi. Matç başa çatandan sonra Sadıqov jurnalistlərin məsələ ilə bağlı sualını “əslində əsəbləşdim, amma bu, kobud formada deyildi. Millidə bir yerdə oynamışıq” şəklində cavablamaqla bir növ mövzudan yayındı. Belədə səbəbkarın özü ilə əlaqə saxlamağı məqsədəuyğun saydıq. Lakin Pərdis də məsələnin detalları haqda açıqlama vermədi: “Bilirəm, Rəşad bir az əsəbi idi. Ola bilsin, hansısa epizodla bağlı narazılığı var idi. Futbolda belə hallar olur. Amma mən onun xətrini çox istəyirəm. Aramızda ciddi heç nə baş vermədi. Əsəbi idi və mən də onu başa düşdüm”.
...səhvi...
“Neftçi” - “Səbail” qarşılaşmasından əvvəl oyunun protokoluna baxan jurnalistlərin təəccüblənməməsi mümkün deyildi. Cari mövsümdə “dənizçilər”i meydana kapitan kimi Eltun Yaqublu çıxarsa da, protokolda sarğı Vüqar Nadirovun “qoluna bərkidilmişdi”. Halbuki Vüqar yalnız Eltun meydanda olmadığı matçlarda kapitan funksiyasını yerinə yetirib. Dərhal ağla bir ehtimal gəldi: Eltun hansısa əməlinə görə baş məşqçi tərəfindən cəzalanıb və buna görə də kapitanlıqdan məhrum olub.
Lakin PFL-in saytında yerləşdirilən protokolda kapitan kimi məhz Eltun göstərilmişdi. Yaranmış qarışıqlığın hansı tərəfin səhvi olduğunu müəyyənləşdirmək üçün futbolçuların meydana çıxmasını gözləyənlər sarğını Yaqublunun qolunda gördü. Görəsən, kimin səhvi olub? Hansı əsasla kapitan kimi Vüqar Nadirov göstərilib? Sualı “ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anar Şabanoğluna ünvanladıq: “Məsələ ilə tanışıq. Qısaca onu deyim ki, departamentimizin əməkdaşının yol verdiyi nöqsandı. 20-ci turda Eltun meydanda olmayıb deyə, komandanı oyuna Vüqar çıxarıb. Protokol da görüşdən əvvəl hazırlanır. Bu üzdən əməkdaşımız bir tur əvvəlki protokola baxıb. “Zirə” – “Səbail” matçında kapitan Vüqar Nadirov olub. Ona görə də belə vəziyyət yaranıb. Dediyim kimi, səhv bizimdi. Çalışarıq bir də təkrarlanmasın”.
...səfəri...
Qış fasiləsindən sonra məğlubiyyətin nə olduğunu bilməyən, ümumilikdə 9 turda meydanı xalsız tərk etməyən “Sumqayıt” 3-cü pilləni “Zirə”nin əlindən almağı bacardı. Növbəti hədəf isə başqadı: 2-ci sıraya yüksəlmək. “Kimyaçılar”ın uğurlu qrafik cızmasında məşqçilər heyəti və futbolçuların hər nə qədər danılmaz əməyi varsa, payın bir qismi də azarkeşlərə düşür. “Sumqayıt”ın ev oyunları və Bakıdakı matçları zamanı tribunalarda möhtəşəm ab-hava yaradan fanatlar futbolçulara yetərincə dəstək verir. Hesabat turunda isə Qəbələyə səfər etməyi də özlərinə borc bilmişdilər. Təxminən 20-yə yaxın şəxs səfərdəki matçın əvvəlindən sonuna qədər “Sumqayıt”ı qələbəyə səsləyirdi. Sosial şəbəkələrdə yazılanlara inansaq, bu, klubun 7 illik tarixi ərzində ilk belə haldı. Yəni bu günə qədər sumqayıtlılar regionda baş tutan görüşlərə getməyiblər. Dəqiq desək, sabiq rəhbərlik onlara bu şəraiti yaratmayıb.
Yazılanlardan belə başa düşmək olar ki, azarkeşlərin bu təşəbbüsünə yeni prezident Riad Rəfiyev isti yanaşıb və “Sumqayıt” fanatlarının Qəbələyə səfərini təmin edib. Təbii, sosial şəbəkədə aparılan müzakirələrlə kifayətlənə bilməzdik. Yazılanların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün klubun mətbuat katibi Rəşad Məmmədovu aradıq: “Yazılanlarla mən də tanışam. Amma həqiqəti əks etdirmir. Klubun tarixi ərzində azarkeşlər Zaqatalaya da aparılıb, Tovuza da. Rəhbərlik bacardığı qədər azarkeşlərə şərait yaratmağa çalışıb. Sadəcə, cari mövsümdə bu hal ilk dəfə yaşanır. Bəlkə də sosial şəbəkə istifadəçiləri bunu nəzərdə tutub qeyd ediblər”.
...iradı
Zədəni əsas gətirib bilərəkdən yerdə qalmaq, yaxınlıqdakı topu görüb uzaqdakı topun dalınca qaçmaq, boş yerə hakimlə mübahisə etmək – futbolçuların vaxtı “yemək” üçün bu və başqa üsullardan yararlanmasına az qala hər oyunda şahidlik etməkdəyik. Bu əməllərə əl atan kimlər olur? Ya hesabda öndə olan komandanın üzvləri, ya da çətin səfərdən xalla qayıtmağı hədəf seçən kollektivin futbolçuları. Amma doğma azarkeşlər önündə hesab bərabər olarkən məşqçinin öz futbolçusuna vaxtı uzatmaqla bağlı tapşırıq verməsi...
Azərbaycan futbolunda analoqu olmayan hər cür hadisə ilə rastlaşdığımız kimi, bu hala da tamaşa etdik. “Kəpəz” – “Zirə” oyununun son dəqiqələrində hesab açılmamışdı. Qələbə qazanmaq üçün alışıb-yanan Sergey Litovçenko isə topu oyuna daxil etmək üçün tələsirdi. Bu an “Kəpəz”də qapıçılarla çalışan məşqçi Nadir Şükürov hətta azarkeşlərin də eşidə biləcəyi tonda qapıçının üzərinə qışqırıb yubanmasını tapşırdı. Bəlkə də Litovçenko karyerası ərzində ilk dəfə belə tapşırıq alırdı. Odu ki, ukraynalı qolkiperin təəccüb içində olmasını anlamaq çətin deyildi. Vaxtilə ölkədə tanınmış qapıçılardan olan, illərdi məşqçi işlərən Nadir Şükürovun addımı qınaq doğurmaya bilməz. Özü ilə əlaqə saxlayıb, hərəkətinə izah verməsini xahiş etdik: “Xeyr, belə bir şey baş verməyib. Düzdü, matçın sonlarına yaxın Litovçenkoya vizual göstəriş vermişəm, amma bu qışqırmaq, yaxud acıqlanmaq mənasında deyil. Qapıçımız topu meydana daxil etmək istəyəndə arxasında “Zirə”nin futbolçusu vardı. Mən də əlimlə rəqib futbolçunun orda olduğunu göstərib, diqqətli olmasının vacibliyini söylədim. Bizə qələbə hava-su kimi lazımdısa, hansı məşqçi futbolçuya vaxt “öldürməyi” tapşırar? Ola bilsin, əməkdaşınız epizodu düz şərh etməyib, ya da nə dediyimi anlamayıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar