04 apr 17:49liqa, reportaj

Errera "Neftçi"ni turun qalibi etdi

Errera "Neftçi"ni turun qalibi etdi
84. Neftçi (Bakı) – Səbail 2:0 (0:0)
94. Rəşad Əzizli – 6,0
5. Anton Krivotsyuk – 5,5
15. Ruslan Abışov (k) – 5,5
25. Kiril Petrov – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,0
6. Rəşad Sadiqov – 5,5
10. Derlis Meza Kolli – 5,0
17. Rəhman Hacıyev – 5,5
(97. Elnur Cəfərov, 90) – qiymətsiz
19. Fransisko Qarsiya – 5,0
(93. Soni Mustivar, 86) – qiymətsiz
11. İqnasio Errera – 7,0
22. Mirabdulla Abbasov – 5,0
(9. Lukas Qomes, 69) – 5,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
3. Fərid Abbaslı
12. Mayk Kampaz
20. Elnur Süleymanov
77. Elvin Sərkərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: İqnasio Errera

1. Emil Balayev – 4,5
26. Kamal Qurbanov –5,0
4. Rahil Məmmədov – 4,5
99. Maudo Jarjue – 5,0
15. Nikoloz Apakidze – 4,5
20. Eltun Yaqublu (k) – 5,0
7. Fəhmin Muradbəyli –5,5
3. Tamazi Tsetsxladze – 4,5
(5. Kərim Diniyev, 61) – 5,0
29. Yevgeni Koçuk – 5,0
(11. Elman Taqayev, 79) – qiymətsiz
13. Faruk Miya – 5,0
17. Vüqar Nadirov – 5,0
(92. Vahid Orazsahedov, 73) – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
10. Nurlan Novruzov
18. Aqşin Qurbanlı
24. Ruslan Əmircanov
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Fəhmin Muradbəyli
Qollar: İ.Errera, 49 (1:0). İ.Errera, 87 (2:0, L.Qomes).
Vərəqələr: Y.Koçuk, 35 (qeyri-idman hərəkəti). T.Tsetsxladze, 58 (qeyri-idman hərəkəti). M.Jarjue, 63 (qeyri-idman hərəkəti). K.Petrov, 84 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: RAUF CABBAROV, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
2 aprel. Bakı. Bakcell Arena. 600 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Tura “Bakcell Arena”da yekun vuruldu ki, həm bir gün əvvəl “Zirə”nin, həm də dünən “Sumqayıt”ın xal itirməsi “Neftçi” üçün əlavə motivasiya idi. Son turlar inamlı çıxış etməyə və nəticə qazanmağa başlayan Tərlan Əhmədovun komandası uğurun davamını gətirmək istəyirdi. Hərçənd “ağ-qaralar” üçün turnir cədvəlindəki qonşusu “Səbail”lə duel asan olmayacaqdı. “Səbail”in “Bakcell Arena”da debüt matçına çıxdığını da əlavə edək. Çünki bu mövsüm tərəflər arasında baş tutan hər iki qarşılaşma “Bayıl Arena”da keçirilmişdi.
“Neftçi” ciddi itkiyə məruz qalmışdı. Emin Mahmudov cəza səbəbindən turu buraxmaq məcburiyyətində idi. Belədə Tərlan Əhmədov Sadiqovu start heyətində meydana buraxmışdı. Bundan başqa, hərarəti qalxdığına görə heyətdən kənarlaşdırılan İlkin Qırtımovun yoxluğunda Məhəmməd Mirtzəbəyov ilk “11-lik”də yer almışdı. Tərlan Əhmədov yüngül zədəsi olan Namiq Ələsgərovun da xidmətindən məhrum idi. Bununla belə, yeni transfer Soni Mustivarın adı protokola daxil edilmişdi ki, baş məşqçi şans verəcəyi halda haitili premyer-liqada debüt edəcəkdi.
Oyuna gəlincə, “Neftçi”nin ilk dəqiqələrdən təşəbbüsə yiyələndiyi matçda hesab erkən açıla bilərdi. 10-cu dəqiqədə Erreranın cinah asmasını Rəhman başla qapıya ünvanlasa da, Balayev əla reaksiya ilə zərbəni dəf etdi, üstəlik, qısa düşən topu tora qovuşdurmağa cəhd edən Mirabdullaya da mane olaraq, real qolu əngəllədi. 18-ci dəqiqədə qonaqların növbəti dəfə bəxti gətirdi. Mirzəbəyovun cərimə meydançasına havalandırdığı topu Mirabdulla başla “çərçivə”yə ünvanladı. Tir hesabın açılmasına mane oldu. Ümumiyyətlə, “Neftçi” əsasən cinah ötürmələriylə rəqibi cəzalandırmağa çalışırdı. “Səbail”in cavab həmləsi 24-cü dəqiqəyə təsadüf etdi. Vüqar Nadirovun uzaqdan zərbəsi küləyin də təsiri ilə qəribə trayektoriya cızdı ki, az qala qol olacaqdı. Tədricən özünə gələn qonaqların növbəti hücumu da təhlükəli alındı. Koçukun ötürməsiylə cərimə meydançasına daxil olub zərbə endirən Fəhminin vuruşunu Əzizli dəf etdi. 28-ci dəqiqədə Vüqar uzaqdan zərbə ilə Rəşadın sayıqlığını yoxlamaq istədi ki, onun vuruşunda bir qədər dəqiqlik çatmadı. Hissənin sonlarında hücumlar bir qədər səngidi. Hər halda, qapılar qarşısında real təhlükə müşahidə olunmadı.
İkinci hissəyə də “Neftçi” fəal başladı və maraqlıdı ki, oyunun əvvəlində olduğu kimi, yenə Rəhman diqqət mərkəzinə düşdü. Ancaq yarımmüdafiəçi əlverişli vəziyyətdə fərqlənə bilmədi. Bununla belə, 49-cu dəqiqədə hesab açıldı. Rəhman meydanın mərkəzində topu ələ keçirib bir qədər irəlilədi və ara ötürməsi ilə Mirabdullanı zərbə mövqeyinə çıxarmaq istədi. Rahilin tərs toxunuşundan sonra isə top İqnasionun önünə düşdü. Çililinin zərbəsi qarşısıalınmaz oldu – 1:0.
Bir saatın tamamında “Neftçi” az qala ikinci qolu rəqib qapısından keçirəcəkdi. İqnasionun ötürməsini Mirabdulla başla “çərçivə”yə ünvanlasa da, Balayev sayıqlığı əldən vermədi. 68-ci dəqiqədə “Səbail” fərqlənməyə yaxın oldu. Koçukun ara ötürməsindən sonra çevrilərək zərbə endirən Miyanın sevinməsinə Əzizli əngəl oldu. Qapıçı əla reaksiya ilə topu konerə çıxardı. “Neftçi”nin qolkiperi bir dəqiqə sonra Fəhminin yaxın küncə ünvanladığı topun qarşısını ayağıyla kəsdi. 77-ci dəqiqədə Miya inanılmaz şansdan yararlana bilmədi. Müdafiədən göndərilən hava ötürməsi zamanı Sadiqov mövqe səhvinə yol verdi ki, belədə Miya qapıçı ilə təkbətək qaldı. Di gəl ki, uqandalı topu göyə vurdu. 87-ci dəqiqədə “Neftçi” növbəti qolu vuraraq, “Səbail”in işini bitirdi. İkinci yarının gedişində Mirabdullanı əvəz edən Qomesin cinahdan ötürməsini bir qədər əvvəl oyuna qoşulan “Neftçi”nin yeni transferi Mustivar qapıya göndərə bilməsə də, uzaq küncdə topa sahib çıxan Errera aşırma vuruşla topu tora atdı və dublunu rəsmiləşdirdi. Beləliklə, turun qalibi “Neftçi” oldu.
MIRAĞA

Gözdən qaçmadı
* “Səbail” meydana “Autzmin fərqindəyik, onların yanındayıq” plakatı ilə çıxdı. Bu da təsadüfi deyil: aprelin 2-si bütün dünyada autizmi yada salma günü kimi qeyd olunur.
* Matçdan öncə birdəqiqəlik sükut elan olundu. Bu da “Neftçi”nin sabiq çalışdırıcısı, mərhum Böyükağa Hacıyevin xatirəsinə ehtiram əlaməti idi. Azarkeşlər isə “İmperator” şüarı ilə kluba uğurlar qazandırmış mütəxəssisi yad etdilər.
* “Neftçi”nin media nümayəndələrinə təqdim etdiyi protokolda bir səhv diqqətdən yayınmadı. Belə ki, ilkin protokolda “Səbail”in kapitanı Vüqar Nadirov göstərilsə də, sarğı Eltun Yaqublunun qolunda idi.
* Hakimin final fitindən sonra azarkeşlərə yaxınlaşan və qələbəni birgə qeyd edən “Neftçi”lilərin sevincini görməyə dəyərdi.

Reaksiyalar
Samir Əliyev: “Çalışırdıq ki, “Neftçi”ni üçüncü zonada sıxaq. Bəzən alındı, bəzən yox. Bizə lazım idi ki, ilk 15-20 dəqiqədə bu təzyiqə dözək. Fasilədən sonra alınmadı. Komandamın oyunundan razı qaldım. Matçdan sonra futbolçulara təşəkkür etdim. Hələlik ustalıq səviyyəmiz buna imkan verir. İlk qoldan sonra fürsətlərimiz var idi. İkinci turda “Neftçi”yə 1:0 hesabıyla qalib gəlmişdik. Lakin 0:4 hesabıyla məğlub olduğumuz oyunda bərbad oynamışdıq. “Neftçi” də həmin komanda deyil. Bu komanda son vaxtlar yüksəlişdədi. Stati yığmadan yeni qayıdıb, yorğun idi. Ola bilər ki, növbəti oyunda şans qazansın. Ümumilikdə isə Tamazinin oyunu bu gün xoşuma gəlmədi. Yersiz sarı vərəqə aldı, səhvlər etdi. Yəqin Gürcüstan U-21-inə dəvət aldığına görə “şişib”.
Növbəti mövsümdə rəhbərlik qarşımıza hansı hədəfi qoyacaq, bilmirəm. Lakin növbəti mövsüm üçün komandanı formalaşdırmağa başlayacağıq. Klub rəhbərliyi də bilir ki, birdən-birə heç nə olmur. Pillə-pillə irəliləməyə çalışacağıq. Bu mövsüm əsas məqsəd qapazaltı olmamaq idi. Bunu da bacardıq”.
Tərlan Əhmədov: “Vacib 3 xal qazandıq. İlk hissədən yox, ikincidən razı qaldım. Fasilə dövründə yoxlama oyunu keçirə bilmədik. Çünki 10 futbolçumuz, həmçinin 3 qapıçımız millilərin düşərgəsinə yollanmışdı. Emin Mahmudov cəzalı, İlkin Qırtımov isə xəstə idi, onun qızıdırması var idi. Çətin olacağını bilirdik. Futbolçularımı, azarkeşləri qələbə mübasibətilə təbrik edirəm. Mən “qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm. Məsələn, Mirabdulla Abbasov son oyunlarda yaxşı oyun sərgiləyir, döyüşür, ona görə bu futbolçuya şans verməkdə davam edirəm. O ki qaldı legionerlərin əsas heyətdə olmamasına, onlar hamısı səviyyəli futbolçulardı. Çalışacağıq onların formasını bərpa edək. Mustivar səviyyəli futbolçudu. Vaxtilə Rumıniyada “Petrolul”da kapitan olub, MLS-də çıxış edib. Həm onu, həm də başqa futbolçuları bu mövsümdə sınayıb baxacağıq. Bundan sonra növbəti mövsümdə kimlərlə çıxış edəcəyimizə qərar verəcəyik. Həm kubokda, həm də çempionatda sona kimi mübarizə aparacağıq. Mən komandanı hansı vəziyyətdə təhvil almışdım, bunu hamı bilir. İndi deyirlər ki, mən kuboku götürmək və avrokuboklara vəsiqə qazanmaq sözü vermişəm. Belə söz verməmişəm. Komanda Avroliqaya vəsiqə qazanıb, orda iki mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacamsa, mənə lazım deyil. Uzun yola çıxmaq üçün püxtələşib tam hazır olmaq məsləhətdi. Ramil Şeydayev “Neftçi”yə gəlir? Həmişə demişəm, bir daha təkrarlayıram: kluba mənim icazəm olmadan transfer edilmir. Ramil isə transfer siyahımda yoxdu”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar