03 apr 00:25liqa, reportaj

“Zirə” qələbə həsrətinə son qoya bilmədi

“Zirə” qələbə həsrətinə son qoya bilmədi
Mancqaladzenin anası gəncəli azarkeşlərə qoşuldu
81. Kəpəz (Gəncə) - Zirə 0:0
22. Sergey Litovçenko - 6,5
13. Şəhriyar Rəhimov (k) – 5,5
15. İqor Korotetski – 6,0
4. Şəhriyar Əliyev - 5,0
(5. Tural Nərimanov, 75) – 4,5
18. Tural Cəlilov - 5,0
16. Qiuli Mancqaladze – 5,5
20. Tərzin Cahangirov – 5,5
91. Dario Frederiko - 5,0
48. Dieqo Qusmao - 3,5
(8. Samir Zərgərov, 46) – 4,0
7. Roman Hüseynov – 3,5
(12. İlyas Səfərzadə, 42) – 4,5
24. Şadon Vinçester - 4,0
Ehtiyat oyunçular
1. Davud Kərimi
55. Tərlan Qasımzadə
9. İlkin Sadıqov
2.Yusif Cəfərov
21. Murad Səttarlı
10. Tural Rzayev
11. Kamran Abdullazadə
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Sergey Litovçenko

1. Anar Nəzirov (k) – 6,0
3. Jozef Bum - 5,5
5. Adil Nağıyev – 5,5
4. Vüqar Mustafayev – 5,5
29. Camal Uilyams – 5,0
(9. Aleksandr Dedov, 69) – 4,5
8. Milan Duriç – 5,0
7. Sadio Tounkara - 4,5
(11. Viktor İbokoyi, 81) – qiymətsiz
6. İbrahim Aslanlı – 4,5
18.Yani Urdinov - 4,5
88. Elşad Abdullayev – 4,5
(17. Vüsal İsgəndərli, 69) – 4,5
43. Riçard Qadze – 4,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
77. Mirsahib Abbasov
10. Orxan Əliyev
39. Sadiq Quliyev
57. Kənan Zülfüqarov
38. İlkin Muradov
14. Tellur Mütəllimov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Anar Nəzirov
Vərəqələr: M.Duriç, 45+1 (qeyri-idman hərəkəti). Q.Mancqaladze, 59 (hakimin qərarına etiraz). C.Uilyams, 64 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
1 aprel. Gəncə. Şəhər stadionu. 5650 tamaşaçı (24000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Üçüncü dövrənin son turu Gəncədə start götürdü. Qış fasiləsindən sonra qələbəyə həsrət qalan “Zirə” “Kəpəz”lə matça dönüş nöqtəsi kimi baxırdı. Qarşılaşmadan əvvəl “qartallar”ın həm məşqçilər korpusu, həm də futbolçuları mətbuatda nikbin fikirlər səsləndirmiş, uğursuzluq sindromuna son qoyacaqlarını bildirmişdilər. Ancaq bəribaşdan qeyd edək ki, Ayxan Abbasovun komandası bu dəfə də istəyinə nail ola bilmədi. Gəncə stadionuna toplaşan azarkeşlər iki fərqli hissəyə tamaşa etdi. İlk yarıda anti-futbol sərgiləyən, qorxaq oyunla futbolsevərləri məyus edən komandalar fasilədən sonra sanki yuxudan ayıldılar. Birinci hissədə ilk yaddaqalan yarım qol epizodu qonaqların qapısı önündə yaşandı. 3-cü dəqiqədə komanda yoldaşı ilə “divar paşlaşması”ndan sonra cərimə meydançasına daxil olan Mancqaladze zərbə anında sürüşərək yerdə qaldı. Bundan sonra mübarizə əsasən meydanın mərkəzində getdi. Çoxsaylı ötürmə səhvlərinə yol verən komandaların hücumları başlamamış elə beşikdəcə rəqib tərəfindən boğulurdu. 26-cı dəqiqədə isə Litovçenko gəncəli azarkeşlərin ürəyini ağzına gətirdi. Qadzeyə topu normal qəbul etməyə imkan verməmək üçün irəli çıxıb müdafiəçiləri “sığortalamaq” istəyən qolkiperin ayağı boşa çıxdı. Yaxşı ki, həmin an Riçard sona qədər getməyib sürəti azaltdı. Əks halda qonaqların forvardı asanlıqla topu boş qapıdan keçirəcəkdi. 36-cı dəqiqəyə təsadüf edən Qadze - Litovçenko qarşıdurması da ikincinin qələbəsiylə başa çatdı. Qonaqların “vuran ayağı” təkbətəkdən yararlana bilmədi. Ukraynalı qokiper ayaqları ilə topu uzaqlaşdırmağı bacardı. Ümumiyyətlə, “Kəpəz”in “çərçivə qoruyucusu” bu matçda komandasının ən yaxşısı idi. O ilk hissədə olduğu kimi, ikinci yarıda da dəfələrlə “sarı-göylər”i qoldan xilas etdi. Birinci hissənin qalan dəqiqələrində hər iki komanda qapı istiqamətində bir neçə zərbə endirsə də, “çərçivə”yə düşə bilmədi.
Fasilədən sonra isə azarkeşlər hələ yerini tutmamış “qartallar” hesabı açmağa yaxın oldular. Kornerdən qapı önünə asmanı hamıdan hündürə tullanan Urdinov qapasa da, Litovçenko böyük ustalıq nümayiş etdirərək qonaqların sevinməsinə imkan vermədi. Komandalar artıq açıq futbola üstünlük verdiyindən hər hücum azarkeşləri ayağa qalxmağa məcbur edirdi. Gəncəlilərin “qartallar”a cavabı Dario ilə gəldi. Yüksək texnikaya malik “sambaçı” sol cinahda müdafiəni yarıb cərimə meydançasına daxil olaraq “çərçivə”ni nişan alsa da, Nəzirov yerində idi. 2 dəqiqə sonra Tərzinin təxminən 25 metrdən zərbəsi yaddaqalan oldu. 80-ci dəqiqədən sonra “Zirə” bütünlüklə rəqibin qapısına yüklənmişdi. İsgəndərlinin meydana çıxması Abbasovun komandasının hücum potensialını bir qədər də artırmışdı. Lakin bütün cəhdlərə baxmayaraq, “qartallar” Litovçenko səddini keçə bilmədi və Gəncədən qolsuz bərabərliklə dönməli oldu.

Gözdən qaçmadı
* “Zirə”ni dəstəkləmək üçün Bakıətrafı qəsəbədən Gəncəyə cəmi 8 azarkeş təşrif buyurmuşdu.
* Matşı izləyənlər arasında biri xanım olmaqla, 4 gürcü qonaq da var idi. Məlum oldu ki, kişilərdən biri “sarı-göylər”in legioneri Qiulinin atası, xanım isə anasıdı. Mancqaladzenin anası yerli azarkeşlərə qoşularaq tez-tez “Kəpəz”i irəli səsləyirdi.
* İlk hissədə “qartallar”ın qolkiperi Anar Nəzirov hər dəfə topu oyuna daxil etməmiş su içməyi lazım bilirdi. Havanın o qədər də isti olmadığını nəzərə alsaq, qapıçının susuzluğunun səbəbi bizlərə qaranlıq qaldı.
* Gəncəli azarkeşlərin amiqosu olan Əhməd adlı fanat bu dəfə tribunaya səsucaldıcı ilə gəlmişdi. Matçın əvvəlində o bir neçə dəfə həmin qurğudan yararlanıb azarkeşlərdən fəal olmağı tələb edirdi. Onun növbəti belə istəyindən sonra fanatlardan biri dözməyərək “əlindəki radionu bir tərəfə tulla, adam kimi işini gör. Bu nədi gətirmisən, səsin başımıza düşdü” deyib iradını bildirdi. Lakin Əhməd inadından dönmədi və sona qədər səsucaldandan istifadə etdi.
* Son dəqiqələrdə Litovçenkonun tələsərək topu oyuna daxil etməsi “Kəpəz”in qapıçılarla işləyən məşqçisi Nadir Şükürovun əsəbləşməsinə səbəb oldu. Mütəxəssis hamının eşidə biləcəyi səslə ukraynalı qolkiperə yerdə qalmağı, bununla da vaxtı uzatmağı tapşırdı ki, bu da tribunalardakı azarkeşlər tərəfindən gülüşlə qarşılandı.
RƏŞAD
cialis extra dosage 100mg
<a href="http://cialisgrudj.com/">cialis generic</a>
effectiveness of cialis vs viagra vs levitra reviews
generic cialis online
cialis goes generic in 2017
http://cialisgrudj.com/
cost of viagra vs cialis vs levitra

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar