03 apr 00:14liqa, reportaj

“Keşlə” çempiona təslim olmadı

“Keşlə” çempiona təslim olmadı
“Futbol+” Rəşad Sadıqovu mükafatlandırdı
82. Qarabağ (Ağdam) - Keşlə 1:1 (0:1)
13. İbrahim Şehiç - 5,5
25. Ansi Aqolli - 6,0
5. Maksim Medvedev - 5,0
14. Rəşad Sadıqov (k) - 5,0
2. Qara Qarayev - 4,5
(30. Abbas Hüseynov, 78) - qiymətsiz
7. Rahid Əmirquliyev - 4,5
(20. Riçard Almeyda, 46) - 5,5
91. Coşqun Diniyev - 4,5
99. Dani Kintana - 5,0
8. Miçel - 5,0
22. Əfran İsmayılov - 4,0
(10. Pedro Enrike, 46) - 5,0
11. Mahir Mədətov - 5,0
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
21. Arif Daşdəmirov
44. Ağabala Ramazanov
70. Nicat Süleymanov
77. Vild-Donald Gerye
90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Ansi Aqolli

1. Kamran Ağayev (k) - 5,0
(15. Orxan Sadıqlı, 42) - 5,5
4. Slavik Alxasov - 6,0
27. Adrian Skarlatake - 5,5
33. Tərlan Quliyev - 5,0
3. Denis Silva - 5,0
2. Sərtan Taşkın - 5,5
24. Fuad Bayramov - 5,0
(39. Əlibəy Məmmədli , 81) - qiymətsiz
90. Ebrima Sohna - 5,0
10. Sezar Meza Kolli - 5,0
7. Vaqif Cavadov - 4,5
(88. Məmməd Quliyev, 62) - 4,5
9. Pərdis Fərcad-Azad - 5,0
Ehtiyat oyunçular
14. Andre Klennon
19. Pablo Podio
22. Məqsəd İsayev
40. Nemanya Stoyanoviç
80. Rafael Məhərrəmli
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Slavik Alxasov
Qollar: S.Alxasov, 34 (0:1, S.Taşkın). R.Almeyda, 57 (1:1, A.Aqolli).
Vərəqələr: R.Sadıqov, 45+3 (qeyri-idman hərəkəti). F.Bayramov, 50 (qeyri-idman hərəkəti). P.Fərcad-Azad, 75 (qeyri-idman hərəkəti). O.Sadıqlı, 79 (oyunun bərpasını ləngitmək) - sarı. C.Diniyev, 60 (təcavüzkar davranış). S.Meza Kolli, 60 (təcavüzkar davranış) - qırmızı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
1 aprel. Suraxanı. Azərsun Arena. 1200 tamaşaçı (4677 tamaşaçı).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Yığmalara görə yaranan fasilədən sonra komandaların necə təsir bağışlayacağı maraq doğururdu. "Qarabağ"ın müdafiəsindəki rotasiya dərhal diqqəti çəkdi. Qara sağda idisə, Maksim mərkəzdə qərarlaşmışdı. Bu Yakub Jezniçakın zədəli olması, Elvin Yunuszadənin baş məşqçi tərəfindən cəzalandırılması ilə bağlı idi.
Oyunun əvvəllərindəcə Daninin zərbəsi yaddaqalan, lakin qeyri-dəqiq oldu. 8-ci dəqiqədə isə Mahirin zərbəsindən sonra Kamran topu kornerə çıxara bildi. Topa nəzarətdə "Qarabağ" üstün olsa da, "Keşlə" də tam müdafiəyə qapanmamışdı. Sadəcə, Maksimovun komandası daha çox əks-hücumlara bel bağlayırdı. 14-cü dəqiqədə Miçel rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim penalti təyin etmədi. Doğrudan da həmin epizodda Denisin qaydanı pozduğunu söyləmək olmaz. Az sonra Mahir əla ara ötürməsi ilə Əfrana fərqlənmək imkanı yaratdı. İsmayılov ötürmə etmək, yoxsa zərbə vurmaq yönündə qəti qərar verə bilmədi, həmin an Kamran yaxın küncü boş qoymuşdu. Ancaq topu ayağına ilişdirən Əfran onu kornerə çıxardı. 20-ci dəqiqədə Vaqifin fərqlənməsinə Rəşad həlledici müdaxilə ilə imkan vermədi. Bundan 7 dəqiqə sonra Vaqif daha bir fürsəti dəyərləndirə bilmədi. 32-ci dəqiqədə Sərtanın başla zərbəsi təhlükəli alınsa da, Şehiç əla reaksiya ilə qola imkan vermədi. Cəmi 2 dəqiqə sonra hesab açıldı. Özü də olduqca baxımlı qolla. Sərtanın əks cinahdan ötürməsindən sonra Slavik topu ram edib, Kuaresmasayağı zərbə ilə toru silkələdi. İlk yarının qalan dəqiqələrində isə Miçelin qeyri-dəquq vuruşu və Kamranın zədələnərək meydanı tərk etməsi yadda qaldı.
Qurbanov ikinci hissəyə iki dəyişikliklə başladı. Əfranla Rahidi meydandan alan çalışdırıcı Pedro ilə Riçardı döyüşə atdı. Bu əvəzetmə effekt verdi və 57-ci dəqiqədə hesab bərabərləşdi. Aqollinin ötürməsini Riçard dəqiq zərbəylə tamamladı. Az sonra hər iki komanda azlıqda qaldı. Coşqunla Sezarın bir-birinə qarşı davranışı hakimin onları qırmızı vərəqə ilə meydandan qovmasıyla nəticələndi. Belə ki, öncə Meza Kolli Diniyevin boğazından tutdu, sonuncu da buna qarşılıq verdi. Oyun isə "Qarabağ"ın üstünlüyü şəraitində davam edirdi. "Köhlən atlar" ardıcıl həmlələr qursalar da, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. 68-ci dəqiqədə Skarlatake qola yaxın oldu. Onun başla vuruşunu Şehiç zərərsizləşdirdi. Ağdamlıların buna cavabı yetərincə təhlükəli alındı. Almeyda yaxşı fürsət yaxalasa da, topu qapının yanından vurdu. 71-ci dəqiqədə isə Mahir qapıçı ilə təkbətəki dəyərləndirə bilmədi. O topu Orxanın başı üzərindən atmaq istədi, lakin qapıçı buna imkan vermədi. Az sonra Pedronun fərqlənməsinə dirək mane oldu. Bu dəqiqələrdə çoxlu qol imkanlarını boşa verən "Qarabağ" son dəqiqədə öz qapısından top buraxa bilərdi. Təbii, Pərdis zərbə vurmaq əvəzinə heç kimin "bağlamadığı" Slavikə ötürmə versəydi. Beləliklə, gərgin mübarizənin sonunda tərəflər hərəyə 1 xalla kifayətləndi.
FARİZ

Gözdən qaçmadı
* Oyundan öncə "Futbol+"in baş redaktoru Mahir Rüstəmli qəzetimizin ümummilli sorğusunda ötən ilin ən yaxşı futbolçusu seçilən Rəşad Sadıqova xatirə hədiyyəsi və plaket təqdim etdi. Bu an "İmarət"in "ən böyük kapitan bizim kapitan" şüarını səsləndirməsi yerinə düşdü.
* Start fitindən əvvəl Böyükağa Hacıyevin vəfatı ilə bağlı birdəqiqəlik sükut elan olundu.
* Matçdan sonra Pərdis Rəşada yaxınlaşdı. O bunu müsbət reaksiya ilə etdi və çox güman, Sadıqovun əlini sıxmaq istəyirdi. Lakin "Qarabağ"ın kapitanı ona kəskin şəkildə etiraz etdi və az qala tərəflər arasında qarşıdurma böyüyəcəkdi. Yaxşı ki, komanda yoldaşları araya girdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar