Martın 31-də azərbaycanlıların soyqırımının 100-cü ildönümüylə bağlı “Azərikimya”nın təşkilatçılığı ilə "Sumqayıt"ın rəhbərliyi və Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri Quba və Qusarda yerləşən soyqırım qurbanlarının xatirəsinə yaradılmış memorial abidələrini ziyarət edib. Onlar abidələrin önünə gül dəstələri qoyublar. Qeyd edək ki, hazırda Qəbələdə olan “Sumqayıt” bu gün yerli komanda ilə çempionat oyununda münasibətləri aydınlaşdıracaq.