Dünən “Sumqayıt"la "Universal Pro MMC" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə 1 il qüvvədə olacaq. "Kapital Bank Arena"nın konfrans zalında baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, vitse-prezident Vaqif Ömərov, baş məşqçi Samir Abasov, "Universal Pro MMC"nin təsisçisi Cavid İsmayılov, icraçı direktoru Ədalət Baxışov və marketinq meneceri Elşən Bayramov iştirak edib. Daha sonra Rəfiyevlə Baxışov müqaviləyə imza atıb. Ardınca "Universal Pro MMC"nin rəhbərliyinə "Sumqayıt"ın forması hədiyyə olunub. Qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunan stadionlarla da yaxından tanış olub.