05 fev 12:33liqa, manset

“Neftçi” Bakıda oynamaq istəməyib

“Oranı qardan təmizləmək qazona ciddi ziyan vura bilərdi”

“Neftçi” Bakıda oynamaq istəməyib
Ötən həftəsonu “Qarabağ”la səfər qarşılaşmasında inamlı oyunla heç-heçə edən “Neftçi” azarkeşlərini xeyli ümidləndirdi. 90 dəqiqəni izləyən tərəfdarlar növbəti rəqib – “Qəbələ” ilə matçı səbirsiziklə gözləyirdi. Təkcə ona görə yox ki, bölgə təmsilçisi çempionluğa əsas iki namizəddən biridi. “Neftçi”sevərləri ümidləndirən əsas məqam oyunun onlara doğma olan “Bakcell Arena”da keçirilməsiydi. Hər halda, hər komandanın özünə doğma olan meydançası var. Lakin bu baş tutmayacaq. İş burasındadı ki, “Neftçi” PFL-ə müraciət edərək bugünkü qarşılaşmanın Qəbələdə keçirilməsini xahiş edib, çempionatı keçirən qurum da razılıq verib. Əvəzində 4-cü dövrədə Qəbələdə keçirilməli olan görüş Bakıda baş tutacaq. Belə deyək, yerdəyişmə edilib.
Məsələnin nədən ibarət olduğunu anlamaq çətin deyil. Havaların qarlı və şaxtalı keçməsi meydançalara öz təsirini göstərib. Xüsusilə qazonu təbii otdan olan örtüklər əziyyət çəkir. “Kəpəz” buna görə “Zirə” ilə oyunun Bakıya dəyişdirilməsinə nail olduğu kimi, “Neftçi” də eyni səbəbdən istəyinə çatdı. Düzdü, Qəbələnin hava şəraiti Bakıdakından da betərdi. Sadəcə, bölgədəki meydançanın altında quraşdırılan istilik sistemi qarı yox etməyi bacarır. Təəssüf ki, eyni sözləri milyonlar hesabına inşa olunan “Bakcell Arena” haqda demək mümkün deyil. Bir az yüklənmə olan, havalar qarlı və yağışlı keçən kimi 8-ci kilometrdəki stadionun qazonu istirahət istəyir. Sanki Gəncədəki stadion kimi 60-70 yaşı var. Bu məsələnin bir tərəfi. Növbəti sual yaranır: deyək ki, “Bakcell Arena” oyunu qəbul etməyə hazır deyildi, bəs “Dalğa” və “Bayıl” arenalarına, Bakı Olimpiya Stadionuna nə deyirsiz? Onsuz da adıçəkilənlərin hər biri AFFA-ya, AGİN-ə məxsusdu. Yəni “Neftçi”yə pul ayıranların özlərinindi. Belədə yerdəyişməyə, azarkeşləri intizarda qoymağa nə ehtiyac var? Suala klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla söhbətdə aydınlıq gətirməyə çalışdıq. Belə məlum oldu ki, “Neftçi” rəsmiləri paytaxtdakı digər stadionların xidmətindən yararlanmağı, ümumiyyətlə, götür-qoy etməyib: “Bakcell Arena”nın meydançası qarla örtülüb. Oranı qardan təmizləmək qazona ciddi ziyan vura bilərdi. Qarşıdakı olduqca vacib oyunları nəzərə alıb örtüyün zədələnməsini istəmədik. Belə vəziyyətdə yerdəyişmə ən uyğun variant oldu. Ümumi götürəndə ciddi problem yoxdu. “Dalğa”, yaxud “Bayıl”? Dediyim kimi, ən uyğun, əlverişli, rahat variant matçın Qəbələdə keçirilməsiydi. Dördüncü dövrədəki qarşılaşma isə Bakıda baş tutacaq”.
HƏBIB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar