17 mar 00:55liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...təəccübü...

Azərbaycan premyer-liqasının hansısa oyunundan sonra rəqib futbolçuların futbolka dəyişməsini təsəvvür edə bilirsiz? Çətin. Çox nadir hallarda belə hala rast gələ bilərsiz. Hətta yox dərəcəsindədi deyə bilərsiz. Adətən, klub və yığma səviyyəsində beynəlxalq qarşılaşmalardan sonra bizimkilər əcnəbilərin maykasına ehtiyac duyur ki, bu da başadüşüləndi. Gələcəkdə xoş günləri xatırlamaq, yaxud övlad-nəvələrinə göstərmək üçün. Dəfələrlə bu cür hallara tamaşa etmişik. Odu ki, “Neftçi” – “Qarabağ” görüşündən sonra meydanda tamaşa etdiyimiz olay çoxlarını təəccübləndirdi. Meydan sahiblərinin futbolçusu Kiril Petrov qonaqların yarımmüdafiəçisi Dani Kintanaya yaxınlaşıb, onunla futbolkasını dəyişdi. Normaldı. Amma Petrovun niyə məhz Kintanaya yaxınlaşması sual doğurdu. Halbuki meydanda Aqolli, Riçard, Şehiç kimi legionerlər də vardı. Səbəbini ukraynalı futbolçunun özündən soruşduq: “Xüsusi bir səbəb yox idi. Sadəcə, elə alındı ki, Kintana ilə dəyişməli oldum. Başqa futbolçu da ola bilərdi. Yəni burda təəccüblü heç nə yoxdu. Dünya futbolunda adi haldı”.
...qonağı...
Futbol başbilənlərini hər imkanda stadionda görmək mümkün olmur. Məsələn, işi başından aşan AFFA prezidenti Rövnəq Abdullayev ölkə çempionatının oyunlarını tribunadan izləmir. Ən yaxşı halda kubokun final qarşılaşmasında görə bilirik ki, bu da nadir hallarda baş verir. Eyni sözləri qurumun baş katibi Elxan Məmmədova da aid etmək olar. O da fürsət düşəndə, ya da istirahət günü olanda, stadiona baş çəkir. Daha çox paytaxtdakı qarşılaşmalarda, SOCAR-dan maliyyələşən komandaların oyunlarında görə bilərik. Amma Ramin Musayev... Çempionatın təşkilinə və keçirilməsinə nəzarət edən PFL başqanı tez-tez rastımıza çıxan rəhbərdi. Xüsusilə turun mərkəzi qarşılaşmalarına canlı baxmağı sevir. Amma 20-ci turda Ramin bəy bizi təəccübləndirməyi bacardı. Çərşənbə günü keçirilən “Neftçi” – “Qarabağ” oyunu saat 18.00-da başlamışdı. Bundan 2 saat sonra isə “Sumqayıt” – “Kəpəz” matçının start fiti çalındı. Hər kəsin diqqəti “Bakcell Arena”dakı qarşılaşmada olarkən, Ramin Musayevin Sumqayıtda peyda olması gözlənilməz alındı. Niyə məhz “Sumqayıt” – “Kəpəz” oyunu? Xatırlayırsızsa, qış fasiləsində PFL prezidenti ilə “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov arasındakı “körpü laxlamışdı”. Musayev hətta təcrübəli çalışdırıcıdan incidiyini də gizlətməmişdi. Görünür, bu məqam Ramin bəyin “Neftçi”ni çətin sınaq zamanı stadionda iş başında görüb-görməmək qərarına təsir göstərib. Qurumun rəhbəri ilə söhbətdə suala aydınlıq gətirdik: “Vallah, mənim üçün 8 komandanın hamısı eynidi, hamısı doğmadı. Ona görə də matçları derbi oyunu, autsayderlərin qarşılaşması kimi statuslara bölməyin tərəfdarı deyiləm. Əslində “Neftçi”ylə “Qarabağ”ın görüşünü izləyə bilərdim. Sadəcə, “Sumqayıt” – “Kəpəz” qarşılaşması daha maraqlı gəldi. Bilirdim ki, oyun gərgin keçəcək, gördüyünüz kimi, belə də oldu. Gizlətmirəm, “Sumqayıt”ın oyununa baxanda dincəlirəm. Ajiotaj deyirsiz, düzdü, Siz o cür yağışlı havada sumqayıtlı tərəfdarların dəstəyini görsəydiz... Qısa deyim, Sumqayıta getməyimin Tərlan Əhmədovla, yaxud “Neftçi”ylə heç bir əlaqəsi yox idi. Tərlan Əhmədov haqda dediklərim o vaxt qüvvədə idi. Artıq hər şey qaydasındadı. Salam-sağ olumuz var. Növbəti turların birində “Neftçi”nin iştirakı ilə baş tutacaq qarşılaşmada ola bilərəm, burda böyüdüləsi heç nə yoxdu”.
...dönüşü...
Anar Nəzirov premyer-liqada sonuncu dəfə 7-ci turda, dəqiq desək, oktyabrın 1-də meydana ayaq basmışdı. “Qarabağ”la qarşılaşmada zədələnən təcrübəli qapıçı nə qədər çalışsa da, dönüşü mümkün olmurdu. Ardıcıl üç dəfə əməliyyat olunmaq, bərpa üçün vaxt itirmək və yenidən “çərçivə”dəki yerini qaytarmaq müəyyən vaxt alacaqdı. Elə aldı da. Ayxan Abbasov “Səbail”lə matçda Nəzirova şans verdi. Kapitan qapısında qol gördü, üstəlik, oyun təcrübəsinin azlığından əziyyət çəkdiyi göz qabağında idi. Maraqlıdı, oyun ərzində Anar hansı hisslər keçirirdi? İçində yenidən zədə almaq qorxusu vardı? Ümumiyyətlə, karyerası ərzində bu qədər uzun müddətə sıradan çıxmışdı? Bu və başqa suallara səbəbkarla söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Əlbəttə, dönüşümə görə çox sevindim. Düzdü, buna qədər bir neçə oyunda əvəzedicilərdən ibarət komandanın şərəfini qorumuşdum. Ancaq premyer-liqanın həzzi başqadı. Ağır zədələr aldım, 3 ay məşq etmədim, üç dəfə əməliyyat olundum. Bu qədər çətin günlərdən sonra yenidən əsas komandanın heyətində meydana çıxmaq xüsusi hiss idi. Əslində zədənin sağalması daha çox vaxt apara bilərdi. Şükürlər olsun ki, dönüşüm gecikmədi. Yalandan deyə bilmərəm ki, tam hazıram, formadayam. Oynamağımı özüm istədim deyəndə, dediyim kimi, buna qədər əvəzedicilərin çempionatında forma geymişdim. Yəni birdən-birə əsas komandada oynamadım. Lazım olan pillələri keçmişdim. Açığı, karyeram ərzində bu cür zədə olmamışdı. Heç vaxt yarım ilə yaxın futboldan uzaq qalmamışdım. İndi düşünəndə, özümə də qəribə gəlir. Gizlətmirəm, “Səbail”lə qarşılaşmada içimdə yenidən zədələnəcəyimlə bağlı qorxu hissi var idi. Məncə, bu da normaldı. O cür zədədən sonra, Allah eləməsin, yenə nəsə olsa...”
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar