17 mar 00:52liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Ömər Paşayev bərbad idarəçiliklə yadda qaldı
Yaxşı ki, fasilə başladı və hakimlərin yaxası klubların əlindən çıxdı. Hər halda, ikihəftəlik ara hakimliklə bağlı etirazların səngiməsinə imkan verəcək. Xüsusilə də “Qəbələ” Ömər Paşayevin son turdakı idarəçiliyinə Roman Qriqorçuk səviyyəsində ciddi etirazını mətbuat vasitəsilə çatdırdı.
ÖMƏR PAŞAYEV, Keşlə - Qəbələ
Turun ən bərbad idarəçiliyi məhz “İnter Arena”da yaşandı. İlk mübahisəli epizod 4-cü dəqiqəyə təsadüf etdi. Tçaminin zərbəsindən sonra top Qismət Alıyevin əvvəlcə ayağına, ardından əlinə dəyib istiqamətini dəyişdi. Ömər Paşayev meydan sahiblərinin penalti tələbinə baxmayaraq, davam işarəsi verdi və fikrimizcə, burda yanılmadı. 31-ci dəqiqədə Mübariz Haşımov Dion Malonenin başla tirə vurduğu zərbə zamanı ofsaydı vaxtında qeydə almasaydı, növbəti mübahisə yaşanacaqdı. Çünki top tirdən sonra qapı xəttinin içərisində yerə dəyib geri qayıtmışdı ki, qol olub-olmadığını müəyyənləşdirmək çətinlik törədəcəkdi. 56-cı dəqiqədə “Keşlə”nin cərimə meydançasında mübahisəli vəziyyət yarandı. Əks-hücum zamanı Ozobiç qapıçı ilə təkbətək qaldı. Kamran yıxılaraq xorvatiyalının qarşısını kəsdi ki, qəbələlilər penalti etirazı ilə hay-küy saldılar. İnsafən, bu epizod da penaltiyə oxşamadı. Çünki Ozobiç naşılıqla Kamranın üstündən tullanıb sonra yıxıldı. O, təbii vəziyyətdə hərəkətə davam etsəydi, Ağayevə ilişəcəkdi və belədə penalti tələbi haqlı sayılacaqdı. Ancaq istənilən halda, Paşayev penalti təyin etməmişdisə, Ozobiçə simulyasiyaya görə vərəqə düşürdü. 65-ci dəqiqədə Stankoviç cərimə meydançasında topa yox, Sərtan Taşkının ayağına zərbə vurdu ki, Ömər Paşayev və briqadası penalti təyin etmədi. Bu, ciddi səhv idi. Matça əlavə olunmuş 2-ci dəqiqədə isə Ruslan Qurbanov “Keşlə”nin qapısına yol tapsa da, bu dəfə bərbad idarəçiliklə yadda qalan Paşayevin digər köməkçisi Namiq Hüseynov yanlış ofsayd bayrağını qaldırdı. Halbuki oyundankənar vəziyyətdən söhbət gedə bilməzdi.
İNQİLAB MƏMMƏDOV, Neftçi - Qarabağ
Oyunun ağırlıq dərəcəsini və statusunu, sürətini nəzərə alsaq, İnqilab Məmmədovun işini yüksək qiymətləndirmək olardı. “Qarabağ”ın lehinə verilməli olan penalti epizodu olmasaydı. 42-ci dəqiqədə Mahir Mədətov topu ondan alan Namiq Ələsgərovu arxadan turub çəkdi, konkret az qala tumanını əynindən çıxaracaqdı. Hakim qayda pozuntusu qeydə alsa da, vərəqə göstərmədi. 83-cü dəqiqədə Kiril Petrov qapıçıyla üzbəüz qalan Ramil Şeydayevi cərimə meydançasında arxadan əllə itələyib yıxsa da, Məmmədov davam işarəsi verdi. Ola bilsin, referi ədalətli nəticəsi heç-heçə olan oyunun sonlarında bəsit penalti qərarı ilə başabaş mübarizənin taleyinə təsir etməkdən çəkindi. Ancaq “11 metrə” təyin etsəydi belə, heç kim onu qınamayacaqdı. 88-ci dəqiqədə Lukasla Rəşad Sadıqov arasında top uğrunda ikili mübarizə zamanı “Qarabağ”ın kapitanı əllə oynasa da, hakim bunu görmədi.
ORXAN MƏMMƏDOV, Zirə - Səbail
Sabiq FİFA referisininin işini normal qiymətləndirmək olar. Düzdü, bəzi qərarları futbolçular, eləcə də baş məşqçilər tərəfindən narazılıqla qarşılanırdı. Ancaq nəticəyə təsir edən, hansısa ciddi səhvinin şahidi olmadıq. Ümumilikdə 5 sarı vərəqəyə görə əlini cibinə atan ədalət təmsilçisi bunlardan ikisini meydan sahiblərinə, üçünü isə qonaqlara göstərdi.
ƏLİYAR AĞAYEV, Sumqayıt – Kəpəz
FİFA referisi Sumqayıtda hansısa ciddi nöqsanla yadda qalmadı. Sürətli oyuna imkan verən, üstünlük prinsipinə əməl edən Əliyar mümkün qədər vərəqədən də az istifadə etdi. Onun 3 xəbərdarlığının hamısı birtərəfli, gəncəlilərə oldu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar