17 mar 00:45liqa

“Karyeramda heç vaxt belə şey görməmişəm”

“Karyeramda heç vaxt belə şey görməmişəm”
Urdinov “Zirə”nin uğursuzluğundan danışdı
“Zirə” qış fasiləsindən sonra qələbəyə həsrətdi. Komanda premyer-liqanın ötən turunda “Səbail”lə heç-heçə (1:1) etdi. Fürsəti boşa verməyən “Sumqayıt” isə qələbə qazanmaqla “qartallar”ı “üçlük”dən çıxardı. “Səbail”lə görüşdən sonra “Zirə”nin makedoniyalı müdafiəçisi Yani Urdinovla qısaca da olsa, söhbətləşdik. Qış fasiləsində qəsəbə təmsilçisi ilə anlaşan arxa xətt oyunçusu həm komandanın uğursuz çıxışından, həm də ölkə çempionatından danışdı.
- Öncə “Səbail”lə qarşılaşma haqda fikirlərini öyrənmək maraqlıdı.
- Komandamız oyuna çox yaxşı başladı. Erkən qola imza atdıq. Ancaq təəssüf ki, sonradan əldə etdiyimiz imkanlardan yararlana bilmədik. Həmin fürsətlərdən istifadə etməyincə, futbolun yazılmamış qanunu – “vurmayana vurarlar” prinsipi işə düşdü. İmkandan yararlana bilmirsənsə, qapında qol görürsən. Düşünürəm ki, ikinci qolu vura bilmədiyimizə görə nəticə belə oldu.
- Artıq “Zirə” ardıcıl 6 oyundu qələbə qazana bilmir. Bunu da təkcə futbolun yazılmamış qanununa bağlamaq olmaz. Ümumi problemin səbəbini nədə görürüsən?
- Bu haqda nəsə demək mənə düşməz. Həqiqətən də səbəblərlə bağlı bir şey söyləyə bilmərəm. Özünüz gördüz ki, necə oynadıq, ilk hissədə daha çox qol vəziyyəti yaratdıq. Sonradan rəqibin vurduğu qolun qurbanı olduq. Yalnız bunu deyə bilərəm.
- Milli komandalara görə yaranan fasilənin “Zirə”yə fayda verəcəyini düşünürsən?
- Bilirsiz, yığmalara görə yaranan fasiləyə əslində bizim ehtiyacımız var idi. Fikrimcə, fasilədən sonra çiyin-çiyinə vuruşub, çalışıb, gələcəyə doğru baxacağıq. Hələ də 3-cü yeri tutmaq imkanımız var. Bu bizim öz əlimizdədi. Gələcəkdə hər şeyin yaxşı olacağını düşünürəm. Mənə elə gəlir ki, bəzən qələbəyə daha çox köklənmək əks təsir göstərə bilər. Bu oyunda da həddən artıq qələbəyə köklənmişdik. Ola bilsin, bu bizə mənfi təsir etdi. Bu üzdən istədiyimiz nəticəni əldə edə bilmədik. Hamı yalnız qələbə haqda fikirləşirdi.
- Komandaya tam uyğunlaşdığını düşünürsən, yoxsa bunun üçün hələ zamana ehtiyac var?
- Heç vaxt karyeramda belə şey görməmişəm. Başa düşmürəm ki, bu cür qol vəziyyətləri yaradıb onlardan necə yararlana bilməyəsən?! Görmədiyim bir durumun şahidi oldum. Bir neçə oyunu nəzərdə tutub bunu deyirəm. Bu qədər fürsətlərdən yararlanmamaq... Uyğunlaşma ilə bağlı heç bir problemim yoxdu. Meydandakı çıxışımı da görürsüz. Bu mənim normal oyunumdu.
- Azərbaycan çempionatının səviyyəsi gözlədiyin kimidi, yoxsa nələrsə səni təəccübləndirdi?
- Bu günə kimi bir çox liqada oynamışam. Deyərdim ki, hər bir çempionatın müəyyən özəllikləri var. Azərbaycan çempionatının oyunlarında ilk qolu vuran tərəfsənsə, artıq üstünlüyü ələ keçirirsən. Amma qol buraxdınsa, rəqib necə kompakt şəkildə müdafiə olunmağı bilir. Zədələnmələr və başqa variantlarla “vaxt öldürməyi” futbolçular çox gözəl bacarır.
- Bir neçə çempionatda top qovduğunu qeyd etdin. Süni örtükdə oynamaq sənin üçün problem deyil?
- Sonuncu dəfə Çexiya çempionatında oynamışam. Orda hava şəraitinin çox soyuq olması üzündən ot örtükləri, demək olar, süni idi. Odu ki, bu cür qazona öyrəşmişəm. Problem görmürəm.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar