15 mar 23:29liqa, reportaj

“Neftçi” çempiona da uduzmadı

“Neftçi” çempiona da uduzmadı
78. Neftçi (Bakı) – Qarabağ (Ağdam) 0:0
94. Rəşad Əzizli – 6,0
5. Anton Krivotsyuk – 5,0
15. Ruslan Abışov (k) – 6,0
25. Kiril Petrov – 6,0
2. İlkin Qırtımov – 5,0
8. Emin Mahmudov – 5,5
(6. Rəşad Sadiqov, 90+1) – qiymətsiz
10. Derlis Meza Kolli – 6,0
7. Namiq Ələsgərov – 6,5
17. Rəhman Hacıyev – 6,0
(19. Fransisko Qarsiya, 77) – qiymətsiz
11. İqnasio Errera – 6,0
22. Mirabdulla Abbasov – 5,5
(9. Lukas Qomes, 71) – 5,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Mayk Kampaz
20. Elnur Süleymanov
21. Məhəmməd Mirzəbəyov
26. Ömər Buludov
77. Elvin Sərkərov
97. Elnur Cəfərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov

13. İbrahim Şehiç – 6,0
77. Vild-Donald Gerye – 5,0
(25. Ansi Aqolli, 35) – 5,5
32. Elvin Yunuszadə - 6,0
14. Rəşad Sadıqov (k) – 6,0
5. Maksim Medvedev – 5,5
2. Qara Qarayev – 5,5
91. Coşqun Diniyev – 5,0
10. Pedro Enrike – 5,5
(90. Ramil Şeydayev, 69) - 5,5
20. Riçard Almeyda - 6,0
99. Dani Kintana - 6,0
(44. Ağabala Ramazanov, 77) – qiymətsiz
11. Mahir Mədətov – 6,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
52. Yakub Jezniçak
70. Nicat Süleymanov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov
Vərəqə: E.Mahmudov, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
14 mart. Bakı. Bakcell Arena. 4000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun mərkəzi oyununun maraqlı alınacağına şübhə yox idi. “Qarabağ”la “Neftçi”nin hazırda premyer-liqada mübarizə aparanlar arasında ən köklü klublar olması matça əlavə rəng qatmaya bilməzdi. İllərdi davam edən intriqa bu oyunda da özünü göstərəcəkdi. Elə göstərdi də.
“Ağ-qaralar”ın son iki oyunda “Qəbələ” ilə “Keşlə”ni məğlub etməsi bakılıları ümidləndirmişdi. Amma rəqibin “Qarabağ”, yəni 11 turdu uduzmağın nə olduğunu bilməyən komanda olması Tərlan Əhmədovun yetirmələrini bir qədər ehtiyatlı davranmağa vadar edirdi. Hə, bir başqa məqam “köhlən atlar”ın son 8 qarşılaşmada əzəli rəqibə boyun əyməməsiydi. Bu və başqa faktlara baxanda, meydanda əsl müharibəyə şahidlik edəcəyimiz sirr deyildi. Şiddətli, zəhlətökən yağış hər nə qədər oyunun baxımlı alınmasının qarşısını alsa da, ikili mübarizələr və sərtlik baxımından azarkeşlərin maraqlı duel izlədiyini deyə bilərik.
Oyunun ilk dəqiqələrində son 4 ilin çempionunun hansı komanda olduğunu hiss etmək çətin deyildi. Topa nəzarət edən qonaqlar matça diqtə edir, müxtəlif tapşırıqlarla rəqib müdafiəsini yarmağın yollarını axtarırdılar. İlk təhlükə bu dəfə qol vurmasa da, komandasının ən fəalı olan Mahirdən gəldi. Daninin hiyləgər asmasını başla qapıya çevirən yığma üzvünün qola sevinməsinə Əzizli imkan vermədi. Meydan sahiblərinin cavabı cəmi 4 dəqiqə sonra gəldi. Bu dəfə “Neftçi”nin ən yaxşısı Namiqin Şehiçlə üz-üzə qaldığı eizodda təcrübəli qolkiper sayıqlığı itirmədi. Ardıcıl hücumlardan sonra oyunun tempi nisbətən aşağı düşdü. “Qarabağ” ötürmələr hesabına istəyə çatmağın çətinliyini hiss edib, taktiki gedişə əl atdı. Məqsəd “Neftçi”nin futbolçularını hücuma çıxmağa məcbur etmək və Şehiçin uzun topları hesabına rəqibi əks-hücumda yaxalamaq idi. İnsaf naminə, “ağ-qaralar”ın işinin daha rahat alındığını deməliyik. Sağ cinahda fəallığıyla seçilən Errera sonradan zədələnib meydanı tərk edən Geryeni bir növ “silmişdi”. Paraqvaylının cərimə meydançasına əksər ötürmələri kifayət qədər təhlükəli alınırdı ki, bunlardan biri az qala qolla nəticələnəcəkdi. 14-cü dəqiqədə İqnasionun qapı qarşısına havalandırdığı topu Şehiç uzaqlaşdıra bilməyincə, “mərmi“ Mirabdullanın önünə düşdü. Di gəl ki, hücumçu əlverişli mövqedə dayanan Eminə ötürmə verməyib, özü adını tabloya yazdırmaq istəyincə, zərbəsi qeyri-dəqiq oldu. İlk hissənin ortalarında “Qarabağ” rəqibin hücumlarına hücumlarla cavab verdi. Lakin nə 28-ci, nə də 37-ci dəqiqədə Mahir Mədətov qol vurmağa nail oldu.
“Neftçi” ikinci hissəyə fırtına kimi başladı. Ağdamlılar meydanın özlərinə aid hissəsinə uyğunlaşma dövrünü keçən anlarda Mirabdulla onları əməlli-başlı təşvişə saldı. Düzdü, 48-ci dəqiqədə müdafiənin arxasına atılan topa Şehiç Abbasovdan tez çatdı. 1 dəqiqə sonra Mirabdulla matçdakı iki ən real qol imkanından birini boşa verdi. Rəhmanın cinah ötürməsi zamanı topa toxunmaq qalırdı ki, “22 nömrə” təcrübəsizliyin qurbanı oldu. Bir saatın tamamında bu dəfə Namiq başla hədəfə düşə bilmədi. Qol vurmağın vacibliyini dərk edən Qurban Qurbanov Enrikeni yanına çağırıb, Ramil Şeydayevi oyuna qoşdu. Belədə Mahir sol cinaha çəkildi ki, “Qarabağ” hücumlar zamanı istər-istəməz böyük üstünlük qazanırdı. 75-ci dəqiqədə Coşqun özünü Eminin zərbəsinin qarşısına atmaqla Şehiçə dərindən “ah” çəkmək imkanı yaratdısa, 2 dəqiqə sonra Namiq növbəti dəfə başla “çərçivə”yə düşə bilmədi. 82-ci dəqiqədəki epizodu isə nəinki “Neftçi” azarkeşləri, Erreranın özü də uzun müddət unuda bilməyəcək. Əvvəlki 3 oyunda rəqib qapılarına yol tapan “11 nömrə” bu dəfə də istəyinə çatmağa yaxın idi. Amma olduqca ideal vəziyyətdə topa asta toxunub qapıçının yanından tora qovuşdurmaq əvəzinə elə bir zərbə endirdi ki, sanki illərdi Şehiçdə hirsi var idi, onu çıxmaq istəyirdi. Yekunda top qapıçıya tuş gəldi. Belə maraqlı oyunda çatışmayan qol idi. Həmin qol isə 83-cü dəqiqədə vurula bilərdi. Ağdamlıların əks-hücumu zamanı Petrov sürətdə uduzduğu Şeydayevi cərimə meydançası daxilində açığ-aşkar əllə itələyib yerə sərsə də, İnqilab çempionun haqlı penaltisini “yedi”.
Oyunun heç-heçə bitməsi hər iki komandaya sərf etdi. Hər halda, bunu futbolçuların üz cizgilərindən duymaq olardı.
HƏBİB

Gözdən qaçmadı
* Hələ oyundan təxminən 15 dəqiqə əvvəl iki klubun azarkeşlərinin əks tribunalardan səsləndirdiyi şüarlar matçboyu maraqlı səhnələrə tamaşa edəcəyimizdən xəbər verirdi. Görüş başlamamış müxtəlif şüarlarla “atışan” “Forza Neftçi”ylə “İmarət”in üzvləri oyunboyu bir-birinə ağız açmağa imkan vermirdi. Təbii, xoşagələn haldı. Amma “İmarət”çilərin görüşboyu birağızdan küçə söyüşlərindən istifadə etməsi xoş hal deyildi. Hər halda, oyunu mavi ekran qarşısında bir çoxunun ailə üzvləri də izləyir. Stadiona gələn zərif cinsin nümayəndələri də öz yerində.
* İntriqa təkcə şüarlarda deyildi. “Forza Neftçi” rəqib fanatlara sataşmaq üçün pankartlardan istifadə etmişdi. “Ata qocalanda yük oğula düşər”in mənası, çox güman, “Neftçi”nin qocalması üzündən “Qarabağ”ın uğurlu çıxış etməsiydi. İrihəcmli plakatda “Neftçi”nin geyimində xan təsvir olunmuşdu, yanındakı at isə ona yarınırmış kimi yanında dayanmışdı. Bildiyiniz kimi, “atlılar” “Qarabağ”ın ləqəbidi.
* “Qarabağ” azarkeşləri Dino Ndlovunu unuda bilmir. Kiçik həcmli parçaya yazılan “No Dino, no Party” ifadəsi “Dino olmayan yerdə bayram yoxdu” anlamına gəlirdi.
* Oyun bitəndən sonra Kiril Petrovla Dani Kintananın futbolkalarını dəyişməsi gözdən qaçmadı.
cbd gummies for sale 10 lbs diamond cbd gummies reviews
cbd gummies for sale in simi valley cbd gummies wholesale

cbd gummies online <a href="http://gummiescbd.us/">cbd gummies reviews</a>
ordering cbd gummies online <a href="http://hempgummies.us/">healthiest cbd gummies reviews</a>

<a href="http://innovationeconomy.info">поздравить с днем новым годом</a> поздравить с новым годом в прозе
текст поздравления с новым годом поздравить новым годом прикольные

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar