15 mar 23:04liqa

Turun yeganə qələbəsi “Sumqayıt”ı 3-cü yerə çıxardı

Turun yeganə qələbəsi “Sumqayıt”ı 3-cü yerə çıxardı
Topaz premyer-liqasında ikihəftəlik fasilə yarandı. Yığmanın oyunlarına görə ara verilən çempionatda 20-ci tur maraqlı nəticələrlə yadda qaldı. Turun çərşənbə axşamına təsadüf edən açılış matçında “Keşlə” ilə “Qəbələ” üz-üzə gəldi ki, bölgə təmsilçisi paytaxtda xal itkisiylə üzləşdi. Beləliklə, Roman Qriqorçukun komandası qış fasiləsindən sonra keçirdiyi 6 oyundan dördüncüsündə xal itirdi. Liderin ən yaxın izləyicisi 3-cü dövrədə artıq 10 xal itirib. Yaxşı olardı ki, ukraynalı mütəxəssis günahı hakimlikdə axtarınca qeyri-sabit çıxışın əsl səbəbini üzə çıxarsın, qışdan sonra 3 yetirməsinin cəza almasının, son 4 oyunda 2 avtoqol qeydə alınmasının səbəbini axtarsın. Turun açılış oyunundan qazanan yalnız Baqali Dabo oldu. Fransalı hücumçu mövsümdə 12-ci qolunu vurmaqla bombardirlərin yarışında zirvədəki yerini möhkəmləndirdi. Bundan başqa, ötən mövsümün bombardirinin 11 qolluq göstəricisini sona 8 tur qalmış yaxşılaşdırdı.
Dünən keçirilən 3 oyundan da ikisi heç-heçə nəticələndi. “Zirə” 3-cü dövrədəki qələbəsizlik sindromundan yaxa qurtarmağa yaxın olsa da, Aleksandr Dedovun erkən qoluna Nokoloz Apakidzenin ikinci hissənin əvvəlində vurduğu qolla qarşılıq verən “Səbail” qəsəbə təmsilçisinin arzusunu gözündə qoydu. “Neftçi” isə lider “Qarabağ”dan xal almağı bacardı. Derbidən qol səsi çıxmasa da, azarkeşlər gərgin və baxımlı oyuna şahidlik etdi. Xüsusilə “Neftçi”nin ifasında parlaq oyun izlədik. Artıq əminliklə qeyd etmək olar ki, Tərlan Əhmədov komandanı böhrandan çıxarmağı bacarıb. “Ağ-qaralar”ın ardıcıl 4-cü oyunda uduzmaması da sabitliyin əldən olunmasından xəbər verir. İndi əsas məsələ ikihəftəlik fasilə müddətində komandanın “kökdən düşməsinə” imkan verməməkdi.
Turun yeganə qələbəsi bağlanış matçında qeydə alındı. “Sumqayıt” tilsimi qırdı. Əzmkar qələbə Samir Abasovun komandasının qış fasiləsindən sonra fantastik çıxışını 3-cü yerlə mükafatlandırdı. “Zirə”ni geridə qoyan “gənclik şəhəri” təmsilçisi “Neftçi”nin işini ağırlaşdırdı. Bu tur ərəfəsində 4-cü yerdən 5 xal geri qalan “ağ-qaralar” indi “Zirə”ni qovmalı, 6 xallıq fərqi əritməyə çalışmalıdı.
Topaz premyer-liqası
3-cü dövrə, 20-ci tur
13 mart
Keşlə - Qəbələ 1:1
14 mart
Zirə - Səbail 1:1
Neftçi – Qarabağ 0:0
Sumqayıt – Kəpəz 2:1
1. Qarabağ 20 15 4 1 30-7 49
2. Qəbələ 20 12 3 5 34-20 39
3. Sumqayıt 20 10 4 6 26-21 34
4. Zirə 20 9 6 5 28-20 33
5. Neftçi 20 8 3 9 24-22 27
6. Səbail 20 5 3 12 14-28 18
7. Keşlə 20 4 4 12 17-32 16
8. Kəpəz 20 3 1 16 13-36 10
Bombardir: Baqali Dabo (Qəbələ) – 12, Mahir Mədətov (Qarabağ), Amil Yunanov (Sumqayıt) - 8.
Növbəti turun oyunları: 1 aprel – Kəpəz – Zirə, Qarabağ – Keşlə; 2 aprel – Qəbələ - Sumqayıt, Neftçi – Səbail.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar