14 mar 13:21liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...qonağı...

Bir müddət əvvəl “Neftçi”yə prezident və idman direktoru təyin olunmuş Kamran Quliyevlə Ceyhun Sultanov hələ də “Sumqayıt”ı unuda bilmir. Uzun illər “kimyaçılar”ın xoş günləri üçün çalışmış cütlük hazırda başqa klubun gələcəyi üçün tər töksə də, ürəkləri əvvəlki iş yerlərində qalıb. Belə olmasaydı, “Səbail” – “Sumqayıt” görüşünü canlı izləyəndən sonra paltardəyişmə otağında sumqayıtlı futbolçuları təbrik etməzdilər. Əslində bunu normal saymaq olar. İnsanıq, hisslərimiz var.
Ancaq söhbət bu günün “Neftçi”siylə “Sumqayıt”ından gedirsə, bir qədər diqqətli olmaq vacibdi. Turnir cədvəlinə nəzər salanda, bu iki komanda arasında rəqabət diqqəti çəkməyə bilməz. “Kimyaçılar” “ağ-qaralar”dan 5 xal öndə olsalar da, olduqca gərgin mübarizə gedir. Bu isə o deməkdi ki, indiki vəziyyətdə “Neftçi” rəsmiləri sumqayıtlıların məğlubiyyətini arzulamalıdı. Qələbəyə görə təbrik etmək isə... Təbii, məsələyə hər kəsin öz yanaşması var. Bəlkə Ceyhun Sultanov elə bir səbəb göstərəcək ki, deməyə söz tapmayacağıq? Bunu nəzərə alıb, ölkənin ən köklü klubunun idman direktoru ilə əlaqə saxladıq: “Orda qəbahət bir şey görmürəm. 4 il yarım “Sumqayıt”da işlədim, istər-istəməz klubun mənə müəyyən doğmalığı var. Təsəvvür edin, sahibsiz övlad götürüb 5 yaşına kimi böyüdürsüz. Və günlərin birində valideyni gəlib həmin uşağı aparır. Sən də heç nə deyə bilmirsən. Amma o uşaq sənə doğmadı. Hardasa görəndə əzizləyirsən, bağrına basırsan, ya da hardasa olanda gedib onu görmək istəyirsən. Unutmaq istəsən də, bu elə də asan başa gəlmir. “Sumqayıt” da o cürdü. Biz ora komandanın oyununa baxmaq üçün getmişdik. Təbii, “Neftçi” rəsmisiyiksə, onların xal itirməsini istəyirdik. Amma udublarsa, təbrik etməyimizdə anormal bir şey yoxdu. Meydanda rəqib ola bilərik, kənarda üz-üzə gəlirik, görüşürük. Nəinki “Sumqayıt”ı, istənilən komandanı qələbə münasibəti ilə təbrik etmək, məncə, normaldı. Belə deyim, biz Bayıla “Sumqayıt”ı dəstəkləməyə, yaxud qalib gəlmələrini arzulamaq üçün getməmişdik”.
...pankartı...
Gəncəyə getmək çempionatın ən duzlu səfəridi. Yerli azarkeşlərin şirin ləhcədə atmacalarını eşitmək, tərəfdarların icra başçısının gözü önündəki canfəşanlığını görmək, yox dərəcəsində olan media sektorundan yazı hazırlamaq, oyundan bir saat sonra stadionu tərk etmək istəyəndə darvazaları bağlı görmək – bütün bunların hərəsinin öz ləzzəti var. Bəzən maraqlı şüarlarla, pankartlarla da rastlaşırsan. “Kəpəz” – “Qəbələ” matçı da bu baxımdan xali olmadı. Mərkəzi tribunanın sağındakı qapının arxasında əyləşən fanatların “Xəmsə”li olduqlarını bilmək üçün əski parçasının üstünə yazılan ada baxmaq kifayət idi. Ancaq onların açdığı “Salam admin” pankartının mənasını başa düşmək mümkün olmadı. Deyək ki, biz qələm əhliyik, fanatların öz aralarında hansısa açar söz və ya atmaca ola bilər. Maraqlısı gəncəlilərin də həmin ifadənin nəyə hesablandığından xəbərsiz olmaları idi. “Xəmsə”nin rəhbəri Adil Məmmədovla söhbətdə “Salam admin”in açıqlamasını eşidəndə xeyli güldük: “O müraciət bilirsiz kimə idi? “Feysbuk”da “PFC Kəpəz” adlı səhifəni işlədənlərə. Onlar gəncəlilər deyil, kimdisə, Bakıda olurlar, səhifəni paytaxtdan idarə edirlər. Ona görə də klubun, komandanın xəbərlərindən məlumatlı deyillər. Mətbuatda hansısa xəbər dərc olunur, üstündən iki gün keçir, bir də baxırsan ki, klubun rəsmi “feysbuk” səhifəsi məlumatı indi yerləşdirir. Hələ bir dəfə səhifəyə mini-futbolla bağlı elan da qoymuşdular. Uşaqların davamlı etirazından sonra elanı sildilər. Açılan pankart da məhz həmin adminlərə atmaca idi. Yəni ki, qış yuxusundan ayılın”.
...atışması...
“Neftçi”ni “Forza Neftçi”siz təsəvvür etmək mümkün deyil. Bu azarkeş qrupunun üzvləri ev-səfər oyunları, isti-soyuq hava bilmədən daim tribunadakı yerini tutur, futbolçulara lazımi dəstək verirlər. Müxtəlif şüarlar, maraqlı pankartlar da üstün tərəfləridi. Bir çox hallarda rəqib futbolçulara təzyiq göstərdiklərinə də rast gəlmişik. Bu mənada xüsusilə “Bakcell Arena”dakı matçları fərqləndirə bilərik. Növbəti belə hal cümə günü bu stadionda yaşandı. Qonaqların qapıçısı Kamran Ağayev ilk yarıda həkim köməyinə ehtiyac duyanda, azarkeşlərdən birinin “özünü artistliyə qoyma, meydana qayıt. Elə bilirsən, vaxtı uzatmaq üçün belə etdiyini bilmirəm” atmacasının qarşısında yığma üzvü sussa da, matçdan sonra aralarında dialoq yaşandı. Kamran azarkeşlərə, azarkeşlər də ona nə dedisə, sonda tərəflər bir-birini alqışlamadılar. Söhbətin nədən getdiyini, nə danışdıqlarını öyrənmək üçün “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə danışdıq: “Kamranın “atışması” ümumi azarkeş qrupu ilə yox, üzvlərimizdən biri ilə oldu. Kamran bizə tərəf yaxınlaşıb azərbaycanlı olduğunu, yığmanın qapısını qoruduğunu dedi. Biz də “bir nəfərin sözünü ümumi “Forza Neftçi”nin mövqeyi kimi qəbul etmə” söylədik. Vəssalam, bununla da söhbət bağlandı. Yekunda o bizə təşəkkür etdi, biz də ona. Həmin azarkeşlə də oyundan sonra əl sıxıb görüşdülər, bir-birini başa düşdülər. Yəni heç bir problem yoxdu. Bir nəfər fikrini bildirirsə, bu o demək deyil ki, hamımız o cür düşünürük”.
...qarşıdurması
Eyni komandanı dəstəkləyən fanklublar arasında hansısa münaqişənin yaşanmasına olduqca nadir hallarda rast gəlinir. Dünyada bu cür təcrübə barmaqla sayıla biləcək qədər azdı. Amma bura Azərbaycandısa, nə desən, çıxar. Necə ki, bənzər hadisəyə şənbə günü rast gəldik. “Qarabağ” – “Zirə” görüşündən təxminən yarımsaat əvvəl “İmarət”çilərlə digər azarkeş qrupunun toqquşması nəticəsində bir nəfərin qaşının partladığını görənlər olub. Hətta qaşı partlayanın vəhşicəsinə döyülməsi də deyilirdi.
Hadisə yerində olmadığımızdan, təfərrüatından xəbərsizik. Məsələyə aydınlıq gətirmək üçün “İmarət”in İdarə Heyətinin üzvü Elnur Quliyevi aradıq: “Mən oyuna bir neçə dəqiqə qalmış stadiona çatdım. Təxminən yarımsaat əvvəl hansısa münaqişənin yaşandığını eşitdim. Maraqlandım və mənə dedilər ki, dava-dalaşdan söhbət gedə bilməz. Sadəcə, “İmarət”lə “Boys Karabagh” üzvləri arasında müəyyən narazılıq olub. Söhbət bəstə üstündə olub. Bir qrup oxuyanda, digəri oxumamalıymış. Qısası, belə bir problem yaşanıb. Amma kiminsə döyüldüyünü, yaxud qaşının partladığını görmədim, eşitmədim. Yalnız mətbuatda bu haqda xəbər yazılmışdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar